Məhkəmə qərarları › İş №2(005)-1087/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1087/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1087/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə ƏDV daxil olmaqla 384,6 (üç yüz səksən dörd manat və altmış qəpik) manat və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 iyun 2023-cü il tarixində 165 nömrəli marşrut üzrə işləyən və cavabdehin mülkiyyətində olan Daewoo BS090 avtobus mikroavtobus markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq iddiaçının mülkiyyətində olan JAC PİCK UP HFC1037D3KSF minik markalı və modelli 99CX909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Daewoo BS090 avtobus mikroavtobus markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17 №-li yol vərəqəsi əsasında idarə edən X5 barəsində inzibati protokol tərtib edilmiş və o, inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan JAC PİCK UP JAC minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ƏDV daxil olmamaqla 384,6 (üç yüz səksən dörd manat altmış qəpik) manat məbləğində zərər dəymişdir. Cavabdeh mülkiyyətində olan Daewoo BS090 avtobus mikroavtobus markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün vurulmuş zərər ödənilməmişdir. Cavabdeh isə bu günə qədər vurduğu zərəri ödəməmişdir. Buna görə də iddiaçı, pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Tərəflər və üçüncü şəxs məhkəmə tərəfindən müvafiq qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlilləri üzrə izahat verib, iddia tələbini müdafiə etdiyini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "JAC" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2002-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli servis kartından müəyyən olunur ki, "JAC" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə göstərilən xidmət haqqı və ehtiyyat hissələrinə görə yekun xərc 384.68 manat olaraq hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Şəhərdaxili və Şəhərətrafı Sərnişin Daşıma Avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, X3 “DAEWOO BS-090” mikroavtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən ünvan ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, “DAEWOO BS-090” mikroavtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-nin adında qeydiyyatdadır. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində X5 “DAEWOO BS-090” avtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Pişəvəri ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla İddiaçı idarə etdiyi "JAC" markalı, **-CX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "JAC" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Cavabdeh MMC-yə məxsus “DAEWOO BS-090” mikroavtobus markalı, **-TH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək iddiaçının avtomobilinə maddi ziyan vurmuşdur. arxadan vurmuşdur. Nərimanov rayon DYPŞ-də araşdırma aparılmış və cavabdeh X2 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cavabdeh X5 40 manat məbləğində İnzibati cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli servis kartından görünür ki, "JAC" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 384,6 manat məbləğində ziyan dəymişdir. Habelə məhkəmə qeyd edir ki, üçüncü şəxs X2 EMİS-də əmək müqaviləsinin mövcudluğu sorğu edilsə də, məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində X5 tərəfindən idarə olunan cavabdehə məxsus “DAEWOO BS-090” mikroavtobus markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Pişəvəri ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla İddiaçı idarə etdiyi "JAC" markalı, **-CX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bundan əlavə, cavabdeh cəmiyyət yüksək təhlükə mənbəyinin yəni avtobusun onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan (yol vərəqəsi olsa da, hər hansı əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsini təsdiqləyən sübutlar təqdim edilmədiyindən) dəymiş ziyana görə mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, hadisə nəticəsində "JAC" markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. İddiaçı avtomobilinə dəymiş maddi zərərin 384,6 (üç yüz səksən dörd manat və altmış qəpik) olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli servis kartına əsasən xidmət haqqı da daxil olmaqla, avtomobilə cəmi 384.68 manat həcmində zərər vurulduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsilə, həmin nəqliyyat vasitəsini istifadə edərkən qanunazidd əməlləri nəticəsində, iddiaçıya məxsus nəqliyyat vasitəsinin bərpa olunması üçün cavabdeh "xxxx" MMC-dən İddiaçı məxsus "JAC" markalı, **-CX-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 384.6 manat iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 384.6 manat və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 384,6 (üç yüz səksən dörd manat, altmış qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar