Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1091/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: maddi ziyanın ödənilməsi tələbi; sağlamlığa dəyən zərər; sübutetmə) akim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 atasıdır. xx.xx.2017-ci il tarixdə iddiaçının azyaşı övladı “X17”nda Cavabdeh2 qəbulunda olmuş və onun təyinatı ilə USM-yoxlanışdan keçmişdir. USM müayinənin nəticəsində “Hər iki böyrəyin KLS-də duz kristalları qeyd olunur. Sağ xaya xayalıqda yerləşir. Ölçüsü 19x9 mm. Strukturu həmcins. Sol xaya sol qasıq kanalında?Ölçüsü 14x5 mm. Strukturu həmcins” qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixdə Cavabdeh2 tərəfindən azyaşlının valideynlərinin razılığı ilə S.Yusifin üzərində sağ qasıq kanalının təftişi və xayalığın xayaya endirilməsi (orxipeksiya) məqsədilə əməliyyat başlanılmış, lakin əməliyyat zamanı xayalıq qasıq kanalında da aşkar edilməmişdir. 2024-cü il ərzində azyaşlı ağrı və sancılardan əziyyət çəkdiyi üçün valideynləri yaşayış yeri üzrə poliklinikaya müraciət etmiş və onlara uşağın USM müayinədən keçirilməli olduğu bildirilmişdir. S.Yusif xx.xx.2024-cü il tarixdə X29 PHŞ-də, xx.xx.2024-cü il tarixdə “X28”nə USM müayinədən keçmiş, sol xayalıq qasıq kanalında aşkar edilməmişdir. X9 “Yeni Klinika”X30 Uşaq Cərrahiyəsi şöbəsində xx.xx.2024-cü il tarixdə “Sol Orxioektomiya” “sol qasıq yırtığının bərpası” əməliyyatı keçirilmiş və sol enməmiş testis, sol qasıq yırtığı və pülüyün uzun olması, fimoz diaqnozu qoyulmuşdur. Əməliyyat nəticəsində sol testisin qarında yerləşdiyi, atrofik olduğu aşkar edilmiş və sol xayalıq uşağın bədənindən xaric edilmişdir. Nərimanov Rayon Prokurorluğuun 25 oktyabr 2024-cü il tarixli qərarı ilə X2 “Lanset” Klinikasında düzgün əməliyyat olunmaması barədə X6 ərizəsi əsasında toplanmış 400-C-24 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər “X5 və Cavabdeh2 zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 xəstəliyi ilə bağlı 2017-ci il tarixdə cavabdeh “X14 müraciət edərək həmin klinikanın həkimi Cavabdeh2 qəbulunda olmuşlar. Həmin zaman cavabdeh onlara bildirmişdir ki, Yusif Süleymanlı USM ultrasəs müayinədən keçməlidir. Lakin ultrasəs müayinədən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, uşaqda sol xaya ümumiyyətlə görünmür, əmin olmaq üçün mütləq Yusifin əməliyyat olması vacibdir. Övladının sağlamlığına görə valideyn olaraq Yusifin əməliyyat olmasına razılıq bildiriblər. Beləliklə övladı ilə bağlı əməliyyatın həyala keçirilməsi üçün cavabdehlərə ümumilikdə 1500 manat məbləğində pul ödənilib. Cavabdeh2 20 avqust 2017-ci il tarixdə oğlu Yusif Süleymanlını əməliyyat etdi. Lakin əməliyyat sonrası Cavabdeh2 sol xayanın ümumiyyətlə anadangəlmə olmadığı barədə onlara məlumat verdi. 2024-cü il tarixdə Yusif Süleymanov dayanmadan ağır sancı və ağrılar keçirdi. Bu səbəbdən Yusifi yaşadığı yerə yaxın 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmalı olubar. Müayinə zamanı sözügedən klinikanın həkimi tərəfindən onlara Yusifin yenidən USM ultrasəs müayinədən keçməli olduğu bildirdi. Qeyd edir ki, Yusif Süleymanlı xx.xx.2024-cü il tarixdə X26, xx.xx.2024-cti ilin avqust avında isə X15 USM ultrasəs müayinəsindən keçirildi. Müayinə zamanı sol xaya aşkar olunmadı. Lakin sonda həkim tərəfindən bildirilmişdir ki, xayanın qarın boşluğunda olması mümkündür və bunu müəyyən etmək üçün mütləq “laparoskopik” əməliyyyat həyata keçirilməlidir. Odur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmişlər. Belə ki, zamanında düzgün diaqnoz müəyyən edilmədiyindən onların əlavə xərcləri yaranmış, iddiaçının övladının gələcəyi ilə bağlı problemlərlə üz-üzə qoymuşlar. Qeyd edilir ki, digər iki övladı da əlilildirlər. Min bir əzabəziyyətlə pul qazanaraq övladının sağlamlığı üçün onun əməliyyat olmasına razılıq veriblər. Lakin cavabdehlər onları aldadaraq düzgün diaqnoz müəyyən etməmişlər. Bu səbəbdən hesab edilir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh2 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “X17” və ona qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək məhkəmədən yuxarıda sözügedən Klinikadan və ondan zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, iddia tələbi əsassız olduğundan iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməlidir.Hesab edir ki, iddiaçı övladı Süleymanlı Yusifin uroloji müayinəsi üçün 2017-ci ildə “X17”nda işlədiyi vaxtı ona müraciət etmişdir. Xəstə tibb müəssisəsinə daxil olarkən onun sol xayası xayalıqda və qasıq kanalında əllənməmişdir. Ultra müayinəsində sağ xaya sağ qasıq kanalının yuxarı 1/3-də şübhəli olan vizualizasiya olunmuşdur. xəstəyə sağ qasıq kanalının təftişi xayanın xayalığa endirilməsi (orxipeksiya) əməliyyatı məsləhət görülmüş və xəstə valideyinlərinin razılığı alınmışdır. Xəstə “X17”nda ümumi anesteziya altında əməliyyat olunmuş, lakin əməliyyat zamanı sağ xaya qasıq kanalında aşkar edilməmişdir. Xayanın qarın boşluğunda olması haqqında ultrasəs müayinəsi heç bir məlumat verilmədiyinə görə və həmin vaxtda pediatr laporoskopik alətlər olmadığına görə qarın boşluğu müayinə edilməmişdir. Əməliyyat zamanı xayanın qasıq kanalında olmaması haqqında tərəfindən xəstənin valideyinlərə məlumat verilmiş və xəstə fəsadsız şəkildə 1 gün sonra evə yazılmışdır. Xəstə sonrakı illər ərzində ona müraciət etməmişdir (və ya uzun müddət keçdiyinə görə xatırlamıram). 2024cü ilin avqust ayında təkrar “Uzmanlar Klinikası”na müraciət etmiş və xəstə Süleymanlı Yusif təkrar ultrasəs müayinəsi olunmuşdur. Bu müayinədə də xaya qasıq kanalında və ya qarın boşluğunda aşkar olunmamışdır. Xayanın qarın boşluğunda olub-olmamasını dəqiqləşdirmək istədiklərinə görə xəstə valideyinlərinə bunun laporoskopik yolla mümkün olması haqqında məlumat vermişdir. 2 həftə sonra xəstə valideyinləri yaxınları yenidən “Uzmanlar Klinikası”na gələrək uşağın “Yeni Klinika”da laporoskopik əməliyyat olunduğunu və 1.0 x 0.8 sm ölçüdə inkişaf etməmiş rudiment xayanın çıxarıldığını bildirmişlər. Xəstə valideyinləri və yaxınları onun düzgün əməliyyat və uşaqlarına qarşı doğru davranmadığını bildirərək ondan 10000 manat məbləğində pul tələb etmişlər. Tərəfindən bu tələbə etiraz edildikdən sonra xəstənin anası X12 barəsində müvafqi şikayətlə Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna şikayət etmişdir. Bakı şəhəri Nərimanov rayon Prokurorluğu tərəfindən sözügedən şikayət üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarla həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 düzgün əməliyyat olunmaması ilə bağlı X7 ərizəsi əsasında toplanmış 400-C-24 saylı material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. Qeyd edir ki,iddia tələbi əsassız olmaqla yanaşı həmçinin hazırkı iddia tələbi üzrə də iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin ötürülməsi iddia tələbinin rədd edilməsi üçün müstəqil əsasdır. Göstərilənləri nəzərə alıb Məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X12 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.O bildirdi ki, azyaşlı övladıYusif Süleymanovun xəstəliyi ilə bağlı 2017-ci il tarixdə "xxxx" MMC klinikasına müraciət edilib, həmin klinikanın həkimi Cavabdeh2 qəbulunda olublar, onun bildirdiklərinə əsasən övladı USM ultrasəs müayinədən keçməli olduğunu bildirib.Lakin ultrasəs müayinədən sonra Cavabdeh2 uşaqda sol xaya ümumiyyətlə görünmədiyini və buna əmin olmaq üçün mütləq Yusifin əməliyyat olmasının vacib olduğunu bildirdi. Cavabdeh2 20 avqust 2017-ci ildə əməliyyat etdi, lakin əməliyyatdan sonra bildirdi ki, Cavabdeh2 sol xayanın anadan gəlmə olmadığını bildirdi. 2014-cü ildə övladı dayanmadan ağır sancı və ağrılar keçirdi. Yusifi yaxın xəstəxanaya apardığını qeyd etdi. Müayinə zamanı yenidən USM ultrasəs müayinədən keçdi və sol xaya aşkar olunmadı, lakin sonda həkim tərəfindən bildirildi ki, xayanın qarın boşluğunda olması mümkündür və bunu müəyyən etmək üçün mütləq “laparoskopik” əməliyyat həyata keçirilməlidir. 21 avqust 2024-cü il tarixdə “Yeni Klinikada” “laparoskopik” əməliyyat həyata keçirildi və əməliyyat zamanı inkişaf etməmiş sol xaya aşkar olunaraq çıxarıldı. Həkimin onlara bildirdiyinə görə həmin cisim daxildə bəd xassəli şişə çevrilib övladının həyatını ölüm təhlükəsi ilə üz-üzə qoya bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini xahiş etdi. Bildirdi ki, cinayət işi rədd edilməsinə dair qərar qəbul edilib. Hesab edir ki, iddia ərizəsi əsassızdır. Cavabdeh2 çox təcrübəli və peşəkar uroloqdur. 2017-ci ildə müayinə və müalicələrin düzgün həyata keçirildiyini hesab edirlər. 2024-cü ildə laporoskopik əməliyyatının keçirilməsinə səbəb uşağın şikayətlərinin ağrı və sancısının olması olmuşdur. 2017-ci ildə belə bir əməliyyatın keçirilməsinə göstəriş olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən hər hansı şəkildə iddiaçıya maddi ziyan vurulmadığnı bildirdi.Cavabdeh hazırda başqa klinikada işləyir. Sənədlərin niyə saxlanmaması ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabeh “X17” MMC nümayəndəsinin iştiraını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işəbaxılasını mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X24 ifadəsinə bildirdi ki, X4 məxsus tibbi sənədlər klinikanın arxivində və elektron qeydiyyat sistemində aşkarlanmamışdır. Ümumiyyətlə klinikada 2019-cu ilə qədər olan tibbi sənədlər naməlum səbəbdən arxivdə saxlanılmamışdır. Həmin dövrdə həmin klinikada işləmədiyini, direktoru olmadığını qeyd etdi. Mülki işin materialları - Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 17 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İ 446242 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,İddiaçı və X16 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş,ərə-Süleymanov,arvada-Süleymanova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında kat qeydlər kitabında 1402 nömrəsi ilə qeydiyyata alınmışdır. - 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş,AZ-İİİ 606079 nömrəli doğu haqqında şəhadətnamənin surətindən görünür ki,X9 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası-İddiaçı,anası- X8r.Bu barədə doğu haqqında akt qeydlər kitabında 5439 nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli "xxxx" MMC “ultrasəs müayinə kartı”-dan görünür ki,X10 USM müyainəsindən keçmişdir. - “Uzmanlar Klinikası” Tibb Mərkəzi xx.xx.2024-cü il tarixdə ultrasəs müyainəsindən görünür ki,X9 “skrotal ultarsəs müyainəsi” zamanı sağ testis müayinə zamanı əvvəl inquinal kanalda yerləşmiş olub müayinə gedişində skrotuma enmişdir.Sol testis müayinə zamanı skrotum inqunial kanalda ayırd edilməmişdir. - xx.xx.2024-cü il tarixli “X29”PHŞ ultasəs müayiəsindən görünür ki,Süleymanlı Yusifdə ultasəs müayinəsi zamanı sol xaya izlənmir,sağ xaya xayalıqdan və qasıq kanalının aşağı 1/3 də izlənilir(yalançı kriptorxizm),ölçüləri norma daxili.Skrotal maye miqdarı fiziolojidir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki,X11 xx.xx.2023-cü il tarixdə əlillik təyin edilmiş,üçüncü dərəcəli əlillik qrupuna daxildir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə əlillik təyin edilmiş,üçüncü dərəcəli əlillik qrupuna daxildir. - 25 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X2 “Lanset Klinikası”nda düzgün əməliyyat olunmaması barədə X3 ərizəsi əsasında toplanmış 400-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli,01 nömrəli "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki,X4 məxsus tibbi sənədlər X17nın arxivində və elektron qeydiyyat sistemində aşkarlanmamışdır.Klinikanın elektron qeydiyyat sistemi 2018-ci ildən etibarən müraciət edən pasiyentləri əhatə edir.2019-cu ilə qədər olan tibbi sənədlər isə naməlum səbəbdən arxivdə saxlanılmışdır. - “Yeni Klinika”X32 tərəfindən daxil olmuş 12 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki,X9“Yeni Klinika”X30 Uşaq Cərrahiyəsi şöbəsində xx.xx.2024-cü il tarixdə “Sol Orxioektomiya” “sol qasıq yırtığının bərpası” əməliyyatı keçirilmiş və sol enməmiş testis,sol qasıq yırtığı və pülüyün uzun olması,fimoz diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X18”X32 tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olmuş KEŞ-248 nömrəli rəydən görünür ki, “Kriptorxizm” oğlan uşaqlarında xayalardan birinin və ya hər ikisinin xaya kisəsinə (skrotuma) enməməsi deməkdir. Normal halda döl ana bətnində olarkən xayalar qarın boşluğundan aşağı enərək xaya kisəsinə yerləşir. Bəzi hallarda bu proses baş vermir, xaya qarın boşluğunda və ya qasıq kanalda qalır. Tibbi təcrübəyə əsasən, əməliyyat üçün nəzərdə tutulan vaxt 6 ay tamam olduqdan sonra, bir yaşa qədər aparılması daha məqsədə müvafiqdir. Bu müddətdə xayanın enməsi baş vermirsə, onun öz-özünə xaya kisəsinə enməsi ehtimalı azdır. Əgər qeyd edilən yaş müddəti keçibsə, yənə də əməliyyatın aparılması mümkündür. “Kriptorxizm”lə əlaqədar əməliyyatın aparılmaması, sonsuzluq, xaya xərçəngi riski, xayanın burulması, travma riski və ya psixoloji halın inkişafına səbəb ola bilər. Səhiyyə Nazirliyinin metodik göstərişlərinə və beynəlxalq protokollara əsasən, xaya xayalıqda aşkar edilmədiyi halda, həkim uroloqun obyektiv baxışından sonra xəstəyə instrumental müayinələr aparılmalı və diaqnoz müəyyənləşdirildikdən sonra adekvat müalicə taktikası seçilməlidir. Yusif Süleymanlı xx.xx.2017-ci il tarixdə “Lanset” cərrahlıq klinikasında ultrasəs müayinəsindən keçmiş və onda sağ xayanın xayalıqda yerləşməsi, sol xayanın isə sol~qasıq kanalında sual altında olması qeyd edilmişdir. Ultrasəs müayinəsindən başqa digər hər hansı bir tibbi müdaxilələrin (cərrahiyyə əməliyyatının) aparılması haqqında tibbi məlumat yoxdur. “Kriptorxizm”lə əlaqədar əməliyyatın erkən vaxtda aparılması sonsuzluq və xaya xərçəngi riskini azaldır, həmçinin xayanın normal inkişafını təmin edir. Statistik məlumatlara əsasən, Azərbaycan Respublikasında 2000-ci ildən etibarən bəzi ixtisaslaşmış xəstəxanalarda laparoskopik əməliyyatlar tədbiq olunmağa başlamışdır. 2017-ci ildə “Kriptorxizm”lə əlaqədar uşaqlar üzərində laparoskopik əməliyyatlar həyata keçirilmişdir. Yusif Süleymanlının sol xayasının inkişafdan qalması “Kriptorxizmlə əlaqədar olmuşdur. Yusif Süleymanlıya xx.xx.2017-cil il tarixdə cərrahiyyə əməliyyatının aparılması haqqında tibbi məlumat yoxdur. Bu səbəbdən suala konkret cavab vermək mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin) habelə, sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyən edilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı azyaşlı övladının üzərində icra edilmiş əməliyyatın düzgün icra edilməməsi, yəni sol xayalıq qasıq kanalında aşkar edilmədikdən sonra qarın boşluğunda olub-olmamasının yoxlanılması məqsədilə laporoskopik əməliyyatın aparılmasının təklif edilməməsini, buna görə də illər sonra əslində sol xayalığın mövcud olduğunu və atrofiyaya uğradığını öyrəndiklərini, bu halın uşaqda müxtəlif xəstəliklər, o cümlədə xərçəng xəstəliyinə səbəb ola biləcəyini, eyni zamanda uşaqlarının tək xayalığı olduğu üçün ona daima vitamin-mineral kompleksləri verildiyini, tez-tez həkim qəbullarında olduğunu və buna görə də maddi ziyan çəkdiyini iddia edir. Cavabdeh2 isə həmin dövrdə uşaq urologiyasında laporoskopik əməliyyatların aparılmadığını, o cümlədən həmin dövrdə belə bir əməliyyatın aparılmasına göstərişin olmadığını, eyni zamanda 2024-cü ildə uşağın təkrar USM müyinəsinə göndərilməsinə zərurətin uşağın ağrı və sancılarının olmasından irəli gəldiyini bildirir. Digər cavabdeh “Lanset” Cərrahlıq Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti də oxşar mövqedən çıxış edir, eyni zamanda cərrahin hazırda digər klinikada işlədiyini, xəstəlik tarixçəsinin saxlanılmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh2 vəkili izahatında 2017-ci ildə pediatrik urologiyada laparoskopik əməliyyatların aparılmaması səbəbindən xayalığın yalnız qasıq kanalında olub olmamasının təftişinin aparıldığını qeyd etsə də (oxşar məzmunlu izahat cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapıb), mülki işin mateeriallarında olan məhkəmə tibbi ekspertizanın rəyindən bu dəlil təkzib edilərək, həmin ildə bu qəpildən olan laparoskopik əməliyyatların icra edildiyi öz təsdiqini tapır. Lakin yenə də mülki işin materiallarından, o cümlədən tərəflərin izahatlarından görünür ki, iddiaçının 2024-cü ildə yenidən uroloqa müraciət etməsinin səbəbi uşaqda ağrı və sancıların olması olub. 2017-ci ildə isə həmin əlamətlər mövcud olmayıb. Həm 2017, həm 2024-cü ildə keçirilən USM müayinələrdə sol xayalığın (testisi) aşkar edilməyib. İddiaçının bildirdiyi hallar – xayanın qarın bo.luğunda qalması səbəbindən uşaqda ağır xəstəliklərin yaranması, həyati təhlükəsinin olması ehtimal xarakteri daşıyır və hazıki işdə bu halların heç biri mövcud deyil. İddiaçıya həkimin və tibb müəssisəsinin yanlış müayinə-müalicə tədbirləri nəticəsində hər hansı maddi ziyanın vurulması işin materialları ilə öz təsdiqini tapmır. İddiaçının qeyd etdiyi digər halı – 2017-ci ildə düzgün əməliyyat olunsaydı, uşağın testisinin normal inkişaf edəcəyi də ehtimal olmaqla, sübuta yetirilməsi qeyri-mümkündür. İddia ərizəsinin özünə də belə sübutlar əlavə edilməyib. Məhkəmə hazırlıq iclaslarında iddiaçıya bu cür sübutları təqdim etmək hüququnun olması, o cümlədən iddia tələbini dəqiqləşdirmək hüququnun mövcudluğu izah edilsə də, prosessual hüquqlarından istifadə etməyib. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin də nəzərə alır ki, iddiaçı tərəfin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi”tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1091/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1091/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver