Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1092/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı və cavabdeh Rəsul-zadə Rəvan Əli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Rəsul-zadə Rəvan Əli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəsul-zadə Rəvan Əli oğlundan İddiaçı xeyrinə 3350 manat borc verilmiş pulun və 55 manat dövlət rüsumunun, cəmi 3405 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Rəsul-zadə Rəvan Əli oğlu ilə olan səmimi münasibətlərinə əsaslanaraq ova 150 manat və 3200 manat olmaqla iki dəfə borc pul vermişdir. Buna dair tərəflər arasında müqavilə bağlanmışdır. Həmmçinin borcun verilməsini müvafiq qəbz və şahid ifadəsi təsdiq edə bilər. Lakin cavabdeh bu pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehin başqa şəxslərdən də borc pullar aldığını və qaytarmadığını öyrənən iddiaçı ona verdiyi pul məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Rəsul-zadə Rəvan Əli oğlu iddiaçıya 3350 manat borcunun olduğunu etiraf edərək bu borcu ödəmək üçün hazırda imkanının olmadığını bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2023-cü il tarixli iki fərqli qəbzdən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Rəsulzadə Rəvan Əli oğluna 3200 manat pulu borc verdiyini, Rəsul-zadə Rəvan Əli oğlu isə İddiaçı xx.xx.2023-cü il tarixə 3200 manat borc pul aldığını və bu pul məbləğini xx.xx.2024-cü il tarixədək ödəyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, həmin tarixdə “R***** R***** Ə***** oğlu”nun “**********886257” nömrəli kart hesabına 150 manat köçürülmə olmuşdur. İş materiallarında olan fotoşəkildən “MR. Ravan Rasulzada” adlı şəxsə məxsus “4169 7385 5096 6357” nömrəlibank kartının olduğu müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı xx.xx.2023-cü il tarixdə Rəsul-zadə Rəvan Əli oğlunun kart hesabına 150 manat köçürmə etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə tərəflər arasında 3200 manat pulun İddiaçı tərəfindən Rəsul-zadə Rəvan Əli oğluna borc verilməsinə dair yazılı müqavilə bağlanmışdır. Rəsul-zadə Rəvan Əli oğlu bu borc məbləğini xx.xx.2024-cü il tarixədək qaytarmalı idi. Rəsul-zadə Rəvan Əli oğlu məhkəmə iclasında İddiaçı ümumilikdə 3350 manat borcunun olduğunu etiraf etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 3200 manat pul məbləğini Rəsul-zadə Rəvan Əli oğluna borc vermişdir. Tərəflər borcun xx.xx.2024-cü il tarixədək qaytarılmasını razılaşdırmışlar. İş materiallarında 150 manat pulun Rəsul-zadə Rəvan Əli oğlunun kart hesabına köçürülməsini təsdiq edən qəbz olsa da, bu qəbzdən ödəniş edənin kimliyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin ödəniş edənin İddiaçı olduğu qəbul edilsə də, bu pulun məhz borc olaraq verildiyi yazılı sübutlarla təsdiq olunmur. Bununla belə cavabdeh iddiaçıya ümumilikdə 3350 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarırş Məhkəmə cavabdehin etirafının hər hansı şəxsin hüquq və mənafelərini pozması faktını aşkar etmədiyindən etirafın qəbul olunması qənaətinə gəlir. Beləliklə mülki iş materialları ilə sübut olunur ki, cavabdeh Rəsul-zadə Rəvan Əli oğlu müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Rəsul-zadə Rəvan Əli oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq iddiaçıya ödəməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 3350 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 55 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rəsul-zadə Rəvan Əli oğlundan 3350 ( üç min üç yüz əlli manat) borc və dövlət rüsumu olaraq ödənilmiş 55 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1092/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1092/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver