Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1096/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında, Bakı şəhəri, 14 saylı notariat ofisində 3 M-2064 və 3M-2066 reyestr №-ləri ilə 14 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit müqavilələri əsasında 01 yanvar 2021-ci il tarixə kimi qaytarılmalı olan ümumilikdə 46.000 (qırx altı min) manat təşkil edən pul vəsaitimin və məhkəməyə ödədiyim 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sorra cavabdeh) uzun müddətdir ki, tanıyır və bu tanışlığa əsaslanaraq ona müqavilə ilə borca pul vermişdir. Belə ki, cavabdehlə arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli kredit müqavilələri əsasında 01 yanvar 2021-ci il tarixdə qaytarılması şərti ilə cavabdehə 18000 (on səkkiz min) manat və 28000 (iyirmi səkkiz min) manat olmaqla cəmi 46000 (qırx altı min) manat pul vermişdir. Lakin müqavilə müddətinin bitməsinə sayılı günlərin qalmasına baxmayaraq cavabdeh məndən götürdüyü krediti ona qaytarmayıb və onun tələblərindən də müxtəlif bəhanələrlə yayınır. Ona görə də o, verdiyi pulların qaytarılması üçün məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmişdir. 12.03.2021-ci il tarixli məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin İddiaçı ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış 14.09.2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, iş üzrə ilkin iddiaçı X5 tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. İddia ərizəsi üzrə iddia tələbinin əsası kimi aralarında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış 14.09.2020-ci il tarixli kredit müqavilələrinə istinad edilmişdir. Aşağıda qeyd edilən əsas və dəlillərə əsasən hesab edirə ki, ilkin iddiaçı ilə aralarında bağlanılmış kredit müqavilələri qanunvericiliyin tələbləri pozulmaqla bağlanıldığı üçün etibarsız hesab edilməlidir. Belə ki, o, “Brand” kredit təşkilatında baş mütəxəssis vəzifəsində işləyir. Təşkilatda kreditlərin verilməsi işinin təşkili ilə məşğul olur. X5 onun işlədiyi kredit təşkilatının davamlı olaraq müştərisidir. Hazırda da Sevinc Abışuvarıın təşkilatına kredit borcu vardır. İlkin İddiaçı təşkilatınzdan götürdüyü pulları ətrafında tanıdığı insanlara və ona müraciət edən ehtiyaclı insanlara yüksək faizlə qeyri-rəsmi qaydada verməklə məşğul olmaqdadır. O, Sevinc Abışovun belə bir işlə məşğul olduğunu sonradan bildi. O bildirmişdir ki, tanıdığı kiməsə faizə pul lazım olsa deyərsən. Onun tanıdığı Nazim adlı şəxsə öz şəxsi ehtiyacı üçün pul lazım oldu. O, İddiaçı zəng edorək mənim tanışıma 23000 (iyirini üç min) manat pul lazım olduğunu bildirdi. Həmin vaxt İddiaçı mənə bildirdi ki, pulu qısa zaman içində iki-üç dəfəyə aylıq 10 % -lə verə bilər. 2019 - cu ilin iyun ayının sonlarına yaxın o, Nazim adlı tanışı ilə ona faizə pul almaq məqsədilə İddiaçı yaşadığı Sabunçu qəsəbəsində yerləşən evinin qarşısında görüşərək Nazim ondan 13000 (on üç) manat pul götürmüşdür. Təxminən bir həftə sonra iyul ayının əvvəlində o, Nazim adlı tanışı ilə yenidən Yasamal rayonu ərazisində yerləşən İran klinikasının yaxınlığında İddiaçı ilə görüşərək ondan əlavə olaraq 10000 (on) manat pul vəsaitini götürmüşdür. Sonucu görüşlərindən 2 gün sonra Yasamal rayonu ərazisində yerləşən "Baku Mall” ticarət mərkəzinin qarşısında İddiaçı ilə görüşərək yenidən ondan 3300 (üç) manat pul vəsaitini Nazim onun yanında götürmüşdür. Nazim ümumilikdə İddiaçı 23.000 (iyirmi üç) manat pul vəsaitini aylıq 10% ödəməklə götürmüşdür. Nəzərinizə çatdırmaq istəyir ki, Nazim 2020 - ci ilin mart ayına kimi 7 ay müddətində həy ayın faiz borcu kimi 2300 (iki min üç yüz) manat pul vəsaitini onun vəsaiti ilə İddiaçı ödəmişdir. O, ümumilikdə götürdüyü pulun yeddi aylıq faizini yəni, 17000 (on yeddi) manatını İddiaçı onun vəsaitəsi ilə qaytarmışdır. 2020 - ci ilin mart ayından COVİD-19 virusu ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq edilməsi səbəbilə Nazim adlı tanışı ona bildirdi ki, İddiaçı faiz ödəmək nisbətində götürdüyü pulu bir müddət qaytara bilməyəcəkdir. Həmin ilin mart ayının sonuna yaxın Nazim işləri ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. O, bu barədə İddiaçı məlumat verdiyində, onun nəyinə lazım deyib pulu ona ödətdirəcəyini bildirdi. Bundan sonra İddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona hədə qorxu gələrək iş yerinə gələrək biabır edəcəyini, onu işdən çıxartdıracağını və bu pul ödənilməzsə onun başına oyun açdıracağını bildirmişdir. Nazim adlı tanışı ilə bu barədə vatsap sosial şəbəkəsi vasitəsi ilə mütəmadi danışsa da o işlərinin hazırda normal getməməsi səbəbindən bir müddət İddiaçı ilə danışaraq vaxtı uzatmağa kömək etməyi xahiş etmişdir. Nazim avqust ayında ona bildirdi ki, çalışacaq ki, ilin sonuna kimi ondan vaxt alsın. İddiaçı bu barədə dedikdə onun nəyinə lazımdır ki, onsuz da pulu səndən alacaq deyərək onu mütəmadi təhdid etməyə davam etmişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində İddiaçı ona davamlı hədə-qorxu gələrək onunla şəxsi adına rəsmi borc müqaviləsi bağlayacağı halda ondan əl çəkəcəyini və pulun ödənilməsi üçün əlavə müddət verəcəyini bildirdi. Onunla aralarında olan razılıaşmaya əsasən, 2021 -ci ilin əvvəlinə kimi pulun qaytarılması üçün vaxt verilir, eyni zamanda əsas borcun yəni, 23000 (iyirmi üç) manatın üzərinə 10 aylıq 10% həcmində borc hesablanmaqla borca əlavə faiz tətbiqi də dayandırılır. Məhkəmənin nəzərinə çatdırır ki, artıq başqa yolum qalmadığından və iş yerində biabır olmamaq üçün, eyni zamanda İddiaçınm müxtəlif səlahiyyət orqanlarında çalışan vəzifə sahiblərinin adlarını çəkməklə məni qorxu altında saxlamasından yorularaq çarəsiz vəziyyətdə onunla şəxsim adına borc müqaviləsi bağlayacağına razılaşdı. Sentvabr ayının on dördündə İddiaçı ona Bakı şəhəri 14 savlı notariat kontoruna gedəcəyinizi bildirdi. Qeyd edir ki, əvvəldə dediyim kimi hədə və digər təhdidlər qarşılında başqa çıxış yolum qalmadığı üçün Nazimin aldığı pulun onun borcunun olmağını təsdiq etmək üçün notariat kontorona getmək məcburiyyətində qaldı. Bildirmək istəyirə ki, Bakı şəhəri 14 saylı notariat kontorunda onlara bildirildi ki, müqavilənin bağlanılması razılaşdırılmış pulun həmin əraziyə yaxın yerdə yerləşən Bankda onun adına qoyulmasına dair sənəd təqdim edildikdən sonra mümkün olacaqdır. Bu səbəbdən İddiaçı ilə o, 20 yanvar metrosundan üzü Şamaxinka gedən yolda yerləşən “Muğan Bank"a gedərək əvvəlcədən rrazılaşdırdıqları 46000 (qırx altı min) manat dəyərində müqavilənin bağlanılması üçün pulu onun adına müvəqqəti hesaba yerləşdirmək istədik. İddiaçı mənə Bankda bildirdi ki, hazırda onun üzərində 28000 (iyirmi səkkiz) manat olduğu üçün borcu iki müqavilə əsasında rəsmiləşdirməklə bağlayacaqdır. Bu səbəbdən də o, ilk öncə 28000 (iyirmi səkkiz) manat dəyərində müqavilənin bağlanılması üçün mənim adına müvvəqəti hesaba pulu yatıraraq notariat kontoronda müqaviləni bağladıqcan sonra yenidən banka qayıdıb adına qoyulmuş pul onun tərəfindən çıxarılaraq bankın özündə İddiaçıva təqdim edilmişdir. Bundan sonra biz yenidən 18000 (on səkkiz) manat dəyərində ikinici müqaviləni bağlamaq məqsədilə notoriat kontoruna qayıtdıq. Notariat kontoronda müqavinin hazırlanmasından sonra yenidən banka qayıdaraq həmin pul onun adına yatırıldı. Notoriat kontorunda müqavilə imzalandıqdan sonra yenidən Banka qayıdaraq pulu müvəqqəti hesabımdan çıxararaq İddiaçıva verdi. Göründüyü kimi, o,iddiaçının qaldırmış olduğu iddia tələbi üzrə əsas sübut olaraq təqdini etdivi müqavilələrin bağlanılmasına hədə - qorxu və digər qanunsuz tələblərin qaşılığında məcbur olmuşdur. Eyni zamanda Sevinc Abısova tərəfindən həmin maddi pul vəsaitləri Nazim adlı şəxsə heç bir sənəd imzalanmadan verildiyi halda, ona heç bir zaman borc olaraq pul vermədiyi halda müqaviləni guva ki, mənə borc verilməsi kimi rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nömrəli “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 18000 manat məbləğində pul vermişdir. "Borc alan" kredit məbləğini 01.01.2021-ci il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir. İş materiallarında olan 14.09.2020-ci il tarixli, 3M-2064 reyestr nömrəli “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 28000 manat məbləğində pul vermişdir. "Borc alan" kredit məbləğini 01.01.2021-ci il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu Elmar Əliyev tərəfindən “xxxx” ASC-nin 5 saylı şöbəsinə ünvanlandığı 14.09.2020-ci il tarixli, 1972 saylı məktubunda qeyd edilir: “İddiaçı notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödəməli olan 28000 (iyirmi səkkiz min) Manat məbləğində pulu müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra, mənim məktubum əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh verilməs: üçün bankınızda olan **********00001 AZM38№-li depozit hesabıma qəbul olunmasını xahiş edirəm.” İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu Elmar Əliyev tərəfindən “xxxx” ASC-nin 5 saylı şöbəsinə ünvanlandığı 14.09.2020-ci il tarixli, 1973 saylı məktubunda qeyd edilir: “İddiaçı notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödəməli olan 18000 (on səkkiz min) Manat məbləğində pulu müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra, mənim məktubum əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankınızda olan **********00001 AZM38№-li depozit hesabıma qəbul olunmasını xahiş edirəm.” İş materiallarında olan İddiaçı Cavabdeh ünvanlandığı məktubdan görünür ki, “Diqqətinizə çatdırmaq istəyirəm ki, 13 saylı Notariat Kontorunda, 14 sentyabr 2020-ci il tarixdə, 3M-2066 №-li reyestrdə qeydiyyata alınmaqla Sizinlə, yəni Cavabdeh ilə aramda kredit müqaviləsi imzalanaraq bağlanıb və həmin müqaviləyə əsasən mən Sizə, 01 yanvar 2021-ci il tarixdə mənə qaytarılması şərti ilə sələmsiz olaraq 18000 (on səkkiz min) manat, 14 saylı Notariat Kontorunda, 14 sentyabr 2020-ci il tarixdə, 3M-2064 №-li reyestrdə qeydiyyata alınmaqla aramızda bağlanmış kredit müqaviləsinə görə də 01 yanvar 2021-ci il tarixdə mənə qaytarılması şərti ilə sələmsiz olaraq 28000 (iyirmi səkkiz min) manat pul vermişəm. Hər iki müqavilə üzrə pulların mənə qaytarılması müddəti, yəni 01 yanvar 2020ci il tarixə olan müddət bitsədə Siz, mənə qaytarmalı olduğunuz cəm olaraq sizə verdiyim 46000 (qırx altı min) manat pulumu məmnə qaytarmamısız. Tələb edirəm ki, pulların ən qısa müddətdə, uzağı üç gün müddətində mənə qaytarılsın. Əks təqdirdə bu barədə aiddiyyəti üzrə notariusa, hüquq mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etmək məcburiyyətində olacam.” Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş 30.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 16000 manat məbləğində borc pul vermiş, borc verən nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Borc alan krediti 30.01.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehə müqavilədə göstərilən pulu verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nömrəli və 14.09.2020-ci il tarixli, 3M-2064 reyestr nömrəli “Borc verən İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən “Borc verən” “Borc alan”-a ümumilikdə 46000 manat məbləğində pul vermişdir. Bununla yanaşı məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, yəni 46000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə görə Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, 14.09.2020-ci il tarixli, 3M-2064 reyestr nömrəli və 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nömrəli kredit müqavilələrinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh oğuna ümumilkdə 46000 manat məbləğində borc vermiş, sonuncu həmin pul məbləğini 01.01.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı, həmin müqavilələrin ilk iddiaçı tərəfindən ona hədə-qorxu gəldiyi üçün borc müqavilələrinin bağlanılması məcburiyyətində olması, müqavilənin həqiqəti əks etdirməməsi, həmin müqavilənin qanunsuz tələblərin qarşılığında bağlanılması kimi xüsatlarla əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sadalanan xüsusatlar üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, iddia tələbi sadəcə onun mülahizələrindən ibarət olmuşdur. Bu baxımdan qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı İddiaçı və Cavabdeh arasında bağlanmış 3M-2064 saylı və 3M-2066 reyestrlə qeydiyyatdan keçmiş 14.09.2020-ci il tarixli kredit müqavilələri ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Belə olan təqdirdə mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsi əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin tələbi təmin edilməli və X4 46000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. X4 46000 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1096/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1096/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver