Məhkəmə qərarları › İş №2(005)-110/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-110/2023

31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-110/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X26 Mehdi qızının katibliyi İddiaçı, Cavabdeh1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Mikavıl oğlu və Bakı Sığorta ASC-dən “BMW 528 minik" markalı 10-1L-098 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3555 (üç min beş yüz əlli beş) manat məbləğində maddi zərərin, taksiyə ödənilmiş 600 (altı yüz) manat və iddia ərizəsi verildikdə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, ümumilikdə 4225 (dörd min iki yüz iyirmi beş) manat iddiaçı X11 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi "Mercedes-Benz Viano minik" markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi ilə hərəkət edərkən yolhərəkət qaydalarını pozaraq qəza etdikdən sonra idarəetməni itirmiş və nəticədə İddiaçı məxsus "BMW 528 minik" markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində "BMW 528 minik“ markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Nərimanov rayon l)YPŞ-nin Polis baş leytenantı X4 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı X22 Protokoluna əsasən cavabdeh Qurbanov X9 Xətalar məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Fərdi sahibkar X18 tərəfindən verilmiş Qüsur Aktına əsasən “BMW 528” minik markalı **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3555 (üç min beş yüz əlli beş) manat təmir xərci vardır. Bu zamana qədər qəza günü xaric olmaqla “Bakı Sığorta ASC” tərəfindən avtomobilə baxış keçirilməmiş və qüsur aktı tərtib edilməmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ödəniş üçün cəmi 826 manat sığorta ödənişi təklif etmişdir. İddiaçı bunu qəbul etmədi, çünki zərər xeyli çoxdur. Əlavə olaraq da qeyd etmək istəyir ki, iddiaçı maşını işi ilə əlaqədar istifadə edirdi. Hal-hazırda cavabdehlərin təqsirindən iddiaçı hər gün taksidən istifadə edir. Bu müddət ərzində taksiyə 600 (altı yüz) manat pul ödəyib. “Mercedes-Benz Viano minik“ markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil AD № 241676 nömrəli AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verib,hadisə baş verən zaman avtomobil onun mülkiyyətində olmasa da, faktiki onun tərəfindən istifadə edildiyini və ona məxsus olduğunu, hadisədən sonra həmin avtomobili təmir edib satdığını, hazırda da ona dəymiş zərərin cavabdehlər tərəfindən ödənilmədiyini, bu səbəbdən də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, bildirilir ki, xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu, M.Qaşqay küçəsi ilə M.Sənani küçəsinin kəsişməsində baş vermiş yol-nəq:iyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı BMW 528 minik” markalı **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə almışdır. Bu halı etiraza əlavə etdiyi BA 160003 saylı nəqliyyat vasitəsinin uçot kartoçkası təsdiq edir. Sığorta hadisəsi isə xx.xx.2021-ci il tarixdə baş vermişdir və hadisə baş verən vaxt zərər dəymiş “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçjnın mülkiyyətində olmamışdır. Həmçinin, həmin avtomobil üzərində sərəncam hüququnun iddiaçıya aid olduğunu təsdiq edən və hadisə baş verən zaman qüvvədə olmuş hər-hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Etiraza əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışlardan müəyyən olunur ki, sığorta hadisəsi baş verən vaxt “BMW 528 minik” markalı 10- TL-098 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X19, avtomobili idarə edən şəxs X17 olmuşdur. Həmçinin, arayışa əlavə edilmiş **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD N 143915 saylı qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki. sığorta hadisəsi baş verən vaxt avtomobil X12 mülkiyyətində olmuşdur. Göstərilən hallar iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. Odur ki, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 Mayıl oğlu və "xxxx" ASC-yə qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiasının cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, 18 oktyabr 2021-ci il tarixli müstəqil sığorta ekspertinin verdiyi qüsur aktı əsas götürülməklə, yəni 1880 manat məbləğində ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, X17 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ərizəyə əsasən, yol nəqliyyat hadisəsi baş verən zaman “BMW 528 minik” markalı **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, lakin faktiki olaraq İddiaçı istifadəsində olduğunu bildirmişdir. Qətnamə ilə tutulacaq pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3255 manat müəyyən edilir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə **-NE-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ VİANO minik" markalı avtomobilin sürücüsü Cavabdeh1 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan ADN seriyalı 241676 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, **-NE-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ VİANO minik" markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X13 ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2021 -ci il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərin müəyyən edilməsi ilə bağlı “BMW 525” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə müstəqil ekspertin təyini üçün BS-C-21/3869 nömrəli xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Hər iki tərəfin razılığı ilə seçilmiş müstəqil ekspert Əhməd Talıblı zərər dəymiş avtonəqliyyata texniki baxış keçirmiş və dəymiş zərər 1880,00 (bir min səkkiz yüz səksən) manat məbləğində müəyyən etmişdir. Digər zərərçəkmiş hesab olunan X7ma məxsus BMW-530 markalı, ** XX *** döviət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 9490,00 (doqquz min dörd yüz doxsan) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanunun 58.3 maddəsinə əsasən hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 5000 manat məbləğində sığorta ödənişinin 16,53 %-i, yəni 826,50 (səkkiz yüz iyirmi ahı manat 50 qəpik) manat məbləğində sığorta ödənişini tərəfinizdən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda X12, 83,47 %-i, yəni 4173,50 (dörd min bir yüz yetmiş üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişini isə X2 hesabına köçürməyə hazır olduğumuzu BS-C-21/4089 nömrəli xx.xx.2021-ci il tarixli məktubumuzda bildirmişik. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilən № 0002 nömrəli xx.xx.2022-ci il müstəqil ekspert rəyində qeyd olunmuşdur ki, “BMW 528 minik” markalı **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ziyanın məbləği 5437 AZN manat müəyyən edilmişdir. İş materiallarında olan AR DİN BDYPİ-nin sorğuya cavab məktubundan görünür ki, “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021xx.xx.2022 tarixlərdə etibarnamə ilə X8 etibarnamə ilə istifadəsinə verilmişdir. Daha sonra xx.xx.2021-xx.xx.2022 tarixlərdə İddiaçı etibarnamə ilə istifadəsinə verilmişdir. Həmin avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” X19 “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” X5 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə iddiaçının faktiki istifadəsində olan “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili **-NE-*** dövlət qeydiyyat nişanlı, "MERCEDES BENZ VİANO minik" markalı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, qüsur aktına əsasən zərərin miqdarı 1880 manat təşkil etmiş və müstəqil ekspert Əhməd Talıblı tərəfindən buna dair akt tərtib edilmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş lakin sığorta şirkəti tərəfindən dəymiş ziyan 826,50 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğin avtomobilin mülkiyyətçisinə ödəməyə hazır olduqları bildirilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı ilə iddiaçının avtomaşınına dəymiş ziyan 5437 manat təşkil etmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3255 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi dəymiş 3555 məbləğində sığorta ödənişinin, 600 manat taksiyə ödənilmiş pulun, həmçinin 70 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, sığorta hadisəsi baş verən vaxt “BMW 528 minik” markalı 10- TL-098 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X19, avtomobili idarə edən şəxs X17 olduğundan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Digər Cavabdeh1 tərəfindən İddiaçı dəymiş ziyanın məbləği mübahisələndirilir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 58.3-cü maddəsinə əsasən, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği habelə iddiaçının subyektiv hüququ ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilə dəymiş ziyana görə sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı cavabdehlərə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinə əasasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Bu baxımdan «İcbari sığorta haqqında» Qanunun 58.3-cü bəndinin tələbləri nəzərə alınmaqla, 5000 manat məbləğində sığorta ödənişinin 16,53 %-i, yəni 826,50 manat məbləğində sığorta ödənişi İddiaçı ödənilməlidir. Bununla belə cavabdeh tərəfindən mübahisələndirilən halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının belə bir iddia irəli sürməyə subyektiv hüququ olmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən anda avtomobil qanuni əsaslarla iddiaçıya məxsus olmasa da, həmin vaxt avtomobilə qanuni əsaslarla sahiblik edən Q.Alıyev ərizəsində avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğunu, bu səbəbdən də sığorta ödənişinin onun xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” X19 “BMW 528 minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili “alıcı” İddiaçı satmışdır. Göründüyü kimi hadisədən sonra avtomobilə mülkiyyət hüququ iddiaçıya keçmiş, avtomobilin əvvəlki mülkiyyətçisi isə sığorta ödənişinin alınması üçün cavabdeh şirkətə bir dəfə də olsun müraciət etməmişdir. Əksinə müraciətlər Q.Alıyev tərəfindən olmuş, sonuncu isə öz ərizəsində avtomobilin hadisə vaxtı iddiaçıya məxsus olduğunu bildirmiş, məhkəmədə onun iddia qaldırmasına etiraz etməmişdir. Beləliklə, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3255 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh1 tərəfindən iddia tələbinin qismən, yəni avtomaşına vurulmuş ziyanın məbləği 1880 manat qəbul edilsə də, ekspert rəyi ilə avtomaşının bərpa edilməsi üçün həmin məbləğ 3255 manat müəyyən edilmişdir. Həmin məbləğin 826,50 manat hissəsi cavabdeh şirkət tərəfindən iddiaçının xeyrinə tutulacağı üçün, məhkəmə qeyd edir ki, digər Cavabdeh1 İddiaçı xeyrinə 2428,50 manat (3255-826,50) pul tutulmalıdır. Məhkəmə cavabdeh şirkətin mübahisələndirdiyi digər halla bağlı qeyd etməyi zəruri hesab edir ki, mülki işdən göründüyü kimi, sığorta hadisəsi kimi qeyd edilən yol-nəqliyyat hadisəsi baş verdiyi anda "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olmadığından avtomobili X17 idarə edə bilməzdi. Çünki hadisə zamanı avtomobil parklanmış vəziyyətdə olmuşdur. Həmin hal yol nəqliyyat hadisəsinin sxemindən də açıq aşkar görünür. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi cavabdeh "xxxx" ASC-dən 826,50 manat və Cavabdeh1 2428,50 manat və cavabdehlər "xxxx" ASC-dən 18 manat və Cavabdeh1 52 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pulun 51 manatı cavabdeh "xxxx" ASC-dən və 149 manatı Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. "BMW 528" markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi cavabdeh "xxxx" ASC-dən 826,50 manat və Cavabdeh1 2428,50 manat və cavabdehlər "xxxx" ASC-dən 18 manat dövlət rüsumu və Cavabdeh1 52 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pulun 149 manatı Cavabdeh1 və 51 manatı cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Məhkəmə X14.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar