Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1105/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli “kredit müqaviləsi” üzrə iddiaçıya borclu olduğu 90.000 (doxsan min) manat pulun və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı ümumi tanışı olan Cavabdeh iddiaçını tanıdığından və qarşı tərəfində onu tanıdığından istifadə edərək iddiaçıdan borca pul istədi ki, iddiaçı da ona inanıb xx xxxxxxx 2020-ci ildə 90.000 (doxsan min) manat borc verərək “Kredit Müqaviləsi” bağladı və həmin müqavilənin 2-ci bəndində göstərildiyi kimi cavabdeh borclu olduğu 90.000 (doxsan min) manatı son ödəmə müddəti xx.xx.2020-ci il tarixdə olmaqla borcu tam olaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırda cavabdeh borcu qaytarmaqdan yayınır və vermirəm get nə isdəyirsən et deyir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirmir. İddiaçının borclu olduğu insanlar var ki, iddiaçı da onlara olan borcumu geri qaytarmalıdır. Bütün bu səbəbdən də aralarında bağlanan xx xxxxxxx 2020-ci il tarxli “Kredit Müqaviləsi” üzrə borclu olduğu 90.000 (doxsan min) manat pulunun cavabdehdən alınaraq geri qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984cü ildə doğulmuşdur. Binəqədir RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 07734599 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Köçərli Mehman Fəxrəddin oğlu xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, 9 MKR, A.Məmmədov küçəsi, ev 99, mənzil 77 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən “borc alana” Cavabdeh 90000 (doxsan min) manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. 2-ci bəndə əsasən “borc alan” Cavabdeh krediti, son tarix xx.xx.2020-ci il tarixinədək “borc verənə” Cavabdeh tam şəkildə qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli **********20 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh adına adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, mənzil 222 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi və Cavabdeh adına hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 90.000 (doxsan min) manat və 180 (yüz səksən) manat məbləğində pul vəsaiti “xxxx” ASC Səlyan filalı vasitəsi ilə köçürmələr edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil oredrinin surətindən görünür ki, “xxxx” ASC-nin Səlyan filialına İddiaçı 90.000 (doxsan min) manat məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə 626g saylı notarius məktubuna əsasən AZ35MUGA**********01312AZM43 saylı depozit hesabına təhvil vermişdir. “xxxx” ASC tərəfindən Salyan rayonu 2 saylı xüsusi Notariat Kontoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli sal/371 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə 626-g saylı məktuba cavab olaraq İddiaçı tərəfindən 90.000 (doxsan min) manat məbləğində vəsait AZ35MUGA**********01312AZM43 saylı depozit hesabına qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən 90.000 (doxsan min) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 90.000 (doxsan min) manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 90.000 (doxsan min) manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1105/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1105/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver