Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1110/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 9 saylı Notarial Kontorunda 26 dekabr 2019-cu il tarixində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi C-9 markalı, BAUER BG 24 H modelli, 2005-ci il tarixli buraxılışlı yerqazan avtomaşının alğı-satqı ilə bağlı olduğundan yuxarıda qeyd edilən müqavilədə göstərilən məbləğ iddiaçı tərəfindən cavabdehə tam şəkildə öənilməsinə baxmayaraq, cavabdeh iddiaçıdan onunla müqavilə bağlayarkən həqiqətən də mübahisələndirilən məbləğ ona verilməmişdir və bunu sübut müqavilə bağlanan tarixdə Notarial Kontorundan diskin tələb olunması zərurəti yarandığından, həmçinin əlavə şahidlərin məhkəməyə dəvət edilməsi və onların izahatları alınarkən bəlli olacaqdır ki, həqiqətən də iddiaçı ilə cavabdeh arasında olan əqdin özü başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmışdır və ona görə də həmin müqavilənin etibarsız hesab edilməsi labüddür, bu faktı cavabdeh Nərimanov rayon Məhkəməsinə özü də təsdiq edərək bildirmişdir ki, İddiaçı qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cəmil Hənifəyev ondan 130.000 avro borc istəmişdir. Razılaşdırılmış vaxtda gəlib çatanda cavabdeh borcu qaytara bilmədiyindən təklif etmişdir ki, 350.000 avro da verib cavabdehə onun üçün yerqazan texnika almışdır. Onun dediyi kimi də etmiş və əlavə olaraq 350.000 avro da vermişdir. Cəmil Hənifəyev onun üçün 480.000 avroya yerqazan texnikanı almışdır. Texnikanın sənədlərinin gəlmədiyini bəhanə edərək həmin texnikanı onun adına keçirməmişdir. İddiaçının narahatçılığına görə cavabdeh ona etibarnamə vermişdir. Bundan sonra yenə rəsmiləşdirilmə işləri yubanmışdır. İddiaçı öyrənmişdir ki, həmin yerqazan texnika bankda girovdadır. Bunu Cəmilə bildirdikdə, 20.000 ABŞ dolları ödəyərsə, banka olan borcunu bağlaya və texnikanı adına rəsmiləşdirə biləcəyini demişdir. İddiaçı 20.000 ABŞ dolları ödəmiş və texnika girovdan çıxarılmışdır. Bundan sonra iddiaçı yenidən 35.000 manat ödəmiş və alğı-satqı müqaviləsi bağlamışdır. Lakin alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək texnikanı ona verməmişdir. Hər dəfə C-9 markalı BAUER BG 24 H modelli, 2005-ci il buraxılış yerqazan texnikanı təyinatı üzrə işlədilməsi üçün iş çıxsa da, Cəmil mülkiyyətində olan texnikanı ona təhvil verməmişdir. Həmin texnikanı iddiaçıdan gizlədərək gəlir əldə etmişdir. Dəfələrlə ona texnikanı verməyi təklif etsə də, imtina etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki iclaslarda iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia ələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin əsassız olduğunu hesab etdiyini bildirərək iddianın təmin olunmamasını xahiş etdi. O bildirdi ki, iddiaçının qardaşı X3 həyat yoldaşı ilə rəfiqə olmuşlar, yaxın qonşuluq münasibətləri olub. Cavabdehin yoldaşı memardır, çoxsaylı layihələrə rəhbərlik edir. İddiaçı ilə yerqazan texnikanın alınması, onun tərəfindən işlədilməsi üçün borc pul verilib. Lakin daha sonra iddiaçı nə pulu qaytarıb, nə də texnikanı. İddiaçılardan pulunu və ya texnikanı tələb etməyə başlayıb. Bu məqamda İddiaçı ona bir müqavilə göstərərək, ayı 20000 ABŞ dollarından texnikanı Gürcüstan Respublikasında 2 il müddətinə arendaya verəcəyini, qardaşının borcunu bu yolla qaytaracağını bildirdi. Lakin texnika artıq o qədər işlənmişdi ki, əsas detalların təmirə ehtiyacı var idi. Buna görə aralarında notariat qaydada müqavilə imzalandı, 85000 ABŞ dolları məbləğində pul məbləği rəsmi qaydada bank vasitəsilə iddiaçıya ödənildir. İddiaçıların detalı aldıqdan sonra texnikanı işlədərək borcu qaytaracaqlarına inanıb. Lakin sonra öyrənib ki, iddiaçıların başqa şəxslərə də borcları var və qaytarmırlar. Buna görə də məhkəməyə müraciət edərək müqavilədə göstərilmiş məbləğin qaytarılmasını xahiş edib. Mülki iş kassasiya instansiyası məhkəməsinə qədər davam etdirilib. Nəticədə qərar çıxarılıb, borcun ödənilməsi qət edilib, lakin hazırki iş üzrə iddiaçı məhkəmə qətnaməsini icra etmək əvəzinə, əsassız iddia ilə məhkəməyə müraciət edərək, hüquqlarının daha da pozulmasına səbəb olur. Müqavilənin etibarsızlığı tamamilə absurddur, eyni zamanda, müqavilənin etibarsızlığı üçün əsaslar olsa idi, ilkin məhkəmə mübahisələri zamanı bunu ifadə etməli idi. Deyilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan iddiaçı və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, təqdim edilən materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 85000 ABŞ dolları bu günki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 144500.00 manat məbləğində pulu borc vermişdir. “Borc alan” krediti xx.xx.2020-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdir. - Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edillən qəbzlərdən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 144500 manat və 289 manat məbləğində ödənişlər edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-247/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh2 cavabdehlər İddiaçı və X5 qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş barədə iddianın qismən təmin edilməsi, İddiaçı 85000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7053/22 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən 85000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində həmin məbləğin ödəniş günü manatla məzənnəsinə uyğun olaraq ödənilməsi kimi dəyişdirilməsi qət edilmişdir. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4981/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7053/22 saylı iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı 85000 ABŞ dolları bu günki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 144500.00 manat məbləğində pulu borc verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən də aydın olur ki, kredit müqaviləsində nəzərdə tutulan məbləğ Cavabdeh2 tərəfindən ödənilmişdir. Lakin İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, həmin məbləği müqavilədə qeyd olunan tarixdə Cavabdeh2 geri qaytarmamışdır. Nəticədə, Bəylərova X4 Mahir İdris oğlu və X5 qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi 2(005)- 247/2021 saylı mülki iş üzrə iddianın qismən təmin edilməsi, İddiaçı 85000 ABŞ dolları məbləğində pulun Cavabdeh2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Mülki iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə də bir daha təsdiqlənir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh2 85000 ABŞ dolları məbləğində borcu yaranmışdır və İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, preyudisial əhəmiyyətə malik faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda İddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. MM-nin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. MM-nin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. MM-nin 351.4-cü maddəsinə əsasən, əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). MM-nin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar) Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsində 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 85000 ABŞ dolları, həmin günki manatla kurs üzrə 144500 manat məbləğində borc pul verildiyi qeyd edilsə də, əslində müqavilədə göstərilən məbləğdə pulun verilmədiyi, əqdim yerqazan texnikanın alqı-satqısı ilə bağlı olduğunu, həmin əqdi pərdələmək üçün bağlandığı qeyd edilir. Mülki işin materiallarında olan notariat işindən müəyyən edilir ki, iddia predmeti olan kredit müqaviləsi Cavabdeh2 Müşüd qızı ilə İddiaçı tərəfindən 26 dekabr 2019-cu il tarixdə tərəflərin şəxsən iştirakı ilə Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmışdır. Tərəflər müqaviləni imzaları ilə təsdiq etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdirlər. Xəzinə mədaxil orederlərindən aşkar olur ki, eyni tarixdə Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə 144500 manat məbləğində pul və kredit müqaviləsi üzrə gəlir üzrə 289 manat məbləğində pul ödənilmişdir. X1 26 noyabr 2019-cu il tarixli məktubundan müəyyən edilir ki, Cavabdeh2 tərəfindən 144500 manat məbləğində pulun İddiaçı təhvil verilməsi üçün Muğanbank ASC-də olan depozit hesabına qəbul edilməsi xahiş olunur. Həmçinin tərəflər arasında mövcud olan məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qərarlarla da İddiaçı 85000 ABŞ dolları məbləğində pulun həmin məbləğin ödəniş günü manatla məzənnəsinə uyğun olaraq Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Mülki iş üzrə qəbul edilmiş yekun qərar (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4981/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli) qanuni qüvvəyə minmişdir. Həmin mülki işin icraatı zamanı hazırki iş üzrə cavabdeh İddiaçı 85000 ABŞ dolları həcmində borcu olduğunu məhkəmə iclasında etiraf etmişdir (05 aprel 2021-ci il tarixli məhkəmə baxış iclasının audio-video diski mülki işin materiallarına əlavə edilib). Məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı deyil; iddiaçı əqdin etibarsızlığı tələbini qoysa da, bununla bağlı məhkəməyə heç bir sübutu təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, şahidlərin dindirilməsi və s. məsələlərlə əlaqədar vəsatət verməmişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət məhkəməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq eidlməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1110/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1110/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver