Məhkəmə qərarları › İş №2(005)-1127/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1127/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1127/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı məhkəməyə tərəflər arasında 10.03.2022-ci il tarixli Barışıq Sazişi təqdim edərək, icraatdakı 2(005)-1127/2022 nömrəli mülki işlə bağlı barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Biz, bir tərəfdən ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı, digər tərəfdən ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiasına 2(005)- 1127/2022 saylı mülki iş üzrə aşağıdakılar barədə razılığa gələrək Barışıq Sazişi bağlayırlar:

1. Rzayev X2 Sazişini imzalamaqla 2(005)-1127/2022 saylı mülki iş üzrə iddia tələbini tam qəbul edərək İddiaçı 1500 (bir min beş yüz) manat borc ödənişini 3 ay (mart, aprel, may 2022-ci il tarixdə, hər ay 500 manat) müddətində ödəməyi öhdəsinə götürür;

2. Əliyev X1 Sazini imzalamaqla 2(005)-1127/2022 saylı mülki iş üzrə Cavabdeh 1500 manat ödəməsinə etiraz etmir və Cavabdeh qarşı 2(005)-1127/2022 saylı iş üzrə iddiasından imtina edir;

3. X3 Cavabdeh X3ndə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdəsinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduğu 1500 manat borc ödənişini ödəmədiyi təqdirdə X3nin icraya yönəldilməsinə və həmin borcun ödənişinin icra məmuru vasitəsi ilə məcburi qaydada tutulması üçün əsasdı bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər;

5. X3 tərəflərin iradə ifadəsini əks etdirir.

6. X3 üzrə götürülmüş öhdəliklərin icrası tərflər üçün məcburidir.

7. X3, hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında 10 mart 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri:

1. Rzayev X2 Sazişini imzalamaqla 2(005)-1127/2022 saylı mülki iş üzrə iddia tələbini tam qəbul edərək İddiaçı 1500 (bir min beş yüz) manat borc ödənişini 3 ay (mart, aprel, may 2022-ci il tarixdə, hər ay 500 manat) müddətində ödəməyi öhdəsinə götürür;

2. Əliyev X1 Sazini imzalamaqla 2(005)-1127/2022 saylı mülki iş üzrə Cavabdeh 1500 manat ödəməsinə etiraz etmir və Cavabdeh qarşı 2(005)-1127/2022 saylı iş üzrə iddiasından imtina edir;

3. X3 Cavabdeh X3ndə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdəsinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduğu 1500 manat borc ödənişini ödəmədiyi təqdirdə X3nin icraya yönəldilməsinə və həmin borcun ödənişinin icra məmuru vasitəsi ilə məcburi qaydada tutulması üçün əsasdı bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər;

4. X3 tərəflərin iradə ifadəsini əks etdirir.

5. X3 üzrə götürülmüş öhdəliklərin icrası tərflər üçün məcburidir.

6. X3, hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar