Məhkəmə qərarları › İş №2(005)-113/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-113/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-113/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ev 29, mənzil 39-da qeydiyyatda olan Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pulun və tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun tutulub birdəfəlik ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh tərəf vəsatətlə məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsində həmin pul tələbinə dair müqavilənin etibarsızlığı tələbi irəli sürüldüyündən mülki iş üzrə (2(011)-5317/2019 saylı) yekun məhkəmə aktı çıxarılana qədər işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2779/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə tələbinə dair mülki iş üzrə (2(011)-5317/2019 saylı) qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(005)-2779/2019 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 113/2020 saylı qərardadı ilə mülki iş üzrə icraat işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra təzələnmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin təsdiq olmasını,iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizələri məhkəməyə təqdim etmişdilər. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişi, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 2.1 Tərəflər ümumi razılığa gələrək yuxarıda göstərilən məhkəmə icraatlarında olan iddia tələbinin hüquqi taleyini aşağıdakı qaydada həll edirlər. a. Hazırkı sazişlə tərəflər razılığa gələrək qəbul edirlər ki, onların arasında yaranmış və münasibətlərin korlanmasına səbəb olmuş mülki mübahisənin hüquqi əsasları onların qarşılıqlı işgüzar əlaqələri zəminində həll ediləndir və hazırkı vəziyyətdə mübahisə tərəflərinin şəxsi mənafeləri ilə bağlılığı olmadığından öhdəliklərə xitam verilməli və ümumi razılaşma əldə olunmalıdır. e. Saziş üzrə ikinci tərəf olan “cavabdeh” iddiaçının iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsinə razılıq əldə olunmasını nəzərə alaraq aralarında yaranmış öhdəlik üzrə qarşı tərəfə 10000 (on min) ABŞ Dolları məbləğində pul vəsaitinin ödənilməsinə öz razılığını bildirir. v. İddiaçı tərəf sazişin şərtlərinə uyğun olaraq cavabdehə qarşı “pul tələbi” ilə bağlı Nərimanov rayon Məhkəməsində 2(005)-2770/2019 saylı mülki işdən imtina olunmaqla iddiaya xitam verilməsi müqabilində cavabdehin ona razılaşdırılmış qaydada və müddətdə 10000 (on min) ABŞ Dolları məbləğində pul vəsaitinin ödənilməsinə etiraz etmədiyini bildirir. b. Sazişin tərəfləri ödəniləcək pul vəsaitinin ümumi birgə işgüzar fəaliyyət nəticəsində əldə olunacaq gəlirdən hisə-hissə iddiaçıya veriləcəyinə və bu əsasda ödəniş müddətinin bir ildən çox müddətdə, yəni xx.xx.2021-ci il tarixədək, uzadılmamasına öz razılıqlarını bildirirlər. 2.2.Tərəflər razılığa gəlirlər ki, sazişdə qeyd olunan şərtlərə birgə riayət etməklə biri-birlərinə qarşı sözügedən mübahisəli vəziyyətlərə dair pul tələbi və ya başqa məzmunlu iddialar verməyərək, ərizələrin təqdim olunmasını vaxtında həyata keçirəcək və iş üzrə icraata xitam verilməsini qeyd şərtsiz təmin etməklə barışıq vəziyyətində qarşılıqlı hüquqi münasibətdə olacaqlar. 3.1.Hazırkı razlaşmanın icrası qaydasını tərəflər birlikdə müəyyən edirlər və saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 2.1., 2.2 və 3.2-ci bəndindəki vəzifələrin icrasına başlanılır. 3.2. Tərəflər (və ya vək.nümayəndələri) bu sazişin təsdiq edilmiş nüsxəsi ilə Bakı şəhər Nərimanov Rayon məhkəməsinə və zəruri olarsa İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edirlər. 4.1. Bu Saziş notariatda təsdiqlənir və məhkəmə tərəfindən qəbul edildikdə, qanunvericik tələblərinə görə eyni zamanda icra və mülki iş üzrə icraata barışıq sazişi əsasında xitam veriləcəkdir. 4.2. Bu sazişin hər hansı müddəasının öz qüvvəsini itirməsi və ya hər hansı səlahiyyət məhkəmənin qərarı yaxud hər hansı orqanın tərəflər üçün öhdəlik yaradan qərarı ilə səhv və etibarsız élan olunması Sazişin digər müddəalarının səhv və ya etibarsız hesab olunması üçün əsas deyil. Buna görə də belə olan halda Tərəflər danışıqlar yolu ilə müvafiq müddəaların dəyişdirilmə ilə bağlı elə razılığa gələcəklər ki, həmin müddəalar bu Sazişin şərt və tələblərinə uyğun gəlsin. 4.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.4. Bu Saziş, notariatda tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflər üçün hüquqlar və vəzifələr müəyyən edir. 4.5. Bu Sazişdə tərəflərin təminatla razılaşdıqları müddəaların pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək və saziş öhdəlik xarakteri daşımaqla məhkəmənin icra vərəqəsi çıxarması üçün ( icraçıların məcburi icra hərəkətlərinə) əsas kimi qəbul olunacaqdır. 4.6. Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və nüsxələri müvafiq olaraq notariatda иddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 2.1 Tərəflər ümumi razılığa gələrək yuxarıda göstərilən məhkəmə icraatlarında olan iddia tələbinin hüquqi taleyini aşağıdakı qaydada həll edirlər. a. Hazırkı sazişlə tərəflər razılığa gələrək qəbul edirlər ki, onların arasında yaranmış və münasibətlərin korlanmasına səbəb olmuş mülki mübahisənin hüquqi əsasları onların qarşılıqlı işgüzar əlaqələri zəminində həll ediləndir və hazırkı vəziyyətdə mübahisə tərəflərinin şəxsi mənafeləri ilə bağlılığı olmadığından öhdəliklərə xitam verilməli və ümumi razılaşma əldə olunmalıdır. e. Saziş üzrə ikinci tərəf olan “cavabdeh” iddiaçının iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsinə razılıq əldə olunmasını nəzərə alaraq aralarında yaranmış öhdəlik üzrə qarşı tərəfə 10000 (on min) ABŞ Dolları məbləğində pul vəsaitinin ödənilməsinə öz razılığını bildirir. v. İddiaçı tərəf sazişin şərtlərinə uyğun olaraq cavabdehə qarşı “pul tələbi” ilə bağlı Nərimanov rayon Məhkəməsində 2(005)-2770/2019 saylı mülki işdən imtina olunmaqla iddiaya xitam verilməsi müqabilində cavabdehin ona razılaşdırılmış qaydada və müddətdə 10000 (on min) ABŞ Dolları məbləğində pul vəsaitinin ödənilməsinə etiraz etmədiyini bildirir. b. Sazişin tərəfləri ödəniləcək pul vəsaitinin ümumi birgə işgüzar fəaliyyət nəticəsində əldə olunacaq gəlirdən hisə-hissə iddiaçıya veriləcəyinə və bu əsasda ödəniş müddətinin bir ildən çox müddətdə, yəni xx.xx.2021-ci il tarixədək, uzadılmamasına öz razılıqlarını bildirirlər. 2.2.Tərəflər razılığa gəlirlər ki, sazişdə qeyd olunan şərtlərə birgə riayət etməklə biri-birlərinə qarşı sözügedən mübahisəli vəziyyətlərə dair pul tələbi və ya başqa məzmunlu iddialar verməyərək, ərizələrin təqdim olunmasını vaxtında həyata keçirəcək və iş üzrə icraata xitam verilməsini qeyd şərtsiz təmin etməklə barışıq vəziyyətində qarşılıqlı hüquqi münasibətdə olacaqlar. 3.1.Hazırkı razlaşmanın icrası qaydasını tərəflər birlikdə müəyyən edirlər və saziş bağlandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 2.1., 2.2 və 3.2-ci bəndindəki vəzifələrin icrasına başlanılır. 3.2. Tərəflər (və ya vək.nümayəndələri) bu sazişin təsdiq edilmiş nüsxəsi ilə Bakı şəhər Nərimanov Rayon məhkəməsinə və zəruri olarsa İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edirlər. 4.1. Bu Saziş notariatda təsdiqlənir və məhkəmə tərəfindən qəbul edildikdə, qanunvericik tələblərinə görə eyni zamanda icra və mülki iş üzrə icraata barışıq sazişi əsasında xitam veriləcəkdir. 4.2. Bu sazişin hər hansı müddəasının öz qüvvəsini itirməsi və ya hər hansı səlahiyyət məhkəmənin qərarı yaxud hər hansı orqanın tərəflər üçün öhdəlik yaradan qərarı ilə səhv və etibarsız élan olunması Sazişin digər müddəalarının səhv və ya etibarsız hesab olunması üçün əsas deyil. Buna görə də belə olan halda Tərəflər danışıqlar yolu ilə müvafiq müddəaların dəyişdirilmə ilə bağlı elə razılığa gələcəklər ki, həmin müddəalar bu Sazişin şərt və tələblərinə uyğun gəlsin. 4.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.4. Bu Saziş, notariatda tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflər üçün hüquqlar və vəzifələr müəyyən edir. 4.5. Bu Sazişdə tərəflərin təminatla razılaşdıqları müddəaların pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək və saziş öhdəlik xarakteri daşımaqla məhkəmənin icra vərəqəsi çıxarması üçün ( icraçıların məcburi icra hərəkətlərinə) əsas kimi qəbul olunacaqdır. 4.6. Bu Saziş 4 (dörd) nüsxədə tərtib edilir və nüsxələri müvafiq olaraq notariatda иddiaçıda, cavabdehdə və məhkəmədə saxlanılır. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar