Məhkəmə qərarları › İş №2(005)-113/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-113/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-113/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250000 manat və 27000 manat cəmi 277000 manat pulun, ödədiyi 567 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə tanışlığı var idi. Cavabdeh ondan külli miqdarda pul istəmişdir. O da ona xx.xx.2020-ci il tarixdə 250000 manat və 27000 manat pul vermişdir. O da bunun müqabilində ona Tər-Tər rayonu, Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov qoymuşdur. Bunu cavabdeh özü öz əlyazması ilə yazmış və imzası ilə təsdiq etmişdir. Lakin üstündən iki il keçməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmır, hər dəfə müxtəlif bəhanələr gətirir. Bir sözlə, ona həmin pulu geri qaytarmaqdan imtina edir. Ona görə də məcbur qalıb pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin o cavabdehin ona vurduğu ziyana görə qazancından da olmuşdur. Belə ki, iddiaçı həmin pulla biznes qurmaq istəyirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçının atasına və ona ayrı-ayrılıqda borcu var. Atası ilə iddiaçının tanışlığı vardı, cavabdehlə qohumluğu yoxdur, əlyazmanı lombardda yazılıb və orada müşahidə kamerası olmamışdır. Əlyazmadan başqa heç bir sübutu yoxdur və hesab edir ki, borcunun olmaması ilə bağlı sübutları cavabdeh təqdim etməlidir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı borc almamışdır. Onun Nümayəndə 180.000 manat borcu var. Pulu iş qurmaq məqsədi ilə almışdır. Pulu geri qaytara bilmədiyi üçün faiz borcu çoxaldı və ödəniş edə bilməmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, «Mən, Cavabdeh İddiaçı 25000 (iki yüz əlli min) manat pul almışam, əlavə olaraq 27000 manat manat pul almışam və bunun qarşılığında Tər-Tər rayonu Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov olaraq qoymuşam. Mən bu borcu qaytardığım təqdirdə girov qoyduğmu evləri yuxarıda qeyd etdiyi şəxsdən geri alacam» - 22 avqust 2023-cü il tarixli Bakı Şəhər Nəsimi Rayon Prokurorluğu tərəfindən Nəsimi RPİ-nin İŞ-nin rəisinə ünvanlanmış məktubdan görünür ki, Nümayəndə müraciəti əsasında toplanmış 978/21 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Hadıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilərək, həmin material əlavə araşdrımanın aparılması üçün qaytarılır və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurou tərəfindən müstəntiqə verilmiş yazılı göstərişlərin icra olunması və material üzrə araşdırmanın tam, obyektiv və hərtərəfli aparılması üçün müvafiq tədbirlərin görülməsini təmin etməkləri xahiş edilir. - 22 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar»dan görünür ki, xx.xx.2021-ci il tarixdə Nümayəndə Nəsimi RPİ-nin İŞ-nə müraciət edərək X4 və Cavabdeh onun etibarından sui-istifadə edərək 250000 manat pulunu bina tikintisi ilə məşğul olub qazanc əldə biləcəkləri adı ilə ələ keçirməklə dələduzluq etdiklərini bildirməsi əsasında İŞ-nin müstəntiqi Ülvü Hadıyev tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Nümayəndə göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Lombard” işlədir. X4 ona məxsus lombarda 2018-ci ildə təxminən 4 ay işçi kimi işləmişdir. 2018-ci ilin sonlarında Təhminin ona məxsus lombardan təxminən 180000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığını öyrənmişdir. Həmin qızıl-zinət əşyaları vətəndaşlar tərəfindən girov kimi qoyulmuş əşyalar olmuşdur. Təhminə tərəfindən qızılların oğurlandığını bildikdən sonra qızılları geri tələb etdikdə qardaşı Cavabdeh bina tikintisi ilə məşğul olduğunu demişdir. Təhminəyə inanıb qardaşı ilə görüşmüşdür. Bu vaxt Cavabdeh özünü bina tikintisi ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Razılaşmaya əsasən tenderə daxil olmaq üçün 70000 manat pul verməli imiş. Lakin Məcid tenderi udmadığı təqdirdə aldığı 70000 manat pulu geri qaytaracağını demişdir. 2019-cu ilin əvvəllərində Məcid ilə ofisində görüşmüşdür. Ofisdə Məcidə 70000 manat pul vermişdir. Bu vaxt işçi Alidə adlı şəxs yanında olmuşdur. Yəni, Məcidə 70000 manat pul verməyini Alidə görmüşdür. Məcid ilə olan razılaşmaya əsasən 250000 manat pul ilə Məcid bina tikəcəkdi. Belə ki, həmin 250000 manat pulun 180000 manatı Təhmindən oğurladığı qızıl-zinət əşyalarının pulu olmuş və əlavə olaraq 70000 manat nəğd pul vermişdir. Tikinti başladıqdan sonra əlavə olaraq Məcidə təkrar pul veriləcəkmiş. Çünki binanın tikintisi daha çox pula başa gəlir. Bina tikintisindən əldə olunan qazancdan istəyinə uyğun Məcidə pul verəcəkmiş. Məcid Rəşad adlı başqa şəxs ilə də bina tikintisi ilə bağlı sövdələşmə etmişlər. Rəşad adlı şəxs ilə tanış olsa da, Məcidin Rəşad adlı şəxs üçün bina tikəcəyini bilmirmiş. Daha sonra söhbət əsasında Rəşad ona bildirmişdir. Rəşad mobil telefon vasitəsilə Məcid ilə danışmasını istədikdə Rəşad Məcid ilə danışmışdır. Bundan sonra Məciddən tikdiyi binanın müvafiq sənədlərini ona verməsini tələb etmişdir. Məcid onu aldadaraq sənədləri verəcəyini dedikdə aldanıldığını başa düşmüşdür. Bundan sonra Məciddən pulunu tələb etməyə başlamışdır. Məcid pulunu geri qaytarmayıb müddəti uzatdıqda onun və bacısı Təhminənin barəsində polisə şikayət edəcəyini demişdir. Məcid və bacısı Təhminə ona hədə qorxu gələrək polisə şikayət etdiyi halda üzü onun və bədəni lüt formada olan başqa qadına dair şəkil düzəltməklə onu rüsvay edəcəklərini demişdir. Uzun müddət qorxduğu üçün 2019-cu ilin əvvəllərindən hal-hazıradək şikayət etməmişdir. Hətta Məcid onu sakitləşdirmək üçün 250000 manat pul borclu olması ilə bağlı öz xətti ilə yazılmış yazılı ərizə vermişdir. Bundan başqa, Məcidin həqiqətən bina tikintisi ilə bağlı pul aldığını etiraf etməsi ilə bağlı video görüntü var. - 22 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar»dan həmçinin görünür ki, Nümayəndə müraciəti əsasında toplanmış 978/21saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Hadıyevin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qanunsuz və əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə qaytarılmışdır. - Cavabdeh Nəsimi RPİ-nin İŞ-nə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailəmlə birgə yaşayıram. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmirəm. Mahiyyəti üzrə bildirirəm ki, təxminən 2016-cı ildə Memar Əcəmi metrostansiyasının yaxınlığında ət dükanının sahibəsi kimi tanıdığım Nümayəndə ilə həmin dövrdən etibarən xoş ünsiyyətimiz yaranmışdır. Həmin dövrdə mən onun bir neçə pul problemlərini həll etmişdim və beləcə aramızda etibar yaranmışdır. Beləliklə Nümayəndə bir gün məndən məsləhət lombard açmaq fikrinin olmasını mənə bildirdi. Mən cavabımda qızıldan anlayışımın olmasını bildirib ona bu işdə kömək olacağıma söz verdim. Nümayəndə metronun əcəmi stansiyasının yaxınlığında VTB bankın yanında lombard açdı və həmin yeri özü işlətməyə başladı. Həmin dövrdə Nümayəndə mənə evində problemlərin olmasını və bu səbəbdən də həyat yoldaşından ayrılacaq. Mən onun lombard işlətdiyi dövrlərdə təqdim olunan qızılları yoxlayırdım və beləcə ona dəstək verirdim. Bunun müqabilində heç vaxt ondan pul almamışam. Bunu sadəcə ünsiyyətimizin xətrinə edirdim. 2017-ci ildə mənim müəyyən səbəblərdən BMCMİ-də olan araşdırmamla əlaqədar barəmdə cinayət işi başlandı və mən istintaq dövründə həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərildim. Mən təcridxanada olarkən Nümayəndə yanıma gəldi və məndən məsələnin həlli üçün hansı köməkliyi edə biləcəyini soruşduqda mən ümumilikdə 50.000 manat məbləğində pulun lazım olmasını bildirdim. Bunun qarşılığında Nümayəndə mənə öz yaşadığı evi girova qoyub pul götürməyi və həmin pulu mənə verməyi təklif etdi. Lakin bundan ötrü heç bir tanışının olmamasını bildirib məndən yardım istədi. Mən qardaşım Elman Əliyev vasitəsi ilə həmin evin girova qoyulmasını təşkil etdim və qardaşım E.Əliyev həmin pulu götürüb mənim işlərimi həll etməyə başladı. İlkin olaraq həmin söhbətdə Nümayəndə məxsus 50000 manat pul mənim ona verəcəyim olaraq hesablandı. Bundan sonra mən ödənişlərimi edib həbsdən azad olundum və bayıra çıxdıqdan sonra həmin 50.000 manat pulun ödənilməsinə başlamaq istədim. Həmin evin girovun faizinin ödənilməsinin çətin olması və ödəyə bilməməyimiz səbəbindən evin satılması məsələsi ortaya çıxdı. Lakin Nümayəndə evi: ailə üzvlərindən xəbərsiz evi girova qoyduğundan biz məcbur qalıb evi girovdan çıxarmalı olduq. Beləcə əlimizdə nağd pul olmadığına görə Nümayəndə məxsus lombarda vətəndaşlar tərəfindən gətirilib qoyulmuş qızılları aparıb H.Əliyev küçəsində yerləşən Brend lombardına təqdim etdik və ümumilikdə və ümumilikdə 52000 manat pul götürdük. Həmin məbləğin üstünə təxminən 7000 manat məbləğində pulu da manat məbləğində pulu da Nümayəndə qoydu və biz evi girovdan çıxara bildik. Bundur, sonra lombarda qoyduğumuz qızılların sahibləri geri istədikdə mən məcbur qalıb faizləri ödəetməklə qızılları götürüb sahiblərinə qaytarırdıq. Bu minvalla mənim faizlərim və borclarım artdı. Qeyd olunanların müqabilində mənim Nümayəndə ümumilikdə 180.000 manat məbləğində verəcəyim yaranmışdır. Ümumilikdə Nümayəndə aldığım pulların məbləği təxminən 180.000 manat məbləğindədir. Həmin pulları qızıl və ya nağd pul formasında almışam, həmin məbləğ- müəyyən faiz məbləğləri də daxildir ki, Nümayəndənm mənə verdiyi və mənim lomba qoyduğum qızılların müqabilndə yaranmış faizlərdə itirmişəm. Mənim heç bir nağd qazancım olmamışdır. Ümumilikdə Nümayəndə pul borclarımı qaytarıb həbsdən azad olunmuşam. Sonradan həmin 50.000 manat məbləğində pu geri qaytarmaqdan ötrü müxtəlif istiqamətlərdə pul əldə etmək məqsədi ilə A.Kazımovun lombardında olan qızılları başqa lombarda qoymuşam və beləcə həmin məbləğ qalxıb 180 manat olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1475 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 07.080220-ci il tarixli iltizamdakı hərf və rəqəmli yazılar Cavabdeh tərəfindən icra olunmuşdur. İddia tələblərinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli əlyazma ilə İddiaçı 25000 və əlavə olaraq 27000 manat pul almış və bununla bağlı əlyazma şəklində qəbzi imzalasa da, hazırki vaxta kimi pulu qaytarmamışdır. Cavabdeh iddiaçının istinad etdiyi qəbzi yazmasını etiraf etsə də, faktiki olaraq iddiaçını tanımamasını, onunla heç vaxt görüşməməsini, qəbzi iddiaçının qızı ilə aralarında olan digər pul məsələləri ilə bağlı sonuncunun bildirdiyi kimi yazmasını, qəbzdə göstərilən pul məbləği ilə Nəsimi RPİ-nin İŞ-nin icraatında olan cinayət işi üzrə Nümayəndə ondan tələb etdiyi pulların eyni olmasını, hazırda isə iddiaçının qızanı 180000 manat borcu olmasını göstərməklə iddiaya etiraz etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qızı Nümayəndə X4 və Cavabdeh onun etibarından sui-istifadə edərək 250000 manat pulunu mənimsəməsinə dair müraciəti əsasında cinayət işi başlanılmış və hazırda Nəsimi RPİ-nin İŞ-nin icraatındadır. Həmin iş üzrə izahatları alınmış Nümayəndə və Cavabdeh izahatlarında pul alınıb verilməsi ilə bağlı münasibətlərinin olmasını təsdiq etsələr də, heç biri İddiaçı adını qeyd etməmişdir. Başqa sözlə, Nümayəndə cavabdehi tək onu deyil, hətta atasını da aldatması, cavabdehin atasından külli miqdarda borc alması ilə bağlı heç nə göstərməmişdir. Qeyd edilən cinayət işinin icraatı zamanı Nümayəndə izahatında Məcidin onu sakitləşdirmək üçün 250000 manat pul borcu olması ilə bağlı öz xətti ilə yazılmış ərizəsini verməsini, hətta Məcidin həqiqətən bina tikintisi ilə bağlı pul aldığını etiraf etməsi ilə bağlı video görüntü olmasını göstərmişdir. Hazırki iş üzrə cavabdeh tərəf Nümayəndə polisdəki izahatında göstərdiyi ərizənin hazırki iş üzrə istinad edilən qəbzin eyni olmasını, 27000 manatın da əlavə olaraq həmin qəbzə yazdırılmasını göstərsə də, iddiaçının nümayəndəsi bunu inkar etmiş və izahatında cavabdehin ona və atasına ayrılıqda borcunun olmasını təkidlə bildirmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 329.2, 425.1, 442, 448.1, 739.1, 739.2 və 740-cı maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, iddiaçı cavabdehlə arasında sadə yazılı formaya riayət edioməklə yazılmıq qəbz əsasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmasını, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, qəbzdə göstərilən pul məbləğini cavabdehə verməsini, bunun nəticəsində onun cavabdehdən qəbz üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə qəbz üzrə öhdəlikləri yerinə yetirməmişlər. Öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin onun qarşısında qəbzin məzmununda irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyin normalarının (385.1, 329.2, 425.1, 442, 448.1, 739.1, 739.2 və 740-cı maddələri) mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, hazırki iş üzrə borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunun və iddiaçının nümayəndəsinin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, əvvəla, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İkincisi də, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Həmçinin, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin materiallarından görünür ki, iddiaçının qızı (hazırki işdə nümayəndəsi) Nümayəndə Cavabdeh onun etibarından sui-istifadə edərək 250000 manat pulunu mənimsəməsinə dair şikayəti əsasında hazırda Nəsimi RPİ-nin İŞ-də cinayət işinin istintaqı aparılır. Məhkəmənin qənaətinə görə iddiaçının qızı Nümayəndə şikayəti əsasında cinayət işinin başlanılmasına əsas olan hallar hazırki iddianın predmetinə aid olmasa da, cavabdehin yazdığını etiraf etdiyi qəbzin hazırki iş üzrə iddiaçıya deyil, onun qızı ilə aralarında olan münasibətlərə aid olmasına istinad etməsi baxımından qeyd edilən cinayət işi üzrə təqdim edilən materiallara istinad edilməsi zəruridir. Belə ki, iddiaçının qızı Nümayəndə Nəsimi RPİ-nin İŞ-də verdiyi izahatında Cavabdeh bina tikintisi ilə məşğul olması bilməsini, verilən pulların müqabilində binanın tikinti sənədlərini ona verilmədiyi üçün həmin şəxsin onu aldatmasını başa düşərək ondan və bacısından şikayət etməsini, lakin sonuncuların onu hədələməydiyindən qorxaraq 2019-cu ilin əvvəllərindən hal-hazıradək (xx.xx.2021-ci il) şikayət etməməsini göstərmişdir. Hazırki iş üzrə iddiaçının ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 250000 manat və 27000 manat pul vermiş, sonuncu da yazıb imzaladığı qəbzdə bu faktı təsdiq etmişdir. Beləliklə də, hadisələrin xronoloji ardıcıllığına diqqət yetirilsə, iddiaçının qızı Nümayəndə X4 və Cavabdeh ilə münasibətlər 2018-ci ildə yaranmış, davam etmiş və 2019-cu ilin əvvələrində pozulmuşdur. Yəni, artıq iddiaçının qızı Nümayəndə RPİ İŞ-də verdiyi izahatında göstərdiyi kimi X4 və Cavabdeh onu polisə şikayət edəcəyi halda üzü onun və bədəni lüt formada olan başqa qadına dair şəkil düzəltməklə rüsvay edəcəkləri ilə şədə-qorxu gəlməsi ilə əlaqədar uzun müddət qorxduğu üçün polisə şikayət etməmişdir. İddiaçının qızı Nümayəndə polisə xx.xx.2021-ci il tarixdə müraciət edənə qədər isə onun atası Ağayev X3 Məcid Əziz oğlu ondan külli miqdarda pul istədiyi üçün ona bir gündə, yəni xx.xx.2020-ci il tarixdə birinci dəfə 250000 manat, sonra isə əlavə olaraq 27000 manat pul vermiş və cavabdeh buna dair qəbzdə iki dəfə verilən pul cəm şəklində 252700 manat şəklində deyil, ayrılıqda 250000 manat, sonra isə əlavə olaraq 27000 manat pul alması kimi qeyd etmişdir. Pulun iki dəfə verilməsinin göstərilməsi həmin pulların müxtəlif tarixlərdə verilməklə sonuncu dəfə verilərkən yazılması, və ya bir gündə saatın müxtəlif radələrində verilərək sonuncu dəfə verilərkən yazılması anlamına gəlir. Lakin məhkəmə iclasında iddiaçının nümayəndəsi bu pulun bir dəfəyə verilməsi və qəbzin lombardda yazılmasını göstərmişdir. Lombard dedikdə isə iddiaçının qızı Nümayəndə Nəsimi RPİ-nin İŞ-də verdiyi izahatında göstərdiyi kimi özünün Memar Əcəmi metrostansiyasının yaxınlığında işlətdiyi yer nəzərdə tutulmuşdur. Cavabdeh Nəsimi RPİnin İŞ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatında da Nümayəndə metronun «Əcəmi» stansiyasının yaxınlığında VTB bankın yanında lombard açaraq həmin yeri işlətməsini təsdiq etmişdir. Məhkəmənin qənaətinə görə hadisələrin xronoloji ardıcıllığı baxımından 2019-cu ilin əvvəllərindən hədələməyindən qorxaraq polisə şikayət etməyən Nümayəndə atası, hazırki iş üzrə İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə 250000 manat və 27000 manat pulu borc verməsi qətiyyən inandırıcı olmamaqla ağlabatan deyildir. Çünki xx.xx.2020-ci il tarixdə Nümayəndə polisdə verdiyi izahatında göstərdiyi kimi artıq X4 və Cavabdeh ilə münasibətləri nəinki korlanmış, hətta sonuncular ona polisə şikayət etməsi ilə bağlı müəyyən hərəkətləri özündə ehtiva edən hədələr də gəlmişlər. Belə olan halda onun atasının Cavabdeh sonuncunun qəbzdə qeyd etdiyi məbləğində borc verməsi ilə bağlı göstərilənlərini məhkəmə iddiaçı tərəfin mülahizələri kimi qiymətləndirir. Məhkəmə tərəflər arasında qeyd edilən qəbzlə bağlı borc münasibətlərinin olmaması qənaətinə gələrkən həm də bu halı da göstərməyi zəruri sayır ki, iddiaçı tərəf İddiaçı ilə Cavabdeh tanış olmalarına dair sübutlar da təqdim etməmişdir. İstinad edilən qəbzin mövcudluğu hələ İddiaçı Cavabdeh tanış olmaları demək deyildir. Tərəflərin tanış olmaları nəzərə alındıqda belə, iddiaçı tərəf bu borcun cavabdehə hansı məqsədlə verilməsini də açıqlamqamışdır. Başqa sözlə, iddiaçı borc verilməsinin konkret əsaslarını göstərə bilməmişdir. Məhkəmə daha sonra hesab edir ki, iddiaçı iddiasında və məhkəməyə göndərdiyi teleqrammda iddiasını müdafiə edərək təmin edilməsini xahiş etməsinə baxmaraq onun tərəfindən cavabdehə qəbzdə göstərilən məbləğlərin həmin tarixdə iki dəfəyə borc verməsi faktının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən digər fakta da yəni, verilən borcun qaytarılma müddətinin göstərilməməsinə, qəbzin yazıldığı tarixdən sonra məhkəməyə iddia verilən tarixə də diqqət yetirilməsini zəruri sayır. Belə ki, iddiaçı üstündən iki il keçməsinə baxmayaraq, cavabdehin pulu ona qaytarmamasını, hər dəfə müxtəlif bəhanələr gətirməsini göstərsə də, pulun geri tələb etməsi barədə cavabdehə istənilən formada edilmiş müraciətlə bağlı (sms, məktub, teleqramm, vastsap proqrammı ilə yazışma və s) hər hansı bir sübut növünü təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəf cavabdehə bu borcu hansı müddətə verməsi barədə nə iddiasında nə də izahatlarında heç nə göstərməmişdir. Digər tərəfdən məhkəmə digər bir mühüm və diqqətəlayiq hala da nəzər yetirilməsini zəruri sayır ki, cavabdeh qəbzdə aldığı borcun müqabilində iddiaçıya Tər-Tər rayonu Bəyimsər kəndində yerləşən ikimərtəbəli evini və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 6 sot torpaqda yerləşən 1 mərtəbəli yaşayış evini girov qoymasını göstərdiyi halda, iddiaçı tərəf cavabdehin mülkiyyətində olmasına dair sənədlərin olubolmamasını araşdırmadan, ən azından bu sənədlərin surətlərini tələb etmədən sözügedən əmlakların ona girov qoyulması ilə razılaşdığı halda, bu «girov predmetləri» ilə bağlı məhkəmə mübahisəsi açmağa cəhd etmədən yalnız hazırki iddianı qaldırmaqla və qoyulmuş «girovlarla» bağlı heç bir tələb irəli sürməyərək, qəbzə istinad etməklə orada göstərilən məbləğin tutulmasını xahiş etmişlər. Qəbzin məzmununda da görünür ki, cavabdeh qəbzi yazarkən bu əmlakları artıq girov qoymuşdur. Həmçinin də məhkəmə hesab edir ki, qəbzin məzmununa diqqət yetirildikdə cavabdehin «mən bu borcu qaytardığım təqdirdə girov qoyulmuş evləri yuxarıda adını qeyd etdiyi şəxsdən geri alacam» göstərməsi də özü-özlüyündə bu qəbzin məzmununu tərəflər arasında həqiqətən də göstərilən tarixdə və qeyd edilən məbləğlərlə bağlı borc münasibətlərinin olmamasının bir daha təsdiqidir. Belə ki, məhkəmə qeyd edir ki, borc münasibələrində daxil olan tərəflərin borcun təminatı olaraq aldığı borcun məbləğinə müvafiq və ya ondan artıq dəyərdə olan əmlakları girov qoulması qanunda nəzərdə tutulmuş və bu yalnız notarial qaydada rəsmiləşdirmə əsasında baş verə bilər. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə qəbzdə göstərilən əmlakların cavabdehin mülkiyyətində olmasına dair sənədlərin olub-olmamasını araşdırmadan, ən azından bu sənədlərin surətlərini tələb etmədən bu əmlakların guya verilən borcun təminatı kimi göstərilməsi sözügedən qəbzin bu əsasla da formal olaraq digər bir münasibəti pərdələmək niyyəti ilə görünüş üçün yazılmasını təsdiq edir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin iddianı etiraf etməsə də, iddiaçının nümayəndəsi olan qızına yuxarıda qeyd edilən cinayət işi üzrə araşdırma ilə əlaqədar ona 180000 manat borcu olmasına dair etirafını da nəzərə alır və hesab edir ki, iddiaçı tərəfin cavabdehdən aldığı qəbzin mahiyyətində göstərilənlər də qeyd edilən cinayət işinin araşdırma predmetinə aid hallarla sıx bağlı olmaqla iddiaçının nümayəndəsi olan qızının polisdə verdiyi izahatında göstərdiyi hallarla birbaşa əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, Nümayəndə polisdə verdiyi izahatında göstərdiyi ərizənin hazırki iş üzrə istinad edilən qəbzlə əlaqəsi olmadığı və məhkəmə verdiyi izahatında cavabdehin ona və atasına ayrılıqda borcunun olması halında İddiaçı istər 2021-ci ildə, istərsə də, sonrakı illərdə (məhkəməyə iddia verənə kimi) qızı kimi cavabdeh tərəfindən aldadılması və dələduzluqla bağlı polisə şikayət verə bilərdi. Lakin belə bir şikayətin polisə verilməyərək məhkəməyə birbaşa iddia ilə müraciət edilməsi məhkəmədə iddiaçı tərəfin (iddiaçı və onun qızının) cavabdehdən hər iki halda pul alınması ilə bağlı əvvəlcədən düşünülmüş hərəkətlər edilməsi, bununla da hüquqdan sui-istifadə etmələri anlamına gəlməsinə kifayət qədər əsaslar yaradır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin qanunvericiliyə görə iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin araşdırılmış halları üzrə işdə iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud olmadığı üçün iş üzrə ekspert rəyini də sübut növü kimi qiymətləndirmir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar