Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1137/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh LPO “xxxxxxxxx” ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh LPO “xxxxxxxxx” ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “məlumatın reyestrə daxil edilməsi, kompensasiyanın hesablanması və qalıq borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO “xxxxxxxxx” ASC-yə qarşı “məlumatın reyestrə daxil edilməsi, kompensasiyanın hesablanması və qalıq borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri İddiaçı ilə cavabdeh “xxxxxxxxx” ASC-dən xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsinə əsaəsn restruktizasiyasına dair xx.xx.2017-ci il tarixdə razılığa gəlmiş, 7192,72 ABŞ dolları əsas borc, 1767,57 ABŞ dolları faiz borcu hesablanmış və 376,35 ABŞ dolları cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, kredit borcunun kompensasiya məbləğinin müəyyən edilməsinə görə və qalıq borcunun restrukturizasiya olunması, habelə onunla xxxxxxxxx ASC arasında bağlanmış kredit müqaviləsinə dair məlumatların MKR-ə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxxxxxxxx” ASC-dən xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 fazi olmaqla 36 ay müddətinə 6100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə əsasən Restrukturizasiyasına dair xx.xx.2017-cı il tarixdə razılığa gəlmiş, 7192.72 ABŞ dolları əsas borc, 1767.57 ABŞ dolları faiz borcu hesablanmış və 376.35 ABŞ dolları cərimə borcu təşkil edir, restruktuizasiyasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilə kimi təşkil edir. xxxxxxxxx İddiaçı şəxsiyyət vəsiqəsinin seriya AZE 03834031 verilib xx.xx.2005-ci il tarixdə Şamaxı RPŞ tərəfindən qeyd edilən məlumatların yalnış olması şəxsiyyət vəsiqəmin seriyasının düzgün qeyd edilməməsi onun banka olan borcu Azərbaycan Respublikası X6 X1 Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X6 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onlar fərmandan yararlanmaq istədikdə gördü ki, cavabdeh müqavilədə səhvliyə yol verib. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdeh, “xxxxxxxxxx” ASC-nin Şamaxı filialından xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla 36 ay müddətinə 6100 ABŞ dolları məbləğində kredit götürmüş, gecikmə olmadan 2015-ci ilin dekabr ayınadək kreditini vaxtlı-vaxtında ödəmiş, qalıq əsas borcu 5048.8 ABŞ dolları təşkil etmişdir. Lakin məlum devalvasiyaya görə məcburən 2017-ci ilin may ayına kimi kredit öhdəliyini yerinə yetirə bilməmişdir. xx xxx 2017-ci il tarixdə “xxxxxxxxxx” ASC-nin Ağsu filialı ilə kredit müqaviləsi restrukturizasiya edilərək 1 ABŞ dolları 1.4 AZN olmaqla razılığa gəlmişlər. xx.xx.2017xx.xx.2019 tarix aralığında adı göstərilən banka 3000 (üç min) AZN ödəniş etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində o da yararlanmaq istəyərək Fimsa.az saytına daxil olmuş, lakin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi kredit müqaviləsində səhv göstərildiyini müəyyən etmişdir. Səhv barədə Azərbaycan Respublikası Maliyyə X4 Apellyasiya Komissiyasına müraciət etmişdir. X8 Reyestrində onun adına kredit olmamasını bildirərək Məhkəməyə müraciət etməyə qərar vermişdir. Qeyd edir ki, 50 yaşa qədərki şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE 03884031 olduğu halda kredit müqaviləsində AZE 03834031 kimi göstərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh LPO xxxxxxxxx ASC iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı və digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-cü maddələrinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan: “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya illik 24 faiz olmaqla 6100 USD məbləğində kredit verilmişdir. Müqavilənin “Borcalan” qrafasında İddiaçı, AZE 03834031 xx.xx.2005 Şamaxı RPŞ qeyd olunmuşdur. “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7192,72 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Elektron məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, AZE 03834031 seriya nömrəli şəxsiyyət vəsiqəsi başqa şəxsin adınadır. Azərbaycan Respublikasının Maliyyə X5 Ərəstuna ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli Qərarının məzmunundan görünür ki, onun müraciətinə X6 X1 baxılmışdır. Cavab olaraq bildirilir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X6 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciət üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügüdən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsi mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 24 faiz olmaqla 6100 USD məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə İddiaçı tərəfindən aylıq 239,36 ABŞ dolları məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. LPO “xxxxxxxxx” X11 tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank qarşısında xx.xx.2020-ci il tarixə əsas borcu 3932,02 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə dair məlumatlar X9 düzgün yerləşdirilmədiyindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq adının Azərbaycan Respublikasının Maliyyə X2 tərtib etdiyi kompensasiya düşən vətəndaşların siyahısında çıxmamışdır. İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi ilə xarici valyutada olan qalıq kredit borcu üzrə kompensasiya məbləğinin hesablanması; o cümlədən qalıq borcunun restrukturizasiya olunması habelə, LPO “xxxxxxxxx” ASC ilə arasında bağlanmış kredit müqaviləsinə dair məlumatların MKR-ə daxil edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Həmin Fərmanın: 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,60 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır; Göründüyü kimi, cavabdeh bank tərəfindən borcalan haqqında məlumat X6 orqanının müəyyən etdiyi qaydada X6 orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə düzgün ötürülməmiş, yəni onun şəxsiyyət vəsiqəsinin AZE seriya 03884031 nömrəsi olduğu təqdirdə AZE seriyası 03834031 nömrəsi kimi təqdim edilmiş, bu səbəbdən də iddiaçı şəxsə yuxarıda qeyd edilən fərman əsasında ödənilməli olan məbləğ müvafiq siyahıda öz əksini tapmamışdır. Belə ki, cavabdeh LPO xxxxxxxxx ASC qanunvericiliklə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatası tərəfindən kompensasiya hesablanmasından imtina edilmiş, bu səbəbdən də iddiaçı Fərman çərçivəsində ona düşəcək pul vəsaitini ala bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, LPO “xxxxxxxxx” ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və xx xxx 2017ci il tarixli Əlavə Sazişlər haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi və xx xxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi ilə xarici valyutada olan qalıq kredit borcu üzrə kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə vəzifə kimi qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə, qalıq borcunun restrukturizasiya olunması ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə sübuta yetmədiyindən əsassızdır və təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, vaxtı keçmiş kredit borcunun restrukturizasiyasının mümkünlüyünə dair mötəbər sübutlar təqdim edilmədi. Məhkəmə habelə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməməsini əsaslandırdığı hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, LPO “xxxxxxxxx” ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və xx xxx 2017-ci il tarixli Əlavə Sazişlər haqqında məlumat mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməli, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona LPO “xxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın hesablanması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə vəzifə kimi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının hər hansı tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO “xxxxxxxxx” ASC tərəfindən İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və xx xxx 2017-ci il tarixli Əlavə Sazişlər haqqında məlumat mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilsin. İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona LPO “xxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın hesablanması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə vəzifə kimi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1137/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1137/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver