Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1142/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, xx xxxxx 2020-ci il tarixdə İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vermiş olduğu iddia ərizəsi əsasında İddiaçı ilə Cavabdeh aralarında xx xxxxxxx 2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunun Qeydiyyat şöbəsində 955 № ilə qeydiyyata alınaraq, bağlanılmış nikah pozulmuş və həmin nikah pozulduqdar sonra, onların birgə nikahlarından olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin iddiaçı tərəfin sorğusuna əsasən, SOKAR Neft şirkətinin Nəqliyyat idarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentindən xx xxxxxx 2020-ci il tarixdə 663 sayla verilmiş arayışdan məlumdur ki, Cavabdeh SOKAR Neft şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı X2 böyük mühəndis vəzifəsində işləyir və hər ay 1010 (bir min on) manat məbləğində aylıq məvacib alır. İddiaçı isə heç bir yerdə işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, Cavabdeh onların birgə nikahlarından olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh: Cavabdeh aylıq qazancının dörddə bir hissəsi həcmində, yəni 252 (iki yüz əlli iki) manat 50 qəpik məbləğində aliment ödəməlidir. Göründüyü kimi Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh X7 aralarında xx xxxxxxx 2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunun Qeydiyyat şöbəsində 955 № ilə qeydiyyata alınaraq, bağlanılmış nikah pozulmuş və həmin nikah pozulduqdan sonra, onların birgə niqahlarından olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin Cavabdeh aylıq məvacibi 1010 manat təşkil etdiyindən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.2-ci maddəsinə əsasən, iddiaçı və cavabdehin birgə nikahlarından olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yasına çatanadək saxlanılması üçün Cavabdeh odlundan İddiaçı xeyrinə hər ay aliment kimi tutulan 170 (bir yüz yetmiş) manat sabit pul məbləği cavabdehin qazancının bütün gəlirlərinin) dörddə bir hissəsindən, yəni 252 (iki yüz əlli iki) manat 50 qəpikdən az olduğundan, Cavabdeh İddiaçı xeyrinə hər av tutulacaq alimentin məbləği 252 (iki yüz əlli iki) manat 50 qəpik sabit pul məbləğində müəyyən olunmalıdır, yəni iddiaçı və cavabdehin birgə nikahlarından olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yasına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay aliment kimi tutulan alimentin məbləği artırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı X4 və Cavabdeh birgə nikahdan olan xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün hər ay aliment kimi İddiaçı ödənilməli məbləğ Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarı (qanunda müəyyən olunmuş minimal həddən az olmamaqla) 252 (iki yüz əlli iki) manat 50 qəpik həcmirdə hər ay ödənilməli olan pul məbləği miqdarı həcmində və formasında müəyyən edilməsi barədə müvafiq yekun məhkəmə qətnaməsini qəbul edilməsini xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilib təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə verərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 663 №-li arayışdan görünür ki, Cavabdeh 1 saylı Texnoloji Nəqliyyat Departamentinin əməyin mühafizəsi təhlükəsizlik texnikası və ekologiya şöbəsində ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis vəzifəsində işləyir və 1010 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh aylıq gəlirlərinin ¼ hissəsi həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh aylıq gəlirlərinin ¼ hissəsi həcmində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1142/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1142/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver