Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-115/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən onun əmlakına vurulmuş 17250 manat məbləğində ziyan Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan 2(005)-115/2022 saylı mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-114/2022 saylı mülki işlə bir icraatda birləşdirilməli və bir icraatda baxılmalıdır. Məhkəmə iclasında İddiaçı mülki işlərin bir icraatda birləşdirilib baxılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil mülki işlərin birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-115/2022 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan İddiaçı cavabdeh X1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni iddiaçının, müxtəlif cavabdehlərə qarşı eyni predmet üzrə iki tələbi olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə şin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-115/2022 iş həmin Məhkəmənin icraatında olan İddiaçı cavabdeh X1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni iddiaçının, müxtəlif cavabdehlərə qarşı eyni predmet üzrə iki tələbi olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)-114/2021 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-115/2022 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(005)-114/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə 2(005)-114/2021 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-115/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-115/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver