Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1154/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli X2 tərəfindən verilmiş vəsiyyətnaməni etibarsız hesab edilməsi və X12 prospekti, ev 146, mənzil 47-də, həmçinin X12 prospekti, ev 144, mənzil 6-da yerləşən yaşayış evlərinin pullarını ödədiyi uçün həmin mənzillərin adına keçirilməsinə və mümkün olmadığı halda isə X1 varislərindən onun həmin mənzillərə ödədiyi 162000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddianın dəyişdirilməsinə dair ərizə verərək, X4 Cavabdeh ilə cavabdeh olaraq dəyişdirmiş və xx.xx.2016-cı il tarixli X2 tərəfindən verilmiş vəsiyyətnaməni etibarsız hesab edilməsi və X12 prospekti, ev 146, mənzil 47-də, həmçinin X12 prospekti, ev 144, mənzil 6-da yerləşən yaşayış evlərinin pullarını ödədiyi uçün həmin mənzillərin adına keçirilməsinə və mümkün olmadığı halda isə Cavabdeh onun həmin mənzillərə ödədiyi 162000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiyə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, iddiaçı əvvəl iddia ərizəsində X4 cavabdeh kimi göstərsə də, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, X4 cavabdeh sırasından çıxarmış və Cavabdeh kimi göstərmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən, yanlış olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsini rəhbər tutmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən tələblərə nəzər yetirildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində sadalananlar öz əksini tapmamışdır. Bu əsasla da, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 40.1, 32.3 və 32.4-cü maddələrinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 39, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1154/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1154/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver