Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1176/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 992.33 (doqquz yüz doxsan iki manat 33 qəpik) manat bundan 312.84 (üç yüz on iki manat 84 qəpik) manat əsas, 636,21 (altı yüz otuz altı manat 21 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 43.28 (qırx üç manat 28 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli №833 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 24 (İyirmi dörd) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.5ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 992.33 (doqquz yüz doxsan iki manat 33 qəpik ) manat təşkil edir. Bundan 312.84 (üç yüz on iki manat 84 qəpik) manat əsas, 636.21 (altı yüz otuz altı manat 21 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.28 (qırx üç manat 28 qəpik) manat faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahmudova Aynur ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini tam müdaifə etdiklərini və təyin olunmuş baxış iclasını iştirakları olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 833 AZN nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin (“dəmir taksit” kredit kartı) 2.1-ci bəndinə əsasən bank müştəri üçün 24 (iyirmi dörd) ay müddətinə kart buraxır. Bank tərəfindən buraxılmış kart bankın xüsusi mülkiyyətindədir. 3.1-ci bəndə əsasən bank müştəriyə 300 (üç yüz yeni Azərbaycan manatı 00 qəpik) məbləğində kredit xətti açır. Həmin xətt üzrə müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksiumum məbləğ ümumi limitin 70 (yetmiş) % təşkil edir. Birinci ayda nağdlaşdırmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit xətti 36 (otuz altı) ay müddətə açır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Qəbzin əslindən görünür ki, bankomatların xidmətlərindən istifadə etmək üçün cavabdehə bank tərəfindən kredit kartı təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli **********067 nömrəli cədvəldən görünür ki, LPO xxxx ASC ilə Cavabdeh Elşad qızı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 931245 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə yaranmış tələbə əsasən müqavilə üzrə əsas borc 312 (üç yüz on iki) manat 84 (səksən dörd) qəpik, müqavilə müddəti xx xxxxxx 2014cü il tarixdən xx xxxxxx 2017-ci il tarixə qədər, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faizlər 0 (sıfır), müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 636 (altı yüz otuz altı) manat 21 (iyirmi bir) qəpik, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin faiz hesablanması düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 04 (dörd) qəpik 1082, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 43 (qırx üç) manat 28 (iyirmi səkkiz) qəpik və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 992 (doqquz yüz doxsan iki) manat 33 (otuz üç) qəpik müəyyən edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli **********114 nömrəli bildirişin surətindən görünür ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehdən tələb olunan 969.93 (doqquz yüz altmış doqquz manat 93 qəpik) manat məbləğində borcun ödənilməsi 3 (üç) gün ərzində təmin edilməlidir. Əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 13598419 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh qızı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev.9 ünvanında qeydiyyatdadır. Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 636,21 AZN (altı yüz otuz altı manat 21 qəpik) cərimə borcu məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 (əlli) manata endirilməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbində cavabdehdən kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun tutulması ilə iddia tələbinə münasibətdə qeyd edir ki, həmin hesablanmış faiz kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmış məbləğ olaraq qətnamə qəbul ediləcək günədək hesablanmalı olduğundan tələb əsaslıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 833 saylı kredit müqaviləsinə əsasən isə 24 ay müddəti tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 833 nömrəli kredit kartı verilməsi və istifadəsi müqaviləsinə əsasən 312.84 (üç yüz on iki manat 84 qəpik) manat əsas, 50 (əlli manat) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 43.28 (qırx üç manat 28 qəpik) manat faiz borcu, 50 (altmış) manat cərimə borcu və həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı LPO “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 833 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən 312,84 (üç yüz on iki manat, 84 qəpik) manat əsas, müqavilə müddəti bitdikdən sonra hesablanmış 43,28 (qırx üç manat 28 qəpik) manat faiz, 50 (altmış) manat cərimə borcu olmaqla, cəmi 406,12 (dörd yüz altı manat 12 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” ASCnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1176/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1176/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver