Məhkəmə qərarları › İş №2(005)-118/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-118/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-118/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh Məmmədhəsn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilə su axıdılması nəticəsində dəymiş zərərə görə 7000 (yeddi min) manat, vəkillik qurumuna ödənilmiş 50 (əlli) manat və dövlət rüsumuna görə 30 (otuz) manat vəsait tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 527 TOTayli mənzil iddiaçının mülkiyyətindədir. Göstərilən mənzilə dair 07.01.2012-ci il tarixdə adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən daşınmaz əmlakın dövlət reystrindən seriya MA № ******* saylı çıxarış verilmişdir. Mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, 10 saylı mənzilin üst mərtəbəsində yerləşən 13 saylı mənzilin sahibi Cavabdeh iddiaçının mənzilinə təxminən 3 il bundan əvvəl su axıtmış və bunun nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Həmin vaxt onun evində kirayə qalan qadın və onun xəstə uşağı yaşayırdı. Evin sahibi Cavabdeh kirayədə qalan xanımı incidib və bu barədə kirayəçi xanım ağlayaraq iddiaçıya bildirdi ki, sizin evinizə su axmasında Cavabdeh iddiaçını günahkar bilir və deyir ki, zərəri sən ödəməlisən. İddiaçı da həmin qadının uşağı xəstə olduğuna görə Elşaddan heçnə tələb etmədi. Həmin vaxt heç bir yerə şikayət etmədi və həm də qonşuluq münasibətini nəzərə alaraq ondan dəymiş zərərə görə, hətta təmir dövründə kirayəyə çıxmağı ilə bağlı heç bir ödəniş tələb etmədi. 4 ay evi təmir olundu və iddiaçı 4 ay kirayədə yaşadı. Bu müddətdə iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəydi. Kirayədə yaşadığı müddətdə Cavabdeh bir dəfə də olsun iddiaçının yanına gəlmədi. Bu işdən 35 saylı MKİS-in mühəndisi X4 xəbərdar idi. 23.01.2020-ci il tarixdə qonşu Cavabdeh mənzilindən yenidən su axmış, nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir. Belə ki, yeni təmir edilmiş mənzil tamamilə korlanmış və mənzilin yenidən təmiri üçün 7000 (yeddi min) manat vəsait lazımdır. Cavabdeh tərəfindən mənzilə su axıdılması ilə bağlı iddiaçı Nərimanov rayonu, 35 saylı MKİS-ə müraciət etmiş və onların iştirakı ilə 23.01.2020-ci ildə müvafiq akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, aşağıda imza edənlər Nərimanov rayonu 35 saylı MKİS-in mühəndisi X4, texniki Abaşov Güləddin Həzi oğlu, fəhləsi X2 və sahə müvəkkili X5 aktı tərtib emişlər ondan ötəri ki, İ.Dadaşov küç. ev 5, mənzil 10-da yaşayan İddiaçı şikayət ərizəsinə əsasən mənzilə baxış keçirilçmişdir. Baxış zamanı məlum oldu ki, mənzil 13-də yaşayan Cavabdeh mənzilindən 23.01.2020-ci ildə səhər saat 5 radələrində su axıntısı olub. Su axması nəticəsində mənzilin yataq otağının, dəhlizinin, qonaq otağının, vanna otağının divarları, tavanı, döşəməsi və mənzilin mebelləri suya batmışdır. Eyni su axması hadisəsi illər öncə də baş vermişdir, amma İddiaçı şikayət etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, 13 saylı mənzilin sahibi Cavabdeh mənzilindən 23.01.2020-ci il tarixdə su axıtması nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunur. İddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün 24.01.2020-ci ildə 4 saylı Vəkil Bürosuna 50 (əlli) manat ödənilmişdir. Həmçinin iddia ərizəsi verilməsi üçün 30 (otuz) manat rüsum ödəmişdir. Qeyd edilən məbləğlər də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçı hesab edirəm ki, E. Bədəlovun hüquq pozuntusu (delikti) nəticəsində məziliə su axıdılması ilə əlaqədar, mənzilin yenidən təmir olunması ilə əlaqədar 7000 (yeddi min) manat məbləğində xərc çəkməli olduğundan həmin məbləğdə zərər və iddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat məbləğində vəkilə ödənilən pulun qəbzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Məmmədhəs oğlu iddia tələbini rədd edərək iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh 05.05.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 24.01.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayon Mənzil-Kommunal Təsərüffatı Birliyinin 35 saylı mənzil kommunal istismar sahəsinin 254730 mörəli arayışından görünür ki, Cavabdeh ondan ötrü ki, həqiqətən o İ.Dadaşov küçəsi, 52 nömrəli evin 13 nömrəli mənzilində pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 10-un mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 13-ün mülkiyyətçisi Cavabdehdur. 23.01.2020-ci il tarixli Mənzil Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil Kommuynal istismar sahəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh mənzilindən 23.01.2020-ci il tarixdə səhər saat 5 radələrində su axıntısı olmuşdur. Su axması nəticəsində mənzilin yataq otağının dəhlizinin, qonaq otağının, vanna otağının divarları, tavanı, döşəməsi və mənzilin mebelləri suya batmışdır. Eyni su axması hadisəsi illər öncə də baş vermiş, amma İddiaçı şikayət etməmişdir. Asan-1 tərəfindən verilmiş 28.12.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 18376294 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 22.10.1968-ci ildə Dəvəçi şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov ray, F.X.Xoyski pr, ev.108,m.46 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 1109 (min yüz doqquz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1109,0 (min yüz doqquz) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 21005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar