Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1191/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 117.855 (yüz on yeddi min səkkiz yüz əlli beş) ABŞ dolları pulun məhkəmə qətnaməsi çıxan vaxtda Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə və məhkəməyə ödənilmiş 491 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar, fevral aylarında yaxın rəfiqəsi Cavabdeh ondan dərman alıb sonra satışdan əldə olunan puldan ona da hörmət edəcəyini əsas gətirərək, ondan müxtəlif vaxtlarda ilk dəfə 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, daha sonra həmin ilin aprel ayında 30.000 (otuz min) ABŞ dolları, daha sonra isə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları, həmin ilin avqust ayında əlavə olaraq 15.000 (on beş min) ABŞ dolları pulu ona vermişdir. Onu da qeyd edir ki, Cavabdeh özü ixtisasca həkim olduğundan, ona inanıb yuxarıda qeyd olunan pulları ona yaxın rəfiqələri Rəna Abdullayeva və Təranə Əliyevadan alıb vermişdir. Cavabdeh ona bildirmişdir ki, çox yaxın tanıdığı Südabə, Nailə və Nüşabə adlı həkimlər vardır. Həmin şəxslər Bakı şəhərində bahalı dərman dövriyyəsinin satışı ilə məşğul olaraq, yaxşı qazanc əldə edirlər. Esmira ona təklif etmişdir ki, o da həmin dövriyyəyə qoşulsun və yaxşı vəsait qoyaraq yaxşı qazanc əldə etsin. Esmira eyni zamanda dərmanların satış dövriyyəsindən danışıb bu işdə yaxşı qazanc olduğunu deyərək, həmin biznesə onu şərik kimi qoşmaq üçün etibarından sui-istifadə edərək, ondan ümumilikdə 117.855 (yüz on yeddi min səkkiz yüz əlli beş) ABŞ dolları almışdır. Lakin bir müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ona maddi ziyan vurmuşdur. Dəfələrlə bununla əlaqədar Cavabdeh pulunu qaytarmağı tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Baş vermiş hadisə ilə bağlı o, Yasamal RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Yasamal Rayon Polis İdarəsinin İŞ-də cavabdehlə aralarında baş verən münaqişə araşdırılmış və xx.xx.2024-cü il tarixdə İŞ-nin müstəntiqi, polis polkovnik-leytenant C.Mircavadlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və iş araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilmişdir. Həmin qərarda mübahisənin mülki xarakterli olduğu, mübahisənin yalnız məhkəmə qaydasında həll olunması zərurəti ortaya çıxmışdır. Hesab edir ki, Cavabdeh 117.855 (yüz on yeddi min səkkiz yüz əlli beş) ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, istintaq orqanının sonuncu qərarında iddiaçının izahatında cavabdehə hansı tarixlərdə və hansı məbləğlərdə pulun verilməsi öz əksini tapmışdır və həmin izahatdakı xüsusatları təsdiq edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi sübutlar əlyazmanın, materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarların surətlərindən ibarətdir. İddia ərizəsində göstərilənlərlə iddiaçının təqdim etdiyi sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. Həmin ziddiyyətli məqamlar aşağıdakı kimidir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə: Həmin qərardan görünür ki, «İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edərək bildirmişdir ki, uzun illər rəfiqəsi olmuş Cavabdeh onun etibarından sui-istifadə edərək, 102.855 ABŞ dolları pulunu ələ keçirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 20 ilə yaxın olar ki, o, Cavabdeh ilə rəfiqəlik edir. Belə ki, Cavabdeh 1 il öncə onun etibarından sui-istifadə edərək, ondan bir neçə dəfə ayrı-ayrı vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu ələ keçirmişdir. O, müxtəlif vaxtlarda pulları Cavabdeh verərkən onun yanında Rəna və Təranə olmuşdur». Bundan başqa, materialda olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «Cavabdeh təxminən 1 il öncə mənim etibarımdan sui-istifadə edərək, məndən bir neçə dəfə, 1-ci dəfə 41.500 ABŞ dolları alaraq ev tikdirəcəyini bildirmiş, sonradan oğlunun işə düşdüyü üçün 30.000 ABŞ dolları almış, 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir işdən qovmasın deyə məndən pul götürmüşdür. Cavabdeh ümumilikdə mənim 102.855 ABŞ dolları pulumu dələduzluq yol ilə ələ keçirmişdir. Mən pulu verərkən Rəna xanım və Təranə xanım görmüşdür». Həmin qərardan görünür ki, X28 izahatında bildirmişdir ki, İddiaçı bir neçə ildir tanıyır və ailəvi gediş-gəlişi vardır. O, əvvəllər tanımadığı bir qadının dəfələrlə Zemfiradan müxtəlif vaxtlarda bir neçə dəfə pul aldığının, müxtəlif bəhanələr gətirərək İddiaçı yaşlı olmağından istifadə edərək, ümumilikdə İddiaçı 102.855 ABŞ dolları pulunu ələ keçirdiyinin şahidi olduğunu bildirmişdir. Araşdırma müddətində izahatı alınmış X4 Əliyeva ilə eyni məzmunlu izahat vermişdir. Materialda olan T.Əliyevanın xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...əvvəllər tanımadığım bir qadın dəfələrlə mənim yanımda tanışım Zemfiradan müxtəlif vaxtlarda, birinci dəfə 41.500 ABŞ dolları guya özünə mənzil tikdirmək adı ilə, ikinci dəfə 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir onu işdən pula görə qovduğunu bildirərək, ən son 30.000 ABŞ dolları oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışım Zemfiranın etibarından istifadə edərək, onun yaşının çox olmasından istifadə edərək, tanışım Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidiyəm. Mən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları pulu verərkən görmüşəm». Materialda olan R.Abdullayevanın xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...əvvəllər tanıdığım bu qadın dəfələrlə mənim yanımda tanışım Zemfiradan müxtəlif vaxtlarda, birinci dəfə 41.500 ABŞ dolları guya özünə mənzil tikdirmək adı ilə, ikinci dəfə 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək, müdir onu işdən pula görə qovduğunu bildirərək, ən sonda 30.000 ABŞ dolları oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışım Zemfiradan və onun etibarından sui-istifadə edərək, onun yaşının çox olmasından istifadə edərək, tanışım Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidiyəm. Mən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda 102.855 ABŞ dolları pul verərkən görmüşəm». Materialda olan S.Rəhimovanın xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...Esmira xanımı sadəcə olaraq iş yoldaşı kimi tanıyıram. Cavabdeh ilə aramda heç bir faiz pul olmayıb və Cavabdeh İddiaçı faizə götürdüyü pullardan xəbərim yoxdur. Belə ki, Cavabdeh mənim yaşadığım ünvan İddiaçı yaxın olduğu üçün pul çatdırmağımı xahiş etmişdir. Cavabdeh dedikləri yalandır, mən faizə pul götürməmişəm». Göründüyü kimi İddiaçı iddia ərizəsində Cavabdeh ilk dəfə 2022-ci ilin yanvar, fevral aylarında 41.355 ABŞ dolları, həmin ilin aprel ayında 30.000 ABŞ dolları, daha sonra 31.500 ABŞ dolları, həmin ilin avqust ayında əlavə olaraq 15.000 ABŞ dolları olmaqla, dərman alqı-satqısı məqsədi ilə 2022-ci ilin yanvaravqust aylarında ümumilikdə 117.855 ABŞ dolları məbləğində pul vəsaitini yaxın rəfiqələri Rəna Abdullayeva və Təranə Əliyevadan alaraq Cavabdeh verdiyini bildirir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən aparılmış araşdırma zamanı isə İddiaçı iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, izahatında 1 il əvvəl, yəni 2021-ci ildə (çünki şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir) Cavabdeh onun ümumilikdə 102.855 ABŞ dolları (41.500 ABŞ dolları ev tikdirmək üçün + 30.000 ABŞ dolları oğlunun probleminə görə + 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan götürdüyü pula görə. Həmin məbləğlərin cəmi 103.000 ABŞ dolları təşkil edir) pulunu ələ keçirdiyini, həmin pulları verərkən Rəna xanım və Təranə xanımın gördüyünü bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar üzrə: Həmin qərardan görünür ki, «İddiaçı Cavabdeh verdiyi 102.855 ABŞ dolları məbləğində pulu borc şəklində verdiyini bir daha izahatında təsdiqləmiş, Cavabdeh ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında (iddia ərizəsində isə ilk dəfə 2022-ci ilin yanvar-fevral aylarında 41.355 ABŞ dolları verdiyini bildirir) verdiyini göstərmişdir». Həmin qərardan həmçinin, görünür ki, «İddiaçı müraciəti əsasında toplanmış material rayon prokurorluğunda təkrar öyrənilmiş və əsassız hesab edildiyindən, 31 may 2022-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında» qərarla ləğv edilmişdir. Ləğv olunmuş qərarda göstərilmişdir ki, İddiaçı Cavabdeh ilkin olaraq 41.500 ABŞ dolları pulu verməsi xüsusatı ilə bağlı ətraflı araşdırma aparılmamış, Cavabdeh evinin olub-olmaması, Cavabdeh həqiqətən də həmin evi İddiaçı götürdüyü pulla tikdirməsi müəyyən edilməmiş, müsbət halda həmin evə baxış keçirilməmişdir. Bundan başqa, 30.000 ABŞ dolları pulu Cavabdeh həqiqətən də oğlunun işi ilə bağlı alması müəyyən edilməmiş, Cavabdeh oğlunun olubolmaması müəyyən edilməmiş, müsbət halda göstərilən xüsusatla bağlı Cavabdeh oğlunun izahatı alınmamışdır. Bundan başqa, Cavabdeh harada işləməsi müəyyən edilməmiş, müsbət halda 31.500 ABŞ dolları pulu həqiqətən də iş yerində kassaya qoyubqoymaması ilə bağlı iş yerində bu barədə məlumatı olan şəxslərin, o cümlədən müdirinin izahatı alınmamış, Cavabdeh 15.000 ABŞ dolları pulu Südabə Rəhimovaya verilməsi ilə bağlı həmin şəxslərin izahatları arasında yaranmış ziddiyyətlər aradan qaldırılmamış və digər prosessual hərəkətlər yerinə yetirilməmişdir. Rayon prokurorunun göstərişinə əsasən qoyulmuş sualların cavablandırılması məqsədilə, eləcə də göstərilmiş ziddiyyətlərin aradan qaldırılması üçün əlavə təhqiqat araşdırması aparılmışdır. Belə ki, aparılmış əlavə təhqiqat araşdırması zamanı Cavabdeh əlavə izahatı alınmış, həmin izahatında göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən özünə məxsus 109 kv.m mənzilini 110.000 manata satmış, həmin pulla xx.xx.2018-ci il tarixdə Xəzər rayonu Qala qəsəbəsində 6 sot torpaq sahəsi almış və təxminən 5-6 ay ərzində özünə kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evi tikdimişdir. xx.xx.2018-ci il tarixli 2 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat kontorunda təsdiq olunmuş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin (AN-İ № 0744741), eləcə də xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışın surətləri Cavabdeh tərəfindən sübut şəklində təhqiqata təqdim edilmiş və həmin sənədlərin surətləri toplanmış materiala əlavə edilmişdir. Həmin evə baxış keçirilmiş və qonşuluğunda yaşayan X5 izahatı alınmışdır. D.Dadaşova izahatında qonşusu Cavabdeh artıq 2019-cu ildə Xəzər rayonu Qala qəsəbəsində tikdirdiyi fərdi yaşayış evdə ailəsi ilə birlikdə yaşadığını göstərmişdir. Beləliklə, alınmış izahatlardan və təqdim edilmiş sənədlərin surətindən müəyyən edilmişdir ki, Cavabdeh hal-hazırda yaşadığı evi İddiaçı götürdüyü pulla tikdirməmiş, belə ki, İddiaçı öz izahatında Cavabdeh ilkin olaraq verdiyi 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini göstərmişdir. Digər məsələ ilə bağlı yaranmış suala aydınlıq gətirilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, onun iki oğlu var - birinin adi Fərid, digərinin adı isə Fərhaddır. O, Fərhad adlı oğlu ilə birlikdə qaldığını bildirmişdir. Bu faktın da digər göstərilən faktlar kimi cəfəngiyyat olduğunu bildirən Cavabdeh oğlu Fərhadın bu günə kimi elə bir problemi olmadığını və hər hansı bir problemi pulla həll etmədiyini qeyd etmişdir. Bununla yanaşı oğlu X20 izahatı alınmış və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri toplanmış, materiala əlavə edilmişdir. F.Kərimov izahatında 2005-2013-cü illərdə DİO-da işlədiyini, sonradan isə könüllü olaraq öz ərizəsi ilə DİO-dan xaric olunduğunu göstərmiş, İddiaçı yazdıqlarının əsassız, şər və böhtan xarakterli olduğunu bildirən F.Kərimov qeyd etmişdir ki, onun bu günə kimi elə bir problemi olmayıb ki, anası Cavabdeh kimdənsə pul götürsün və həmin pullarla onun problemini həll etsin. Cavabdeh yaranmış digər suala da aydınlıq gətirməyə çalışmışdır. O, bildirmişdir ki, 1987-ci ildən işləyir. 2012-ci ildən isə "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol X1 müdiri vəzifəsində çalışdığını bildirmiş, iş yerində kiməsə, o cümlədən kassaya borcu olmadığını bildirən Cavabdeh bu faktın da əsassız və yanlış olduğunu qeyd etmişdir. Belə ki, kiminsə iş yerində nə kassaya, nə də ki, xəzinəyə müdaxilə etmək imkanına malik olmadığını bildirən Cavabdeh iş yerində bütün maliyyə məsələlərinin onlayn şəkildə bank sistemi vasitəsi olunduğunu əsaslandırmış və iş yerindəki xəzinədə (kassada) pul saxlanılmadığını qeyd etmişdir. Bu faktı onun iş yoldaşı X15 öz izahatında bir daha təsdiqləmişdir. Cavabdeh iş yoldaşı Südabə Rəhimovanın izahatları arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün S.Rəhimovadan da əlavə izahat alınmış və o, izahatında Cavabdeh borclu olmadığını bildirmiş, onun xahişi ilə Cavabdeh vasitəsi ilə faizə pul verən qadın kimi İddiaçı alınmış ümumilikdə 6000 ABŞ dolları pulun ona yox, Cavabdeh tərəfindən tanışı Nüşabə Əliyevaya verildiyini və həmin pulu Nüşabə Əliyeva Cavabdeh faizləri ilə birlikdə tam ödədiyini qeyd etmişdir». Beləliklə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında ev tikdirməsi üçün, 30.000 ABŞ dolları pulu Cavabdeh oğlunun işi ilə bağlı, 31500 ABŞ dolları pulu isə iş yerində kassaya qoyması üçün verdiyini, iddia ərizəsində isə tamamilə bunun əksinə, Cavabdeh dərman vasitələrinin alınıb-satılması məqsədi ilə borc kimi ilkin olaraq 2022-ci ilin yanvar-fevral aylarında 41.355 ABŞ dolları, həmin ilin aprel ayında 30.000 ABŞ dolları, daha sonra 31.500 ABŞ dolları, həmin ilin avqust ayında əlavə olaraq 15.000 ABŞ dolları olmaqla, Cavabdeh 2022-ci ilin yanvar-avqust aylarında ümumilikdə 117.855 ABŞ dolları məbləğində pul verdiyini bildirmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞnin müstəntiqi, polis polkovnik-leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı üzrə: Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, ...2020-ci ilin yanvar ayında Esmira onun əvvəllər yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gəlmiş və ona bildirmişdir ki, çox yaxın tanıdığı Südabə, Nailə və Nüşabə adlı həkimlər vardır, həmin şəxslər Bakı şəhərində bahalı dərman dövriyyəsi ilə məşğul olaraq yaxşı qazanc əldə edirlər. Esmira ona təklif etmişdir ki, o da həmin dövriyyəyə qoşulsun və yüksək vəsait qoyaraq yaxşı qazanc əldə etsin....O, Esmiraya demişdir ki, ona bu işlər görməsi üçün 41.355 dollar pul verə bilər. Esmira onu şirnikləndirərək demişdir ki, «Südabə, Nailə və Nüşabə adlı həkimlər hər ay yaxşı qazanc əldə edirlər, sən də peşman olmayacaqsan, 3-4 ayın sonunda əsas puldan başqa əldə ediləcək qazancı mən Südabə, Nailə və Nüşabə adlı həkimlərdən alıb sənə verəcəm, işə özüm nəzarət edəcəm». O da Esmiranı özünə çox yaxın və etibarlı rəfiqə bilib verdiyi vədlərə inanaraq 2020-ci ilin yanvar ayının təxminən ortalarında yaşadığı ünvan 2 ünvanında (izahatın əvvəlində ünvan 3nvanında yaşadığını qeyd etmişdir) təklikdə (xx.xx.2022-ci il tarixli izahatında isə pulu verərkən Rəna və Təranənin gördüyünü, pulu təxminən 1 il öncə verdiyini demişdir. Rəna Abdullayeva və Təranə Əliyeva xx.xx.2022-ci il tarixli izahatlarında İddiaçı Cavabdeh 102.855 ABŞ dollarını verəndə gördüklərini demişlər) Esmiraya əlbəəl 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları pul vermişdir (xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, İddiaçı izahatında Cavabdeh ilkin olaraq 2020-ci ilin mart-aprel aylarında 41.500 ABŞ dolları pul verdiyini bildirmişdir). Verdiyi pulların bəzisi manat olsa da onlar onu dollarla hesabladıqda 41.355 dollar pul tutmuşdur. 2020-ci ilin fevral-mart aylarında o, hər dəfə Cavabdeh əsas pulu və qazancla bağlı soruşduqda Esmira, pandemiya düşdüyü üçün dərman satışının azaldığını əsas gətirib, ondan bir qədər səbirli olmağını xahiş etmişdir. O da Esmiradan şübhələnməyərək sözlərinə etibar edib gözləməyə başlamışdır. 2020-ci ilin aprel ayında Cavabdeh onun yaşadığı Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək ona bildirmişdir ki, koronavirusa görə bahalı dərmanların satışı sahəsində müxtəlif problemlər yaranıb, amma digər tərəfdən isə bu virusa görə müəyyən adda dərmanların satışı sahəsi ən gəlirli sahəyə çevrilib, daha çox pul qazanmaq olar və bunun üçün ona əlavə pul lazımdır. Esmira yenidən onda həvəs yaradaraq bu sahəyə əlavə pul qoymağı bildirmişdir. O isə bildirmişdir ki, «mənim pulum yoxdur, özümə məxsus bütün pulumu vermişəm». Esmira yaxın tanışlarından pul tapıb bu sahəyə pul yatırmağı ona demiş və yenə də 2-3 ayın sonunda verəcəyi məbləği götürdükdə sonda yaxşı qazanc əldə edəcəkləri ilə bağlı bu sahəni tərifləməyə başlamışdır. Bu səbəbdən o, digər yaxın rəfiqəsi, ailəvi olaraq tanıdığı əvvəllər Hava Limanında işləyən X11 zəng vurmuş və Esmiranın dərman satışına pul qoyaraq şərik kimi yaxşı qazanc əldə etmək barədə dediklərini Rənaya danışmışdır…Rəna özü də Esmiranı onun tanışı kimi uzun müddətdir ki, tanımış, onun evində olan qonaqlıqda onlar iştirak etmişlər. Rəna Abdullayeva bu işə 30.000 (otuz min) ABŞ dolları pul verə biləcəyini, lakin Esmiraya etibar edə bilməyəcəyini və ona güvənib həmin pulu verə biləcəyini qeyd etmiş, pula cavabdehliyi onun daşıyacağını və gələcəkdə həmin pulu ondan tələb edəcəyini bildirmişdir. O da razılıq verdikdən sonra Esmira 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı, Bakı şəhəri Yasamal rayonu 6-cı paralel küçəsində yerləşən nömrəsini bilmədiyi mənzilinə gedib 30.000 (otuz min) ABŞ dolları pulu Rənadan almışdır (iddia ərizəsində həmin pulu 2022-ci ilin aprel ayında yaxın rəfiqələri Rəna Abdullayeva və Təranə Əliyevadan alıb Cavabdeh verdiyini bildirmişdir). Rəna həmin pulu Esmiraya verəndə işin gedişatı barədə ondan soruşmuşdur. Esmira da həmin pulu dərman satışı ilə bağlı tanışlarına verəcəyini və 3-4 aydan sonra əsas pulu verdikdə qazancı da verəcəyini deyib inandırmışdır…2021ci ilin yanvar ayında Esmira onun yeni aldığı ünvan 4 ünvanına gəlmiş və ağlayaraq bildirmişdir ki, Südabə Rəhimova bütün əvvəlki dərmanların satışından əldə edilən qazancı, hətta ona çatası qazancı da onu yanına çağıraraq almış və növbəti partiya çoxlu sayda dərman çeşidləri sifariş vermiş, hətta Südabə Rəhimova onu işlədiyi Azərbaycan Dəmir Yolları QSC-dəki kassasından pulları götürüb ona verməyə məcbur edib, o, da kassadan pulları götürərək dərman dövriyyəsinin artırılması üçün Südabəyə vermişdir. Esmira ona demişdir ki, kassadan pulu xəbərsiz götürüb, işdən çıxara bilərlər, bu baxımdan kassadakı çatışmazlığı qısa zamanda aradan qaldırmalıdır… O, yenə də Cavabdeh inanaraq digər bir rəfiqəsi 15-20 ildir ki, tanıdığı X21 zəng vurmuş, … Təranə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu verməyə razılaşmış,… 2021-ci ilin yanvar ayının təxminən ortalarında Təranə Əliyeva 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu onun yaşadığı ünvan 2 (yuxarıda isə 2021-ci ilin yanvar ayında Esmiranın onun yeni aldığı ünvan 4 ünvanına gəldiyini bildirmişdir) ünvanına gətirmişdir. Həmin zaman Esmira dəhlizdə onunla salamlaşıb sanitar qovşağına getmişdir. Təranə tələsdiyi üçün pulu verib getmişdir. O da həmin pulu evində həmin gün Esmiraya vermişdir. O, pulu Esmiraya verərkən Təranə artıq çıxıb getmişdir (Təranə Əliyeva xx.xx.2022-ci il tarixli izahatında İddiaçı pulları Cavabdeh onun yanında verdiyini bildirmişdir)… Esmira onun narahat olduğunu görərək bildirdi ki, «o, məni aldatmır və bunu sübuta yetirmək üçün aldığı pullara dair qəbz yazmağa razıdır». O da buna razılıq verdikdə Esmira adi dəftər vərəqinə ondan 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, 30.000 (otuz min) ABŞ dolları dolları və 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu borca aldığını yazaraq həmin qəbzi ona vermişdir…2021-ci ilin avqust ayında Esmira ilə danışanda Esmira ağlayaraq ona bildirmişdir ki, “dərman biznesi batıb, o və tanışları böyük problemlərə düşüblər, hətta onu, Nüşabə və Südabəni polisə bir neçə dəfə çağırıblar…Bundan başqa 2021-ci ilin avqust ayında Esmira ona zəng edərək ondan pul istədikdə o, pulunun olmadığını demişdir. Lakin Esmira faiz borcu ilə olsa da götürüb ona verməyini xahiş etmişdir. Buna görə o, tanışı Nabat Nəzərovaya zəng edib bu barədə demişdir. Həmin gün Nabat onun yaşadığı ünvan 2 ünvanına gələrək 16.000 ABŞ dollar pulu ona vermişdir. Həmin gün Esmira onun yaşadığı evə gəlmiş və o, həmin pulu faizə Esmiraya vermişdir (iddia ərizəsində 2022-ci ilin avqust ayında Cavabdeh 15.000 ABŞ dollar verdiyini, həmin pulu yaxın rəfiqələri Təranə və Rənadan aldığını bildirmişdir, Nabat Nəzərovanın adı qeyd edilmir). Lakin sonradan Esmira həmin pulu qaytarmadığı üçün o, məcbur olub, öz vəsaiti hesabına 16.000 ABŞ dollar pulu Nabata tam şəkildə qaytarmışdır…Sonuncu dəfə o, Esmiraya 2021-ci ilin dekabr ayında zəng vurub bildirmişdir ki, onun etibarından sui-istifadə edərək onu çox pis vəziyyətdə qoyub, məsələ ilə bağlı onun evinə gəlib oturub danışmaq istəyir (iddia ərizəsində 41.355 ABŞ dolları, 30.000 ABŞ dollar, 31.500 ABŞ dolları və 15.000 ABŞ dolları məbləğində pulları Cavabdeh 2022-ci ilin yanvar-avqust ayları ərzində verdiyini bildirir, necə ola bilər ki, guya 2022-ci ildə verdiyi pulları 2021-ci ildə tələb etsin? Həmçinin, necə ola bilər ki, guya 2022ci ilin yanvar-avqust aylarında verdiyi pulları 2022-ci ilin fevral ayında tələb etsin? Axı pulun qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Bölmədə izahatında həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını yazmağını ona demişlər, o da yazmışdır. Əslində isə Esmira ondan aldığı pulları dərman satışı biznesinə yönəldib ona qazanc verəcəkdir. Lakin izahatı oxumadan imzalamış, oraya nə yazılmasına fikir verməmişdir (Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBdə İddiaçı xx.xx.2022-ci il tarixli izahatını öz xətti ilə rus dilində yazmışdır, izahatında həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını yazmağını ona demələri isə absurddur. Belə ki, pulun hansı səbəbdən verilməsi barədə PB-nin əməkdaşı necə məlumatlı ola bilər? Bundan başqa, İddiaçı xx.xx.2022-ci il tarixdə də xx.xx.2022-ci il tarixli izahatla eyni məzmunlu izahat vermişdir). Bununla bağlı bildirirəm ki, 2021-ci ilin oktyabr və ya noyabr aylarında İddiaçı Cavabdeh evinə dəvət edərək, ona hədə-qorxu gəlmiş, sonuncunun ona 31.500, 30.000 və 41.355 ABŞ dolları məbləğində borcunun olması ilə bağlı əlyazma yazdırmış, həmin vaxt evdə yalnız Zemfira və Esmira olmuşdur. 2022-ci ilin yanvar ayında İddiaçı oğlu İbrahim Cavabdeh zəng edərək, Zemfiranın guya ona verdiyi pulları ondan istəmiş və bunun üçün ona 45 gün vaxt vermişdir. Zəng edilən zaman Cavabdeh yanında oğlu F.R.Kərimov olmuş, Cavabdeh başına gələn hadisəni oğluna danışmış və onlar dərhal Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə gedərək, İddiaçı barəsində şikayət yazmışlar. Araşdırma zamanı xx.xx.2022-ci il tarixdə izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 1 il əvvəl (yəni 2021-ci ildə) Cavabdeh oğlu Kərimov Fərhadın problemi ilə əlaqədar ondan borc pul istəmiş, o da vermişdir. O, əvvəl Esmiraya 41.355 ABŞ dolları vermişdir (iddia ərizəsində 41.355 ABŞ dollarını 2022-ci ilin yanvar ayında dərman alqı-satqısı üçün, xx.xx.2022-ci il tarixli qərar üzrə izahatında ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini, xx.xx.2022-ci il tarixli izahatında isə 1 il öncə Cavabdeh ondan 41.500 ABŞ dollarını ev tikdirmək üçün aldığını bildirmişdir). Sonra o, öz evinin tikintisi üçün borc istədi, ona 31.500 ABŞ dolları verdi (xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 31.500 ABŞ dolları pulu işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir işdən qovmasın deyə ondan aldığını bildirmişdir). Sonra Esmira onu aldatdı ki, bankla və lombardla problem var və üstəlik onu Südabə aldadıb. Öz borclarını ödəməsi üçün 30.000 ABŞ dolları istədi (xx.xx.2022-ci il tarixli izahatında oğlunun işə düşdüyü üçün 30.000 ABŞ dolları aldığını demişdir) və dedi ki, Südabəni məhkəməyə verib bütün pulları qəpiyinə kimi qaytaracaq. Lakin bu günə qədər borcu qaytarmayıb. İzahatın sonunda İddiaçı izahatı özü yazdığını və yazdıqlarını təsdiq etdiyini qeyd edərək, izahatın bütün vərəqlərini imzalamışdır. Sual yaranır. İddiaçı özünün bildirdiyi kimi guya Cavabdeh ilk dəfə 41.355 (bəzi izahatlarında 41.500) ABŞ dolları pul verdikdən sonra sonuncu həmin pulu qaytarmadığı halda, iddiaçının özünün pulu olmaya-olmaya (özünün dediyi kimi) rəfiqələri Təranə və Rənadan 31.500 ABŞ dolları və 30.000 ABŞ dolları məbləğində borc pul alıb Cavabdeh verməyə nə məcbur etmişdir? Belə bir riski etməkdə məqsəd nə olmuşdur? Araşdırma zamanı izahatı alınmış X32 izahatında göstərmişdir ki, X33 anasıdır. X44 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı uşaq yaşlarından tanıyır. X22 təxminən beş ildir ki, tanıyır. Cavabdeh təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, Cavabdeh Zemfiranın tanışı olmuşdur. 2022-ci ilin aprel ayında Zemfira onun mərhum anası Rəna Ağayevaya zəng edərək Esmiranın gələcəyini və Esmiraya 30.000 ABŞ dolları pul verməsini bildirmişdir. Həmin gün Esmira onun anasına zəng etmiş və anası yaşadığı evin ünvanını Esmiraya başa saldıqdan sonra Esmira özü tək onun əvvəllər yaşadıqları Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən, hazırda binanın və mənzilin nömrəsini xatırlamadığı «UMD» ilə üzbəüz yerləşən ünvana gəlmişdir. Həmin vaxt yaşadıqları mənzildə o, mərhum anası və mərhum nənəsi X9muşdur. Nənəsi 07 may 2021-ci il tarixdə vəfat etmişdir (X23 nənəsi X13 07 may 2021-ci il tarixdə vəfat etmişdirsə, 2022-ci ilin aprel ayında guya X42 Kərimovaya 30.000 ABŞ dolları məbləği pul verən zaman X13 necə onların yanında ola bilərdi?). Həmin vaxt anası Esmira ilə bir qədər söhbət etdikdən sonra anası onun və nənəsinin yanında Esmiraya 100 ABŞ dolları əskinazlarından ibarət 30.000 (otuz min) ABŞ dollar pul vermişdir. Esmira həmin pulu təxminən 1-2 ay ərzində tam şəkildə ona qaytaracağına vəd vermişdir (R.Abdullayeva xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 30.000 ABŞ dolları pulu oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışı Zemfiradan aldığını, həmin pulu İddiaçı Cavabdeh verərkən gördüyünü demişdir. İddia ərizəsində İddiaçı pulları rəfiqələri Rəna və Təranədən alaraq Cavabdeh verdiyini, xx.xx.2024-cü il tarixli qərar üzrə izahatında Esmiranın 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı mənzilə gedib 30.000 ABŞ dolları pulu Rənadan aldığını bildirmişdir). Araşdırma zamanı izahatı alınmış X28 izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Zemfira xanımın evində qonaq olanda Zemfiranın rəfiqəsi olan Esmira ilə danışıq apardığını və Esmiranın Zemfiradan pul istədiyini eşitmişdir (iddiaçı isə xx.xx.2024-cü il tarixli qərar üzrə izahatında Cavabdeh ondan pul istədikdə X21 zəng vurduğunu, Təranənin 31.500 ABŞ dolları məbləğində pulu verməyə razılaşdığını bildirmişdir) Zemfira da Esmiraya pulunun olmadığını deyirmiş. Danışıq qurtardıqdan sonra Zemfira xanımdan öyrənmişdir ki, Zemfira 2020-ci ilin yanvar ayında Esmiraya 41.355 ABŞ dolları pul vermişdir ki, (İddiaçı iddia ərizəsində 41.355 ABŞ dollarını 2022-ci ilin yanvar ayında dərman alqı-satqısı üçün, xx.xx.2022-ci il tarixli qərar üzrə izahatında ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini, xx.xx.2022-ci il tarixli izahatında isə 1 il öncə Cavabdeh ondan 41.500 ABŞ dollarını ev tikdirmək üçün aldığını bildirmişdir, T.Əliyeva xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 41.500 ABŞ dolları pulu özünə mənzil tikdirmək adı ilə İddiaçı aldığını bildirmişdir) Esmira onu dərman satışı işi ilə məşğul olan tanış həkimlərinin biznesinə qoşsun və 3-4 ay müddətdən sonra dərman satışından əldə edilən qazancdan ona əlavə qazanc kimi pul versin... Zemfira da ona təklif etmişdir ki, əgər istəyirsə Esmira onu da həmin biznesə qoşsun və o da pul qazansın... O da pul qazanmaq üçün 31.500 ABŞ dolları pul verməyə razılıq vermişdir (xx.xx.2022-ci il tarixli izahatında 31.500 dolları pulu Cavabdeh işlədiyi yerdə kassadan götürdüyünü bildirərək həmin pulu İddiaçı Cavabdeh verdiyini bildirmişdir). Təxminən 5-6 gün sonra eşitmişdir ki, Esmira ondan pulu götürmək üçün Zemfiranın yaşadığı evə gəlmişdir. O da 2021-ci ilin yanvar ayının əvvəllərində özünə məxsus, illərdir ki topladığı 31.500 ABŞ dolları pulu götürüb Zemfiranın yaşadığı ünvana getmişdir. Zemfiranın evində Esmira ilə görüşmüş və Esmira sanitar qovşağına daxil olduğundan, eləcə də o, tələsdiyi üçün Esmiraya çatdırılması və dərman biznesindən qazanc əldə etməyi üçün gətirdiyi 31.500 ABŞ dolları pulu Zemfiraya verib getmişdir (xx.xx.2022-ci il tarixli izahatında İddiaçı pulu Cavabdeh verərkən gördüyünü bildirmişdir). Sonradan Zemfira ilə danışdıqda öyrənmişdir ki, onun verdiyi 31.500 ABŞ dolları pulu Zemfira tam şəkildə Esmiraya vermişdir... Amma sonradan anlamışdır ki, Esmira onu, Zemfira və Rənanı aldadaraq pullarını ələ keçirmişdir. Razılaşmışlar ki, Zemfira xanım polisə şikayət etsin və onlar da lazımi dəstəyi əsirgəməsinlər. Amma sonradan eşitmişlər ki, Esmira özü Zemfira xanım barəsində guya onu hədələdiyinə görə şikayət etmişdir. Zemfira da sonradan Esmira haqqında polisə şikayət etmiş, sonradan 27ci PB-nə çağırıldıqda Zemfiranın verdiyi izahata uyğun izahat vermiş, izahat verdikdə göstərmişdir ki, Esmira verilən pullar özünə, oğluna və ev tikmək üçün lazım olduğundan verilib. Zemfira onlara demişdir ki, o polisdə izahat verəndə demişdir ki, Esmiraya pulu ev tikmək, oğluna və özünə pul lazım olduğundan vermişdir. Onlar da ziddiyət olmasın deyə Zemfira xanımın verdiyi izahata uyğun izahat vermişlər. Amma əslində bu ifadələr doğru deyildir. Onlar Esmiraya pulları onları qoşacağı dərman biznesindən gəlir əldə etmək üçün vermişlər. Zemfira və Rəna eyni niyyətlə Esmiraya pul verərkən o, bunu görməmiş, şahidi olmamışdır (xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh tanışı Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidi olduğunu, o, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları pulu verərkən gördüyünü demişdir). Araşdırma zamanı izahatı alınmış X30 izahatında göstərmişdir ki, ...2020-ci ilin mart ayında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən «Lider» klinikasında dişini düzəltdirən zaman klinikanın rəhbəri X34 ona müraciət edərək 6.000 ABŞ dolları pul lazım olduğunu demiş və həmin məbləğdə pulu kimdən faizlə götürə biləcəyini soruşmuşdur. O, Nüşabəni 2019-cu il tarixdən tanımış və bilirmiş ki, Nüşabə həmin klinikada həm də həkim laborant işləyir. Nüşabə ondan pul istədikdə yadına Esmira düşmüş və Esmiraya zəng edərək xəstə olan tanışına faizlə 6.000 ABŞ dolları pul lazım olmasını demişdir...Eləcə də Esmira əvvəllər ona demişdir ki, Zemfira adlı tanışı faizə pul verir və Esmira dəfələrlə Zemfiradan faizlə pul götürmüşdür. 2019-2020-ci il tarixdə o, Esmiranın xahişi ilə 100 ABŞ dolları, 120 manat, 50 manat və kiçik məbləğlərdə pulu Esmiranın istiqamət verdiyi Yasamal rayonunda yerləşən binanın həyətində bir nəfər qadına vermiş, daha sonra öyrənmişdir ki, həmin qadın Esmiraya faizlə pul verən Zemfira adlı şəxsdir. 2020-ci ilin mart ayında o, Nüşabənin avtomobili ilə metronun «20 Yanvar» stansiyasının yaxınlığında Esmira ilə görüşmüş və Esmira ilə Nüşabəni tanış etmişdir. Həmin vaxtı Esmira öyrənmişdir ki, 6.000 ABŞ dolları pul Nüşabəyə lazımdır. Həmin tanışlıqdan 2-3 gün sonra o, Nüşabə və Esmira ilə birlikdə Zemfiranın yaşadığı Bakı şəhəri Yasamal rayonunda yerləşən evinin yaxınlığına getmiş, Esmira avtomobildən tək düşərək oradakı binaların birinə daxil olmuş və onlar avtomobildə gözləmişlər. Bir qədər sonra Esmira onların yanına geri qayıtmış və Nüşabəyə hazırda dəqiq bilmədiyi məbləğdə pul vermiş və həmin pulu Zemfiradan faizlə aldığını demişdir. Daha sonra bir dəfə də Esmira Zemfiradan aldığı pulu Nüşabəyə vermişdir. Sonra öyrənmişdir ki, Esmiranın Nüşabəyə verdiyi pulların toplam məbləği 5.400 ABŞ dollarıdır, həmin pulun 10 faizi, yəni 600 ABŞ dolları da sələm kimi özünə saxlanılmışdır. O, ümumiyyətlə heç bir zaman Zemfiranı tanımamış, Zemfiradan faizlə pul almamışdır. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, (həmin qərar etiraza əlavə olunur) «araşdırma zamanı əlavə izahatı alınmış İddiaçı izahatında Cavabdeh verdiyi pulları sonuncuya ev tikməsi, oğlunun probleminin həlli və kassadan götürdüyü pulları yerinə qoymaq üçün aldığını bir daha təsdiq etmişdir...O, polis bölməsinə gedib izahat verdikdə Esmiraya verdiyi 102.855 ABŞ dolları pulun özünə məxsus olduğunu, eləcə də həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını demişdir. Doğrudan da o, Esmiradan pulunu geri istədikdə sonuncu deyirmiş ki, oğlu işə düşüb, daha sonra kassadan xəbərsiz pul götürüb və həmin pulları geri yerinə qoymaq üçün ona pul lazımdır. Bunlar onun yadında qaldığı üçün Esmiranın ondan 102.855 ABŞ dolları pulu bu niyyətlərlə aldığını 27-ci PB-də verdiyi izahatlarında göstərmiş, lakin dərman satışı biznesinə qoşulub qazanc əldə etmək barədə izahatında göstərməmişdir...Verilən suallara cavab olaraq İddiaçı izahatında Cavabdeh Südabənin iştirakı ilə ondan yaşadığı evdə 15.000 ABŞ dolları pulu sələm kimi götürmədiyini, sələmə pul verməklə məşğul olmadığını, izahatında keçən “faiz” sözünün sadəcə dərmanın satışından payına düşəcək qazanc kimi demək istədiyini...Esmiraya verdiyi 41.355 ABŞ dolları pulu uzun müddətdir ərzaq və digər xərclərindən artıq qalan pul kimi topladığını, 2021-ci ilin dekabr ayında oğlu İbrahimə pul lazım olduqda ona müraciət etdiyi zaman topladığı 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini oğluna bildirmişdir (iddia ərizəsində 41.355 ABŞ dolları pulu 2022-ci ilin yanvar ayında Cavabdeh verdiyini bildirir. Belə olan halda, necə ola bilər ki, iddiaçının oğlu 2021-ci ilin dekabr ayında ondan pul istədikdə o, 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini desin?)...Onun Esmiraya dərmanla bağlı pulları 2020-ci ilin yanvar ayından başlayaraq verdiyini, Rəna və adını çəkmək istəmədiyi tanışından alınan pulların ona heç bir aidiyyəti olmadığı üçün o, Esmiraya faizə pul alıb verməsi barədə istintaq orqanına məlumat vermədiyini, həmin pullar onun tərəfindən Esmiraya verilsə də, faizinin ona deyil, tanışına çatdığını bildirmişdir. İşin faktiki halları isə aşağıdakı kimidir. Cavabdeh iddiaçını 20 ildir ki tanıyır, yaxın rəfiqə olmuşlar. İddiaçı sələmə pul verməklə məşğuldur. Cavabdeh iddia ərizəsində adları qeyd olunan şəxslərdən X22 tanımır, onunla görüşməmiş və ya danışmamışdır. X12 təxminən 10 il əvvəl görmüş, lakin münasibətləri yaranmamışdır. X24 təxminən 5-10 ildir ki, tanıyır. Belə ki, S.Rəhimova cavabdehin iş yoldaşıdır, "xxxx" QSCdə işləyirlər. Cavabdehin işlədiyi laboratoriya Biləcəri qəsəbəsində, iş yoldaşı X17 işlədiyi laboratoriya isə metronun «28 May» stansiyasının yaxınlığında yerləşir. S.Rəhimova 2020-ci ilin aprel ayında cavabdehin iş yerinə gəlmiş, qohumunun uşağının ağır xəstə olduğunu və Türkiyədə müalicəsi üçün 6.000 ABŞ dolları pula ehtiyacının olmasını bildirib ondan pul istəmişdir. Cavabdeh Südabəyə pulunun olmadığını demişdir. Südabə həmin pulu faizlə də olsa ala biləcəyini demişdir. Həmin vaxt cavabdeh Zemfiraya zəng edərək Südabə və xəstə olan qohum uşağı barədə danışmış və onlara faizə pul lazım olduğunu demişdir. Zemfira həmin pulu 10 faizə verə biləcəyini demişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Südabə ilə birlikdə Zemfiranın yaşadığı evin həyətinə getmişlər. Zemfira həyətə düşmüş və cavabdehin yanında Südabəyə 5.400 ABŞ dollar pul vermiş və özünə çatacaq 10 faiz pulu, yəni 600 ABŞ dollar pulu özünə götürmüş və 6.000 ABŞ dollar olaraq hesablanmışdır. Sonradan Südabə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə cavabdehə zəng edərək, həmin uşağın müalicə xərci ilə bağlı Zemfiradan faizə pul götürmək istədiyini demişdir. Cavabdeh də Zemfiraya həmin tarixlərdə zəng edərək Südabə ilə Zemfiranın yaşadığı evin həyətinə getmiş və Zemfira 10 faizlə 3000, 1000, 2000, 3000 ABŞ dolları pulu Südabəyə vermişdir. Toplam olaraq Zemfira Südabəyə 15.000 ABŞ dolları pul vermişdir. Südabə 2020-ci ilin avqust ayına kimi 5 ay müddətində Zemfiradan götürdüyü pulun faizini çatdırmışdır. xx.xx.2020-ci il tarixdə Südabə pulu qaytara bilmədikdə Zemfiraya demişdir ki, xəstə uşağın valideyni avtomobilini satıb faizi bağlayacaqdır. 2020-ci ilin avqust ayından oktyabr ayına kimi Südabə bugünsabah deyərək pulu verə bilməmişdir. 2020-ci ilin oktyabr ayında Südabə cavabdehə demişdir ki, faizə götürdüyü pulun 10.000 ABŞ dollar pulu Nüşabə adlı həkim tanışına vermişdir. X39 6.000 ABŞ dollar pul verdiyini demişdir. Cavabdeh Südabədən Nüşabənin mobil telefonunu alıb Nüşabə ilə danışdıqda Nüşabə Südabədən 6.000 ABŞ dolları pul aldığını qeyd etmişdir. Bundan sonra Nüşabə iki ay ərzində, yəni 2020-ci ilin noyabr və dekabr aylarında hər ay 600 ABŞ dollar olmaqla, 1.200 ABŞ dollar pulu cavabdehə vermiş və cavabdeh də həmin pulu faiz kimi Zemfiraya vermişdir. Belə ki, Nüşabə cavabdehə demişdir ki, pulu Südabəyə verdikdə sonuncu pulu Zemfiraya vermir. Nüşabə 2021-ci ilin yanvar ayında pulu vermədikdə Südabəyə zəng edərək Zemfiranın onu narahat etdiyini və pulunu istədiyini bildirmişdir. Südabə 2021-ci ilin yanvar ayında cavabdehə demişdir ki, onun bir nəfər tanışı vardır və tanışının köməkliyi ilə Nüşabədən pulları alıb verəcəkdir. Südabə özü cavabdehə demişdir ki, o, 15.000 ABŞ dolları pulun 6000 ABŞ dollarını Nüşabəyə verib, 9000 ABŞ dollarını isə ölən uşağın anasına vermişdir. Cavabdeh ölən uşağın anasının kim olması və mobil telefonu ilə maraqlandıqda Südabə demişdir ki, onlar Razində yaşayırlar. Amma Südabə ölən uşağın valideyninin adını və mobil telefonunu cavabdehə verməmiş, sonradan cavabdeh nə Südabədən, nə də ki, Nüşabədən heç bir məbləğdə pul alıb Zemfiraya verə bilməmişdir. Zemfira da cavabdehə demişdir ki, «mən Südabənin barəsində şikayət edim, deyim ki, evimi satıb pulunu Südabəyə vermişəm, pulumu ala bilmirəm», amma şikayətdə faiz adını yazmasın ki, ona narahatçılıq olmasın. Cavabdeh də bunu edə bilməmişdir. 2021-ci ilin qış ayında, yəni oktyabr və ya noyabr aylarında Zemfira cavabdehi evinə çağırmışdır. Cavabdeh də Zemfiranın evinə getmiş və Zemfira ona demişdir ki, “otur mən deyəcəyimi yaz, yoxsa oğlum İbrahimə deyəcəm sənin başına oyun açacam”. Cavabdeh də Zemfiranın yaşadığı evdən tez çıxmaq üçün Zemfiranın dediyi kimi öz əlyazması ilə adi vərəqə yazmışdır ki, “aldım, mən Cavabdeh borc aldım 31.500, 30.000 və 41.355 ABŞ dolları aldım”. 2022-ci ilin yanvar ayında Zemfiranın oğlu İbrahim cavabdehə zəng edərək Zemfiranın guya verdiyi pulları ondan istəmiş və cavabdehə bunun üçün 45 gün vaxt vermişdir. Cavabdeh artıq hədələndiyini başa düşüb Zemfira və oğlu İbrahimin ona təzyiqlər etməsini görüb polisə şikayət etmişdir. Cavabdeh İddiaçı, Rəna Abdullayeva və Təranə Əliyevadan dərman satışı ilə bağlı pul almamış və onlara da qazanc vəd etməmiş, ümumiyyətlə, heç vaxt dərman satışı ilə məşğul olmamışdır. Eləcə də İddiaçı guya ona ev təmiri, oğlunun problemi ilə bağlı və iş yerindəki kassadan pul götürməyi barədə dediklərinin hamısı yalandır, bununla bağlı cavabdeh nə iddiaçıya, nə də ki digər şəxs(lər)ə müraciət etməmişdir. Cavabdeh heç bir zaman iddiaçıya deməmişdir ki, dərman biznesə pul yatırsın və ona qazanac verəcək, eləcə də cavabdeh iddiaçıya sonradan deməmişdir ki, dərman biznesi batdığı üçün ona pul verməyəcəkdir. Hazırda iddiaçının cavabdehdən tələb etdiyi 117.855 ABŞ dolları məbləğində pul iddiaçının Südabə Rəhimovaya faizə verdiyi 15.000 ABŞ dolları məbləğində puldur və sonuncu aldığı 15.000 ABŞ dolları məbləğində pulun faizlərini vaxtında qaytara bilmədiyi üçün iddiaçı həmin məbləğə faiz hesablayaraq, pulu 117.855 ABŞ dollarına çatdırmışdır. Göründüyü kimi İddiaçı dərman vasitələrinin alqı-satqısı üçün Cavabdeh 117.855 ABŞ dolları məbləğində borc pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə, cavabdeh iddiaçıdan hər hansı bir məqsədlə borc pul almamış, iddiaçı tələbdə göstərilən pul vəsaitinin guya Cavabdeh verilməsi ilə bağlı (pulun məbləği, hansı məqsədlə, hansı tarixlərdə, kimlərin iştirakı ilə) təhqiqat və istintaq orqanlarına hər dəfə fərqli və bir-birinə zidd izahatlar vermişdir. Bundan başqa, iddiaçı və cavabdeh arasında olan telefon danışıqlarında iddiaçı faizlərin ödənilməli olduğunu, pulu Südabəyə verdiyini, Südabənin də pulu Nüşabəyə verdiyini, Südabənin uşağı ölməsin deyə kömək etdiyini, Südabəyə və Nüşabəyə görə bu vəziyyətə düşdüyünü demişdir (xx.xx.2024-cü il tarixli qərar üzrə izahatında isə Südabə Rəhimova ümumiyyətlə, heç bir zaman Zemfiranı tanımadığını, Zemfiradan faizlə pul almadığını, iddiaçı isə xx.xx.2023-cü il tarixli qərar üzrə izahatında sələmə pul verməklə məşğul olmadığını, izahatında keçən “faiz” sözünün sadəcə dərmanın satışından payına düşəcək qazanc demək istədiyini bildirmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı iş üzrə cavabdeh hüquqi yardımın göstərilməsi üçün 1000 (bir min) manat məbləğində hüquqi yardım haqqı ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verildiyindən, həmin tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edərək, Cavabdeh 1 il öncə onun etibarından sui-istifadə edərək, bir neçə dəfə ayrı-ayrı vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini bildirmişdir (iddia ərizəsində isə ilk dəfə 2022-ci ilin yanvarfevral aylarında 41.355 ABŞ dolları verdiyini bildirir). Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı izahatında Cavabdeh verdiyi pulları sonuncuya ev tikməsi, oğlunun probleminin həlli və kassadan götürdüyü pulları yerinə qoymaq üçün aldığını bir daha təsdiq etmiş, lakin dərman satışı biznesinə qoşulub qazanc əldə etmək barədə izahatında göstərməmişdir. Verilən suallara cavab olaraq İddiaçı izahatında Cavabdeh Südabənin iştirakı ilə ondan yaşadığı evdə 15000 ABŞ dolları pulu sələm kimi götürmədiyini, sələmə pul verməklə məşğul olmadığını, izahatında keçən “faiz” sözünün sadəcə dərmanın satışından payına düşəcək qazanc kimi demək istədiyini, Esmiraya verdiyi 41.355 ABŞ dolları pulu uzun müddətdir ərzaq və digər xərclərindən artıq qalan pul kimi topladığını, 2021-ci ilin dekabr ayında oğlu İbrahimə pul lazım olduqda ona müraciət etdiyi zaman topladığı 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini oğluna bildirmişdir (iddia ərizəsində 41.355 ABŞ dolları pulu 2022-ci ilin yanvar ayında Cavabdeh verdiyini bildirir. Belə olan halda, necə ola bilər ki, iddiaçının oğlu 2021-ci ilin dekabr ayında ondan pul istədikdə o, 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini desin?). Esmiraya dərmanla bağlı pulları 2020-ci ilin yanvar ayından başlayaraq verdiyini, Rəna və adını çəkmək istəmədiyi tanışından alınan pulların ona heç bir aidiyyəti olmadığı üçün o, Esmiraya faizə pul alıb verməsi barədə istintaq orqanına məlumat vermədiyini, həmin pullar onun tərəfindən Esmiraya verilsə də, faizinin ona deyil, tanışına çatdığını bildirmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarından görünür ki, İddiaçı izahatında 2020-ci ilin yanvar ayında Cavabdeh onun əvvəllər yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək bahalı dərman dövriyyəsinə qoşulmağı ona təklif etdiyini, bu işləri görməsi üçün Cavabdeh 41.355 dollar pul verə biləcəyini demişdir. Cavabdeh demişdir ki, 3-4 ayın sonunda əsas puldan başqa əldə ediləcək qazancı ona verəcək. O da Cavabdeh 2020-ci ilin yanvar ayının təxminən ortalarında yaşadığı ünvan 2 ünvanında təklikdə əlbəəl 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları pul vermişdir (xx.xx.2022-ci il tarixli izahatında isə pulu verərkən Rəna və Təranənin gördüyünü, pulu təxminən 1 il öncə verdiyini demişdir. xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, İddiaçı Cavabdeh ilkin olaraq 2020-ci ilin mart-aprel aylarında 41.500 ABŞ dolları pul verdiyini bildirmişdir). 2020-ci ilin fevral-mart aylarında o, Cavabdeh əsas pulu və qazancla bağlı soruşduqda Esmira pandemiya düşdüyü üçün dərman satışının azaldığını əsas gətirib, ondan bir qədər səbirli olmağını xahiş etmişdir. O da Esmiradan şübhələnməyərək sözlərinə etibar edib gözləməyə başlamışdır. 2020-ci ilin aprel ayında Cavabdeh onun yaşadığı Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək ona bildirmişdir ki, koronavirusa görə bahalı dərmanların satışı sahəsində müxtəlif problemlər yaranıb, amma digər tərəfdən isə bu virusa görə müəyyən adda dərmanların satışı sahəsi ən gəlirli sahəyə çevrilib, daha çox pul qazanmaq olar və bunu üçün ona əlavə pul lazımdır. Esmira yenidən onda həvəs yaradaraq bu sahəyə əlavə pul qoymağı bildirmişdir. O isə bildirmişdir ki, «mənim pulum yoxdur, özümə məxsus bütün pulumu vermişəm». Esmira yaxın tanışlarından pul tapıb bu sahəyə pul yatırmağı ona demiş və yenə də 2-3 ayın sonunda verəcəyi məbləği götürdükdə sonda yaxşı qazanc əldə edəcəkləri ilə bağlı bu sahəni tərifləməyə başlamışdır. Bu səbəbdən o, digər yaxın rəfiqəsi, ailəvi olaraq tanıdığı əvvəllər Hava Limanında işləyən X11 zəng vurmuş və Esmiranın dərman satışına pul qoyaraq şərik kimi yaxşı qazanc əldə etmək barədə dediklərini Rənaya danışmışdır. Rəna özü də Esmiranı onun tanışı kimi uzun müddətdir ki, tanımış, onun evində olan qonaqlıqda onlar iştirak etmişlər. Rəna Abdullayeva bu işə 30.000 (otuz min) ABŞ dolları pul verə biləcəyini, lakin Esmiraya etibar edə bilməyəcəyini və ona güvənib həmin pulu verə biləcəyini qeyd etmiş, pula cavabdehliyi onun daşıyacağını və gələcəkdə həmin pulu ondan tələb edəcəyini bildirmişdir. O da razılıq verdikdən sonra Esmira 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı, Bakı şəhəri Yasamal rayonu 6-cı paralel küçəsində yerləşən nömrəsini bilmədiyi mənzilinə gedib 30.000 (otuz min) ABŞ dolları pulu Rənadan almışdır. Rəna həmin pulu Esmiraya verəndə işin gedişatı barədə ondan soruşmuşdur. Esmira da həmin pulu dərman satışı ilə bağlı tanışlarına verəcəyini və 3-4 aydan sonra əsas pulu verdikdə qazancı da verəcəyini deyib inandırmışdır. 2021-ci ilin yanvar ayında Esmira onun yeni aldığı ünvan 4 ünvanına gəlmiş və ağlayaraq bildirmişdir ki, Südabə Rəhimova bütün əvvəlki dərmanların satışından əldə edilən qazancı, hətta ona çatası qazancı da onu yanına çağıraraq almış və növbəti partiya çoxlu sayda dərman çeşidləri sifariş vermiş, hətta Südabə Rəhimova onu işlədiyi Azərbaycan Dəmir Yolları QSC-dəki kassasından pulları götürüb ona verməyə məcbur edib, o, da kassadan pulları götürərək dərman dövriyyəsinin artırılması üçün Südabəyə vermişdir. Esmira ona demişdir ki, kassadan pulu xəbərsiz götürüb, işdən çıxara bilərlər, bu baxımdan kassadakı çatışmazlığı qısa zamanda aradan qaldırmalıdır. O, yenə də Cavabdeh inanaraq digər bir rəfiqəsi 15-20 ildir ki, tanıdığı X21 zəng vurmuş, Təranə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu verməyə razılaşmış, 2021-ci ilin yanvar ayının təxminən ortalarında Təranə Əliyeva 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu onun yaşadığı ünvan 2 ünvanına gətirmişdir. Həmin zaman Esmira dəhlizdə onunla salamlaşıb sanitar qovşağına getmişdir. Təranə tələsdiyi üçün pulu verib getmişdir. O da həmin pulu evində həmin gün Esmiraya vermişdir. O, pulu Esmiraya verərkən Təranə artıq çıxıb getmişdir. Esmira onun narahat olduğunu görərək bildirdi ki, «o, məni aldatmır və bunu sübuta yetirmək üçün aldığı pullara dair qəbz yazmağa razıdır». O da buna razılıq verdikdə Esmira adi dəftər vərəqinə ondan 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, 30.000 (otuz min) ABŞ dolları dolları və 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu borca aldığını yazaraq həmin qəbzi ona vermişdir. 2021-ci ilin avqust ayında Esmira ilə danışanda Esmira ağlayaraq ona bildirmişdir ki, “dərman biznesi batıb, o və tanışları böyük problemlərə düşüblər, hətta onu, Nüşabə və Südabəni polisə bir neçə dəfə çağırıblar. Bundan başqa 2021-ci ilin avqust ayında Esmira ona zəng edərək ondan pul istədikdə o, pulunun olmadığını demişdir. Lakin Esmira faiz borcu ilə olsa da götürüb ona verməyini xahiş etmişdir. Buna görə o, tanışı Nabat Nəzərovaya zəng edib bu barədə demişdir. Həmin gün Nabat onun yaşadığı ünvan 2 ünvanına gələrək 16.000 ABŞ dollar pulu ona vermişdir. Həmin gün Esmira onun yaşadığı evə gəlmiş və o, həmin pulu faizə Esmiraya vermişdir. Lakin sonradan Esmira həmin pulu qaytarmadığı üçün o, məcbur olub, öz vəsaiti hesabına 16.000 ABŞ dollar pulu Nabata tam şəkildə qaytarmışdır (iddia ərizəsində 41.355 ABŞ dolları, 30.000 ABŞ dolları, 31.500 ABŞ dolları və 15.000 ABŞ dolları məbləğində pulları Cavabdeh 2022-ci ilin yanvar-avqust ayları ərzində verdiyini bildirir, necə ola bilər ki, guya 2022-ci ildə verdiyi pulları 2021-ci ildə tələb etsin? Həmçinin, necə ola bilər ki, guya 2022-ci ilin yanvar-avqust aylarında verdiyi pulları 2022-ci ilin fevral ayında tələb etsin? Axı pulun qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Hazırda iddiaçının iddia ərizəsində cavabdehə 2022-ci ilin yanvar, fevral aylarında dərman satışından gəlir əldə etmək məqsədi ilə müxtəlif vaxtlarda ilk dəfə 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, daha sonra həmin ilin aprel ayında 30.000 (otuz min) ABŞ dolları, daha sonra isə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları, həmin ilin avqust ayında əlavə olaraq 15.000 (on beş min) ABŞ dolları pul verdiyini qeyd etməkdə məqsədi məhkəməyə müraciət edərkən onun tərəfindən iddia müddətinin ötürülmədiyi görüntüsünü yaratmaq olmuşdur. Belə ki, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qərarlarda İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarlardan görünür ki, iddiaçı cavabdehə ilk dəfə 2020-ci ilin yanvar ayında 41.355 ABŞ dolları, (bir izahatında 2020-ci ilin mart-aprel aylarında 41.500 ABŞ dolları), 2020-ci ilin aprel ayında 30.000 ABŞ dolları (həmin pulu guya cavabdehə R.Abdullayeva verib), 2021-ci ilin yanvar ayında 31.500 ABŞ dolları (həmin pulu guya T.Əliyevadan alıb cavabdehə verib), 2021-ci ilin avqust ayında 16.000 ABŞ dollar (guya həmin pulu Nabat Nəzərovadan alıb cavabdehə verib) pul verdiyini (xx.xx.2023-cü il tarixli qərardakı izahatında Cavabdeh Südabənin iştirakı ilə ondan yaşadığı evdə 15.000 ABŞ dolları pulu sələm kimi götürmədiyini bildirib) bildirmişdir. Təhqiqat və istintaq orqanlarında isə İddiaçı 15.000 ABŞ dolları pulu cavabdehdən tələb etməmişdir. İddiaçının tələb etdiyi 41.355 (bəzi izahatında 41.500)+31.500+30.000 ABŞ dolları puldur ki, həmi məbləğlərin cəmi 102.855 (103.000) ABŞ dolları təşkil edir. İşin faktiki halları isə ondan ibarətdir ki, cavabdeh ümumiyyətlə, iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Hazırda iddiaçının cavabdehdən tələb etdiyi 117.855 ABŞ dolları məbləğində pul iddiaçının Südabə Rəhimovaya faizə verdiyi 15.000 ABŞ dollar məbləğində puldur və Südabə Rəhimova aldığı 15.000 ABŞ dolları məbləğində pulun faizlərini vaxtında qaytara bilmədiyi üçün iddiaçı həmin məbləğə faiz hesablayaraq, pulu 117.855 ABŞ dollarına çatdırmışdır. 2021-ci ilin oktyabr-noyabr aylarında iddiaçı cavabdehi evinə dəvət edərək, ona hədə-qorxu gəlmiş, sonuncunun ona 31.500, 30.000 və 41.355 ABŞ dolları məbləğində borcunun olması ilə bağlı əlyazma yazdırmış, həmin vaxt evdə yalnız iddiaçı və cavabdeh olmuşdur. 2022-ci ilin yanvar ayında iddiaçının oğlu İbrahim cavabdehə zəng edərək, iddiaçının guya ona verdiyi pulları ondan istəmiş və bunun üçün ona 45 gün vaxt vermişdir. Zəng edilən zaman Cavabdeh yanında oğlu F.R.Kərimov olmuş, Cavabdeh başına gələn hadisəni oğluna danışmış və onlar dərhal Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə gedərək, İddiaçı barəsində şikayət yazmışlar. Cavabdehin şikayəti üzrə aparılmış araşdırma zamanı iddiaçı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, təxminən 1 il əvvəl (yəni 2021-ci ildə) cavabdehə oğlunun problemi ilə əlaqədar 41.355 ABŞ dolları, daha sonra evinin tikintisi üçün 31.500 ABŞ dolları, daha sonra öz borclarını ödəməsi üçün 30.000 ABŞ dolları verdiyini bildirmişdir. Göründüyü kimi İddiaçı pulun verilməsi məqsədi və tarixləri ilə bağlı təhqiqat və istintaq orqanlarında hər dəfə fərqli və bir-biri ilə ziddiyyət təşkil edən izahatlar vermişdir. İddiaçının cavabdehə hədə-qorxu ilə yazdırdığı qəbzdə 15.000 ABŞ dollarını qeyd etdirməməsinin səbəbi əslində 41.355, 31.500 və 30.000 ABŞ dolları məbləğində pulların iddiaçının Südabəyə verdiyi 15.000 ABŞ dolları məbləğində pulun faizlərinin olması olmuşdur. İddiaçının dedikləri bir anlığa həqiqət kimi qəbul edilsə belə (baxmayaraq ki, iddiaçının dediklərinin heç biri həqiqət deyil), yuxarıda qeyd olunan xüsusatlara əsasən iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı 41.355, 31.500 və 30.000 ABŞ dolları məbləğində pulları cavabdehə guya 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayına qədər olan müddətdə vermiş, 2021-ci ilin avqust ayında guya cavabdehə 16.000 ABŞ dolları pul vermiş və həmin pulları (cavabdeh hər bir məbləği guya 2-3 ay ərzində qaytarmaq şərti ilə almışdır) guya cavabdeh 2-3 aya qaytamağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı təhqiqat və istintaq orqanlarında guya cavabdehə verdiyi pulları 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayına qədər müddətdə verdiyini bildirmiş və hazırkı iş üzrə iddia tələbinin əsası kimi həmin qərarlara istinad etmişdir. İddiaçının həmin qərarlarda göstərilən tarixlərdə cavabdehə pul verdiyini iddia ərizəsində göstərməməsinin səbəbi iddia müddətini ötürməsi olmuş, ona görə də hüquqi yardım alaraq hazırkı iddia ərizəsində cavabdehə pulu 2022-ci ilin yanvar-avqust aylarında verdiyini qeyd etdirməklə, iddia müddətini ötürmədiyini əsaslandırmağa çalışmışdır. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 491 manat məbləğində dövlət rüsumu ödəmişdir. - əlyazmanın surətindən görünür ki, aldım mən Cavabdeh borc aldım 31.500 $; Cavabdeh q. 30.000 $ aldım; Cavabdeh 41.355 $ aldım. - Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edərək, uzun illər rəfiqəsi olmuş X27 onun etibarından sui-istifadə edərək 102.855 ABŞ dollar pulunu ələ keçirdiyini bildirmişdir. O həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 20 ilə yaxın olar ki, o, Cavabdeh ilə rəfiqəlik edir. Belə ki, Cavabdeh 1 il öncə onun etibarından sui-istifadə edərək ondan bir neçə dəfə ayrı ayrı vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu ələ keçirərək, pulunu mənimsədiyini bildirmiş və o, pullarını E.Kərimovudan istəyərkən onu ölümlə, oğlunu tutduracağı ilə hədələdiyini qeyd etmişdir. İzahatı alınarkən İddiaçı sual hissəsində o, müxtəlif vaxtlarda pulları Cavabdeh verərəkən onun yanında Rəna və Təranə olduğunu bildirmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış X28 bildirmişdir ki, İddiaçı bir neçə ildir tanıyır və ailəvi gediş-gəlişi vardır. O, əvvəllər tanımadığı bir qadının dəfələrlə tanışı Zemfiradan müxtəlif vaxtlarda bir neçə dəfə pul aldığını, müxtəlif bəhanələr gətirərək İddiaçı yaşlı olmağından istifadə edərək, onun pullarını ələ keçirdiyini qeyd edərək, ümumilikdə İddiaçı 102.855 ABŞ dolları pulunu ələ keçirdiyinin şahidi olduğunu qeyd etmişdir. Qərarda göstərilmişdir ki, araşdırma müddətində izahatı alınmış X2 Təranənin izahatını bir daha təsdiqləyərək eyni məzmunlu izahat vermişdir. Qərarda göstərilmişdir ki, araşdırma müddətində izahatı alınmış X30 bildirmişdir ki, Esmira ilə bir yerdə işləyirlər və onu iş yoldaşı kimi tanıyır. O, Cavabdeh ilə aralarında heç bir faiz pul olmadığını, Cavabdeh İddiaçı faizə götürdüyü pullardan xəbərsiz olduğunu bildirmiş və onun yaşadığı ünvan İddiaçı yaxın olduğu üçün Cavabdeh bir neçə dəfə İddiaçı çatdırmağı xahiş etdiyini bildirmişdir. İzahatın sual hissəsində S.Rəhimova Cavabdeh yalan danışdığını və onun 15.000 ABŞ dolları götürməyindən xəbərsiz olduğunu bildirmişdir. Həmçinin, materialda olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «Cavabdeh təxminən 1 il öncə mənim etibarımdan sui-istifadə edərək, məndən bir neçə dəfə, 1-ci dəfə 41.500 ABŞ dolları alaraq ev tikdirəcəyini bildirmiş, sonradan oğlunun işə düşdüyü üçün 30.000 ABŞ dolları almış, 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir işdən qovmasın deyə məndən pul götürmüşdür. Cavabdeh ümumilikdə mənim 102.855 ABŞ dolları pulumu dələduzluq yol ilə ələ keçirmişdir... Mən pulu verərkən Rəna xanım və Təranə xanım görmüşdür». Materialda olan X18 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...əvvəllər tanımadığım bir qadın dəfələrlə mənim yanımda tanışım Zemfiradan müxtəlif vaxtlarda, birinci dəfə 41.500 ABŞ dolları guya özünə mənzil tikdirmək adı ilə, ikinci dəfə 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir onu işdən pula görə qovduğunu bildirərək, ən son 30.000 ABŞ dolları oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışım Zemfiranın etibarından istifadə edərək, onun yaşının çox olmasından istifadə edərək, tanışım Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidiyəm. Mən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları pulu verərkən görmüşəm». Materialda olan X8 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...əvvəllər tanıdığım bu qadın dəfələrlə mənim yanımda tanışım Zemfiradan müxtəlif vaxtlarda, birinci dəfə 41.500 ABŞ dolları guya özünə mənzil tikdirmək adı ilə, ikinci dəfə 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək, müdir onu işdən pula görə qovduğunu bildirərək, ən sonda 30.000 ABŞ dolları oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışım Zemfiradan və onun etibarından sui-istifadə edərək, onun yaşının çox olmasından istifadə edərək, tanışım Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidiyəm. Mən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda 102.855 ABŞ dolları pul verərkən görmüşəm». Materialda olan Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...mənimlə bir yerdə işləyən X30 məndən uşağın xəstə olmasına görə pul istəmiş, mənim pulum olmadığına görə Südabəyə əvvəllər tanıdığım Zemfiranın faizə pul verdiyini, Zemfiraya da iş yoldaşım Südabənin faizə pul götürmək istədiyini bildirmişəm. Mən Südabə ilə Zemfiranın evinə getmişəm. xx.xx.2020-ci il tarixdə Zemfira Südabəyə 6000 $ verərək həmin 6000 $-dan bir aylıq faizi götürüb 5400 $ verdi. xx.xx.2020-ci il tarixdə Südabə yenidən mənə qohum uşağın xəstəliyi ilə bağlı 3000 $ faizə pul götürmək istədiyini bildirdi. Mən yenə də Zemfiraya bildirib Südabə ilə Zemfiranın evinə getdik. Zemfira 3000 $ verib 300 $ bir aylıq faiz götürüb 2700 $ verdi. xx.xx.2020-ci il tarixdə Zemfira eyni qaydada 1000 $-dan bir aylıq 100 $ faiz götürüb 900 $ Südabəyə verdi. xx.xx.2020-ci il tarixdə Südabə yenidən 2000 $ istədi, həmin qaydada Zemfira 2000 $ verib bir aylıq 200 $ faiz götürüb Südabəyə 1800 $ verdi. xx.xx.2020-ci il tarixdə Südabə yenidən 3000 $ pul istədi, Zemfira 3000 $verib eyni qaydada 300 $ bir aylıq faiz götürüb 2700 $ Südabəyə pul verdi. Sonra bildi ki, Südabə dörd ay faizi Zemfiranın özünə vermişdir. 2020-ci ilin avqust ayında mən Südabənin pulu ödəmədiyini bilib səbəbini soruşduqda Südabə mənə xəstə olan uşağın rəhmətə getdiyini bildirərək uşağın valideyninin avqustun 25-də maşınını satıb pulu verəcəyini bildirdi. Sonradan mən dəfələrlə Südabəyə pulu Zemfiraya ödəməsini bildirsəm də, o faizə götürdüyü pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirərək hal-hazırkı vaxtadək pulu ödəmir. İddiaçı Südabəyə faizə verdiyi 15.000 $ pulun iki il müddətinə faizini hesablayaraq ümumilikdə 102.855 $ zənn edib mənə şər-böhtan atır və A 4 vərəqinə deyil köhnə vərəqə yazdım. Bununla bağlı mən 27-ci polis bölməsinə müraciət etmişəm, müraciətimin mahiyyəti İddiaçı məni evinə çağıraraq mənə hədə-qorxu gələrək həmin yazıları hədə-qorxu altında yazdırmışdı. Mən T.Əliyevanı heç tanımıram və görməmişəm. R.Allahverdiyevanı bir dəfə görmüşəm. Mən Südabənin İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 15.000 (on beş min dollar) faizə alarkən İddiaçı evində tək olmuşdur». Materialda olan X17 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, «...Esmira xanımı sadəcə olaraq iş yoldaşı kimi tanıyıram. Cavabdeh ilə aramda heç bir faiz pul olmayıb və Cavabdeh İddiaçı faizə götürdüyü pullardan xəbərim yoxdur. Belə ki, Cavabdeh mənim yaşadığım ünvan İddiaçı yaxın olduğu üçün pul çatdırmağımı xahiş etmişdir. Cavabdeh dedikləri yalandır, mən faizə pul götürməmişəm». - Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müaciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan görünür ki, «...İddiaçı Cavabdeh verdiyi 102.855 ABŞ dolları məbləğində pulu borc şəklində verdiyini bir daha izahatında təsdiqləmişdir...İddiaçı öz izahatında Cavabdeh ilkin olaraq verdiyi 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini göstəmişdir... Südabə Rəhimova izahatında Cavabdeh borclu olmadığını bildirmiş, onun xahişi ilə Cavabdeh vasitəsilə faizə pul verən qadın kimi İddiaçı alınmış ümumilikdə 6000 ABŞ dolları pulu ona yox, Cavabdeh tərəfindən tanışı Nüşabə Əliyevaya verildiyini və həmin pulu Nüşabə Əliyeva Cavabdeh faizləri ilə birlikdə tam ödədiyini qeyd etmişdir». - Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X25 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müaciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, «...2020-ci ilin yanvar ayında Esmira onun əvvəllər yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gəlmiş və ona bildirmişdir ki, çox yaxın tanıdığı Südabə, Nailə və Nüşabə adlı həkimlər vardır, həmin şəxslər Bakı şəhərində bahalı dərman dövriyyəsi ilə məşğul olaraq yaxşı qazanc əldə edirlər. Esmira ona təklif etmişdir ki, o da həmin dövriyyəyə qoşulsun və yüksək vəsait qoyaraq yaxşı qazanc əldə etsin. O, Esmiraya demişdir ki, ona bu işlər görməsi üçün 41.355 dollar pul verə bilər. Esmira onu şirnikləndirərək demişdir ki, «Südabə, Nailə və Nüşabə adlı həkimlər hər ay yaxşı qazanc əldə edirlər, sən də peşman olmayacaqsan, 3-4 ayın sonunda əsas puldan başqa əldə ediləcək qazancı mən Südabə, Nailə və Nüşabə adlı həkimlərdən alıb sənə verəcəm, işə özüm nəzarət edəcəm». O da Esmiranı özünə çox yaxın və etibarlı rəfiqə bilib verdiyi vədlərə inanaraq 2020-ci ilin yanvar ayının təxminən ortalarında yaşadığı ünvan 2 ünvanında təklikdə Esmiraya əlbəəl 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları pul vermişdir. Verdiyi pulların bəzisi manat olsa da onlar onu dollarla hesabladıqda 41.355 dollar pul tutmuşdur. 2020-ci ilin fevral-mart aylarında o, hər dəfə Cavabdeh əsas pulu və qazancla bağlı soruşduqda Esmira, pandemiya düşdüyü üçün dərman satışının azaldığını əsas gətirib, ondan bir qədər səbirli olmağını xahiş etmişdir. O da Esmiradan şübhələnməyərək sözlərinə etibar edib gözləməyə başlamışdır. 2020-ci ilin aprel ayında Cavabdeh onun yaşadığı Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək ona bildirmişdir ki, koronavirusa görə bahalı dərmanların satışı sahəsində müxtəlif problemlər yaranıb, amma digər tərəfdən isə bu virusa görə müəyyən adda dərmanların satışı sahəsi ən gəlirli sahəyə çevrilib, daha çox pul qazanmaq olar və bunun üçün ona əlavə pul lazımdır. Esmira yenidən onda həvəs yaradaraq bu sahəyə əlavə pul qoymağı bildirmişdir. O isə bildirmişdir ki, «mənim pulum yoxdur, özümə məxsus bütün pulumu vermişəm». Esmira yaxın tanışlarından pul tapıb bu sahəyə pul yatırmağı ona demiş və yenə də 2-3 ayın sonunda verəcəyi məbləği götürdükdə sonda yaxşı qazanc əldə edəcəkləri ilə bağlı bu sahəni tərifləməyə başlamışdır. Bu səbəbdən o, digər yaxın rəfiqəsi, ailəvi olaraq tanıdığı əvvəllər Hava Limanında işləyən X11 zəng vurmuş və Esmiranın dərman satışına pul qoyaraq şərik kimi yaxşı qazanc əldə etmək barədə dediklərini Rənaya danışmışdır…Rəna özü də Esmiranı onun tanışı kimi uzun müddətdir ki, tanımış, onun evində olan qonaqlıqda onlar iştirak etmişlər. Rəna Abdullayeva bu işə 30.000 (otuz min) ABŞ dolları pul verə biləcəyini, lakin Esmiraya etibar edə bilməyəcəyini və ona güvənib həmin pulu verə biləcəyini qeyd etmiş, pula cavabdehliyi onun daşıyacağını və gələcəkdə həmin pulu ondan tələb edəcəyini bildirmişdir. O da razılıq verdikdən sonra Esmira 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı, Bakı şəhəri Yasamal rayonu 6-cı paralel küçəsində yerləşən nömrəsini bilmədiyi mənzilinə gedib 30.000 (otuz min) ABŞ dolları pulu Rənadan almışdır. Rəna həmin pulu Esmiraya verəndə işin gedişatı barədə ondan soruşmuşdur. Esmira da həmin pulu dərman satışı ilə bağlı tanışlarına verəcəyini və 3-4 aydan sonra əsas pulu verdikdə qazancı da verəcəyini deyib inandırmışdır…2021-ci ilin yanvar ayında Esmira onun yeni aldığı ünvan 4 ünvanına gəlmiş və ağlayaraq bildirmişdir ki, Südabə Rəhimova bütün əvvəlki dərmanların satışından əldə edilən qazancı, hətta ona çatası qazancı da onu yanına çağıraraq almış və növbəti partiya çoxlu sayda dərman çeşidləri sifariş vermiş, hətta Südabə Rəhimova onu işlədiyi Azərbaycan Dəmir Yolları QSC-dəki kassasından pulları götürüb ona verməyə məcbur edib, o, da kassadan pulları götürərək dərman dövriyyəsinin artırılması üçün Südabəyə vermişdir. Esmira ona demişdir ki, kassadan pulu xəbərsiz götürüb, işdən çıxara bilərlər, bu baxımdan kassadakı çatışmazlığı qısa zamanda aradan qaldırmalıdır. O, yenə də Cavabdeh inanaraq digər bir rəfiqəsi 15-20 ildir ki, tanıdığı X21 zəng vurmuş, Təranə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu verməyə razılaşmış, 2021-ci ilin yanvar ayının təxminən ortalarında Təranə Əliyeva 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu onun yaşadığı ünvan 2 ünvanına gətirmişdir. Həmin zaman Esmira dəhlizdə onunla salamlaşıb sanitar qovşağına getmişdir. Təranə tələsdiyi üçün pulu verib getmişdir. O da həmin pulu evində həmin gün Esmiraya vermişdir. O, pulu Esmiraya verərkən Təranə artıq çıxıb getmişdir. Esmira onun narahat olduğunu görərək bildirdi ki, «o, məni aldatmır və bunu sübuta yetirmək üçün aldığı pullara dair qəbz yazmağa razıdır». O da buna razılıq verdikdə Esmira adi dəftər vərəqinə ondan 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, 30.000 (otuz min) ABŞ dolları dolları və 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu borca aldığını yazaraq həmin qəbzi ona vermişdir…2021-ci ilin avqust ayında Esmira ilə danışanda Esmira ağlayaraq ona bildirmişdir ki, “dərman biznesi batıb, o və tanışları böyük problemlərə düşüblər, hətta onu, Nüşabə və Südabəni polisə bir neçə dəfə çağırıblar. Bundan başqa 2021-ci ilin avqust ayında Esmira ona zəng edərək ondan pul istədikdə o, pulunun olmadığını demişdir. Lakin Esmira faiz borcu ilə olsa da götürüb ona verməyini xahiş etmişdir. Buna görə o, tanışı Nabat Nəzərovaya zəng edib bu barədə demişdir. Həmin gün Nabat onun yaşadığı ünvan 2 ünvanına gələrək 16.000 ABŞ dollar pulu ona vermişdir. Həmin gün Esmira onun yaşadığı evə gəlmiş və o, həmin pulu faizə Esmiraya vermişdir. Lakin sonradan Esmira həmin pulu qaytarmadığı üçün o, məcbur olub, öz vəsaiti hesabına 16.000 ABŞ dollar pulu Nabata tam şəkildə qaytarmışdır. Sonuncu dəfə o, Esmiraya 2021-ci ilin dekabr ayında zəng vurub bildirmişdir ki, onun etibarından sui-istifadə edərək onu çox pis vəziyyətdə qoyub, məsələ ilə bağlı onun evinə gəlib oturub danışmaq istəyir. Bölmədə izahatında həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını yazmağını ona demişlər, o da yazmışdır. Əslində isə Esmira ondan aldığı pulları dərman satışı biznesinə yönəldib ona qazanc verəcəkdir. Lakin izahatı oxumadan imzalamış, oraya nə yazılmasına fikir verməmişdir». - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı əlavə izahatı alınmış İddiaçı izahatında «Cavabdeh verdiyi pulları sonuncuya ev tikməsi, oğlunun probleminin həlli və kassadan götürdüyü pulları yerinə qoymaq üçün aldığını bir daha təsdiq etmişdir. O, polis bölməsinə gedib izahat verdikdə Esmiraya verdiyi 102.855 ABŞ dolları pulun özünə məxsus olduğunu, eləcə də həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını demişdir. Doğrudan da o, Esmiradan pulunu geri istədikdə sonuncu deyirmiş ki, oğlu işə düşüb, daha sonra kassadan xəbərsiz pul götürüb və həmin pulları geri yerinə qoymaq üçün ona pul lazımdır. Bunlar onun yadında qaldığı üçün Esmiranın ondan 102.855 ABŞ dolları pulu bu niyyətlərlə aldığını 27-ci PB-də verdiyi izahatlarında göstərmiş, lakin dərman satışı biznesinə qoşulub qazanc əldə etmək barədə izahatında göstərməmişdir. Verilən suallara cavab olaraq İddiaçı izahatında Cavabdeh Südabənin iştirakı ilə ondan yaşadığı evdə 15.000 ABŞ dolları pulu sələm kimi götürmədiyini, sələmə pul verməklə məşğul olmadığını, izahatında keçən “faiz” sözünün sadəcə dərmanın satışından payına düşəcək qazanc kimi demək istədiyini. Esmiraya verdiyi 41.355 ABŞ dolları pulu uzun müddətdir ərzaq və digər xərclərindən artıq qalan pul kimi topladığını, 2021-ci ilin dekabr ayında oğlu İbrahimə pul lazım olduqda ona müraciət etdiyi zaman topladığı 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini oğluna bildirmişdir. Onun Esmiraya dərmanla bağlı pulları 2020-ci ilin yanvar ayından başlayaraq verdiyini, Rəna və adını çəkmək istəmədiyi tanışından alınan pulların ona heç bir aidiyyəti olmadığı üçün o, Esmiraya faizə pul alıb verməsi barədə istintaq orqanına məlumat vermədiyini, həmin pullar onun tərəfindən Esmiraya verilsə də, faizinin ona deyil, tanışına çatdığını bildirmişdir». - Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə ünvanladığı şikayət əsasında aparılmış araşdırma üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı izahatı alınmış və o, bildirmişdir ki, təxminən 1 il əvvəl Cavabdeh oğlu Kərimov Fərhadın problemi ilə əlaqədar ondan borc pul istəmiş, o da vermişdir. O, əvvəl Esmiraya 41.355 ABŞ dolları vermişdir. Sonra o, öz evinin tikintisi üçün borc istədi, ona 31.500 ABŞ dolları verdi. Sonra Esmira onu aldatdı ki, bankla və lombardla problem var və üstəlik onu Südabə aldadıb. Öz borclarını ödəməsi üçün 30.000 ABŞ dolları istədi və dedi ki, Südabəni məhkəməyə verib bütün pulları qəpiyinə kimi qaytaracaq. Lakin bu günə qədər borcu qaytarmayıb. İzahatın sonunda İddiaçı izahatı özü yazdığını və yazdıqlarını təsdiq etdiyini qeyd edərək, izahatın bütün vərəqlərini imzalamışdır. İzahatı İddiaçı öz xətti ilə yazmışdır. - hüquqi yardımın göstərilməsi haqqında EM-1849VK-4324/25 nömrəli xx.xx.2025-ci il tarixli müqavilədən və xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün “Ekol” vəkil bürosunun vəkili Vəkil2 ilə müqavilə bağlamış və 1000 (bir min) manat məbləğində hüquqi yardıma görə haqq ödəmişdir. - cavabdeh tərəfindən məhkəməyə İddiaçı, Cavabdeh, X30 və onun anası arasında olan telefon danışıqlarının və Whatsapp sosial şəbəkəsindəki danışıqların səs yazıları təqdim edilmişdir. Həmin səs yazılarında aşağıdakı danışıqlar olmuşdur: Cavabdeh ilə X30 arasında olan danışıqlar: X30: Səhər indi açılıb e, hələ yox... Pul yiyələri səhər saat 6-da yığıblar Sizə? Kimdi ki bəyəm bunlar, nədirlər ki? Bunlar banditdilər, nədirlər ki bəyəm? Səhər-səhər 6-da, 7-də adama zəng eləyirlər? Elə bil pul məndə oldu, gətirdim, mən Sizə vermədim? Pul məndə olsa, gətirib gecə ilə verərəm. Mən heç kimdən artıq söz götürmərəm. Yoxdu məndə pul, almamışam. Haçan alacam, necə eləyəcəm, ondan sonra gətirib verəcəm. Yəqin mən pulu alandan sonra gətirib pulunuzu verəcəm. Mən Sizdən söz götürməyəcəm. Sonra deyirsiniz ki, Südabə qışqırır. Südabə neyləyir? Səhər tezdən adam-adama zəng eləyər? Yəqin pul məndə olsaydı, gətirib Sizə verərdim də. Ya işim düzəlsə idi, yığıb deyərdim ki, budur, budur. Yoxdu, düzəlmir. Gedin alın Nüşabədən. Cavabdeh: Alo, Südabə, salam. S.Rəhimova: Salam, Esmira xanım. Cavabdeh: Nə oldu, neylədin? S.Rəhimova: Heç nə. Cavabdeh: Südabə, o arvadı tap bala, o itən arvad kimdi, onu tap. Doqquz mini al ondan. Belə olmaz. Yaxşı, Nüşabə... Nüşabə yerində. Bəs bu birisi? Bəs bu arvad? Cavabdeh: Tap o arvadı, ya adını, soyadını, bir də adresini ver. Demirsən Razində olurdu? Mən onu gedim tapım. Belə olmaz, qızım. O səni də yaman günə qoydu, məni də yaman günə qoydu. S.Rəhimova: Mən alacam da, inşallah, özü də tezliklə. Gedin, öz haqq-hesabınızı Nüşabə ilə eləyin. Mən Sizin işinizə... mən alıb Sizin pulunuzu verməyəcəm. S.Rəhimova: Sabahınız xeyir, Esmira xanım. Esmira xanım, səhər indi açılıb, indi yığırsız mənə. Birincisi 15 gün olmayıb, bu bir. İkincisi də də ki, pul hələ alınmayıb. Heç mən bilmirəm, hələ pul alınacaq, alınmayacaq. Mən Sizə dedim, pulu hansı gün alsam, o gün yığacam Sizə. Məndə indi pul yoxdur, Esmira xanım. Məndə yəqin ki, pul olsa, mən Sizə gecədən yığardım ki, gəlin pulu aparın. Məndə pul yoxdur, Esmira xanım. Hələ pul işi də düzəlməyib. Haçan düzələcək, onda deyəcəm Sizə gəlin pulu aparın. S.Rəhimovanın anası ilə Cavabdeh arasında olan danışıqlar: Cavabdeh: Bu on beş mini alanda fikirləşmirdi ki, bunu qaytarmaq lazımdı? Mehriban: Altı min Nüşabənindir. İddiaçı ilə Cavabdeh arasında olan danışıqlar: İddiaçı: Ya sabah 1800-ü qaytarmaq lazımdır, ya da yenə 180 əlavə etmək, 15 günə. 20-nə qədər gətirməlidir ki, yenə faiz verməsin. Mən ya pulu ya da faizi ödəməliyəm. Esmira, sən məni düzgün başa düş. Mən artıq pulu apara bilməyəcəm. O deyəcək ki, faizləri ver. Mən pulu Südabəyə verdim, Südabə də Nüşabəyə verdi. Vəssalam. Mənim pulumu qaytarın. Sadəcə Südabə gəlib mənə iki dəfə pul gətirib, vəssalam. Mən hər şeyi itirirəm. Niyə? Südabə, Nüşabə ucbatından. Kömək elədik ki, Südabənin uşağı ölməsin. İndi ona görə ... düşməliyik. Eşidirsən? Bu qadın mənə zəng elədi, mən niyə sənə təcili zəng edirəm. O zəng edib deyir Zema nə oldu orda, mən dedim yalandan dedim ki, Siz bilirsiz o tapdı, onda 2 var, o indi tanışını gözləyir alacağı var guya sənə çox verməlidirlər, alacağı var. Gəlib ona yenə verməlidirlər və mən Sizə gəlim. Eybi yoxdur ikini gətirsin faizi verər əgər vermirlərsə. Başa düşdün? Yəni mən deyirəm, bəs belə olar ki? O dedi mən icazə verirəm. Məsələn Rənanın tanışı icazə vermir, yadındadır sən istəyirdin?....hə O deyir yox mən icazə verirəm, 2-ni var gətirsin, 1000 pis vəziyyətdə qoyurlarsa faizi versin, eybi yoxdur. Mən deyirəm belə olar? Deyir hə, olar. Mən deyirəm mən bilməmişəm, indi zəng eləyib deyərəm Sizə. Deməli sən 3200 tapa bilərsən. Başa düşdün? 1000 Rənaya verərik, 2 ona verərik və 200 verərik əgər istəsən, əgər sən 3 tapsan lap super, başa düşdün? Lap super, ümumiyyətlə, heç bir faiz maiz, heçnə lazım deyil, başa düşdün? Amma mənə təcili, çünki mən ona dedim ki, 2 səndədir, yalan olmasın. Mən sənə 10 dəqiqə sonra zəng edəcəm. Rəna deyir ki, qadın vaxtaşırı zəng edir. Nə faizi verir, nə də başqa bir şey, nə etməli? Mən deyirəm, Rəna and olsun ki bilmirəm. İmkan ver bir azda gözləyək....hə...bu iki. Üçüncüsü 5 nəfər düşüb üstümə ki qaytar, belə. Bir də, ayın 20-də sən heç olmasa nəsə verməlisən...heç olmasa 2-ni. Heç olmasa birinə görə hesablaşmaq üçün. O deyir, hə, mən icazə verirəm, ki var gətirsinlər mən dövriyyə edirəm. O kiməsə verəcək, başa düşürsən? O deyir mənə lazımdır, məndən böyük məbləğ istəyiblər. Mən deyirəm mən indi zəng edib deyərəm. Mən deyirəm qızı gözləyir, deyirəm alacağı çoxdur onun bilin, sadəcə pis vəziyyətdə qoyublar, indi qızı gözləyir ki, hamısını gətirsin. Deyir gətirməsə eybi yoxdur, 2-ni çatdır mənə o birinin də faizini versin eybi yoxdur. Başa düşdün? Dedim sənə tez deyim ki, Esya and olsun mən bilmirdim, mən, hə mən bilmirdim bax bunu o icazə verir. Amma Allah etməsin orda nəsə ola, cırar! Başa düşürsən? Hə, hə onda sən 3200 tap, 1000 Rənaya verək, 2 ona və 200 isə..............əgər tapmasan, amma əgər tapsan ümumiyyətlə super, heçnə lazım deyil başa düşdün? Oldu, amma Esmira məni pis vəziyyətdə qoyma, mən ona dedim ki, 2 səndədir o gözləyir, kiməsə o verməlidir, orda ondan böyük məbləğ istəyiblər. O da arxayın deyib ki, hə, olacaq məndə ayın 20-də. Başa düşürsən? Oldu, oldu. Bilirsən ki, səndə hər şey artır. Sənin dediyin şeyin üstünə hər dəfə 10, 10, 10 gəlir — hesabla, gör nə qədər edir. Dollar da qalxsa, ümumiyyətlə .... günündə olacağıq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə cavabdehə borc pulun verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təhqiqat və istintaq orqanlarında aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərarları təqdim etmişdir ki, həmin qərarlardan görünür ki, iddiaçı borcun verilməsinə dair bir-birinə zidd izahatlar vermişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında istintaq orqanının sonuncu qərarına istinad edərək, iddiaçının cavabdehə hansı tarixlərdə və hansı məbləğlərdə pul verilməsinin həmin qərarda göstərildiyini, dolayısı ilə həmin qərarda iddiaçının izahatının hazırkı tələblə eynilik təşkil etdiyini bildirmiş, lakin məhkəmə araşdırması zamanı iddia tələbində göstərilən xüsusatların iddiaçının istintaq orqanında verdiyi izahatdan tamamilə fərqlənməklə, pulun verilməsi tarixləri, pulun hansı məqsədlə, hansı müddətə, təkliklə və ya üçüncü şəxslərin iştirakı ilə verilib-verilməməsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edərək bildirmişdir ki, uzun illər rəfiqəsi olmuş Cavabdeh onun etibarından sui-istifadə edərək, 102.855 ABŞ dolları pulunu ələ keçirmişdir. Həmin materialda olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh təxminən 1 il öncə (yəni 2021-ci ildə, çünki şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir) onun etibarından sui-istifadə edərək, ondan bir neçə dəfə, 1-ci dəfə 41.500 ABŞ dolları alaraq ev tikdirməsi məqsədi ilə, sonradan oğlunun probleminin həlli ilə bağlı 30.000 ABŞ dolları, 31.500 ABŞ dolları isə işlədiyi yerdə kassadan pul götürdüyü üçün almışdır. Lakin İddiaçı iddia ərizəsində Cavabdeh ilk dəfə 2022-ci ilin yanvar, fevral aylarında 41.355 ABŞ dolları, həmin ilin aprel ayında 30.000 ABŞ dolları, daha sonra 31.500 ABŞ dolları, həmin ilin avqust ayında əlavə olaraq 15.000 ABŞ dolları olmaqla, dərman alqı-satqısı məqsədi ilə 2022-ci ilin yanvar-avqust aylarında ümumilikdə 117.855 ABŞ dolları məbləğində pul vəsaitini yaxın rəfiqələri Rəna Abdullayeva və Təranə Əliyevadan alaraq Cavabdeh verdiyini bildirmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X26 tərəfindən aparılmış araşdırma zamanı isə İddiaçı iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, izahatında 1 il əvvəl (yəni 2021-ci ildə çünki şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir) Cavabdeh onun ümumilikdə 102.855 ABŞ dolları (41.500 ABŞ dolları ev tikdirmək üçün + 30.000 ABŞ dolları oğlunun probleminə görə + 31.500 ABŞ dolları işlədiyi yerdə kassadan götürdüyü pula görə. Həmin məbləğlərin cəmi 103.000 ABŞ dolları təşkil edir) pulunu ələ keçirdiyini, həmin pulları verərkən Rəna xanım və Təranə xanımın gördüyünü bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, iddiaçı cavabdehə verdiyi 102.855 ABŞ dolları məbləğində pulu borc şəklində verdiyini, cavabdehə ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında (iddia ərizəsində isə ilk dəfə 2022-ci ilin yanvar-fevral aylarında 41.355 ABŞ dolları verdiyini bildirir) verdiyini bildirmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞnin müstəntiqi, polis polkovnik-leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı izahatında 2020-ci ilin yanvar ayında cavabdehin onun əvvəllər yaşadığı Bakı şəhəri Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək çox yaxın tanıdığı Südabə, Nailə və Nüşabə adlı həkimlərin Bakı şəhərində bahalı dərman dövriyyəsi ilə məşğul olaraq yaxşı qazanc əldə etdiklərini, onun da həmin dövriyyəyə qoşularaq və yüksək vəsait qoyaraq yaxşı qazanc əldə etməsini İddiaçı təklif etmişdir. İddiaçı Cavabdeh bu işləri görməsi üçün 41.355 ABŞ dolları verə biləcəyini, sonuncu isə 3-4 ayın sonunda əsas puldan başqa əldə ediləcək qazancı İddiaçı verəcəyini bildirmişdir. Bundan sonra İddiaçı 2020-ci ilin yanvar ayının təxminən ortalarında yaşadığı ünvan 2 ünvanında (izahatın əvvəlində ünvan 3nvanında yaşadığını qeyd etmişdir) təklikdə (xx.xx.2022-ci il tarixli izahatında isə pulu verərkən Rəna və Təranənin gördüyünü, pulu təxminən 1 il öncə verdiyini demişdir. Rəna Abdullayeva və Təranə Əliyeva xx.xx.2022-ci il tarixli izahatlarında İddiaçı Cavabdeh 102.855 ABŞ dollarını verəndə gördüklərini demişlər) Esmiraya əlbəəl 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları pul vermişdir (xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, İddiaçı izahatında Cavabdeh ilkin olaraq 2020-ci ilin mart-aprel aylarında 41.500 ABŞ dolları pul verdiyini bildirmişdir). 2020-ci ilin fevral-mart aylarında o, hər dəfə Cavabdeh əsas pulu və qazancla bağlı soruşduqda Esmira, pandemiya düşdüyü üçün dərman satışının azaldığını əsas gətirib, ondan bir qədər səbirli olmağını xahiş etmişdir. 2020-ci ilin aprel ayında Cavabdeh onun yaşadığı Yasamal rayonu S.Qurbanov küçəsi ev 2/15 mənzil 142-yə gələrək ona bildirmişdir ki, koronavirusa görə bahalı dərmanların satışı sahəsində müxtəlif problemlər yaranıb, amma digər tərəfdən isə bu virusa görə müəyyən adda dərmanların satışı sahəsi ən gəlirli sahəyə çevrilib, daha çox pul qazanmaq olar və bunun üçün ona əlavə pul lazımdır. Esmira yenidən onda həvəs yaradaraq bu sahəyə əlavə pul qoymağı bildirmişdir. O isə pulunun olmadığını bildirdikdə, Cavabdeh yaxın tanışlarından pul tapıb bu sahəyə pul yatırmağı ona demiş və yenə də 2-3 ayın sonunda verəcəyi məbləği götürdükdə sonda yaxşı qazanc əldə edəcəkləri ilə bağlı bu sahəni tərifləməyə başlamışdır. Bu səbəbdən İddiaçı digər yaxın rəfiqəsi X11 zəng vurmuş və Esmiranın dərman satışına pul qoyaraq şərik kimi yaxşı qazanc əldə etmək barədə dediklərini Rənaya danışmışdır. Rəna Abdullayeva bu işə 30.000 (otuz min) ABŞ dolları pul verə biləcəyini, lakin Esmiraya etibar edə bilməyəcəyini və ona güvənib həmin pulu verə biləcəyini qeyd etmiş, pula cavabdehliyi onun daşıyacağını və gələcəkdə həmin pulu ondan tələb edəcəyini bildirmişdir. O da razılıq verdikdən sonra Esmira 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı, Bakı şəhəri Yasamal rayonu 6-cı paralel küçəsində yerləşən nömrəsini bilmədiyi mənzilinə gedib 30.000 (otuz min) ABŞ dolları pulu Rənadan almışdır (iddia ərizəsində həmin pulu 2022-ci ilin aprel ayında yaxın rəfiqələri Rəna Abdullayeva və Təranə Əliyevadan alıb Cavabdeh verdiyini bildirmişdir). Esmira həmin pulu dərman satışı ilə bağlı tanışlarına verəcəyini və 3-4 aydan sonra əsas pulu verdikdə qazancı da verəcəyini deyib inandırmışdır. 2021-ci ilin yanvar ayında Esmira onun yeni aldığı ünvan 4 ünvanına gəlmiş və ağlayaraq bildirmişdir ki, Südabə Rəhimova bütün əvvəlki dərmanların satışından əldə edilən qazancı, hətta ona çatası qazancı da onu yanına çağıraraq almış və növbəti partiya çoxlu sayda dərman çeşidləri sifariş vermiş, hətta Südabə Rəhimova onu işlədiyi Azərbaycan Dəmir Yolları QSC-dəki kassasından pulları götürüb ona verməyə məcbur edib, o, da kassadan pulları götürərək dərman dövriyyəsinin artırılması üçün Südabəyə vermişdir. Esmira ona demişdir ki, kassadan pulu xəbərsiz götürüb, işdən çıxara bilərlər, bu baxımdan kassadakı çatışmazlığı qısa zamanda aradan qaldırmalıdır. O, yenə də Cavabdeh inanaraq digər bir rəfiqəsi 15-20 ildir ki, tanıdığı X21 zəng vurmuş, Təranə 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu verməyə razılaşmış, 2021-ci ilin yanvar ayının təxminən ortalarında Təranə Əliyeva 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu onun yaşadığı ünvan 2 (yuxarıda isə 2021-ci ilin yanvar ayında Esmiranın onun yeni aldığı ünvan 4 ünvanına gəldiyini bildirmişdir) ünvanına gətirmişdir. Həmin zaman Esmira dəhlizdə onunla salamlaşıb sanitar qovşağına getmişdir. Təranə tələsdiyi üçün pulu verib getmişdir. O da həmin pulu evində həmin gün Esmiraya vermişdir. O, pulu Esmiraya verərkən Təranə artıq çıxıb getmişdir (Təranə Əliyeva xx.xx.2022-ci il tarixli izahatında İddiaçı pulları Cavabdeh onun yanında verdiyini bildirmişdir). Esmira onun narahat olduğunu görərək bildirmişdir ki, onu aldatmır və bunu sübuta yetirmək üçün aldığı pullara dair qəbz yazmağa razıdır. O da buna razılıq verdikdə Esmira adi dəftər vərəqinə ondan 41.355 (qırx bir min üç yüz əlli beş) ABŞ dolları, 30.000 (otuz min) ABŞ dolları dolları və 31.500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində pulu borca aldığını yazaraq həmin qəbzi ona vermişdir. 2021-ci ilin avqust ayında Esmira ilə danışanda Esmira ağlayaraq ona bildirmişdir ki, “dərman biznesi batıb, o və tanışları böyük problemlərə düşüblər, hətta onu, Nüşabə və Südabəni polisə bir neçə dəfə çağırıblar. Bundan başqa 2021-ci ilin avqust ayında Esmira ona zəng edərək ondan pul istədikdə o, pulunun olmadığını demişdir. Lakin Esmira faiz borcu ilə olsa da götürüb ona verməyini xahiş etmişdir. Buna görə o, tanışı Nabat Nəzərovaya zəng edib bu barədə demişdir. Həmin gün Nabat onun yaşadığı ünvan 2 ünvanına gələrək 16.000 ABŞ dollar pulu ona vermişdir. Həmin gün Esmira onun yaşadığı evə gəlmiş və o, həmin pulu faizə Esmiraya vermişdir (iddia ərizəsində 2022-ci ilin avqust ayında Cavabdeh 15.000 ABŞ dollar verdiyini, həmin pulu yaxın rəfiqələri Təranə və Rənadan aldığını bildirmişdir, Nabat Nəzərovanın adı qeyd edilmir). Lakin sonradan Esmira həmin pulu qaytarmadığı üçün o, məcbur olub, öz vəsaiti hesabına 16.000 ABŞ dollar pulu Nabata tam şəkildə qaytarmışdır. Sonuncu dəfə o, Esmiraya 2021-ci ilin dekabr ayında zəng vurub bildirmişdir ki, onun etibarından sui-istifadə edərək onu çox pis vəziyyətdə qoyub, məsələ ilə bağlı onun evinə gəlib oturub danışmaq istəyir (iddia ərizəsində 41.355 ABŞ dolları, 30.000 ABŞ dollar, 31.500 ABŞ dolları və 15.000 ABŞ dolları məbləğində pulları Cavabdeh 2022-ci ilin yanvar-avqust ayları ərzində verdiyini bildirir). Məhkəmədə iddiaçının həm iddia tələbinin dəlillərinin, həm də ki polis orqanlarındakı izahatlarının qarşılıqlı təhlilindən sonra belə nəticə hasil olur ki, iddiaçı cavabdehə 2022-ci ildə verdiyini iddia etdiyi borc pulu, 2021-ci il tarixində tələb edir. Eynilə də, iddia ərizəsində göstərdiyi kimi 2022-ci ilin yanvar-avqust aylarında verdiyi pul vəsaitlərini 2022ci ilin fevral ayında artıq tələb edirdi. (cavabdehə verdiyini iddia etdiyi pulun qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Cavabdeh iddiaya etirazında iddia ərizəsində göstərilənlərin tamamilə əsassız olduğunu, iddiaçı ilə aralarında dərman vasitələrinin satışı ilə bağlı heç bir borc münasibətlərinin olmadığını, iddiaçının hər dəfə təhqiqat və istintaq orqanlarına ziddiyyətli izahatlar verdiyini, bu halların borcun verilməsinə dair iddiaçının dəlillərinin əsassız olduğunu təsdiq etdiyini bildirmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmanın surətinə münasibət bildirərək qeyd etmişdir ki, 2021-ci ilin oktyabr-noyabr aylarında İddiaçı onu evinə dəvət edərək, ona hədə-qorxu gəlmiş, ona 31.500, 30.000 və 41.355 ABŞ dolları məbləğində borcunun olması ilə bağlı əlyazma yazdırmış, həmin vaxt evdə yalnız Zemfira və özü olmuşdur. O da iddiaçıdan heç bir məbləğdə borc almadığı, sadəcə iddiaçını ondan borc alan iş yoldaşı Südabə Rəhimova ilə tanış etdiyi, borc münasibətləri İddiaçı və S.Rəhimova arasında yarandığı üçün həmin əlyazmanın hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyini düşünmüşdür. Lakin 2022-ci ilin yanvar ayında İddiaçı oğlu İbrahim ona zəng edərək, anasının guya ona verdiyi pulları ondan istəmiş və bunun üçün ona 45 gün vaxt vermişdir. Zəng edilən zaman onun yanında oğlu F.R.Kərimov olmuş, o, başına gələn hadisəni oğluna danışmış və onlar dərhal Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə gedərək, İddiaçı barəsində şikayət yazmışlar. Araşdırma zamanı xx.xx.2022-ci il tarixdə izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən 1 il əvvəl (yəni 2021-ci ildə) Cavabdeh oğlu Kərimov Fərhadın problemi ilə əlaqədar ondan borc pul istəmiş, o da vermişdir. O, əvvəl Esmiraya 41.355 ABŞ dolları vermişdir (iddia ərizəsində 41.355 ABŞ dollarını 2022-ci ilin yanvar ayında dərman alqı-satqısı üçün, xx.xx.2022-ci il tarixli qərar üzrə izahatında ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini, xx.xx.2022-ci il tarixli izahatında isə 1 il öncə Cavabdeh ondan 41.500 ABŞ dollarını ev tikdirmək üçün aldığını bildirmişdir). Sonra o, öz evinin tikintisi üçün borc istədi, ona 31.500 ABŞ dolları verdi (xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 31.500 ABŞ dolları pulu işlədiyi yerdə kassadan pul götürdüyünü bildirərək müdir işdən qovmasın deyə ondan aldığını bildirmişdir). Sonra Esmira onu aldatdı ki, bankla və lombardla problem var və üstəlik onu Südabə aldadıb. Öz borclarını ödəməsi üçün 30.000 ABŞ dolları istədi (xx.xx.2022-ci il tarixli izahatında oğlunun işə düşdüyü üçün 30.000 ABŞ dolları aldığını demişdir) və dedi ki, Südabəni məhkəməyə verib bütün pulları qəpiyinə kimi qaytaracaq. Lakin bu günə qədər borcu qaytarmayıb. İzahatın sonunda İddiaçı izahatı özü yazdığını və yazdıqlarını təsdiq etdiyini qeyd edərək, izahatın bütün vərəqlərini imzalamışdır. Məhkəmə cavabdehin etirazının dəlillərini işin faktiki hallarına uyğun olduğunu hesab edərək, bildirir ki, İddiaçı özünün bildirdiyi kimi Cavabdeh ilk dəfə 41.355 (bəzi izahatlarında 41.500) ABŞ dolları pul verdikdən sonra sonuncu həmin pulu qaytarmadığı halda, iddiaçının özünün pulu olmaya-olmaya (özünün dediyi kimi) rəfiqələri Təranə və Rənadan 31.500 ABŞ dolları və 30.000 ABŞ dolları məbləğində borc pul alıb Cavabdeh verməsi işdəki dəlillərə əsasən məntiqli görünmür. Bundan əlavə araşdırma zamanı izahatı alınmış X32 izahatında göstərmişdir ki, X33 onun anasıdır. X44 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı uşaq yaşlarından tanıyır. X22 təxminən beş ildir ki, tanıyır. Cavabdeh təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, Cavabdeh Zemfiranın tanışı olmuşdur. 2022-ci ilin aprel ayında Zemfira onun mərhum anası Rəna Ağayevaya zəng edərək Esmiranın gələcəyini və Esmiraya 30.000 ABŞ dolları pul verməsini bildirmişdir. Həmin gün Esmira onun anasına zəng etmiş və anası yaşadığı evin ünvanını Esmiraya başa saldıqdan sonra Esmira özü tək onun əvvəllər yaşadıqları Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən, hazırda binanın və mənzilin nömrəsini xatırlamadığı «UMD» ilə üzbəüz yerləşən ünvana gəlmişdir. Həmin vaxt yaşadıqları mənzildə o, mərhum anası və mərhum nənəsi X9muşdur. Nənəsi 07 may 2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt anası Esmira ilə bir qədər söhbət etdikdən sonra anası onun və nənəsinin yanında Esmiraya 100 ABŞ dolları əskinazlarından ibarət 30.000 (otuz min) ABŞ dollar pul vermişdir. Esmira həmin pulu təxminən 1-2 ay ərzində tam şəkildə ona qaytaracağına vəd vermişdir. Məhkəmə, yuxarıda verilmiş izahata hüquqi qiymət verib bir sıra məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, X32 nənəsi X7 07 may 2021-ci il tarixdə vəfat etdiyi qeyd etsə də, 2022-ci ilin aprel ayında X44nın Cavabdeh 30.000 ABŞ dolları məbləğində pul vəsaitini verdiyi zaman nənəsi X13 da onların yanında olduğunu bildirmişdir ki, həmin izahatın öz-özlüyündə həqiqəti əks etdirmədiyi açıq-aşkardır. Həmçinin də verilmiş izahatların digər ziddiyyətli halları ondan ibarətdir ki, R.Abdullayeva xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 30.000 ABŞ dolları pulu oğlunun işə düşdüyünü bəhanə gətirərək tanışı Zemfiradan aldığını, həmin pulu İddiaçı Cavabdeh verərkən gördüyünü demişdir. İddia ərizəsində isə İddiaçı pulları rəfiqələri Rəna və Təranədən alaraq Cavabdeh verdiyini, xx.xx.2024-cü il tarixli qərar üzrə izahatında Esmiranın 2020-ci ilin aprel ayının təxminən ortalarında X8 yaşadığı mənzilə gedib 30.000 ABŞ dolları pulu Rənadan aldığını bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə hüquqi qiymət verməyi davam etdirib, aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli qərar üzrə izahatında Cavabdeh ondan pul istədikdə X21 zəng vurduğunu, Təranənin 31.500 ABŞ dolları məbləğində pulu verməyə razılaşdığını bildirir. Həmçinin də İddiaçı iddia ərizəsində 41.355 ABŞ dollarını 2022-ci ilin yanvar ayında dərman alqı-satqısı üçün, xx.xx.2022-ci il tarixli qərar üzrə izahatında ilkin olaraq 41.500 ABŞ dolları pulu 2020-ci ilin mart-aprel aylarında verdiyini, xx.xx.2022-ci il tarixli izahatında isə 1 il öncə Cavabdeh ondan 41.500 ABŞ dollarını ev tikdirmək üçün aldığını bildirmişdir, T.Əliyeva xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh 41.500 ABŞ dolları pulu özünə mənzil tikdirmək adı ilə İddiaçı aldığını bildirmişdir. Lakin araşdırma zamanı izahatı alınmış X28 izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Zemfira xanımın evində qonaq olanda Zemfiranın rəfiqəsi olan Esmira ilə danışıq apardığını və Esmiranın Zemfiradan pul istədiyini eşitmişdir. Zemfira da Esmiraya pulunun olmadığını deyirmiş. Danışıq qurtardıqdan sonra Zemfira xanımdan öyrənmişdir ki, Zemfira 2020-ci ilin yanvar ayında Esmiraya 41.355 ABŞ dolları pul vermişdir ki, Esmira onu dərman satışı işi ilə məşğul olan tanış həkimlərinin biznesinə qoşsun və 3-4 ay müddətdən sonra dərman satışından əldə edilən qazancdan ona əlavə qazanc kimi pul versin... Zemfira da ona təklif etmişdir ki, əgər istəyirsə Esmira onu da həmin biznesə qoşsun və o da pul qazansın... O da pul qazanmaq üçün 31.500 ABŞ dolları pul verməyə razılıq vermişdir. Lakin xx.xx.2022-ci il tarixli izahatında 31.500 dolları pulu Cavabdeh işlədiyi yerdə kassadan götürdüyünü bildirərək həmin pulu İddiaçı Cavabdeh verdiyini bildirmişdir. X6 izahatının ardında qeyd etmişdir ki, təxminən 5-6 gün sonra eşitmişdir ki, Esmira ondan pulu götürmək üçün Zemfiranın yaşadığı evə gəlmişdir. O da 2021-ci ilin yanvar ayının əvvəllərində özünə məxsus, illərdir ki topladığı 31.500 ABŞ dolları pulu götürüb Zemfiranın yaşadığı ünvana getmişdir. Zemfiranın evində Esmira ilə görüşmüş və Esmira sanitar qovşağına daxil olduğundan, eləcə də o, tələsdiyi üçün Esmiraya çatdırılması və dərman biznesindən qazanc əldə etməyi üçün gətirdiyi 31.500 ABŞ dolları pulu Zemfiraya verib getmişdir (xx.xx.2022-ci il tarixli izahatında İddiaçı pulu Cavabdeh verərkən gördüyünü bildirmişdir). Sonradan Zemfira ilə danışdıqda öyrənmişdir ki, onun verdiyi 31.500 ABŞ dolları pulu Zemfira tam şəkildə Esmiraya vermişdir. Amma sonradan anlamışdır ki, Esmira onu, Zemfira və Rənanı aldadaraq pullarını ələ keçirmişdir. Razılaşmışlar ki, Zemfira xanım polisə şikayət etsin və onlar da lazımi dəstəyi əsirgəməsinlər. Amma sonradan eşitmişlər ki, Esmira özü Zemfira xanım barəsində guya onu hədələdiyinə görə şikayət etmişdir. Zemfira da sonradan Esmira haqqında polisə şikayət etmiş, sonradan 27-ci PB-nə çağırıldıqda Zemfiranın verdiyi izahata uyğun izahat vermiş, izahat verdikdə göstərmişdir ki, Esmira verilən pullar özünə, oğluna və ev tikmək üçün lazım olduğundan verilib. Zemfira onlara demişdir ki, o polisdə izahat verəndə demişdir ki, Esmiraya pulu ev tikmək, oğluna və özünə pul lazım olduğundan vermişdir. Onlar da ziddiyət olmasın deyə Zemfira xanımın verdiyi izahata uyğun izahat vermişlər. Amma əslində bu ifadələr doğru deyildir. Onlar Esmiraya pulları onları qoşacağı dərman biznesindən gəlir əldə etmək üçün vermişlər. Zemfira və Rəna eyni niyyətlə Esmiraya pul verərkən o, bunu görməmiş, şahidi olmamışdır. Buna baxmayaraq Təranə Əliyeva xx.xx.2022-ci il tarixli izahatında Cavabdeh tanışı Zemfiranın ümumilikdə 102.855 ABŞ dolları nağd pulunu dələduzluq yolu ilə ələ keçirməsinin şahidi olduğunu, o, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 102.855 ABŞ dolları pulu verərkən gördüyünü demişdir. Araşdırma zamanı izahatı alınmış X30 izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən «Lider» klinikasında dişini düzəltdirən zaman klinikanın rəhbəri X34 ona müraciət edərək 6.000 ABŞ dolları pul lazım olduğunu demiş və həmin məbləğdə pulu kimdən faizlə götürə biləcəyini soruşmuşdur. O, Nüşabəni 2019-cu il tarixdən tanımış və bilirmiş ki, Nüşabə həmin klinikada həm də həkim laborant işləyir. Nüşabə ondan pul istədikdə yadına Esmira düşmüş və Esmiraya zəng edərək xəstə olan tanışına faizlə 6.000 ABŞ dolları pul lazım olmasını demişdir. 2020-ci ilin mart ayında o, Nüşabənin avtomobili ilə metronun «20 Yanvar» stansiyasının yaxınlığında Esmira ilə görüşmüş və Esmira ilə Nüşabəni tanış etmişdir. Həmin vaxtı Esmira öyrənmişdir ki, 6.000 ABŞ dolları pul Nüşabəyə lazımdır. Həmin tanışlıqdan 2-3 gün sonra o, Nüşabə və Esmira ilə birlikdə Zemfiranın yaşadığı Bakı şəhəri Yasamal rayonunda yerləşən evinin yaxınlığına getmiş, Esmira avtomobildən tək düşərək oradakı binaların birinə daxil olmuş və onlar avtomobildə gözləmişlər. Bir qədər sonra Esmira onların yanına geri qayıtmış və Nüşabəyə hazırda dəqiq bilmədiyi məbləğdə pul vermiş və həmin pulu Zemfiradan faizlə aldığını demişdir. Daha sonra bir dəfə də Esmira Zemfiradan aldığı pulu Nüşabəyə vermişdir. Sonra öyrənmişdir ki, Esmiranın Nüşabəyə verdiyi pulların toplam məbləği 5.400 ABŞ dollarıdır, həmin pulun 10 faizi, yəni 600 ABŞ dolları da sələm kimi özünə saxlanılmışdır. O, ümumiyyətlə heç bir zaman Zemfiranı tanımamış, Zemfiradan faizlə pul almamışdır. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı əlavə izahatı alınmış İddiaçı izahatında Cavabdeh verdiyi pulları sonuncuya ev tikməsi, oğlunun probleminin həlli və kassadan götürdüyü pulları yerinə qoymaq üçün aldığını bir daha təsdiq etmişdir. O, polis bölməsinə gedib izahat verdikdə Esmiraya verdiyi 102.855 ABŞ dolları pulun özünə məxsus olduğunu, eləcə də həmin pulları Esmiranın Qala qəsəbəsindəki evini təmir etməsi, oğlunun işə düşməsi və kassadan götürdüyü pulları yerinə qoyması adı ilə ondan aldığını demişdir. İddiaçı izahatında 2021-ci ilin dekabr ayında Esmiranın oğlu İbrahimə pul lazım olduqda ona müraciət etdiyi zaman topladığı 41.355 ABŞ dolları pulu Esmiraya verdiyini oğluna bildirmişdir. Lakin iddiaçı iddia ərizəsində 41.355 ABŞ dolları pulu 2022-ci ilin yanvar ayında Cavabdeh verdiyini bildirir. Məhkəməyə təqdim edilən audio yazılara münasibətdə ilk növbədə qeyd edilməlidir ki, MPM-in 10.10.-cu maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş audio yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasındakı telefon danışıqlarından görünür ki, İddiaçı pulu Südabəyə, Südabənin də Nüşabəyə verdiyini, Südabə ona iki dəfə pul gətirdiyini, Südabə Rəhimova isə danışıqlarda pulu alan kimi qaytaracağını bildirmişdir ki, həmin danışıqlar cavabdehin etirazının dəlillərini təsdiq edəcək mötəbər sübutlardan biridir. Belə ki, həmin səs yazılarından həmçinin müəyyən olunur ki, Cavabdeh S.Rəhimovanın İddiaçı faizlə borc pul almasında yalnız vasitəçi kimi iştirak etmiş, telefon danışıqlarında İddiaçı Cavabdeh pul tələb etməmiş, sonuncuya hər hansı məbləğdə pul verdiyini bildirməmiş, İddiaçı pulu S.Rəhimovaya verdiyi təsdiq edilmişdir. Bundan başqa, göründüyü kimi İddiaçı dərman vasitələrinin alqı-satqısı üçün Cavabdeh 117.855 ABŞ dolları məbləğində borc pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə, cavabdeh iddiaçıdan hər hansı bir məqsədlə borc pul almamış, iddiaçı tələbdə göstərilən pul vəsaitinin Cavabdeh verilməsi ilə bağlı (pulun məbləği, hansı məqsədlə, hansı tarixlərdə, kimlərin iştirakı ilə) təhqiqat və istintaq orqanlarına hər dəfə fərqli və bir-birinə zidd izahatlar vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia özlüyündə əsassız olduğundan, həmin tələbə iddia müddətinin tətbiq edilməsi məsələsinin araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1191/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1191/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver