Məhkəmə qərarları › İş №2(005)-1201/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1201/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1201/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında, efir və mətbuat vasitəsi ilə "HYUNDAİ TUCSON minik” avtomobilinin təhlükəsiz, etibarlı və hər tərəfli sərfəli olması reklamlar vasitəsi ilə izləyicilərə etibarlı avtomobil kimi təqdim olunduğu üçün, öz adına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsinin verdiyi AD 458230 №-li, xx.xx.2019 ci il tarixli texniki pasporta əsasən G4DAU030330 №li mühərrik olan ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan, "HYUNDAİ TUCSON MİNİK" markalı avtomaşınını almışdır. Sonuncu dəfə o, avtomobili 2019-cu ilin ilk aylarında, Bakı şəhərində Gənclik "HYUNDAİ Gənclik" servisdə ümumi texniki vəziyyətini yoxlamaq üçün avtomaşınını onlara təhvil vermişdir. Eyni zamanda avtomaşının ümumi texniki baxışına görə tələb olunan 50 AZN tərəfindən ödənilmişdir. "HYUNDAİ Gənclik" xx.xx.2019-cu il tarixli servis iş əmrinə əsasən, ona məxsus avtomobilə Servisin əməkdaşları, kompyuter xidmət göstərən usta Mehman, rəngsaz Araz, mühərrik ustası Alibaba və çilingər Elmir adlı əməkdaşlar "lazımı” qaydada xidmətlər göstərməmişlər. Yəni onun ilə "HYUNDAİ Gənclik” servis arasında şifahi əqd bağlanmışdır ki, ona məxsus olan ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan "HYNDAİ TUCSON MİNİK” markalı avtomaşının bütövlükdə texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nöqsanları aradan qaldırılması barədə şifariş verilmişdir. xx.xx.2019-cu il tarixdə, 187744 saylı avtomobil girişi sənədinə əsasən, ona məxsus olan ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan "HYUNDAİ TUCSON minik” markalı avtomaşın yenidən avto-servisə arxa ştanqa ftulkalarının təmiri və ümumi texniki vəziyyətinin yoxlanması üçün təhvil verilmişdir. Nəticədə avtoservisdən məlumat verilmişdir ki, ona məxsus olan ** NG *** dövlət nömrə nişanlı avtomobilin nasaz olan hissələri təmir edilmişdir və avtomobil istismara tam yararlıdır. İddiaçıya məxsus avtomobili, ondan başqa atası Əliyev İntiqam da etibarnaməəsasında idarə edirdi. Atası xx xxxxxx 2019-cu ildə təxminən saat 22:30 radələrində, Rusiya Federativ Respublikasında "Astraxan-Mahaçqala” 420 kl 200 met. ona məxsus ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan "HYUNDAİ TUCSON minik” markalı avtomaşını ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zamanı, atası və avtomobildə olan sərnişin, xx.xx.1965-ci tarixdə anadan olmuş X4 xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdilər. Onlar stasionar müalicəsi üçün Mahaçqala şəhərində xəstəxanada uzun müddət müalicə almışlar. Mahaçqala Rayon Polis İdarəsinin qərarına cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli 359 saylı ekspertin rəyində qeyd edilmişdir ki, avtomaşında olan sərnişin Bağırova Raqibə ağır bədən xəsarəti almışdır. Atası və o, dərhal öz hesabına, X2 müalicəsini tam şəkildə öz üzərinə götürmüşdür. Atası, avtomobili xx xxxxxx 2019-cu il tarixdə, "Astraxan- Maxaçqala” maqistral yolu ilə saatda 80 km. surəti ilə hərəkətdə olan zaman, asfaltın üst örtüyü tam quru vəziyyətdə olmuşdur. Atası əyləcdən istifadə edən zaman, avtomobili yolun soluna çəkmiş, O, qarşı tərəfin yolundan çıxmaq üçün, sükanı sağa çəkən zaman avtomobil, sol tərəfədən beli üstə aşmış və sağ böyürü üstə yolun kənarında dayanmışdır. Polis tərəfindən aparılmış istintaq hərəkətləri və iş üzrə aparılmış avto-nəqliyyat ekspertiza rəyindən görünür ki, avtomobil ön sağ təkərinin əyləc sistemində, əyləc borusunun birləşməsində, əyləc mayesinin sızması görünür. Bu sızıntı olan vəziyyətdə hadisənin qarşının alınması ehtimalı sıfra bərabər olmasını qeyd edilmişdir. "Cavabdeh" Gənclik servisində ona məxsus ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan avtomobilin, müəyyən ehtiyat hissələrini təmir və dəyişdirlən zaman sözügedən əyləc borusu tam şəkildə sıxılmamışdır. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə, "Astraxan-Mahaçqala” maqistral yolunda, ona məxsus avtomobil, 360 dərəcə vəziyyətində sol böyürü üstə aşaraq, sağ böyürü üstünə düşsə də, avtomobilin qoruyucu təhlükəsizlik yastıqları açılmamışdır. Baxmayaraq ki, "Cavabdeh "Gənclik servisində, ondan həmin təhlükəsizlik yastıqlarının "lentasını" dəyişdirilməsinə görə 110 AZN məbləği lenta və zəhmət haqqı üçün almışdılar. Əgər hava yastıqları, hadisə zamanı işlək vəziyyətdə olsaydı və açılsaydı, avtomobildə olan sərnişin və sürücü hadisədən bədən xəsarətləri almazdırlar. X4 avtonəqliyat hadisəsi zamanı aldığı ağır bədən xəsarətlərinin müalicəsi üçün 6000 AZN (altı min manat) sərf edilmişdir. Bundan başqa ona məxsus ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan avtomaşına, qüsür Aktının hazırlanması və "Cavabdeh” servis Mərkəzinin ilkin texniki baxışını keçirilməsi üçün 100 AZN ödənilmişdir. Texniki baxışı zamanı iddiaçıya 23360.00 AZN dəyərində zərər vurulması müəyyən edən xx.xx.2019-cu il tarixli, AA039402 saylı Akt tərtib edilmişdir. Bundan başqa, ona məxsus ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan "HYUNDAİ TUCSON minik” markalı avtomaşının aşmasını, müəyyən etmək üçün Ekspertizanın keçirilməsi və Ekspert rəyinin hazırlanması üçün 100 AZN ödənilmişdir. Müstəqil Ekspert (Vİ201177942) tərtib etdiyi Rəydə göstərilir ki, İddiaçı məxsus 2010-cu il buraxılışlı Ban KMHJT81B9BU118369, ** NG *** dövlət nömrə nişanlı qeydiyyatda olan "HYUNDAİ TUCSON minik” markalı avtomaşına baxış keçirilmişdir. Məlum olmuşdur ki, avtomobilin ön sağ təkərinin əyləc sistemində, əyləc borusunun birləşməsində əyləc mayesinin sızması görünür. Bu sızıntı olan vəziyyətdə baş vermiş hadisənin qarşısını alınması ehtimalı sıfıra bərabərdir. Hadisə zamanı avtomobildə təhlükəsizlik yastıqlarının heç biri açılmamışdır və ona görə də yol nəqliyyət hadisəsi zamanı avtomobildə olan sərnişin və sürücü ağır bədən xəsarətləri almışdırlar. Avtomobili hadisə yerindən Maxaçqala şəhərindən, Bakı şəhərinə gətirilməsi üçün 4670 AZN (dörd min altı yüz yetmiş manat) sərf edilmişdir. Yuxarıda göstərilənləri və eləcədə ərizəyə əlavə edilmiş yazılı sübutlar onu göstərir ki, Bakı şəhərində Gənclik "HYUNDAİ AVTO" servisdə, avtomobilə göstərilən xidmətlər tam məsuliyyətsizliyinin və səhlənkarlığının nəticəsidir ki, ağır yol nəqliyyat hadisəsi baş vermişdir. "HYUNDAİ AVTO" servisin baş ofisinə yazılı sübutlar göndərməklə və şifahi sorğular göndərilsə də, o, onlardan nə yazılı nə də ki, heç bir cavab ala bilməmişdir. Beləliklə, cavabdeh Gənclik "HYUNDAİ AVTO” servisdən, iddiaçıya məxsus avtomobilin təmiri üçün 23360 AZN, Maxaçqala şəhərindən avtomaşının, Bakı şəhərinə gətirilməsi üçün sərf olunan 4670 AZN, X2 müalicəsinə sərf olmuş 6000 AZN, qüşür Aktının tərtib edilməsi üçün sərf edilən 100 AZN, İş üzrə Ekspertizanın keçirilməsi və Ekspeıtiza Rəyinin alınmasına sərf edilən 100, təhlükəsizlik yastıqlarının “lentasını" dəyişdirilməsinə görə 110 AZN məbləği, iş üzrə poçt xidmətlərinə sərf edilmiş 48 AZN olmaqla cəmi: 34388 AZN təşkil etmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh Gənclik “HYUNDAİ AVTO” servisdən, iddiaçıya məxsus avtomobilin təmiri üçün 23360 AZN, Mahaçqala şəhərindən avtomaşının Bakı şəhərinə gətirilməsi üçün sərf olunan 4670 AZN, X2 müalicəsinə sərf olmuş 6000 AZN, qüsur Aktının tərtib edilməsi üçün sərf edilən 100 AZN, İş üzrə ekspertizanın keçirilməsi və Ekspertiza Rəyinin alınmasına sərf edilən 100, təhlükəsizlik yastıqlarının “lentasının” dəyişdirilməsinə görə 110 AZN məbləği, iş üzrə poçt xidmətlərinə sərf edilmiş 48 AZN olmaqla cəmi: 34388 AZN və dövlət rüsumu üçün ödənilmiş 30 AZN tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-yə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Hyundai Tucson” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan X5 palatasının müstəqil eksperti X3 rəyindən görünür ki, İddiaçı məxsus Hyunday Tucson 2010-cu il buraxlış BAN № KMH JT81B9BU118369 dövlət nömrə nişanı **-NG-*** avtomobilə baxış keçirilmişdir. Məlum olmuşdur ki, avtomobilin ön sağ təkərinin əyləc sistemində əyləc borusunun birləşməsində əyləc mayesinin sızması görünür. Bu sızıntı olan vəziyyətdə hadisənin qarşısının alınması ehtimalı sıfıra bərabərdir. Hadisə vaxtı avtomobildə təhlükəsizlik yastıqlarının heç biri açılmamışdır və ona görə də hadisədə xəsarət alanlar olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/185 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiq edilən 2010-cu il buraxılışlı, “Hyundai Tucson” markalı, ** NG *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 16800,00 (21000m - 20%) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/139 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, baxışa təqdim olunmuş “Hyundai Tucson” markalı avtomobilin tormoz sistemi işlək vəziyyətdə olmuşdur. Göründüyü kimi, iddiaçı “Hyundai Tucson” markalı avtomobilini Cavabdeh MMC-də texniki baxışdan keçirmiş, lakin cavabdeh tərəfindən texniki baxış keçirilərkən avtomobilin ehtiyat hissələrində olan problemlərin aradan qaldırılmadığını iddia edir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya maddi zərər dəymişdir. Hazırda iddiaçı dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ona dəymiş maddi zərərin cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verdiyi süburta yetirilməmişdir. Belə ki, mülki iş üzrə verilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, qəza baş verərkən “Hyundai Tucson” markalı avtomobilin tormoz sistemi işlək vəziyyətdə olmuşdur. İddiaçı ona dəymiş maddi ziyanı cavabdeh tərəfindən avtomobilə texniki servisin keyfiyyətsiz keçirilməsi ilə əlaqələndirir, lakin qeyd edilən ekspert rəyindən belə nəticəyə gəlinir ki, baş vermiş qəza ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat İddiaçı tutulub “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar