Məhkəmə qərarları › İş №2(005)-1211/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1211/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1211/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı və üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə kompensasiyanın hesablanılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını; hesablanmış faizlərin silinməməsini nəzərə alınaraq, əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7955.48 manat qalıq borcunun azaldılmasının Cavabdeh X1 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu məhkəmə iclasında şifahi vəsatət təqdim edərək, bu iddianın Mərkəzi Banka qarşı qaldırılmalı olduğundan işə İnzibati Məhkəmədə baxılmalı olduğunu bildirdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh ASC hazırki iddia üzrə cavabdeh ola bilmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh ASC-ə qarşı və üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə kompensasiyanın hesablanılması tələbinə dair mülkiişinicraatınaxitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar