Məhkəmə qərarları › İş №2(005)-1211/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1211/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1211/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə Nərimanov rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.01.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat pulun Cavabdeh tutularaq İddiaçı alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 09.02.2011-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan nikah Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(005)- 7060/2016 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı tərəfindən 2019-cu ildə aliment miqdarının artırılması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(005)-1853/2019 saylı qətnaməsi ilə ailmentin məbləği dəyişdirilərək 160 (yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki: İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7060/2016 nömrəli, 20.10.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə Ələkbərova (Abbasova) Cəmalə Əmir qızı arasında 28.09.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 380 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və 09.01.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.10.2016-cı il tarixdən başlayaraq Cavabdeh qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.03.2019cu il tarixli 2(005)-1853/2019 saylı qətnaməsinin surətindən görünür ki, 09.01.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 160 manat məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 591499 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 09.01.2011-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin «atası» qrafasında Cavabdeh, «anası» qrafasında X4 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 264343 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 12.05.2017-ci il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 166 nömrəli qeyd aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə Ələkbərova (Abbasova) Cəmalə Əmir qızı 28.09.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 380 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 09.01.2011-ci il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə Ələkbərova (Abbasova) Cəmalə Əmir qızı arasında 28.09.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 380 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və 09.01.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.10.2016-cı il tarixdən başlayaraq Cavabdeh qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. 12.05.2017-ci il tarixdə tərəflərin nikahları ləğv edilmişdir. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.03.2019-cu il tarixli 2(005)-1853/2019 saylı qətnaməsi ilə 09.01.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay 160 manat aliment ödənilməsi qət edilmişdir. Hal-hazırda İddiaçı 09.01.2011-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat alimentin tutulmasını xahiş edir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki09.01.2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09.01.2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(005)- 2142/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 09.01.2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar