Məhkəmə qərarları › İş №2(005)-1214/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1214/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1214/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş borc məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş borc məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 201 (iki yüz bir) manat məbləğində əsas, 92,13 (doxsan iki manat on üç qəpik) manat məbləğində faiz, 181,50 (bir yüz səksən bir manat əlli qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23,28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 497,91 (dörd yüz doxsan yeddi manat doxsan bir qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, “AmrahBank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 02032017/207922 nömrəli xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 13.914 (on üç min doqquz yüz on dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 202420Q603800 nömrəli xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh1 banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank ilə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh şəxslər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixə kredit üzrə cəmi borcu 497,91 (dörd yüz doxsan yeddi manat doxsan bir qəpik) manat məbləğində təşkil edir. Bundan 201 (iki yüz bir) manat məbləğində əsas, 92,13 (doxsan iki manat on üç qəpik) manat məbləğində faiz, 181,50 (bir yüz səksən bir manat əlli qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonar sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23,28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1kredit alan arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli bank hesabı və kredit müqaviləsinin məzmunundan görünür ki, kredit verən 18 (on səkkiz) ay müddətinə 13.914 (on üç min doqquz yüz on dörd) manat məbləğində illik 22 (iyirmi iki) faiz olmaqla kredit alana gündəlik tələbat məqsədi ilə kredit vermişdir; “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1kredit alan arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, kredit alan 18 (on səkkiz) ay ərzində hər ay 914,98 (doqquz yüz on dörd manat doxsan səkkiz qəpik) manat (sonuncu ay-913,65 (doqquz yüz on üç manat altmış beş qəpik) manat) məbləğində kredit verənin hesabına ödəniş etməyi öz üzərinə götürmüşdür; “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1kredit alan və Cavabdeh3-zamin arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh-zamin Cavabdeh3 kredit alan qismində Cavabdeh1 ilə birgə iddiaçı “Amrahbank” Açıq Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1kredit alan və Cavabdeh2-zamin arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh-zamin Cavabdeh2 kredit alan qismində Cavabdeh1 ilə birgə iddiaçı “Amrahbank” Açıq Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı-kredit verən ilə Cavabdeh1-kredit alan arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə 201 (iki yüz bir) manat məbləğində əsas, 92,13 (doxsan iki manat on üç qəpik) manat məbləğində faiz, 181,50 (bir yüz səksən bir manat əlli qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23,28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 497,91 (dörd yüz doxsan yeddi manat doxsan bir qəpik) manat məbləğində borcu vardır; Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin kredit alan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubu göndərçəklə onları borc barədə xəbərdar etmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyimi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “AmrahBank” Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 02032017/207922 nömrəli xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 13.914 (on üç min doqquz yüz on dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə 202420Q603800 nömrəli xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh1 banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixə kredit üzrə cəmi borcu 497,91 (dörd yüz doxsan yeddi manat doxsan bir qəpik) manat məbləğində təşkil edir. Bundan 201 (iki yüz bir) manat məbləğində əsas, 92,13 (doxsan iki manat on üç qəpik) manat məbləğində faiz, 181,50 (bir yüz səksən bir manat əlli qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonar sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23,28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2017-ci il tarixli 02032017/207922 nömrəli bank hesabı və kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 201 (iki yüz bir) manat məbləğində əsas, 92,13 (doxsan iki manat on üç qəpik) manat məbləğində faiz, 181,50 (bir yüz səksən bir manat əlli qəpik) manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 23,28 (iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 497,91 (dörd yüz doxsan yeddi manat doxsan bir qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan “Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar