Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1220/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6191,45 (altı min yüz doxsan bir manat qırx beş qəpik) manat bundan 1893 (min səkkiz yüz doxsan üç) manat əsas, 4020,25 (Dörd min iyirmi manat iyirmi beş qəpik) manat cərimə,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 278,20 (iki yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz Filialı ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli 363 DT nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 31.08.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6191,45 (altı min yüz doxsan bir manat qırx beş qəpik) manat təşkil edir. Bundan 1893 (min səkkiz yüz doxsan üç) manat əsas, 4020,25 (Dörd min iyirmi manat iyirmi beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 278,20 (iki yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia müddətinin ötürüldüyünü, sonuncu ödənişin cavabdeh tərəfindən ödənilmədiyini, bu səbəbdən də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət görmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, bildirir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9632/2016 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan iddiaçı "xxxx" ASC-nin xeyrinə 03.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 11362,68 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulmuş, məhkəmə tərəfindən 25.05.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. Həmin işin icrası mərhələsində Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən ona təklif edilmişdir ki, 29.09.2014cü il tarixli 363 DT saylı kredit müqaviləsi üzrə də Nərimanov Rayon Məhkəməsinin qətnaməsi mövcuddur və həmin qətnaməyə əsasən ondan iddiaçı "xxxx" ASC-nin xeyrinə borc vəsaiti tutulmuşdur. Belə aydın olur ki, iddiaçı "xxxx" ASC konkret 29.09.2014-cü il tarixli 363 DT saylı kredit müqaviləsi ilə bağlı mübahisə üzrə qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qətnaməsinin olmasına və icra şöbəsi tərəfindən həmin kredit müqaviləsi üzrə bankın xeyrinə ondan vəsaitin tutulmasına baxmayaraq, "xxxx" ASC tərəfindən həmin kredit müqaviləsinə istinad edərək, məhkəməyə yenidən tələb irəli sürülmüşdür. Qeyd edir ki, 29.09.2014-cü il tarixli 363 DT saylı kredit müqaviləsi üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilib-edilməməsi, edildiyi təqdirdə həmin qətnamənin surətinin ona verilməsi, qətnamənin surəti əldə edilməklə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, onların izahatını iş materialları ilə yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.09.2014-cü il tarixli, 490154 saylı kredit müqaviləsi üzrə 31 avqust 2020-ci il tarixinə ümumilikdə 6191 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 25.08.2020-ci il tarixli LPO "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış borcun tələbi haqqında bildirişə əsasən, ondan 3 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli 363 DT saylı Kredit Kartın verilməsi və İstifadəsi üzrə müqaviləyə əsasən, Bank Müştəri üçün 24 ay müddətinə kart buraxır.(2.1-ci bəndi). Bank Müştəriyə 2000 manat məbləğində kredit xətti açır.Həmin xətt üzrə Müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 % təşkil edir. Birinci ayda nağdlaşmadan sonra Kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər.(3.1-ci bəndi) Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbavcan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1893 manat əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 % olmaqla 278,20 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4020,25 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından cavabdehdən iddiaçının xeyrinə 10 manat məbləğində cərimə tutulmalıdır. Bununla yanaşı Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı ondan 29.09.2014-cü il tarixində 36 ay müddətinə bağlanmış 363 DT nömrəlikredit müqaviləsinə əsasən vəsait tələb edir. Halbuki həmin müqavilə üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Belə ki, iddiaçı ondan hər hansı bir vəsaiti 29.09.2017-ci il tarixinədək istəyə bilərdi. Hazırki halda isə iddiaçı qanunsuz olaraq 31.08.2020-ci il tarixinədək borc hesablamaqla ödənilməsini ondan tələb etməkdədir. Odur ki, hazırki işə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iş materiallarında olan 29.10.2019-08.04.2021-ci il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən qeyd edir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 17.07.2020ci il tarixdə olduğundan iddia müddəti ötürülməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1893 manat əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% olmaqla 278,20 manat faiz boru, 10 manat cərimə borcu, cəmi 2181,2 manat borc və 30 (otuz) manat dövlət rüsumu LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1220/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1220/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver