Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1220/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X5 Mehdi qızının katibliyi İddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 1411,18 manat məbləğində əsas borc, 1614,74 manat məbləğində faiz borcu, 3347,68 manat məbləğində cərimə borcu, ümumilikdə 6380,53 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun LPO "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 fevral 2009-cu il tarixində Cavabdeh (bundan sonra mətndə Cavabdeh) Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra mətndə Bank) ərizə ilə müraciət edərək, ona 3170 (üç min yüz yetmiş) manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə Cavabdeh arasında 17 fevral 2009-cu il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 3170 (üç min yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit : hdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 15 sentyabr 2016-cı il :ırixinə Banka 1411,18 (min dörd yüz on bir. 18 qəpik) manat məbləğində əsas borc, 1614,74 min altı yüz on dörd. 74 qəpik) manat məbləğində faiz borcu, 3347,68 (üç min üç yüz qırx eddi. 68 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6380,53 (altı min üç yüz səksən. 53 qəpik) manat məbləğində borcu qalmışdır. 17 fevral 2009-cu il tarixli ********** saylı kredit müqaviləsinin 4.1-ci bəndində göstərilir ki, tərəflər bu müqavilədən irəli gələn öhdəlikləri vaxtı-vaxtında və tam həcmdə icra ilməlidirlər. «Borc alan»m alınmış krediti və ona hesablanmış faizləri (kreditdən istifadəyə görə xidmət haqqını) ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək, kreditin məqsədli təyinatına riayət etmək və kredit müqaviləsindən irəli gələn digər vəzifələri vardır. 3u vəzifələrin yerinə yetirilməməsinə görə «Borc alan» bank qarşısında maddi məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X3 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh "xxxx" QSC ilə 17 fevral 2009-cu il tarixində bağladığı ********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 27 % olmaqla 24 ay müddətinə 3170 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli arayışdan məlum olur ki, Cavabdeh 17 fevral 2009-cu il tarixdə bağladığı ********** saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 1418,11 manat, onun üzərinə hesablanmış faiz borcu 1614,74 manat, 3347,68 manat cərimə, gecikdirilmiş vaxt üçün 5 % illik dərəcə ilə hesablanmış 0,20 manat, cəmi borc 6,380.53 manat təşkil edir. İş materiallarında olan LPO "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun 3 (üç) gün müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli 9/3126 saylı ekspert rəyinə əsasən, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2009-cu il tarixli, ********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri üzrə Cavabdeh 15 sentyabr 2016-cı il tarixə və xx.xx.2023-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən əsas borc üzrə 1.288,06 manat, faiz borcu üzrə 25,05 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1.288,06 manat, faiz borcu üzrə 453,86 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, 17 fevral 2009-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 1288,06 manat əsas borc və 25,05 manat faiz borcu iddiaçı “LPO "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3347,68 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 140 manata endirilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməli, habelə aparılmış mühasibatlıq ekspertizasının xərci 100 manat Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1288,06 (bir min iki yüz səksən səkkiz manat, altı qəpik) manat məbləğində əsas borc, 25,05 (iyirmi beş manat, beş qəpik) manat faiz borcu, və 140 (bir yüz qırx manat) manat cərimə borcu olmaqla, cəmi 1453,11 manat borc və 30 manat dövlət rüsumu LPO "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1220/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1220/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver