Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1221/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 qanuni nümayəndəsi olan Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin xeyrinə 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas, 1.429,85 (bir min dörd yüz iyirmi doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.277,07 (iki min iki yüz yetmiş yeddi dollar yeddi sent) ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə borclu X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə, illik 25% ödəmək şərtilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olunduğundan kreditor tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 3 nömrəli notariat ofisinə xx xxxxx 2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 3 nömrəli notariat ofisinin xx xxxxx 2020-ci tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalanmərhum X1 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən olunması anlamına gəlir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə kreditor “xxxx” X6 Səhmdar Cəmiyyətinə 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas, 1.429,85 (bir min dörd yüz iyirmi doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.277,07 (iki min iki yüz yetmiş yeddi dollar yeddi sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı səhəri 3 nömrəli notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi, kreditor tərəfindən iddia qaldırdığı işlə bağlı cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Qeyd olunanlara əsasən cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum-borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu kreditor bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə iclasında iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 qanuni nümayəndəsi olan digər Cavabdeh1 iddia tələbini qəbul edərək, maddi durumunun yaxşı olmaması səbəbindən hesablanmış kredit borcunun hissəhissə ödənilməsinə razı olduğunu bildirmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh3 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X3 istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə illik 25% ödəmək şərtilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir; iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən cavabdeh X4 36 (otuz altı) ay ərzində kreditor bankın xeyrinə hər ay 199 (bir yüz doxsan doqquz) ABŞ dolları (sonuncu ay-195,86 (bir yüz doxsan beş dollar səksən altı sent) ABŞ dolları) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında imzalanmış xx xxxxxx 2015ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx xxxx 2016-cı il tarixli sazişin məzmunundan görünür ki, müvafiq müqavilə üzrə qeyd edilən tarixə əsas borc üzrə 4.229 (dörd min iki yüz iyirmi doqquz) ABŞ dolları və faiz borcu üzrə 39,52 (otuz doqquz dollar əlli iki sent) ABŞ dolları ilə bağlı məbləğə münasibətdə aylıq ödənişlərin əsas borcun ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin qurtardığı vaxt alınması, kredit müqaviləsinin müddətinin xx xxxxxx 2019-cu il tarixədək müəyyən olunması barədə tərəflər arasında razılıq əldə edilmişdir; iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında imzalanmış xx xxxxxx 2015ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx xxxx 2016-cı il tarixli sazişə əlavə edilmiş 2 nömrəli sazişin məzmunundan görünür ki, müvafiq sazişə əsasən cavabdeh X4 38 (otuz səkkiz) ay ərzində kreditor bankın xeyrinə hər ay 89 (səksən doqquz) ABŞ dolları məbləğində aylıq ödəniş etməyi, sonuncu ay 936,41 (doqquz yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində əsas və 1.723,50 (bir min yeddi yüz iyirmi üç dollar əlli sent) ABŞ dolları məbləğində faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür; 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 939571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və məzmunundan görünür ki, X4 xx xxxx 2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 598 nömrə ilə qeyd edilmişdir; xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 oglu ilə “xxxx” X6 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən qeyd edilən tarixə 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas və 1.429,85 (bir min dörd yüz iyirmi doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.277,07 (iki min iki yüz yetmiş yeddi dollar yeddi sent) ABŞ dolları məbləğində borcu vardır; “xxxx” X6 Səhmdar Cəmiyyətinin Bakı səhəri 3 nömrəli notariat ofisinə ünvanladığı xx xxxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, borclu-mərhum X1 vəfat etdiyi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı müraciət olunmuşdur; Bakı səhəri 3 nömrəli notariat ofisinin “xxxx” X6 Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxx 2020-ci tarixli cavab məktubunun məzmunundan görünür ki, X1 vəfat etməsi ilə əlaqədar vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir; Bakı səhəri 3 nömrəli notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx xxxx 2018-ci il tarixdə ölmüş X4 vərəsələri həyat yoldaşı-Cavabdeh1, oğlu-Cavabdeh2, qızı-Cavabdeh3 və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlakın dövlət reyestrindən əldə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qeydiyyat nömrəsi 02/1660 olan arayışa əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə X3 verilmiş 30/212980 qeydəalma nömrəsi ilə 1418 nömrəli kitabın 212980-ci səhifəsində qeyd edilmiş qevdiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 25 kv.metr olan 1 (bir) otaqlı mənzildən ibarətdir; Bakı səhəri 3 nömrəli notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx xxxx 2018-ci il tarixdə ölmüş X4 vərəsələri həyat yoldaşı-Cavabdeh1, oğlu-Cavabdeh2, qızı-Cavabdeh3 və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli AC seriyalı 076073 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi TMBJF25L9C6059857, mühərrikin nömrəsi CBZ631264 və buraxılış ili 2012-ci il olan “Skoda Yeti mink” markalı **-SV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; Bakı səhəri 3 nömrəli notariat ofisi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx xxxx 2018-ci il tarixdə ölmüş X4 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dur. Onların hər biri miras əmlakdan 1/3 (bərabər) hissələrdə pay almalıdırlar. Şəhadətnamə verilən miras “xxxx” X6 Səhmdar Cəmiyyətinin xx xxx 2019-cu il tarixli HD/3494 nömrəli arayışa əsasən “Azərbaycan Respublkasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə X3 “xxxx” X6 Səhmdar Cəmiyyəti tərəfincən ayrılmış 3.820,21 (üç min səkkiz yüz iyirmi manat iyirmi bir qəpik) manat kompensasiya məbləğindən ibarətdir; “xxxx” X6 Səhmdar Cəmiyyətinin X3 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli birlirişin məzmunundan görünür ki, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun banka xx xxxxxx 2020-ci il tarixinə 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas və 1.429,85 (bir min dörd yüz iyirmi doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.277,07 (iki min iki yüz yetmiş yeddi sollar yeddi sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyinizdən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, banka olan bütün borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv etmək ona təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə sonuncu xəbərdar edilmişdir; xx xxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X7 oglu ilə “xxxx” X6 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixə 995,44 (doqquz yüz doxsan beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində əsas və 1.145,03 (bir min bir yüz qırx beş doqquz üç sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.140,47 (iki min bir yüz qırx dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borcu vardır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, kreditor “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə borclu X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə, illik 25% ödəmək şərtilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyindən kreditor bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı səhəri 3 nömrəli notariat ofisinə xx xxxxx 2020-ci il tarixli məktubla müraciət olunmuş, müvafiq notariat ofisinin xx xxxxx 2020-ci tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmiş, bu isə öz növbəsində borcalan-mərhum X1 vəfat etməsi ilə əlaqədar onun hüquqi varisi kimi cavabdehvərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olması deməkdir. İddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin xeyrinə 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas, 1.429,85 (bir min dörd yüz iyirmi doqquz dollar səksən beş sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2.277,07 (iki min iki yüz yetmiş yeddi dollar yeddi sent) ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, Bakı səhəri 3 nömrəli notariat ofisinin “xxxx” X6 Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxx 2020-ci tarixli cavab məktubunun məzmunundan göründüyü kimi, X1 vəfat etməsi ilə əlaqədar vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizələri əsasında ona vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu baxımdan, cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu da öz növbəsində bankın cavabdeh şəxslərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “xxxx” X6 Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı bank iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə xx xxxxxx 2015-ci il tarixli, 634nkNAR/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilərək, faiz borcunun tutulmasında müvafiq maliyyə arayışı əsas götürülməklə, 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas və 1.145,03 (bir min bir yüz qırx beş dollar üç sent) ABŞ dolları məbləğində faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 847,22 (səkkiz yüz qırx yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində əsas və 1.145,03 (bir min bir yüz qırx beş dollar üç sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1.992,25 (bir min doqquz yüz doxsan iki dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1221/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1221/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver