Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1224/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon sakini Cavabdeh təbiətə dəymiş ziyana görə 136,500 (yüz otuz altı min beş yüz) manat tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz olaraq qum-çınqıl hasilatı aparılması faktı aşkar edilmişdir. Bu faktla əlaqədar xx.xx.2020-ci il tarixində 61353 saylı Akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xətalar haqqında protokola və işin digər materiallarına baxış zamanı Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılmış və təbiətə dəymiş ziyana görə 136,500 (yüz otuz altı min beş yüz) manat məbləğində iddia qaldırılmışdır. Təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 119 saylı qərarına əsasən hesablanmışdır. Cavabdeh təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı rəsmi müraciət olunsada onlar tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Məhkəmə iclasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X6 və X5 iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN № ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh İmişli rayonu Qaralar kəndi ərazisində Araz çayının məcrasında müvafiq icazə olmadan qanunsuz olaraq qum-çınqıl hasilatı apardığına görə AR İXM-nin 228-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş MN № ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh İmişli rayonu Qaralar kəndi ərazisində Araz çayının məcrasında müvafiq icazə olmadan qanunsuz olaraq qum-çınqıl hasilatı apardığına görə AR İXM-nin 228-ci maddəsinə əsasən 600 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 61353 saylı Akta əsasən Hesabatın surətindən görünür ki, Bakı Şəhər sakini Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan Araz çayının məcrasında qanunsuz olaraq Qum-çınqıl hasilatı aparılması nəticəsində təbiətə dəymiş ziyanın məbləği aşağıdakı kimi hesablanır. İşlədiyi günlərin sayı 150 gün (yüz əlli) x 65 (altımış beş) kub metr gündəlik hasilat x 20(iyirmi) hər kub metr üçün normativ dəyər x 0,7 əmsal = 136 500 (yüz otuz altı min beş yüz) manat. Dəymiş ziyanın ümumi məbləği 136 500 (yüz otuz altı min beş yüz) manat təşkil edir. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativ”lərin təsdiq edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, 119 saylı qərarına əsasən aparılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, İmişli rayonu Qaralar kəndi ərazisində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qanunsuz olaraq qum-çınqıl hasilatı aparılması faktı aşkar edilmişdir. Beləliklə qanunsuz olaraq qum-çınqıl hasilatı aparılması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 136,500 (yüz otuz altı min beş yüz) manat təşkil edir. Təbiətə dəymiş ziyanın hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 119 saylı Qərarına əsasən aparılmışdır. Odur ki, təbiətə vurulmuş ziyanın könüllü ödənilməsi sizdən tələb olunur. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq barənizdə aidiyyəti orqanlara müraciət ediləcəkdir. İdarənin Bank rekvizitləri: Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi kodu 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ 22 Alan müştəri: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin h/h AZ70CTRE******************** (kitab №003917) Büdcə təsnifatının kodu 142582, Büdcə köçürülür.səviyyəsinin kodu 3), VÖEN ********** Ödənişin əsası: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X4 üzrə Ehtiyat Fonduna “(Cərimə, ödəmə, iddia, dəymiş ziyan) İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 61353 nömrəli Aktın surətindən görünür ki, araşdırmanın nəticəsi olaraq Araz çayının məcrasında Bakı şəhər sakini Cavabdeh tərəfindən müvafiq icazə olmadan qum-çınqıl hasilatı apardığını, bunun nəticəsində təbiətə ziyan vurduğunu və bununla əlaqədar tərəfimizdən “Yerin təki haqqında” AR Qanunun 46-cı maddəsinə əsasən, qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulduğunu Cavabdeh izah etdik. Azərbaycan Respublikası Konstitusiyasının 39.3-cü maddəsinə əsasən, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. “X4 haqqında” Azərbaycan Respublikası Qanununun: 79.1-ci maddəsinə əsasən, X4 haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. 79.2-ci maddəsinə əsasən, X4 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79.3-cü maddəsinə əsasən, zərərin ödənilməsinə görə alınan məbləğlər X4 fondlarına, qanunvericiliklə müəyyən edilmiş hallarda isə zərər çəkmiş hüquqi və ya fiziki şəxsin hesabına köçürülür. 79.7-ci maddəsinə əsasən, X4 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təbiətə vurulmuş ziyanın əvəzi olaraq 136.500 (yüz otuz altı min) manat həcmində pulu tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh İmişli rayonu Qaralar kəndi ərazisində Araz çayının məcrasında müvafiq icazə olmadan qanunsuz olaraq qumçınqıl hasilatı aparması, həmin inzibati xətaya görə 600 manat cərimə edilməsi, habelə Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan Araz çayının məcrasında qanunsuz olaraq Qum-çınqıl hasilatı aparılması nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 136.500 (yüz otuz altı min) manat məbləğində olması müəyyən olunmuşdur. Odur ki, Cavabdeh təbiətə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır və tələb olunan maddi ziyan onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir və Cavabdeh təbiətə dəymiş ziyana görə ümumilikdə 136.500 (yüz otuz altı min) manat məbləğində pul 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 136.500 (yüz otuz altı min beş yüz) manat tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulsun və Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1224/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1224/2021
18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver