Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-123/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh LPO “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Dəmir Bank ASC ilə ilə iddiaçının arasında bağlanmış xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış əsassız olan 3084.12 manat qalıq borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə cavabdeh olan LPO xxxx ASC-dən 36 ay müddətinə, 24% ilə 7650 (yeddi min altı yüz əlli ) ABŞ dolları məbləğində, şəxsi istehlak üçün kredit götürmüşdür. Kredit götürdüyü dövürdə ABŞ dollarının kursu 0.78 manat idi. 2014-cü ildə ödəniş-300 ABŞ dolları, 2015-ci ildə 2781 ABŞ dolları, 2016, 2017, 2018, 2019-cu illər üzrə ödəniş ümumilikdə 3262 ABŞ dolları təşkil edibdir. Ümumilikdə tərəfindən LPO olan xxxx ASC-yə kredit müqaviləsi üzrə 6343 ABŞ dolları pul ödənişi etmişdir. Bu ödənişlə təkcə 0.78 kurs ilə deyil, həm də 1.05, 1.54, 1.70 kursu ilə də baş vermişdir. Bu ödənişlərin tərkibinə kreditin faizi, dəbbə pulu, (penya, cərimə) da daxildir. X8 Əliyevin əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə imzaladığı möhtəşəm xx xxxxxx 2019-cu il tarixli, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı kasıb və aztəmiantlı əhalinin vəziyyətinin yaxşılaşdırlmasına yönəldilmiş iqtisadi dəyişim aktı idi. Həmin Fərmana uyğun olaraq cavabdeh LPO xxxx ASC keçmiş X4 Palatasına təqdim edilmiş məlumatlar əsasında keçmiş palata ona 3084.12 manat əsas borc məbləği hesablamışdır. Sual olunur ki, 4400 ABŞ dolları götürdüyü halda və həmin pulu tam məbləğdə faizləri ilə birgə ödədiyi halda necə olubdur ki, keçmiş MBN Palatasına təqdim edilmiş məlumatda cavabdeh LPO xxxx ASC iddiaçıya 3084.12 manat kredit borcu hesabladır, özü də əsas borc kimi? İddiaçıda bütün ödəniş qəbzləri olmaqla bərabər, həmin qəbzlərin kötükləri cavabdeh LPO xxxx ASC-də də vardır. Hansı əsasla və hansı məntiqlə ona əlavə, əsası olmayan kredit borcu yazılır? LPO xxxx ASC bunu iddia edərkən gecikmələrə görə hesabladığı faiz və dəbbə pullarını irəli sürür tələb olaraq. Lakin bu doğru iddia deyil və həqiqəti əks etdirmir. Bir daha xatırladır ki, iddiaçı kredit ödənişi tam edilmişdir. Belə olan halda cavabdeh LPO bank ləğv edilmiş MBN Palatasına ABŞ dollarının 1.70 kurus ilə rəqəmlər təqdim edibdir. Ləğv edilmiş Palata isə xx xxxx 2019-cu il tarixinə hesablanmış 3084.12 manat kredit borcu üzrə restrukrizasiya tətbiq etməyi təklif edibdir. Halbuki, müqavilə üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirmişdir. ABŞ dollarının faiz limitinin qalxması ilə ölkə iqtisadiyyatına dəyən zərərin, yəni manatın sabitliyinin çökməsi ilə (iqtisadi və sosial sabitlik də eləcə) əhalinin rifahında çökməyə səbəb olan dollar kriz fırtınasından vətəndaşın zərərinə faydalanan banklar və bank olmayan kredit təşkilatları sonunda onun kimi kasıb vətəndaşın müflisləşməsi hesabına varlanmağa və öz iqtisadi sabitliklərini qorumğa can fəşanlıq etməyə qollarını sivirçırmayıb işə girişmişdilər. Bu proses hələ də davam edir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizə ilə eyni məzmunlu izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “LPO “xxxx” ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iddiaçı bildirir ki, ödədiyi pulları bank onun əsas borcundan deyil, öz nəfinə uyğun olaraq, cərimə, penya, faiz borcuna yönəltmişdi. Bu da X1 bağlı verdiyi xx.xx.2019cu il tarixli Fərmana uyğun deyil. “xxxx” Bərdə filialı X4 Palatasına şişirdilmiş rəqəm təqdim etdiyi üçün kompensasiya çıxıldıqdan sonra borcu 3084 manat qalıb. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki: “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 7650.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 3157,13 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 (qırx səkkiz) % dərəcəsi ilə, aylıq isə 4,00 (dörd) % dərəcəsi ilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-tarixli, 9/586 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 6381,76 ABŞ dolları, faiz borcu üzrə 1629,35 ABŞ dolları hesablanmışdır. “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci tarixli, 9/3955 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 6381,76 ABŞ dolları, faiz borcu üzrə 1629,35 ABŞ dolları hesablanmışdır. Hazırki ekspertiza tədqiqatı zamanı hesabdan çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı AZN hesabına 3250,72 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək aldığı kredit vəsaitinə görə “xxxx" ASC-yə cəmi 6346,56 ABŞ dolları məbləğində ödəniş aparılmışdır . Məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsaslanmaqla qiymət verilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən iddia tələblərinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuşdur. Belə ki, ekspert rəylərindən də göründüyü kimi, İddiaçı cari hesabına 3250,72 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı bəhs edilən Fərmana əsasən ona kompensasiya ödənildikdən sonra cavabdeh banka hər hansı borcunun qalmadığını bildirsə də, keçirilmiş hər iki ekspertizanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixə iddiaçının 6381,76 ABŞ dolları məbləğində banka əsas borcu olmuşdur. Habelə qeyd olunur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hal “4400 ABŞ dolları götürdüyü halda və həmin pulu tam məbləğdə faizləri ilə birgə ödədiyi halda necə olubdur ki, keçmiş MBN Palatasına təqdim edilmiş məlumatda cavabdeh LPO xxxx ASC iddiaçıya 3084.12 manat kredit borcu hesabladır, özü də əsas borc kimi?” mövcud deyildir. Tərəflər arasındakı xx.xx.2014-cü il tarixli müqavilədən göründüyü kimi, iddiaçı 4400 ABŞ dolları məbləğində deyil, 7650 ABŞ dolları məbləğində kredit götürmüşdür, eyni zamanda həmin krediti illik 24 faiz dərəcəsi ilə 300.21 aylıq annunitetlə ödəməli olduğu halda öz öhdəliklərini lazımi qaydada icra etməmişdir ki, bunun nəticəsində də əsas borcu xx.xx.2019-cu il tarixə 6381,76 ABŞ dolları həcmində olmuşdur. Bununla belə, tərəflər arasındakı kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Müvafiq olaraq da iddiaçının banka olan borcundan silinmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddaiçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 350 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-123/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-123/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver