Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-123/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Polatyol ASC-nin nümayəndəsi X3, Cavabdeh1 MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı (iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X1, X9, X5) cavabdehlər Cavabdeh1 MMC-yə, Polatyol ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair ilk; iddiaçı Cavabdeh1 MMC-nin İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və Polatyol ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın ümumi iki illik ziyanı (hər il üçün 2580 manat 76 qəpik,) 5161 manat, 0.52 qəpik, və iki illik gözlənilən qazancı (hər il üçün 10236 manat,80 qəpik) 20,473 manat, 60 qəpik, təmir bərpa işləri 600 manat, 115 manat, vəkil xərci, 30 manat dövlət rusumu, yol və digər xərclər də 200 manat ümumilikdə 26580 manat, 12 qəpik hər üç cavabdehlərdən bərabər şəkildə onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Aşağı Quşçu kəndirdə 0.52 ha pay torpağının sahibidir. Torpaq sahəsi Çıxarış **********46, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 12.06.2008 əsasən ona məxsusdur. "dekabr" 2019-cu il tarixdə onun torpaq sahəsinə Polatyol və Socar-ın birgə qazıntı işləri aparması nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Üzüm bağının məhsulu hələ də sahədə qalmışdır. Baş verənlərin səbəbi Polatyol ASC və Socar nümayəndələrinin məsuliyyətsizliyi və özbaşnalığıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılıqın mövcudluğu Video görüntü, fotoşəkillər, audio səs yazıları və hal hazırdada quyunun üzərinin bağlanmaması əyani sübutlarla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun üzüm bağı yararsız vəziyyətə düşmüşdür. Foto, video və audio səs yazıları onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim olunacaq. Yararsız vəziyyətə düşmüş əmlakın vurduğu zərər bir illik faktiki çəkilmiş xərc 2580 manat, 76 qəpik, gözlənilən qazanc 10.236 manat 80 qəpik və cəmisi 25635 manat 12 qəpik təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində üzüm bağına dəymiş digər ziyanın tərtib etdiyi smetaya əsasən təmir dəyəri 600 azn (altı yüz. manat) təşkil edən bərpa təmir işləri aparmışdır. İddiaçı 04.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh olaraq “Polat yol ASC” və Cavabdeh1 MMC-nin cavabdeh qismində saxlanılmasını, SOCAR-ın və Polatyol ASC-nin (Sanaye və Ticarət) filialının cavabdeh siyahısından çıxarmasını bildirmişdir. X7, X1, X9, X5 iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Daha sonra iddiaçı Cavabdeh1 MMC 25.06.2021-ci il tarixdə İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini İddiaçı "xxxx" MMC, “SOCAR”, "xxxx" ASC (Sənaye və Ticarət) filialından cəmi müştərək qaydada 26580,00 manat pul tələb edilməsinə dair iddiasının rədd edilməsi, iddiaçı, İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 21 iyun 1999-cu il №103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında"' Qərarın və Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7. və 2.11. bəndlərinin tələblərini kobud sürətdə pozaraq, mühafizə zonasını qeyri-qanuni zəbt etdiyindən işin yerinə yetirilməsi zamanı podratçı təşkilat kimi onu əlavə xərcə salma nəticəsində vurduğu 26250,00 maddi zərərin və işgüzar nüfuza ağır xələl gətirməklə bunun üçün vurduğu 5000,00 manat maddi ziyanla birlikdə, cəmi 31250,00 manat vəsaitinin ondan tutularaq "xxxx" MMC-nin xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Goranboy rayonu Cavabdeh2-yə, SOCAR və Cavabdeh1 MMC-yə qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qüvvədə olan Mülki və Mülki Prosessual Qanunvericiliyin tələblərinə aşağıda göstərdiyi əsaslı səbəblərə görə tam ziddir. Əksinə, iddia rədd edilməlidir. İddiaçının mühafizə zonasını qeyri-qanuni zəbt etdiyi üçün işin yerinə yetirilməsi zamanı podratçı təşkilat kimi onu əlavə xərcə salması nəticəsində vurduğu 26250,00 maddi zərərin və işgüzar nüfuza ağır xələl gətirməklə bunun üçün vurduğu 5000,00 manat maddi ziyanla birlikdə, cəmi 31250,00 manat vəsaitin ondan tutularaq "xxxx" MMC-nin xeyrinə qətnamə qəbul edilməlidir. Vətəndaş, İddiaçı öz iddia ərizəsində göstərir ki, ona məxsus torpaq sahəsində Cavabdeh2 və “SOCAR”-ın 2019-cu ilin dekabr ayında birgə qazıntı işləri aparması nəticəsində ona guya külli miqdarda ziyan dəymişdir. Əvvəla üzüm növündən və sortundan asılı olaraq payızın ilk aylarında, yəni avqust, sentyabr və oktyabr aylarında yığılır. Dekabr 2019-cu il tarixində qazıntı işləri aparılmışdırsa, artıq üzüm məhsulu çoxdan yığılmış hesab olunmalıdır. İddiaçı bu barədə ilkin olaraq Tovuz Rayon Məhkəməsinə əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və ona dəyən zərəri 6600 AZN miqdarında qiymətləndirmişdir. Lakin, sonradan Nərimanov Rayon Məhkəməsinə müraciət edərək dəyən zərəri 25680,12 manat hesablamışdır. İddiaçının öz fikirlərində qeyri-müəyyənliyi və qayda-qanundan xəbərsiz olması və bir neçə təşkilatdan uydurma dəyən zərər tələb edilməsi əsassızdır və iddia rədd edilməlidir. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi (sifariş TŞ 048-2019-013) layihəsi dövlət əhəmiyyətli bir layihədir. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il tarixli “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 773 saylı Qanunu və onun əsasında Nazirlər kabinetinin 21 iyun 1999-cu il №103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7 bəndinə uyğun olaraq boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xəttlərlə 50 m. keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xəttlərlə 25 m.-dən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 2.11 bəndinə uyğun olaraq boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquq: və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır. Boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ vo bostan salınması qadağandır. Lakin, İddiaçı ona ayrılan torpaq sahəsindən əlavə mühafizə zonasına aid olan torpağı zəbt etmişdir. Qeyri-qanuni zəbt olunmuş mühafizə zonasına aid olan torpaq zonasında üzüm bağı salmıştır. Təssüf ki, İddiaçı torpaq sahəsi ilə magistral qaz kəməri arasında məsafə 2 (iki) metrdir. Bildiririk ki, qazıntı işləri 2019-cu ilin dekabr ayında aparılmışdır. Qazıntı zamanı üzüm bağında artıq üzüm yığılmış idi. Kənd təsərrüfatı məhsulu olan üzümün yığım vaxtı avqust, sentyabr və oktyabr ayları hesab olunur. İddiaçının təqdim ettiyi fotolardan görsənir ki, üzüm bağları boru xəttlərinin dəyişdirilməsi üçün qazılmış xəndəyin 2 metr məsafəsindədir və üzüm bağlarına və dirəklərinə heç bir ziyan dəyməmişdir.İddiaçımn qonşuları olan üzüm bağlarının sahiblərinin ifadələrinə görə Firuz, ciddi sahibkar deyildir. Üzüm bağını becərə bilmir və bağın özübaşına yetişməsi ilə kifayətlənir. Onun müxtəlif iddia ərizələrində qeyd etdiyi müxtəlif məbləğləri göstərməsi onda ele bir təəssürat yaratmışdır ki, o nə istəsə əldə etməlidir. Lakin bu belə deyildir. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, aparılan qazıntı zamanı İddiaçı magistral Qaz kəmərinin mühafizə zonası üçün ayrılmış torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün onlar əlavə texnikalardan istifadə etmişlər. Halbuki mühafizə zonası, yəni zəbt olunmamış olsaydı onlar kəmərin yan tərəfindən işləməklə az vaxta və texnikaya qənaət etmiş olardılar. Bununla əlaqədar olaraq İddiaçı işin görülməsinə maneçiliklər yaratdığı üçün onlar 10 günlük işi onlar 25 günə qurtara bilmişlər. Hər dəfə müxtəlif şəxslərlə gələrək hədə qorxu gəlməsi,ora-bura yazacağam deyərək işə mane olmuşdur. İşin gecikdirilməsi nəticəsində Sifarişçi Cavabdeh2-nin (Sənaye və Ticarət) şirkətinin yanında pis vəziyyətə düşmüş və bu hal onların işgüzar nüfuzuna xələl gətirmiş olmuşdur. Belə ki, iddiaçının özbaşınalığı və qeyri-qanuni mühafizə zolağına aid torpaq sahəsini zəbt etməsi ucbatından onlar boru ilə üzbəüz və onun üzərində dayanmaqla işləməyə məcbur olmuşlar. Bununla əlaqədar 15 gün 2 ədəd 25 tonluq krandan, 3 ədəd iri yerqazan ekskavatordan və əlavə olaraq 10 nəfər işçi qüvvəsini 15 gün artıq işlətməklə bu işi yerinə yetirmişlər. Göründüyü kimi İddiaçı Cavabdeh1 MMC-yə vurduğu maddi zərər 31250,00 (otuz bir min iki yüz əlli) manat təşkil edir. Həmin pul da İddiaçı tələb edilməlidir. İddiaçı məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında ilk iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini, qarşılıqlı iddianın isə əsaslı hesab edilərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Polatyol ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək İddiaçı iddia ərizəsinin əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndirdə 0.52 ha torpaq sahəsinin payçıları X7, X1, X9, İddiaçı və X2r. Bu barədə 5 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində 12.06.2008-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 05 mart 2021-ci il tarixli, 05/10-08-23- 497 №-li sorğuya cavab məktubundan görünür ki, 1,0 ha üzüm sahəsinin becərilməsinə çəkilən xərc 4963,0 manatdır. Qeyd 0,52 ha sahəyə çəkilən xərc: 2580,76 manat təşkil edir. “Podratçı”- X18 Sanayi və Ticaret A.Ş-nin Azərbaycan Respublikasındakı filialı ilə “Subpodratçı” Cavabdeh1 MMC arasında bağlanmış 27 may 2019-cu il tarixli, GQG-2019-020 №-li müqavilədən görünür ki, Subpodratçı, Podratçının sifarişi əsasında, hazırki Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 saylı Əlavədə verilən növ. həcn və vahid qiymətlərinin əsasında Layihə çərçivəsində kommunikasiya xəttlərinin köçürülmə və-və ya mühafizəsi işlərinin (bundan sonra “İşlər ' adlandırılacaqdır) bu müqavilənin və Layihənin müvafiq texniki şənləri və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olrraq icra elməyi, başa çatdırmağı və təhvi verməyi, Sifarişçi isə bu İşləri qəbul edib onların dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi müvafiq olaraq öhdələrinə göiilrürlər. Göstərilən iş həcmləri təqribidir və sahədə icra edilmiş və hazırki Müqavilə şərtlərinə əsasən qəbul edilmiş faktiki həcmlərin əsasında dəqiqləşdiriləcəkdir. Tovuz rayonu X4 05.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, ona məxsus 0,52 ha pay torpağında üzüm sahəsi salmışdır və 2019-cu il dən hal-hazırki günə kimi təmir ilə əlaqədar olaraq pay torpağına giriş çıxış imkanı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli 9/5624 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materialında olan (cild i.v 10) AR KTN-nin X16 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş məlumata əsasən 0,52 ha üzüm sahəsinin becərilməsinə çəkiləcək xərcin miqdarı nəzəri qaydada 2580,76 (1 na - 4963 man, 0,52 kq ha 2580,76) manat müəyyən edilir. Çəkiləcək xərcin miqdarı ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 7/800 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən budama, budanmış çubuqların sahədən çıxarılması, gübrələrin verilməsi (üzvi və qeyri üzvi), cərgələrarası kultivasiya 5 dəfə, dondurma suyu, təmir işlərinin aparılması, cərgənin dibinin əkilməsi, bağlama, suvarma 5 dəfə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, yaşıl budama, yaşıl zoğlarda biclərin qoparılması, ucvurma və bağlama, məhsulun yığılması, məhsulun sahədən daşınması kimi aqrotexniki qulluqlar və yaxşılaşdırılması işləri görülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatında aparılmış qazıntı nəticəsində iddiaçıya məxsus üzüm sahəsinə zərər dəyibdəyməməsi barədə heç bir məlumat verilmədiyindən qərarda qoyulan “Aparılmış qazıntı nəticəsində iddiaçıya məxsus üzüm sahəsinə zərər dəyibmi?” sualı üzrə heç bir təhqiqat işləri aparılmamışdır. "xxxx" MMC-nin Tovuz Layihə Təhqiqat İdarəsinin 06.01.2022-ci il tarixli, 15/M-001 №-li arayışından görünür ki, Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə daxil olmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11 2021-ci il tarixli, 2(005)-3142/2021 saylı müraciəti əsasında İddiaçı cavabdehlər "Retro Holding” MMC-yə, Polatyol ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilk; iddiaçı "xxxx" MMC-nin İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı mülki işə Tovuz Layihə-Tədqiqat İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətə iddiaçıya məxsus **********46 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan torpaq sahəsinin koordinatlarını özündə əks etdirən plan və ölçü sənədi əlavə edilmədiyindən tərəfimizdən münasibətin bildirilməsi mümkün olmamışdır. Məhkəmə hər iki iddia tələbinə münasibətdə aşağıdakı qanunvericilik normalarını tətbiq etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək Tovuz rayonu Aşağı Quşçu kəndirdə 0.52 ha torpaq sahəsinin payçısı olduğunu bildirmişdir. Qeyd edilən sahədə iddiaçıya məxsus üzümlük olmuş və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin üzüm bağına zərər dəydiyini iddia edilir. Eyni zamanda Cavabdeh1 MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və İddiaçı tərəfindən mühafizə zonasında yerləşən topraq sahəsinin qanunsuz olaraq zəbt edildiyini iddia etmişdir. Eyni zamanda həmin torpaq sahəsinin İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilməsi və həmin sahədə üzümlük sahəsinin salınmış olmasına görə ərazidə tikinti-söküntü işləri aparmaq üçün əlavə texnika cəlb etdiyini və bu səbəbdən əlavə xərclər çəkdiyini bildirərək dəymiş maddi ziyanın ödənilməsini, həmçinin işgüzar nüfuzuna vurulmuş ziyana görə mənəvi zərərin tutulmasını tələb edir. Məhkəmə araşdırması zamanı üzüm sahəsinə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin ekspert tərəfindən “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatında aparılmış qazıntı nəticəsində iddiaçıya məxsus üzüm sahəsinə zərər dəyib-dəyməməsi barədə heç bir məlumat verilmədiyindən qərarda qoyulan “Aparılmış qazıntı nəticəsində iddiaçıya məxsus üzüm sahəsinə zərər dəyibmi?” sualı üzrə heç bir təhqiqat işləri aparılmamışdır. Bundan əlavə "xxxx" MMC-nin Tovuz Layihə Təhqiqat İdarəsinin 06.01.2022-ci il tarixli, 15/M-001 №-li arayışı ilə müəyyən edilmişdir ki, Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə daxil olmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11 2021-ci il tarixli, 2(005)-3142/2021 saylı müraciəti əsasında İddiaçı cavabdehlər "Retro Holding” MMC-yə, Polatyol ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilk; iddiaçı "xxxx" MMC-nin İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı mülki işə Tovuz Layihə-Tədqiqat İdarəsində baxılmışdır. Bildiririk ki, müraciətə iddiaçıya məxsus **********46 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan torpaq sahəsinin koordinatlarını özündə əks etdirən plan və ölçü sənədi əlavə edilmədiyindən münasibətin bildirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən qazıntı işlərinin aparıldığı sahənin İddiaçı payçısı olduğu Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.52 ha torpaq sahəsinə aid olub-olmamasının və həmin sahəyə zərərin dəyib dəyməməsinin müəyyən edilməsi təqdim edilmiş sübutlarla mümkün olmamışdır. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC işgüzar nüfuzuna xələl gətirilməsinə görə keçirdiyi mənəvi zərər üçün 5000 (beş min) manat məbləğində pul vəsaitinin İddiaçı onların xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MMC işgüzar nüfuzuna xələl gətirilməsi faktı öz təsdiqini tapmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb əsassızdır və rədd edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ilk və qarşılıqlı iddia ərizələri təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Polatyol ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 MMC-nin İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-123/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-123/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver