Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1239/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ona vurulmuş 60.000 manat maddi ziyanın ödənilməsini, hazırki iddia ərizəsində isə 200000 manat maddi ziyan tələb edir. Lakin sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın dəyməsini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, hazırki iddia tələbinin dəyəri artmış olsa da, mahiyyət etibarilə iddiaçı eyni əsasdan çıxış edərək, eyni predmet və eyni cavabdehə qarşı ikinci dəfə məhkəmədə mübahisə qaldırır. Həmçinin, məhkəmə bildirir ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixlərdə eyniməzmunlu iddia tələbi ilə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(005)-4639/2021 saylı, 29 iyun 2022ci il tarixli 2(005)-3001/2022 saylı və 2(005)-3077/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “özəlləşdirmə qəbzlərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadlardan İddiaçı tərəfindən şikayət verilməmişdir. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara daha əvvəl məhkəmə tərəfindən hüquqi qiymət verilərək məhkəmə qətnaməsi qəbul edilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq, iddiaçı eyniməzmunlu iddia tələbləri irəli sürməkdə davam edir. Göründüyü kimi, bu müddət ərzində iddiaçı tərəfindən məhkəmənin müvafiq qərarları heç vaxt mübahisələndirilməmiş, çıxarılmış qərarlardan qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarı instansiya məhkəmələrinə şikayətlə müraciət edilməmişdir. Hal-hazırda Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsi qüvvədədir. Məhkəmə bir daha qeyd edir ki, həmin qətnamədən iddiaçı tərəfindən yuxarı instansiya məhkəməsinə apelyasiya şikayəti verilməmişdir. Bunun əksinə isə iddiaçı hər dəfə məhkəmə tərəfindən icraata qəbul edilməkdən imtina edilmiş iddia ərizələrini təkrarən məhkəməyə təqdim edir. İddiaçının nəzərinə çatdırılır ki, məhkəmənin qərardadlarında əks olunmuş mövqeyə əməl olunmadan şikayətlər verilməsi davam etdirildiyi təqdirdə MPM-nin 120-ci maddəsinə əsasən cərimələnə bilər. Həmin maddənin tələbinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1239/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1239/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver