Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1242/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlk iddiada Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, , İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş ilk iddiada İddiaçı nümayəndəsi-anası Nümayəndə məhkəmədə iddiaçını təmsil etmək səlahiyyətini verən etibarnamənin əslinin təqdim edilməsi məhkəmə tərəfindən tələb olunmuşdur. Lakin ilk iddiada İddiaçı və onun nümayəndəsi-anası Nümayəndə keçirilmiş məhkəmə iclasların vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdilər. Həmçinin ilk iddiada İddiaçı nümayəndəsi-anası Nümayəndə müvafiq etibarnaməni məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qarşılıqlı iddiada iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə verərək qarşılıqlı iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə iş üzrə ilk iddia üzrə cavabdehin ərizələsi mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ilk iddia üzrə iddiaçı məhkəməyə gəlmədiyinə görə ilk iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyindən qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsinə və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Eyni Məcəllənin 260.5 və 260.6-cı maddələrinə uyğun olaraq, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.6, 259.0.11, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiaları baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddia ərizələrinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı və Cavabdeh geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1242/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1242/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver