Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-125/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarına, Cavabdeh4 və Cavabdeh5 Ağabəy oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarına, Cavabdeh4 və Cavabdeh5 Ağabəy oğluna qarşı “alqı-satqı müqaviləsinin və etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarının hərəkətlərində cinayət əməli olduğu xüsusi qərar çıxarmaqla hüquq mühafizə orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində xx xxxx 2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 1(103)-106/2017 nömrəli qərarına əsasən məhkəmə iclas zalından azad olunmuşdur. Qeyd edilən müddət ərzində iddiaçı şəxs həbsdə olmuşdur. xx xxxx 2017-ci il tarixdə, yəni həbsdə olduğu müddətdə Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində ** CM ***147 nömrəli etibarnamə onun tərəfindən Cavabdeh1 verilmişdir. Cavabdeh1 onun qohumudur və sözügedən etibarnamədən onun xəbəri olmamışdır. Daha sonra həmin etibarnaməyə əsasən Bakı şəhəri 15 nömrəli notariat ofisində xx xxxx 2019-cu il tarixdə verilmiş 3804 reyestr nömrəli etibarnamə Cavabdeh1 tərəfindən digər Cavabdeh5 verilmişdir. Həmin tarixdə də Bakı şəhəri 15 nömrəli notariat ofisində reyestrdə 7E-3826 nömrəsi ilə qeyd edilən etibarnamə Cavabdeh5 tərəfindən digər Cavabdeh4 verilmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 9 nömrəli notariat ofisində Cavabdeh4 onun adından imza edərək digər Cavabdeh1 ilə alqı-satqı etmişdir. Ümumiyyətlə, bu şəxslərdən Cavabdeh1 istisna olmaqla heç birini tanımır. Beləliklə, Cavabdeh1 başda olmaqla bir qrup şəxs ona məxsus torpağı qanunsuz və saxta sənədlərlə öz adlarına rəsmiləşdirmişlər. Cavabdeh1 onun qohumu olduğu üçün həmin torpağın çıxarışını itirdiyindən məlumatlı idi. O sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 nömrəli ərazi idarəsinə təqdim etmişdir. Cavabdeh1 da əldə etdiyi saxta etibarnamə ilə xx xxxx 2019-cu il tarixdə həmin çıxarışı əldə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx xxxxxx 2020-ci il tarixdə iddia tələbi üzrə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarının hərəkətlərində cinayət əməli olduğu xüsusi qərar çıxarmaqla hüquq mühafizə orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarına, Cavabdeh4 və Cavabdeh5 Ağabəy oğluna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər şəxslər və cavabdeh notariat ofislərinin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh şəxslərin və cavabdeh notariat ofislərinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(101)-234/2016 nömrəli hökmünün məzmunundan görünür ki, müvafiq hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona cəza təyin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaşəkmə müddətinin başlanğıcı xx xxxx 2015-ci il tarixdən hesab edilməsi hökm edilmişdir; Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş ** CM ***147 nömrəli etibarnamənin surətindən və məzmunundan görünür ki, İddiaçı tərəfindən onun adından Cavabdeh1 etibarnamə verilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli 1(103)- 106/2017 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum İddiaçı barəsində olan xx xxxxxx 2016-cı il tarixli 1(101)- 234/2016 nömrəli hökmü dəyişdirilərək, məhkum İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsi İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 971 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində xx xxx 2018-ci il tarixdə qeydiyyat aparılmışdır; İddiaçı (Cavabdeh4)-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsini 5.400 (beş min dörd yüz) manat qiymətə alıcıya satmağı, alıcı isə həmin məbləği ödəməklə müvafiq torpaq sahəsini almağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 971 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində xx xxxx 2019-cu il tarixdə qeydiyyat aparılmışdır; İddiaçı (onun əvəzinə X3)-birinci tərəf ilə Cavabdeh1 (onun əvəzinə X7)-ikinci tərəf arasında bağlanmış xx xxx 2020-ci il tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilənin surətindən və məzmunundan görünür ki, tərəflər arasında Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,142 ha torpaq sahəsinin 5.400 (beş min dörd yüz) manat qiymətə alqısatqısının Bakı şəhəri 9 nömrəli notariat ofisində xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməsi razılaşdırılmışdır. Hazırda tərəflər həmin alqı-satqı müqaviləsinin ləğvi barədə razılığa gəliblər. Belə ki, İddiaçı aldığı 5.400 (beş min dörd yüz) manat pul məbləğini Cavabdeh1 geri qaytardı. Cavabdeh1 ödədiyi müvafiq pul məbləğini İddiaçı geri aldı. Cavabdeh1 isə göstərilən əmlakı dərhal boşaldır və İddiaçı təhvil verir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Əliyeva Xuraman Mövsün qızının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2008-ci il tarixdə **********87 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Əliyeva Xuraman Mövsün qızı həmin torpaq sahəsinin 0,15 ha hissəsini Abşeron rayonu 1 nömrəli dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli, 4Ə/12-2813 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 (xx xxx 2018-ci il tarixli azalma ərizəsinə əsasən 0,142 ha hissəsinə çıxarış verilmişdir). Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2018-ci il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X10 həmin torpaq sahəsini Bakı şəhəri 9 nömrəli notariat kontorunda təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli, 4Ə-342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2019-cu il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış xx xxx 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli X9 daxil olması barədə məlumat aşkar edilməmişdir; Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(101)-234/2016 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş ** CM ***147 nömrəli etibarnamə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli 1(103)-106/2017 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü dəyişdirilərək, məhkum İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2018-ci il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X10 həmin torpaq sahəsini Bakı şəhəri 9 nömrəli notariat kontorunda təsdiq edilmiş xx xxxx 2019cu il tarixli, 4Ə-342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2019cu il tarixdə **********50 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış xx xxx 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli X9 daxil olması barədə məlumat aşkar edilməmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2015-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbsdə olduğu müddətdə onun Cavabdeh1 Rusiya Federsiyası, Dağıstan Respublikası, Mahaçqala şəhərində xx xxxx 2017-ci il tarixdə müvafiq etibarnaməni verməsi qeyri-mümkündür. Bu səbəbdən həmin etibarnamə əsasında aparılmış alqı-satqı etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Məhkəmə hesab edir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,142 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2019-cu il tarixdə qeydiyyata alınmış, lakin İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 nömrəli notariat kontorunda bağlanmış xx xxx 2020-ci il tarixli, 3M-486 reyestr nömrəli müqavilənin ləğv edilməsinə dair saziş 4 nömrəli X9 daxil olması barədə məlumat aşkar edilməmişdir. Bu baxımdan məhkəmə İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmü halında qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmiş halları İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsasdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 nömrəli və 15 nömrəli notariat ofislərinin xüsusi notariuslarına, Cavabdeh4 və Cavabdeh5 Ağabəy oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 nömrəli notariat kontorunda rəsmiləşdirilmiş İddiaçı (Cavabdeh4) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-125/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-125/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver