Məhkəmə qərarları › İş №2(005)-1255/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1255/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1255/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X5, 3-cü şəxs BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon 90 saylı Mənzil-Kommunal istismar sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) nə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 1205 (bir min iki yüz beş) manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 ərizə ilə məhkəmə müraciət edərək, iş üzrə cavabdeh qismində göstərdiyi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentini Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə dəyişdirilərək, işi aidiyyatı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X6 yazılı vəsatət təqdim edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binası Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, hüquqi şəxsdir. Həmin birliyinin 90 saylı Mənzil- Kommunal istismar sahəsinin xidmət dairəsindədir. Ona görə də, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mülki iş üzrə cavabdeh qismində iştirak edə bilməz. Qeyd edilənlərə əsasə İddiaçı iddia tələbi üzrə istinad olunan halların, tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə əsli olan tərəfin müəyyən edilərək cavabdeh qismində işə cəlb edilməsini və eləcə də cavabdehin olduğu yer üzrə mülki iş üzrə ərazi aidiyyət məsələsinə baxılmasını məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə mülki işin hallarını və tərəflərin vəsatətlərini nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “maddi ziyan” tələbinə dair mülki işin ərazi aidiyyatı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, Bakı Şəhəri Xətai Rayon Məhkəməsidir. Bu səbəbdən mülki iş aidiyyatı üzrə göndərilməlidir. Belə ki, mülki iş üzrə cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin ünvanı ünvan 3ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar