Məhkəmə qərarları › İş №2(005)-1274/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1274/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1274/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdeh, onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 21 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Bakı şəhəri 21 nömrəli notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanmış və 3M-781 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə Bakı şəhəri 21 nömrəli notariat ofisində 3M-781 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 170.000 (bir yüz yetmiş min) manat olaraq göstərilməsinə baxmayaraq, əslində alınmış borcun məbləği 140.000 (bir yüz qırx min) manat olmuşdur. Artıq 30.000 (otuz min) manat məbləğində olan pul vəsaiti isə guya 140.000 (bir yüz qırx min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh ondan xahiş etmişdir. O da aralarında olan tanışlığa görə etiraz etməmiş və 140.000 (bir yüz qırx min) manat məbləğində pul aldığı borc müqaviləsində məbləğin 170.000 (bir yüz yetmiş min) manat göstərilməsinə razılıq vermişdir. Həmçinin, müqavilədə göstərilən xx xxxxxx 2020-ci il tarixindən əvvəl real olaraq aldığı 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Cavabdeh tam ödəmişdir. Lakin Cavabdeh olan borcunu ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Bakı şəhəri 21 nömrəli notariat ofisi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə icra qeydi göndərilmişdir. Əslində isə o borclu olduğu pul məbləğini tamamilə Cavabdeh ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin tərəflərin arasında bağlanmış 3M-781 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətindən 30 (otuz) gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Buna görə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.Buna görə də hesab edir ki, onun Cavabdeh ilə Bakı şəhəri 21 nömrəli notariat ofisində bağladığı xx xxxxxx 2019-cu il tarixli, 3M-781 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat ofisini cavabdeh qismində tanıyıb, Cavabdeh ilə onun arasında Bakı şəhəri 21 nömrəli notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanmış və 3M-781 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc vəsaitinin Cavabdeh xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, İddiaçı məxsus ünvan 1 M15, 2 nömrəli mənzilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ondan 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc götürərək, aralarında xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 21 nömrəli notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi İddiaçı özünə məxsus ünvan 1 M15, 2 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. Bu barədə ipoteka müqaviləsi də bağlanmışdır. Hazırda kredit müqaviləsi üzrə müəyyən olunmuş müddət bitmişdir. Müqaviləyə uyğun olaraq o notariusa icra qeydi verməli idi, lakin İddiaçı artıq kredit müqaviləsini mübahisələndirmişdir. O səbəbdən də hesab edir ki, notariusa icra qeydi barədə müraciəti mənasız olacaqdır. Çünki artıq bəllidir ki, İddiaçı onsuz da mübahisələndirəcəkdir, ona görə də, o, boş yerə daha 3 (üç) aya yaxın vaxt itirmiş olacaqdır. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə qanunun tələblərinə əsasən “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ünvan 1 M15, 2 nömrəli mənzili açıq hərracdan satılması və satışdan əldə olunan puldan onun borcunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq qaydada prosessual hərəkətlər həyata keçirilmiş, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı 170.000 (bir yüz yetmiş min) manat məbləğində borc vəsaitinin Cavabdeh xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, İddiaçı məxsus ünvan 1 M15, 2 nömrəli mənzilə yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndirmə hesabatı üzrə müəyyən edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X9 hər biri ayrılıqda qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 21 nömrəli notariat ofisinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 21 nömrəli notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-borc verən ilə İddiaçı-borc alan arasında Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, borc verən borc alana 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsi ilə borc verir (1-ci bənd). Borc alan krediti xx xxxxxx 2020-ci il tarixədək borc verənə notariusun depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür (2-ci bənd). Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər (3-cü bənd). Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir (4-cü bənd). Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 (iyirmi) gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır (7-ci bənd); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 9, mənzil 137 (yeni qaydalarla: ünvan 1 M15, mənzil 2) İddiaçı adına xüsusi mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində 3052 nömrəli reyestr kitabının 284941 nömrəli vərəqində xx xxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 9, mənzil 137 (yeni qaydalarla: ünvan 1 M15, mənzil 2) ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir; X3 X2 Sistemindən çıxarışın surətindən görünür ki, İddiaçı ilə X10 arasında xx xxxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 1040 nömrəli akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir; X6 Bakı şəhəri 21 nömrəli xüsusi notariat ofisinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, həyat yoldaşı İddiaçı məxsus ünvan 1 M15 ünvanında yerləşən ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilin ipoteka (girov) qoyulmasına heç bir etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) öz öhdəsinə götürmüşdür; xx xxxxxx 2019-cu il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri 21 nömrəli xüsusi notariat ofisinin “Muğanbank” X11 Dostluq filialındakı depozit hesabına 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür; Cavabdeh-ipoteka saxlayan ilə İddiaçı-ipoteka qoyan arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi əsasında borc verən tərəfindən verilmiş kredit məbləğinin qaytarılması təminatı kimi ipoteka qoyan-İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzil ipoteka saxlayan-Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmişdir (1-ci və 2.1-ci bəndlər). İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir (2.3-cü bənd). Öhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitidir (3.2-ci bənd). Öhdəliyin icra nüddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borcluya) faktiki təqdim edildiyi tarixdən xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir (3.3-cü bənd). İpoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir (9.2-ci bənd). İpoteka predmetinə tutmanın yönəldilməsi və satılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (9.3-cü bənd). Bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir (12.2-ci bənd); Bakı şəhəri 21 nömrəli xüsusi notariat ofisinin notariusu X8 “Muğanbank” X11 Dostluq filialına ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 21 nömrəli xüsusi notariat ofisinin “Muğanbank” X11 Dostluq filialındakı depozit hesabına Cavabdeh tərəfindən köçürülmüş 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitinin İddiaçı verilməsi xahiş olunmuşdur; “Muğanbank” X11 xx xxxxxx 2019-cu il tarixli 452973 nömrəli çekin surətindən görünür ki, 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti İddiaçı verilmişdir; İddiaçı Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, tərəflər arasında Bakı şəhəri 21 nömrəli notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanmış və 3M-781 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi zərurəti yaranmış, ona olan borcunu tamamilə ödəməyinə baxmayaraq, hal-hazırda Bakı şəhəri 21 nömrəli notariat ofisi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə icra qeydi göndərilmiş, bu səbəbdən də onunla bağlanmış müvafiq müqavilənin ləğv edilməsini tələb etmiş, əks təqdirdə qeyd edilən müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edəcəyi və aralarında olan mübahisənin məhkəmə qaydasında həll ediləcəyi ilə bağlı xəbərdar etmişdir; “Lazur-A” X4 xx xxxx 2020-ci il tarixli 04-20 nömrəli əmlakın qiymətləndirilməsinə dair hesabatının məzmunundan görünür ki, qiymətləndirmə obyekti olan ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzil xx xxxx 2020-ci il tarixə mümkün bazar dəyəri 200.000 (iki yüz min) manat-230.000 (iki yüz otuz min) manat civarında müəyyən edilmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 mənzil 25 ünvanında qeydiyyatdadır; ASAN 3 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1980ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 3 mənzil 25 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır; ASAN 3 tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1970-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 52760 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh müvafiq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh-borc verən ilə İddiaçı-borc alan arasında Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsi ilə borc verir, borc alan krediti xx xxxxxx 2020-ci il tarixədək borc verənə notariusun depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsi üzrə iddaçı İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Araşdırma zamanı İddiaçı Cavabdeh ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə İddiaçı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamış və həmin müqavilənin ləğv edilməsi üçün hər hansı əsas olmadığından ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilə kredit müqaviləsi bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməli, qeyd edilən müqavilə üzrə İddiaçı öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı pul vəsaiti, yəni məhkəmə araşdırması zamanı müəyyən olunmuş 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaitini Cavabdeh ödəməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2.əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3.ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4.bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh-ipoteka saxlayan ilə İddiaçı-ipoteka qoyan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh-borc verən ilə İddiaçı-borc alan arasında Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin qaytarılması təminatı kimi ipoteka qoyan- İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzil ipoteka saxlayan- Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə borcunun ödənilməsi müddətini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 M15, 2 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana, yəni qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti “Lazur-A” X4 xx xxxx 2020-ci il tarixli 04-20 nömrəli əmlakın qiymətləndirilməsinə dair hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 21 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməli, cavabdeh İddiaçı Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh xeyrinə tutulmalı, cavabdeh İddiaçı tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə realizə edilməli, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh İddiaçı Qaryağdı oğluna verilməli, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia ərizəsi təmin edilmədiyindən ilkin iddia ərizəsi üzrə İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia təmin edilməsinə baxmayaraq, tələb edilmədiyindən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 21 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri 21 nömrəli notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 3M-781 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh xeyrinə tutulsun. Cavabdeh İddiaçı tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi cavabdeh İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh İddiaçı Qaryağdı oğluna verilsin. İpoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 M15, ümumi sahəsi 115 kv.metr olan 2 nömrəli mənzilin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar