Məhkəmə qərarları › İş №2(005)-13/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-13/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-13/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2015-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı 200000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişdir. Borc müqaviləsinə əsasən borclu borc aldığı məbləği xx.xx.2015-ci il tarixində qaytarmalı idi. Lakin borclu bu günə kimi borcunu qaytarmamış və qaytarmaqdan yayınmışdır. Hətta ona borcunu hissə - hissə qaytarmaq təklif edilsə də, o bu təklif ilə razılaşmış, lakin bu razılığa da əməl etməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixində cavabdehə teleqram vuraraq borcun qaytarılmasını tələb etmişdir. Teleqramda borcun qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Teleqram cavabdehə təqdim edilsə də, o, borcu geri ödəməkdən yayınır.Cavabdehin bu günə 200 000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 200 000 (iki yüz min) ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən borc alanların mülkiyyətinə, əməli idarəçiliyinə - 200 000 (iki yüz min) ABŞ dolları, kurs üzrə manatla (1ABŞ=1.0485 AZN) 209 700 manat məbləğində borc pul verir, borc alan - hərnin pul məbləğini xx.xx.2015-ci (iyirmi bir may iki min on beşinci) il tarixədxək tam qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, tərəflərin arzusu ilə xx.xx.2015-ci (iyirmi bir may iki min on beşinci) il tarixədək qaytarıla bilər. Lakin Cavabdehhəmin məbləğin axırıncı qalığını xx.xx.2015-ci (iyirmi bir may iki min on beşinci) il tarixdən gec olmayaraq qaytarmalıdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12318/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2015-ci ildə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və ona vurulmuş 50000 ABŞ dollarının məbləğində maddi zərərin İddiaçı və X1 tutulması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-8354/2018 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4814/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borc müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 3-M-4/1136 saylı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-940/2020 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12264/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx xxx 2015-ci il tarixli 3- M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 938 №-li məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli № 2(103)-12264 saylı icra vərəqəsinə əsasən Cavabdeh və İddiaçı arasında rəsmiləşən 20,05.2015-ci il tarixli 3M-4/1136 reyestr saylı Borc müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12264/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi, İddiaçı xx xxx 2015-ci il tarixli Borc müqaviləsinə istinad edərək 200000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki işin araşdırılmış hallarından məlum olmuşdur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə borc müqaviləsi bağlansa da, müqavilə üzrə öhdəliklər ilk olaraq borc verən tərəfindən icra edilməmişdir.Yəni Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş məbləği qəbul etməmişdir və qəbul etməsini təsdiq edən hər hansı bir qəbz, notarial təsdiqli iltizam və s. də yoxdur. Qeyd edilən hal Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12264/19 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə də təsdiq edilmişdir. Belə ki, həmin qətnamə ilə tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli borc müqaviləsi ləğv edilmiş, qətnamə icraya yönəldilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, qüvvədə olmayan borc müqaviləsi üzrə pul tələbinin təmin edilməsi mümkün olmadığından iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar