Məhkəmə qərarları › İş №2(005)-130/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-130/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-130/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qanun üzrə vərəsəsi X6 qarşı “pul” tələbinə dair ilkin; Qarşılıqlı iddiaçı Cavabdeh qanun üzrə vərəsəsi X10nın cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 93.500 ABŞ dolları məbləğində pulun və 449 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və Cavabdeh bir müddətdir ki, tanıyır. İddiaçı dəri məhsullarının satışı ilə məşğul olur və bu məqsədlə Azərbaycan Respublikasından aldığı malları Türkiyə Respublikasına göndərərək orada satır. Bu işləri görməkdə ona Cavabdeh kömək elmişdir. Bu məqsədlə aldığı dəri məhsullarını Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Vaqif adlı şəxsin anbarına yığmalı, malları hazırlayaraq Türkiyə Respublikasına göndərməli idilər. Əvvəl iddiaçı Cavabdeh 17.500 ABŞ dolları vermiş, daha sonra pandemiya şəraiti olduğu üçün işləri tam qaydasında olmamışdır. Buna görə də, 18 bağlama dəyəri təxminən 76.000 ABŞ dolları hazır dəri mallarını həmin obyektdən çıxararaq, onun tapdığı və aylıq icarəsi 500 manat olan Tərxan adlı şəxsə məxsus Aşağı Güzdək qəsəbəsində yerləşən depoya yığmışdılar. Bundan sonra 2020-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getmişdim. 2022-ci ildə Azərbaycan Respublikasına geri qayıdan zaman Telman həmin malları oradan götürdüyünü bildirilmişdir. Telman həmin malları saldığını və pulları mənə geri qaylaracığını etiraf elmişdir, lakin sonradan l’elman mənə olan ümumilikdə 9350(1 ABŞ dolları məbləğində borcunu geri qaytarmamışdır. Yuxarıda qeyd olunanlara əsasən tərəfimdən Abşeron Rayon Polis İdarəsinə şikayət ünvanlanmışdır. Lakin araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, mübahisənin mülki xarakterli olduğu bildirilmişdir. Belə ki. iddia ərizəsinə sübut kimi əlavə edilmiş səs yazısından da göründüyü kimi Türkiyə Respublikasına getməmişdən əvvəl, bütün hesab kitab işlərini həll edərək, heç kimə borcunun olmadığından əmin şəkildə getmiş, lakin o, getdikdən sonra guya işlədiyi dövrdə borcları yaranıb, buna görə də Telman malları sataraq 15.000 ABŞ dolları məbləğindəki borcları bağlamışdır. Amma qalan malların satılmasında pulları əldə edən Telman bu barədə ona heç bir söz deməmişdir. İddiaçı Telmana buna görə pulsuz və çətin vəziyyətdə olduğunu, hətta idarə etdiyi avtomobilini satdığını bildirərək öz pulunu tələb etmişdir. O isə ona yenidən bir işlə məşğul olmağı təklif edərək əldə olunan ilkin gəliri ona verəcəyini bildirmişdir. 2022-ci ildə aralarında olan danışığın səs yazısında dəfələrlə Telmana pulunu ödəməsini bildirsə də, o başqa bir işdən əldə eldiyi ikin gəliri ilə onun borcunu bağlayacağını etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş 2022-ci ildə onunla cavabdeh arasındakı olan danışığın səs yazısının 01:28. 01:38, 01:52. 02:07. 02:24. 02:40. 03:18. 05:34. 14:00. 15:00. 16:41. 20:15 dəqiqələrində Cavabdeh ona borclu olduğunu qəbul elmiş, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı izahatının əksinə borcunu qaytarmağını vəd etmişdir. Qeyd olunan səs yazısı ikisi arasında olduğu üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2O2l-ci il tarixli qərarına əsasən sübut qismində iş materiallarına əlavə edilməli və səs yazısı qətnamə çıxarılarkən nəzərə alınmalıdır. Xüsusi ilə nəzərinə çaldırmaq istəyir ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda izahatı alınmış Cavabdeh, işlərinin alınmadığını, 18 bağlama olan hazır dəri mallarının dəyərinin təxminən 40.000 ABŞ dolları olduğunu, onunla şərikliyinin olmadığını və həmin pulu götürmədiyini bildirmişdir. Bundan əlavə Telman izahatında onun Türkiyə Respublikasına gedən zaman guya 50.000 ABŞ dolları borcunun olduğunu və həmin borcu onun təkidilə, həmin mallardan salaraq ödədiyini qeyd etmişdir. Lakin səs yazısından da göründüyü kimi, onunla Telman arasında olan danışığın səs yazısı ilə Cavabdeh izahatı arasında uyğunsuzluq var. Bu uyğunsuzluğa görə Cavabdeh izahatına şübhələr yaranmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, o öhdəlikdən yayınmaq niyyətindədir. Bütün bunlara əsasən, Cavabdeh 93.500 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmaldır. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98.535 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə məzənnəsi ilə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Ömər Kartalı 2016-cı il tarixdən tanıyır, Ömər Kartalla birgə 2019-cu ilin dekabrından etibarən dəri məmulatlarının birgə alqı-satqısı ilə məşğul olmağa başlamış, onlar birlikdə ödəniş edərək aldıqları dərilərin aşılanmasından sonra, Cavabdeh aşağı keyfiyyətli olanları ölkə daxilində və A və B səviyyədə olanları ilə Ömər Kartal ölkə xaricində satışını həyata keçirmişdir. 2020-ci ilin martından etibarən COVİD-19 pandemiyası ilə bağlı olaraq tətbiq edilən məhdudiyyətlərə görə əldə etdikləri gəlir azalsa da, birgə fəaliyyətləri pozulmamış, lakin zəifləmiş və azalan gəlir tədricən zərərə çevrilmişdir. Bu zaman onların satmaq üçün hazırladıqları dərilərin yerləşdiyi fabrikə tərəflərin birlikdə 93.500 ABŞ dolları borcu olmuş, bu borcun 50.535 ABŞ dolları Ömər Kartala məxsus olmuşdur. Cavabdeh həm öz borcunu, həm də cavabdehin xahişi ilə onun 50.535 ABŞ dollar məbləğində olan borcunu hissə-hissə olmaqla tam həcmdə ödəmiş və yalnız bundan sonra mallar fabrikdən çıxarılmış, daha sonra isə onlar özlərinə məxsus hissədə dərinin satışını həyata keçirmişdir. Bununla belə, Ömər Kartal tərəfindən iddiaçıya olan borcu ödənilməmiş, əsassız məlumatlarla iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan başqa Ömər Kartal dərilərin alqı-satqısı ilə bağlı fəaliyyətini davam etdirmək üçün Cavabdeh borc istəmiş, ticarətdən əldə etdiyi gəlirlə bu borcu ödəyəcəyini vəd etmişdir, İddiaçı isə aralarında mövcud olan işgüzar münasibətlərdən yaranan inam əsasında ona 48.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin aradan keçən zaman kəsimində borcdan heç bir məbləğ qaytarılmamılşdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3327/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X2 Telman Bəxtiyar oğlunun qanuni vərəsəsi kimi işə baxılmasına cəlb edilmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilk iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qanun üzrə vərəsəsi X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qarşılıqlı iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Ömər Kartalın müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, material üzrə izahatı alınmış Türkiyə Respubilkasının vətəndaşı Ömər Kartal bildirmişdir ki, dəri məhsullarının satışı ilə məşğul olur və bu məqsədlə Azərbaycan Respublikasından aldığı malları Türkiyə Respublikasına göndərək orada satışını həyata keçirir. Bu işləri görməkdə ona Cavabdeh kömək etdiyini qeyd etmişdir. Bu məqsədlə aldıqları dəri məhsullarını Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən Vaqif adlı şəxsin anbarına yığdıqlarını və malları hazırlayaraq Türkiyə Respublikasına göndərməyi nəzərdə tutduqları barədə məlumat vermişdir. Həmin vaxt pandemiya yarandığı üçün işlərinin alınmadığını və 18 bağlama olan (palet) dəyəri təxminən 76000 ABŞ dolları hazır dəri mallarını həmin obyektdən çıxararaq, onun tapdığı və aylıq icarəsi 500 manat olan Tərxan adlı şəxsə məxsus Ağaşı Güzdək qəsəbəsində yerləşən depoya yığdıqlarını qeyd etmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getdiyini və 2022-ci ildə Azərbaycan Respublikasına geri qayıdan zaman Telmanın həmin malları oradan götürərək apardığını bildirmişdir. Telmanın həmin mallrı satdığını və pulları ona geri qaytaracağını etiraf etdiyini lakin sonradan Telmanın ona olan ümumılkdə 93000 ABŞ dolları pulunu geri qaytarmadığını qeyd etmişdir. İzahatı alınmış Qarayev X5 Respublikasının vətəndaşı Ömər Kartalın onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olduğunu bildirmişdir. Öməri 2018-ci il tarixdən qardaşı Alikartalın vastəsi ilə tanıdığını, həmin vaxtlarda o dəri istehsalı məqsədi ilə Alikartala köməklik göstərdiyi barədə məlumat vermişdir. 2019-cu ilin dekabr ayında Ömərin ona dəri istehsalında köməklik etməyini və Azərbaycanda satılan malları onunla şərikinə satmağlarını təkilif etdiyini qeyd etmişdir. Həmin vaxt o Ömər ilə razılaşdığını və onların birlikdə işə başladlıqlarını bildirmişdir. Bu məqsədlə aldıqları dəri məhsullarını Abşeron rayon. Hökməli qəsəbəsində yerləşən Vaqif adlı şəxsin anbarına yığdıqlarını və malları hazırlaşaraq Türkiyə Respublikasına göndərməyi nəzərdə tutduqları barədə məlumat vermişdir Həmin vaxt pandemiya yarandığı üçün işlərinin alınmadığını və 18 bağlama olan dəyəri təxminən 40000 ABŞ dolları hazır dəri mallarını həmin obyektdən çıxararaq, onun tapdığı və aylıq icarəsi 500 manat olan Tərxan adlı şəxsə məxsus Ağaşı Güzdək qəsəbəsində yerləşən depoya yığdıqlarını qeyd etmişdir. Bundan sonra təxminən 2020-ci ilin sentyabr ayında Ömərin Türkiyə Respublikasına getdıvını və həmin malları Ömərin burada olan zaman sortlara ayırdıqlarını və Azərbaycanda satılan malları o sataraq Ömərin borcuna verdiyini qeyd etmişdir. Bundan sonra Ömərin ona zəng vuraraq depoda nə qədər mal qalıb qalmamasını soruşduğunu və o həmin malların 7 bağlama qaldığını bildirdiyini və Ömərin ona həmin malları depodan götürərək tanışı Rabilə verməyini bildirdiyini və bundan sonra o həmin malları Ömərin tapşırığına əsasən götürərək Rabilə verdiyini bildirmişdir. Bundan sonra təxminən 2022-ci ilin yanvar ayında Ömərin Azərbaycan Respublikasına gəldiyini və onunla hesab etdiklərini və Ömərin ona 76000 ABŞ dolları ziyan etdiyini bildirərək həmin ziyanı iki yerə bölməklərini təklif etdiyi barədə məlumat vermişdir. Lakin o Ömərə onunla şərikliyinin olmadığını və həmin pulu götürmədiyini ona bildirərək qəti olaraq etiraz etdiyini qeyd etmişdir. Bundan sonra Ömərin ona işləmək istədiyini, lakin onun işləri alnımadığı üçün ondan həmin pulu tələb etməsə başladığım, lakin onunla razılaşmadığı üçün Ömərin qərəzli olaraq ondan şikavət edərək guya ona 93000 ABŞ dolları borcunun olduğunu bildirdiyini, Ömər Kanala hər hansı bir borcunun olmadığını onun dediklərinin şər və böhtan olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki. Ömərin Türkiyə Respublikasına gedən zaman 50000 ABŞ dolları borcunun olduğunu və həmin borcu Ömərin təkidi ilə o həmin mallardan satraq geri qaytardığı barədə məlumat vermişdir. Əlavə olaraq Ömər ilə yazışmaları telefondan çıxararaq surətlərini təqdim etmişdir. - Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Ömər Kartalın müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, material üzrə izahatı alınmış Ömər Kartal bildirmişdir ki, dəri məhsullarının satışı ilə məşğul olur və bu məqsədlə Azərbaycan Respublikasından aldığı malları Türkiyə Respublikasına göndərərək orada satışını həyata keçirir. Bu işləri görməkdə ona Cavabdeh köməklik göstərir. Bu məqsədlə aldıqları dəri məhsullarını Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Vaqif adlı şəxsin anbarına yığdıqlarını və malları hazırlayaraq Türkiyə Respublikasına göndərməyi nəzərdə tutduqları barədə məlumat vermişdir. Həmin vaxt “Covid-19” pandemiyası yarandığı üçün işlərinin alınmadığını və 18 bağlama olan dəyəri təxminən 76000 ABŞ dolları hazır dəri mallarını həmin obyektdən çıxararaq, onun tapdığı və aylıq icarəsi 500 manat olan Tərxan adlı şəxsə məxsus Aşağı Güzdək qəsəbəsində yerləşən depoya yığdıqlarını qeyd etmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında Türkiyə Respublikasına getdiyini və 2022-ci ildə Azərbaycan Respublikasına geri qayıdan zaman Telmanın həmin malları oradan götürərək apardığını bildirmişdir. Telmanın həmin malları satdığını və pulları ona geri qaytaracağını etiraf etdiyini lakin, sonradan Telmanın ona olan ümümilikdə 93000 ABŞ dolları pulunu geri qaytarmağını qeyd etmişdir. İzahatı alınmış Qarayev X5 Respublikasının vətəndaşı Ömər Kartal onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olduğunu bildirmişdir. Öməri 2018-ci il tarixdən qardaşı Alikartalın vastəsi ilə tanıdığını, həmin vaxtlarda o, dəri istəhsalı məqsədi ilə Alikartala köməklik göstərdiyi barədə məlumat vermişdir. 2019-cu ilin dekabr ayında Ömərin ona dəri istehsalında köməklik etməyini və Azərbaycanda satılan malları onunla şərikinə satmağlarını təklif etdiyini qeyd etmişdir. Həmin vaxt o, ömər razılaşdığını və onların birlikdə işə başladıqlarını bildirmişdir. Bu məqsədlə aldıqları dəri məhsulları Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən Vaqif adlı şəxsin anbarına yığdıqlarını və malları hazırlayaraq Türkiyə Respublikasına göndərməyi nəzərdə tutduqları barədə məlumat vermişdir. Həmin vaxt pandemiya yarandığı üçün işlərinin alınmadığını və 1-8 bağlama olan dəyəri təxminən 40000 ABŞ dolları hazır dəri mallarını həmin obyektdən çıxararaq, onun tapdığı və aylıq icarəsi 500 manat olan Tərxan adlı şəxsə məxsus Aşağı Güzdək qəsəbəsində yerləşən depoya yığdıqlarını qeyd etmişdir. Bundan sonra təxminən 2020-ci ilin sentyabr ayında Ömərin Türkiyə Respublikasına getdiyini və həmin malları ömərin burada olan zaman sortlara ayırdıqlarını və Azərbaycanda satılan malları o, sataraq Ömərin borcuna verdiyini qeyd etmişdir. Bundan sonra Ömər ona zəng vuraraq depoda nə qədər mal qalıb qalmaması soruşduğunu və o, həmin malların 7 bağlama qaldığını bildirdiyini və ömərin ona həmin malları depodan götürərək tanışı Rabilə verməyini bildirdiyini və bundan sonra o, həmin malları Ömərin tapşırığına əsasən götürərək Rabilə verməyini bildirmişdir. Bundan sonra təxminən 2022-ci ilin yanvar ayında Ömərin Azərbaycan Respublikasına gəldiyini, onunla hesab etdiklərini və Ömərin ona 76000 ABŞ dolları ziyan etdiyini bildirərək, həmin ziyanı iki yerə bölməklərini təklif etdiyi barədə məlumat vermişdir. Lakin o, Ömərə onunla şərikliyinin olmadığını və həmin pulu götürmədiyini ona bildirərək, qəti olaraq etiraz etdiyini qeyd etmişdir. Bundan sonra Ömərin ona işləmək istədiyini lakin onun işləri alınmadığı üçün ondan həmin pulu ondan şikayət edərək, güya ona 93.000 ABŞ dolları borcunun olduğunu bildirdiyini, Ömər Kartala hər hansı bir borcunun olmadığını onun dediklərinin şər və böhtan olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, Ömərin Türkiyə Respublikasına gedən zaman 50.000 ABŞ dolları borcunun olduğunu və həmin borcu Ömərin təkidi ilə o, həmin mallardan sataraq geri qaytardığı barədə məlumat vermişdir. Əlavə olaraq Ömər ilə yazışmaları telefondan çıxararaq sürətlərini təqdim etmişdir. Əlavə araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Ömər Kartalın barəsində göstərdikləri doğru deyil, əsassızdır. O, həmin işlə bağlı bütün rasxod xərclərini pandemiya zamanı qiymətin düşməsində olunmuş ziyanıda ondan tələb etmək istəmişdir. İzahatı alınmış X1 .Respublikası vətəndaşı Ömər Kartal adlı şəxsin xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə etdiyi müraciəti ilə tanış olmuşdur. Bununla bağlı olaraq bildirmişdir ki, o, 5-6 ildir ki, Abşeron rayonu, Aşağı Güzdək (Müşfiq) qəsəbəsində anbarı vardır. O, 3 ildir ki, Rabil adlı şəxsə həmin anbarı icarəyə vermişdir. O, Ömər Kartal və Cavabdeh tanımır. Onların birgə iş görüb, gəlir əldə etdiklərini bilmirdi. Onların hansı səviyyədə ortaqlıq etmələrindən onun məlumatı yoxdur. Ola bilsin ki, Rabilin vasitəsi ilə həmin şəxslər onun anbarını 15 günlük və ya bir aylıq mallarını yığmışlar. Lakin, həmin malların onun anbarına yığılmasından, anbarından kimin təhvil almasından xəbəri yoxdur. Çünki, həmin anbarı icarə əsasmda Rabil işlətmişdir. Bundan başqa onun həmin şəxslər arasında olan söz-söhbətdən, pul məsələlərindən məlumatı yoxdur. İzahatı alınmış X15 bildirmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində ailə şirkətləri olan "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Ömər Kartal və Cavabdeh 3-4 ildir ki, tanıyırdı. Onlar birgə iş görüb, gəlir əldə edirdilər. Onların hansı səviyyədə ortaqlıq etmələrindən onun məlumatı olmamışdır. Yalnız təxmin edir ki, “Covid-19” pandemiyası zamanı onların arasında yaranmış maddi ziyanla bağlı Ömər Kartal ziyanın bir hissəsini Telmanın üzərinə yıxmaq istəmiş və ondan pul tələb etmişdir. Onların uzun müddətdə əvvəllər birlikdə iş görüb şərik olduqlarını eşitmişdir. Onların bir birinə nə borcları olduğundan nə qədər ziyan etdiklərindən onun məlumatı yoxdur. 2017-ci ildən 4-5 ay "xxxx" MMC-də dəri sexi işlətmişlər. Onun onlarla tanışlığı yalnız həmin vaxt olmuşdur. Onların heç bir yaxın münasibətləri olmamışdır. İzahatı alınmış X14 bildirmişdir ki, o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən X4 məxsus anbarı icarə əsasında işlədir və orada dəri istehsal etməklə məşğul olur. Ömər Kartal adlı şəxsin xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə daxil olmuş müraciəti ilə tanış olmuşdur. Bununla bağlı olaraq bildirir ki, öıiıer Kartal və Cavabdeh 3- 4 ildir ki, tanıyır. Onlar birgə dəri istehsalı işi görüb, gəlir əldə etmişlər. Onların hansı səviyyədə ortaqlıq etmələrindən onun məlumatı olmamışdır. Təxminən iki il əvvəl "Covid-19” pandemiyası zamanı onların işləri dayanmışdır. Buna görə də onlar istehsal etdikləri dəri paletlərini onun Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən sexinə gətirib, anbar kimi istifadə etmişlər. Həmin dərilər 4 kateqoriyadan (A, B, C, D) ibarət olmuşdur. Ömər özü pandemiya ilə bağlı İran və Türkiyə respublikasında olsa da ona zəng edib, yüksək sortu olan dərilərini təxminən 60 faizini ona satmış, sonradan Azərbaycana gəldikdə ondan həmin satdığı dərilərin 28000-30000 dollar məbləğini nağd şəkildə almışdır. Telman isə hərdən anbara gəlib, aşağı sort olan təxminən 12-13 palet dəriləri götürüb, başqa yerə aparmışdır. Onların həmin vaxt dəri istehsalı zamanı maddi ziyan etdiklərindən və Telmanın şəriki Ömər Kartala borcu yaranmasından heç bir məlumatı yoxdur. X20 şəriki Cavabdeh barədə müxtəlif orqanlara şikayət etdiyini eşitmişdir. O, Ömər Kartala şəriki Cavabdeh tərəfindən bu qədər maddi ziyan vurulmasına inanmır. Sadəcə onlar dərini alan zaman baha almış, “Covid 19” pandemiyası zamanı qiyməti 60 fazidən aşağı düşdüyü üçün onlara ziyan dəymişdir. Bundan başqa onların heç bir işindən xəbəri yoxdur. Beləliklə, məhkəmə həm ilk iddianın, həm də qarşılıqlı iddianın dəlillərini araşdıran zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı Kartal Ömər bildirir ki, o, Cavabdeh 17.500 ABŞ dolları borc pul və 76.000 ABŞ dolları dəyərində mal vermiş, ilk cavabdeh həmin pulu qaytarmamış və həmçinin malı sataraq pulunu iddiaçıya verməmişdir. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh də qarşılıqlı cavabdehin 50.535 ABŞ dolları borcunu ödədiyini və 48.000 ABŞ dolları pulu cavabdehə borc verdiyini bildirir. Göründüyü kimi, həm ilk iddianın, həm də qarşılıqlı iddianın dəlilləri ondan ibarətdir ki, ilk iddiaçı və qarşılıqlı iddiaçı bir-birilərini əsassız varlandırıblar. Məhkəmə hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının, üzərinə düşür. Məhz həm ilk iddiaçı, həm də qarşılıqlı iddiaçı iddia etdikləri kimi bir-birilərinə borc pul verdiklərini və həmin borcu qaytarmadıqlarını sübuta yetirməlidirlər. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaçının dəlilləri məhkəmə araşdırılması zamanı tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, hər iki iddia tələblərinin hüquqi əsası müəyyən edilmir, iddia ərizələrində göstərilənlər yalnız onların dediklərindən ibarətdir. Həmçinin verilmiş dəlillərin mötəbərliyi məhkəmə araşdırılması zamanı müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarda da, tərəflər ilkin və qarşılıqlı iddia ərizələrində göstərdiklərinə uyğun izahatlar vermişdir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçılar dəri məmulatlarının birgə alqı-satqısının həyata keçirilməsi nəticəsində bir-birinə məxsus olan pul vəsaitini götürüb geri qaytarmadıqlarını təsdiq edən, o cümlədən aralarındakı mübahisəli halla bağlı danışıqlarda iştirakçı olan şahidlərin olduğunu bildirsələr də, həmin iştirakını təmin etməmişlər. Belə ki, qeyd olunan mübahisənin əsl mahiyyətinin aydınlaşdırılması, tərəflərin mübahisədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmişdir. Habelə qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş əlyazmalardakı qeydlər qeyri-müəyyən olmaqla, hər hansı halın müəyyənləşdirilməsi üçün kifayətedici sübut olmamışdır. Bundan əlavə ilk iddiaçının qeyd etdiyi səs yazısındakı tərəflərin danışıqlarını əks etdirən audio disk məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, həmin yazılardakı danışıqlarda Cavabdeh ilk iddiaçı Kartal Ömərə borclu olması barədə etirafedici danışıqlarının əks olunduğu müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tədqiq edilən işin materialları ilə hazırkı iş üzrə nə ilk iddianın, nə də qarşılıqlı iddianın həqiqiliyi öz təsdiqini tapır. Odur ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ilk iddia tələbləri təmin edilmədiyindən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı “pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar