Məhkəmə qərarları › İş №2(005)-1306/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1306/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1306/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 30 000 (otuz min) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin may ayında Cavabdeh1 ilə bir qrup yerli və Türkiyə iş adamları arasında bir kommersiya əməliyyatı təşkil etmək və həyata keçirmək niyyəti ilə razılıq əldə edilmişdir. Bu kommersiya əməliyyatına görə böyük məbləğdə beynəlxalq bank köçürməsi təşkil olunmalı və bunun nəticəsində həmin şəxslər iri həcmli qazanc əldə etməli idilər. Həmin kommersiya əməliyyatı barədə bu şəxslər arasında yazılı saziş bağlanılır və imzalanır. Cavabdeh1 həmin kommersiya əməliyyatının əsas təşkilatçılarından biri kimi digər təşkilatçı Zeynalabdin Əsədov ilə birgə razılaşmanın əldə olunmasında və imzalanmasında iştirak edir. Bildirmək istəyir ki, bu razılaşmada mənim iştirakım olmamış, sazişi imzalamamışdır. Həmin vaxt kommersiya əməliyyatı iştirakçılarından yalnız qohumu olan Məhərrəmov Əlini tanıyırdı. Planlaşdırılmış bank əməliyyatının həyata keçirilməsi üçün razılaşmanın iştirakçıları tərəfindən 200 000 ABŞ dolları məbləğində vəsait qoyulmalı idi. Cavabdeh1 isə pulu olmadığı üçün tələb olunan vəsaiti qoya bilmirdi. Bu zaman qohumum Əli Məhərrəmov vasitəsilə Cavabdeh1la tanış oldu. Cavabdeh1 ona pul qoyaraq bu əməliyyatda iştirak etməyini təklif etmiş, o, isə bu təklifi qəbul etməkdən imtina etdi. Qeyd edir ki, Əli Məhərrəmov da həmin kommersiya əməliyyatına pul qoymamağı məsləhət görmüşdür. O, bu məsləhətini kommersiya əməliyyatının şübhəli olması ilə izah etmişdir. Bu zaman Əli Məhərrəmovun atası Oqtay Məhərrəmov ona zəng vuraraq Cavabdeh1 yaxşı tanıdığını, etibar etdiyini və ona veriləcək vəsaitin qaytaracağından əmin olduğunu bildirmişdir. Bundan sonra o razılaşmış, Cavabdeh1 30 000 ABŞ dolları borc qismində vermişdir. Cavabdeh1 isə həmin pulu onun yanında digər cavabdeh X3 verdi. O, borc pulu bilavasitə Cavabdeh1 verdiyi üçün ondan tələb etdi ki, aralarında notarial qaydada müqavilə bağlansın. Bununla bağlı onunla Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli kredit müqaviləsi bağlandı. Müqaviləyə əsasən borc verən borc alanların mülkiyyətinə, əməli idarəçiliyinə - 200 000 (iki yüz min) ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ=1.0485) 209 700 manat məbləğində borc pul verir, borc alan - həmin pul məbləğini 21.05.2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, tərəflərin arzusu ilə 21.05.2015-ci il tarixədək qaytarıla bilər. Lakin Cavabdeh1 həmin məbləğin axrıncı qalığını - 21.05.2015-ci il tarixdən gec olmayaraq qaytarmalıdır. Yuxarıda qeyd etdiyi kimi, o, Cavabdeh1 30 min ABŞ dolları borc versə də o, məbləği 200 min ABŞ dolları göstərmişdir. Daha sonra o, aldadıldığını başa düşdüyü üçün məhkəmədə borcun qaytarılması barədə iddia qaldırdı. İddiasına məhkəmədə baxılarkən Cavabdeh1 da ona qarşı kredit müqaviləsinin ləğvi tələbinə dair iddia qaldırdı və bununla əlaqədar onun borc tələbinə dair iddiasının baxılması dayandırıldı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş No 2(011 )-4814/19) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək iddiaçı Mahmudov Ara/ Ucal oğlu ilə cavabdeh İddiaçı arasında bağlanmış 20 may 2015-ci il tarixli 3-M-4/1İ36 savlı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş No 2(103)-2264/19) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 20 may 2015-ci il tarixli 3-M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. Cavabdeh İddiaçı kassasıya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X10 ibarət tərkibdə) 18 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bu məhkəmə iclası başa çatdıqdan sonra vəkili ərizə ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, borc tələbin dair iş üzrə icraatın təzələnməsini xahiş etdi. Onların məqsədi o idi ki, məhkəmədə iddianın əsasını və məbləğini dəyişək. Lakin Nərimanov rayon məhkəməsi onu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədən, onun iştirakını təmin etmədən 19.10.2020ci il tarixli qətnamə ilə mənim iddiamı rədd etmişdir. Hazırda o, yenidən iddia ilə məhkəməyə müraciət edir və bildirir ki, yeni iddia əvvəlki iddia ilə eyni deyil, o, əvvəlcə aralarında bağlanmış müqavilə əsasında pulun qaytarılmasını tələb etdiyi halda, hazırki iddiasında cavabdehlərə əlbəəl verdiyi 30 min ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş edir. Qeyd edir ki, 30 min ABŞ dolları məbləğində pul verməyi indiyədək aralarında olan məhkəmə çəkişmələri zamanı çıxarılmış məhkəmə aktları ilə tam təsdiq olunur. Belə ki, Araz Mahmudov özü kredit müqaviləsinin ləğv olunmasına dair iddia ərizəsində də göstərmişdir ki, mən 30 min ABŞ dolları məbləğində pul vermiş, lakin, o, həmin pulu özünün aldığını deyil, X2 aldığını göstərmişdir. Ona görə də o, hazırki iddiasında onların hər ikisini cavabdeh qismində göstərmişdir. Bir daha qeyd edir ki, 30 min ABŞ dolları məbləğində pulu o, Araza verdi, Araz isə onun yanında Zeynalabdinə verdi. Hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərərk qaydada tutulub ona verilməlidir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada Cavabdeh1 50 000 (əlli min) ABŞ Dolları məbləğində pulun və 30(otuz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 öz yanlış niyyəti və hərəkətini digər cavabdeh İddiaçı ilə bir arada birləşdirib. İddiaçı Cavabdeh1 50 000 (əlli min) ABŞ Dolları alınmışdır, bu vəsaitin alınmasını cavabdehlər bir yerdə təşkil etmişdirlər və nəticə etibarilə birbaşa X5 pul vəsaitini ondan almışdır və cavabdehlər tərəfindən 20.05.2015-ci il tarixdə onunla “borc müqaviləsinin bağlanmasına nail olunmuşdur, lakin bu müqavilənin predmeti olan 200 000 (iki yüz. min) ABŞ Dolları pul vəsaiti iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməmişdir, bu fakt artıq daha öncə məhkəmə proseslərində öz təsdiqini tapmış və həmin əsassız müqavilə məhkəmə qaydasında ləğv edilmişdir. Belə ki, bu borc müqaviləsi bağlanmazdan öncə həmin gün, yəni 20.05.2015-ci il tarixdə Cavabdeh2 çalışdığı ofisdə yazılı Razılaşma imzalanıb təsdiq edilmişdir ki, "Ukraynanın Unicombankdan S W İ F T X8 göndərilir; X14 S9VİFT-İ almasına dair surət həm iddiaçı Cavabdeh1, həm də Türkiyə Bankasına veriləcək; daha sonra bank təminat məktubunun göndərilməsini sifarişini vermiş “xxxx" Şirkəti bu göndərişin alınmasını M) dəqiqə müddətində təsdiqləyəcəkdir; Həmən təsdiqdən sonra 1 saat ərzində nağd pul 250 000 (iki yüz əlli min) ABŞ X15 veriləcəkdir." Bu Razılaşmanın bağlanmasında cavabdehlər birgə hərəkət etmişlər, öz. aralarında vəkili Uluxan ilə planlaşdırılan məkrli qara plan üzrə X6 imza edərək, çıxış etmiş, İddiaçı isə həmin prosesdə əyani surətdə iştirak etmiş və Osədov Zeynalabdinin təkidi ilə mənim ilə digər cavabdeh İddiaçı arasında borc müqaviləsinin bağlanmasım tələb etmiş və bu Razılaşmanın bilməsinədək təminat olaraq borc müqaviləsinin bağlanması və bu Razılaşma icra olunduqdan sonra Borc müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. İlk öncə işin faktiki hallarını aşağıdakı ardıcıllıqla diqqətinizə təqdim edirəm. Belə ki, 2015-ci ilin aprel ayında çoxdan tanıdığı türk iş adamı X25 müraciət edib bildirib ki, onlara inşaat layihəsi üçün X17 verilməsi tələb olunur, onun Konsalting Şirkəti olduğunu, hüquq və maliyyə xidmətləri verdiyi barədə məlumatlı olduğu üçün X29 İnşaat Layihəsi üçün X17 verilməsində xidmət verilməsini xahiş etmişdir. Onun ofisinə ara-sıra gələn ki, Əli Məhərrəmov tanış şəxsdən X17 Azərbaycan Banklarından təqdim olunması və ya göndərilməsinin mümkün olubolmamasını dəqiqləşdirdi, az sonra X22 müəllimə məxsus Meqa Hüquq-Konsalting Şirkətinin ofisində cavabdeh X5 ilə Cavabdeh1 və İddiaçı tanış etdi. Özünü maliyyəçi kimi və "xxxx” ASC-nin əməkdaşı olduğunu qeyd edən Əsədov Zeynalabdin oğlu inşaat layihəsi üçün X8 10 mln ABŞ Dolları məbləğində X19 “xxxx"dan göndərə biləcəyini söylədi və bu xidmət üzrə bank komissiyanın 2.5% olmaqla, 250 000 (iki yüz əlli min) ABŞ Dolları təşkil etdiyini bildirdi, amma avans olaraq onlardan 80 000 (səksən min) ABŞ Dolları tələb etdi. Türk iş adamlarının üzərində 50 000 (əlli min) ABŞ dolları olduğunu, cavabdehin birmənalı 80 000 (səksən min) ABŞ Dolları tələb etdiyi zaman digər cavabdeh İddiaçı türk iş adamlarının X20 üzrə komissiyanın avansını tamamlamaq üçün 30 000 (otuz, min) ABŞ dollarını Cavabdeh2 ödədi, o isə öz tərəfindən 50 000 (əli min) ABŞ dollarını Cavabdeh2 ödədi, toplamda 80 000 (səksən min) ABŞ Dollar, məbləğində pul vəsaitini cavabdehin dostuna məxsus “Mega Hüquq Şirkətinin ofisində 20.05.2015-ci il tarixdə Cavabdeh2 onlardan aldı və İddiaçı baxmayaraq ki, 30 000 (otuz min) ABŞ Dolları məbləğində Cavabdeh2 vəsait ödəmişdir. İddiaçı Türk iş adamları tərəfindən ödənişin verilməyəcəyi təqdirdə, verdiyi 30 000 (otuz min) ABŞ Dolları məbləğini sığortalamaq düşüncəsini Cavabdeh2 "qalıq 170 000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində qalıq komissiyasını” sığortalamaq düşüncəsi ilə birləşdirib, Cavabdeh2 birbaşa tələbi və təkidi ilə İddiaçı Cavabdeh1 və İddiaçı arasında notarial qaydada təsdiq edilmiş formal “borc müqaviləsi”ni rəsmiləşdirdilər. Bu müqavilənin rəsmiləşdirilməsində İddiaçı öz maraq dairəsini digər Cavabdeh2 ilə birləşdirib. Cavabdeh Əsədov Zeynalabdinə toplam 80 000 (səksən min) ABŞ dolları məbləğində pulun verilməsinə səbəb olmuşdur. Bu prosesdə X29 və Əli Məhərrəmov onların şahidləri olmuşdur. Bağlanılmış borc müqaviləsi ilə əlaqədar onu bildirmək istəyir ki, X29 və onun türk iş adamlarını onu çoxdan tanıyır, çox yaxsı münasibətləri vardır və aidiyyatı bank tərəfindən bank qarantiyası qəbul ediləcəyi təqdirdə bankın komissiyasını türk iş adamlarının tam ödəyəcəyinə əmin olduğu üçün türk iş adamlarının qalıq borcunun ödəyəcəyi üçün bu müqaviləni imzalamışdı, yəni işin taktiki halları üzrə onu tərəfindən fiziki olaraq hər hansı bir məbləğ borc olaraq, götürülməmişdir, sadəcə əmin olduğu türk iş adamları dost və yoldaşlara münasibətdə müqavilə bağlanmışdır. Sonra məhkəmə proseslərində təqdim eldiyi mötəbər sübutlar və şahid ifadələri təsdiq etdi ki, bu əməliyyatda cavabdeh Əsədov Zeynalabdin öz üzərinə düşən öhdəliyi doğru-dürüst icra etməmişdir, bu səbəbdən türk iş adamlarının hər hansı ödəniş öhdəliyi yarana bilməzdi və pul tələbini özündə ehtiva edən qeyd olunan borc müqaviləsi məhkəmə qaydasında ləğv edilmişdir. X16 ilə əlaqə saxladıqda bildirildi ki, Ukraynanın “PrivatBank”ından gəlmiş olan bu qarantiya məktubu şübhəli görünür, bu səbəbdən bu məktub X16 tərəfindən qəbul edilməmişdir. Bu faktı “xxxx” ASC ilə dəqiqləşdirdikdə və araşdırdıqda ümumiyyətlə qeyd olundu ki. Cavabdeh Zeynalabdin Əsədov bankın əməkdaşı deyil, onu tanımadılar və 20.05.2015-ci il tarixində “xxxx” ASC-dən hər hansı bir xaricə swift ilə X20 göndərilməmişdir. Nəticədə Cavabdeh Zeynalabdin Əsədova digər cavadeh İddiaçı dəstəyi ilə ondan 50 000 (əlli min) ABŞ Dolları pul vəsaitini götürərək, hər hansı bir bank qarantiyasının göndərilməsini təşkil etməmişdir. Belə ki, yuxarıda qeyd olunan X21 baş tutmamışdır, Həmin X21 əhəmiyyətsiz əqddir. Bu Saziş çərçivəsində İddiaçı Cavabdeh1 tərəfindən verilmiş 50 000 (əlli min) ABŞ Dolları məbləğində pul vəsaiti Cavabdehlər İddiaçı və X5 tərəfindən ona geri qaytarılmalıdır. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizələri ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X7 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, ilkin iddia tələbini müdafiə etdiyini bildirdi, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında yazılı etiraz təqdim edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 14.01.2021-ci il tarixli iddia ərizəsi üzrə pul tələbinin hər hansı bir hüquqi əsasları mövcud deyildir, ona qarşı pul tələbinin hər hansı sübutları yoxdur, daha öncə məhkəmə icraatında ona qarşı pul tələbi irəli sürüldüyü və daha öncə məhkəmə icraatı zamanı onun iddiaçıdan nə borc pul qismində, nədə hər hansı başqa səbəblə pul məbləğini almadığı üçün məhkəmə iddiaçının tələbini rədd etmiş, buna dair 19.10.2020-ci il tarixli, 2(005)-13/2020 saylı qətnamə qəbul etmişdir. Bu səbəbdən iddiaçının ona qarşı pul tələbi üzrə iş üzrə icraat rədd edilərək, işə xitam verilməlidir. Belə ki, iddia ərizəsində qeyd olunanlar təhrif olunmuş şəkildə məhkəməyə təqdim edilmişdir. O, Türkiyə iş adamlarını təmsil edirdi və onların adından da zərərverən X3 50 000 (əlli min) ABŞ dolları pul vəsaiti vermişdir. İddiaçı səmimi, doğru mövqe tutmadığı üçün bu məqam barəsində ümumiyyətlə iddia tələbində hər hansı qeyd yoxdur. Bu səbəbdən də o, qeyd olunduğu kimi "kommersiya əməliyyatının təşkilatçısı deyil, sadəcə bir neçə şəxsdən sadəcə biri olmuşdur. Bu daha çox maliyyə əməliyyatı olmuşdur və bu "işi" X5 təşkil etmişdir. O, isə birbaşa bu şəxsi tanımamışdır. Bu şəxsi İddiaçı qohumu olan Məhərrəmov Əli tərəfindən hər kəs kimi eyni vaxtda tanımışlar. Maliyyə əməliyyatının həyata keçirilməsi üçün müqavilənin şərtləri vəkili Elxan adlı şəxsin ofisində həyata keçirilmiş və bu çirkli əməliyyatda iddiaçı da birbaşa iştirak etmişdir. Bu səbəbdən həmin əməliyyatın əsas təşkilatçılarından biri olaraq İddiaçı olmasına baxmayaraq, tam əksinə onun üzərində bu məsuliyyəti yanılış olaraq görürlər. Bu sazişi imzalamamasını qeyd etməklə, iştirakının olmadığını qeyd etmşdir, amma hər bir görüşdə və razılaşmanın imzalanmasında əyani surətdə iştirak etmişdir və deyir ki, bu şəkildə özünün guya "iştirakının" olmaması Əsədov Zeynalabdin, "Elxan" adlı vəkil və İddiaçı qabaqcadan planladığı qara fikirli beyin məhsulunun nəticəsi idi. İddia Ərizəsində yanlış olaraq onun vəsait qoyuluşu barədə təklifə istinad edilir, o iddiaçını daha öncə tanımadığı üçün ona təklifi də verə bilməzdi. Sadəcə bu təklif onun ofisində qohumu Məhərrəmov Əli tərəfindən iddiaçıya təklif edilmişdir. Sonuncu isə doğru olaraq qeyd edir ki, bu təklif ilə razılaşmamışdır. Sonradan iddiaçı Məhərrəmov Əlinin atası Məhərrəmov Oqtayın iddiaçıya birbaşa təkidli çıxışı nəticəsində iddiaçı məhz Məhərrəmov Oqtaya görə pul vəsaitini gətirib, birbaşa Əsədov Zeynalabdinə təqdim etmişdir. O, hər hansı borc qismində 1 manat olsun pul vəsaiti verilməmişdir. Bu iddia ərizəsində iddiaçının həmin vəsaitin Əsədov Zeynalabdinə çatması qeyd olunsa da, guya onun vasitəsi ilə çatdırılmışdır kimi məlumatın təqdim edilməsi həqiqətin təhrif edilməsidir. Xətai rayon Məhkəməsində məhkəmə icraatı zamanı da şahidləri Məhərrəmov Əli də bu barədə təsdiq vermişdir ki, onun iştirakı ilə təqdim edilmiş pul vəsaitini iddiaçı birbaşa Əsədov Zeynalabdinə təqdim etmişdir və bu barədə Xətai Rayon məhkəməsinin 05.07.2019-cu il tarixdə 2(011)-4814/2019-cu il tarixli qəbul edilmiş qətnaməsində qeyd edilmişdir. Bu kimi dəlillər bir daha sübut edir ki, iddiaçının mövqeyi qərəzlidir, hər bir vəchlə öz məsuliyyəti çərçivəsində, öz riski hesabına düşdüyü zərər məbləğinin faktiki hallarını təhrif etməklə, yalan dolu ifadələr iddia ərizəsində qeyd edilmişdir. Növbəti yalan iddia ərizəsində qeyd edilir ki, "Nərimanov rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməməsi"nin qeyd edilməsidir. 19.10.2020-ci il tarixdə məhkəmə iclas katibinə birbaşa iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən zəng edilərək, heç bir səbəb olmadan məhkəmə iclasına gələ bilmədiyi barədə məlumat vermişdir və bu barədə də tərəfin məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olması məhkəmə qətnaməsində öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı iddia ərizəsini yeni iddia olaraq, məhkəmə mühakiməsinin diqqətinə çatdırmasına baxmayaraq, eyni predmet və eyni əsaslar üzrə onunla İddiaçı arasında eyni tərəf üzrə məhkəmə icraatı tamamlanmışdır. İddiaçı ona qarşı "pul tələbi" iddiası əsassız olduğu, tərəfindən təqdim etdiyi sübutlar mötəbər olduğu üçün iddiaçının ona qarşı pul tələbi rədd edilmişdir. Nərimanov rayon məhkəməsində 19.10.2020-ci il tarixdə, 2(005) 13/2020 saylı qətnamə qəbul edilmişdir. Onların hətta məhkəmə instansiyası da eynidir. Digər cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4814/2019 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borc müqaviləsinin ləğv edilməsi tələbinə” dair iddiası təmin edilməsi və iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Bağlanmış 20 may 2015-ci il tarixli 3-M-4/1136 saylı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12264/2019 saylı, 08.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-4814/2019 saylı mülki iş üzrə qəbul etdiyi 05 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-940/2020 saylı, 18.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12264/2019 saylı, 08.10.2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 20.05.2015-ci ildə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ona vurulmuş 50000 ABŞ dolları məbləğində maddi zərərin İddiaçı və X1 tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1070/2018 saylı, 26.04.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı 20.05.2015-ci ildə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi, ona vurulmuş 50000 ABŞ dolları məbləğində maddi zərərin İddiaçı və X1 tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli, 2(102)-8354/2018 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin məhkəmə sorğusuna 12.04.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş Nərimanov RPİ-nin 10.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, 2015-ci ilin may ayında Cavabdeh1 ilə bir qrup yerli və Türkiyə iş adamları arasında bir kommersiya əməliyyatı təşkil etmək və həyata keçirmək niyyəti ilə razılıq əldə edilmişdir. Planlaşdırılmış bank əməliyyatının həyata keçirilməsi üçün razılaşmanın iştirakçıları tərəfindən 200 000 ABŞ dolları məbləğində vəsait qoyulmalı idi. Bununla bağlı ilkin iddiaçı ilə Cavabdeh1 arasında 20 may 2015-ci il tarixli kredit müqaviləsi bağlandı. Müqaviləyə əsasən borc verən borc alanların mülkiyyətinə, əməli idarəçiliyinə - 200 000 (iki yüz min) ABŞ dolları məbləğində borc pul verməyi öhdəsinə götürmüşdür. Tərərflər arşında bağlanmış müqavilə üzrə 30 min ABŞ dolları borc verilsə də həmin məbləğ 200 min ABŞ dolları göstərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-4814/19) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "borc müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış 20 may 2015-ci il tarixli 3-M-4/1136 savlı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-2264/19) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı Oləsgər oğlu arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 20 may 2015-ci il tarixli 3-M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X11 ibarət tərkibdə) 18 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsi üzrə 200 000 ABŞ dolları məbləğində pulun onun xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Hazırda o, yenidən iddia ilə məhkəməyə müraciət edir və bildirir ki, yeni iddia əvvəlki iddia ilə eyni deyil, o, əvvəlcə aralarında bağlanmış müqavilə əsasında pulun qaytarılmasını tələb etdiyi halda, hazırki iddiasında cavabdehlərə əlbəəl verdiyi 30 min ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək, eyni predmet və eyni əsaslar üzrə eyni tərəf üzrə yenidən iddia qaldırıldığına görə mülki işin icraatına xitam verilməli olduğunu bildirir. Eyni zamanda Cavabdeh1 oğlu qarşılıqlı iddia ilə müraciət edərək bildirir ki, 2015-ci ilin aprel ayında çoxdan tanıdığı türk iş adamı X25 müraciət edib bildirib ki, onlara inşaat layihəsi üçün X17 verilməsi tələb olunur, onun Konsalting Şirkəti olduğunu, hüquq və maliyyə xidmətləri verdiyi barədə məlumatlı olduğu üçün X29 İnşaat Layihəsi üçün X17 verilməsində xidmət verilməsini xahiş etmişdir. Özünü maliyyəçi kimi və "xxxx” ASC-nin əməkdaşı olduğunu qeyd edən Əsədov Zeynalabdin oğlu inşaat layihəsi üçün X8 10 mln ABŞ Dolları məbləğində X19 “xxxx"dan göndərə biləcəyini söyləmiş və bu xidmət üzrə bank komissiyanın 2.5% olmaqla, 250 000 (iki yüz əlli min) ABŞ dolları təşkil etdiyini bildirmiş, amma avans olaraq onlardan 80 000 (səksən min) ABŞ dolları tələb etmişdir. Türk iş adamlarının üzərində 50 000 (əlli min) ABŞ dolları olduğunu, cavabdehin birmənalı 80 000 (səksən min) ABŞ dolları tələb etdiyi zaman digər cavabdeh İddiaçı türk iş adamlarının X20 üzrə komissiyanın avansını tamamlamaq üçün 30 000 (otuz, min) ABŞ dollarını Cavabdeh2 ödəmişdir, o isə öz tərəfindən 50 000 (əli min) ABŞ dollarını Cavabdeh2 ödəmiş, toplamda 80 000 (səksən min) ABŞ dollar məbləğində pul vəsaitini cavabdehin dostuna məxsus “Mega Hüquq Şirkətinin ofisində 20.05.2015-ci il tarixdə Cavabdeh2 onlardan almışdır və İddiaçı baxmayaraq ki, 30 000 (otuz min) ABŞ dolları məbləğində Cavabdeh2 vəsait ödəmişdir. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X1 müştərək qaydada Cavabdeh1 50 000 (əlli min) ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilkin iddia münasibətdə qeyd edir ki, ilkin iddiaçı 2015-ci ilin may ayında Cavabdeh1 30 000 ABŞ dolları məbləğində pul vəsaitini verdiyini, onun isə öz növbəsində həmin pulu iddiaçının yanında digər Cavabdeh2 verdiyini bildirsə də, mülki işdə olan sübutlarla, eyni zamanda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verilmiş izahatından təsdiq edilir ki, İddiaçı tərəfindən faktiki olaraq cəmi 30 000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh X3 verilmişdir. Belə ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi ifadədən görünür ki, “...Müqavilə bağlanandan sonra 50 000 ABŞ dollarını Araz, 30 000 ABŞ dollarını da mən Zeynalabdinə verdik. Zeynalabdin həmin pulu götürüb getdi.” Digər tərəfdən İddiaçı nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında Cavabdeh1 Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi “20 may 2015-ci il tarixdə Elxan Cəfərova məxsus ofisdə onun da iştirakı ilə 80 000 ABŞ dolları pulu Zeynalabdinə verdim” ifadəsinə istinad edərək bildirirlər ki, Cavabdeh1 özü etiraf edib ki, həmin mübahisəli məbləği iddiaçıdan almışdır. Lakin mülki iş materiallarından, habelə iddiaçının öz ifadələrindən görünür ki, İddiaçı digər Cavabdeh2 onlar üçün bank əməliyyatının təşkili, həmin ortaq işin nəticəsində qazanc əldə etməsi üçün ilkin olaraq lazım olan 80 000 ABŞ dolları məbləğində pulun çatışmayan 30 000 ABŞ dollarını vermişdir. Bu fakt tərəflərin bundan əvvəlki məhkəmə mübahisələri zamanı tam təsdiqini tapmışdır. Belə ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4814/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “Məhkəmə hesab edir ki, 20 may 2015-ci il tarixdə İddiaçı ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış borc müqaviləsində müqavilənin predmeti kimi borc verən tərəfindən borc alana 200000 (iki yüz min) ABŞ dolları pul vəsaitinin borca verilməsi, borc alanın isə həmin pul məbləğini 21.05.2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürməsi razılaşdırılsa da, mülki işdə olan sübutlarla, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi Ələsgər Qasımzadənin məhkəmə iclasında verdiyi izahatı, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verilmiş İddiaçı, X2 izahatından, habelə şahid qismində məhkəmə iclasında ifadə vermiş X12 ifadəsi ilə təsdiq edilir ki, İddiaçı tərəfindən faktiki olaraq cəmi 30 000 ABŞ dolları məbləğində pul vəsaiti X3 verilmişdir.” Göründüyü kimi, tərəflər arasında qeyd edilən məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktı ilə, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, ilk İddiaçı tərəfindən faktiki olaraq cəmi 30 000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh X3 verilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəhs edilən qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmuşdur, lakin həmin qətnamə ilə müəyyən edilmiş işin faktiki halları mübahisəsizdir. Bu baxımdan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır və ilkin iddia üzrə cavabdeh X1 30 000 ABŞ dolları pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasında istinad etdiyi dəlillərdən, izahatlardan görünür ki, cavabdehlərdən tələb etdiyi 50 000 ABŞ dolları məbləğində pul ona məxsus deyildir, onun həmin məbləğdə pul vəsaitini cavabdehlərdən tələb etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, hazırda qarşılıqlı iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb edir. Məhkəmə hesab edir ki, əmlakın qanunsuz sahiblikdən tələb edilməsi üçün əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Bu baxımdan mübahisəyə yanaşdıqda qeyd edilməlidir ki, Cavabdeh1 qarşılıqlı iddiasında bildirir ki, “... 2015-ci ilin aprel ayında çoxdan tanıdığım türk iş adamı X29 mənə müraciət edib bildirib ki, onlara inşaat layihəsi üçün X17 verilməsi tələb olunur, mənim Konsalting Şirkəti olduğunu, hüquq və maliyyə xidmətləri verdiyi barədə məlumatlı olduğu üçün X29 İnşaat Layihəsi üçün X17 verilməsində xidmət verilməsini xahiş etmişdir..... cavabdeh X5 ....bizdən 80 000 (səksən min) ABŞ dolları tələb etdi.... Türk iş adamlarının üzərində 50 000 (əlli min) ABŞ dolları olduğundan... cavabdeh İddiaçı türk iş adamlarının X20 üzrə komissiyanın avansını tamamlamaq üçün 30 000 (otuz, min) ABŞ dollarını Cavabdeh2 ödədi”, “İddiaçı Türk iş adamları tərəfindən ödənişin verilməyəcəyi təqdirdə”, “bank qarantiyası qəbul ediləcəyi təqdirdə bankın komissiyasını türk iş adamlarının tam ödəyəcəyinə əmin olduğum üçün türk iş adamlarının qalıq borcunun ödəyəcəyi üçün bu müqaviləni imzalamışdım”. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X1 50 000 (əlli min) ABŞ dolları məbləğində pulun tələb edilməsi üçün subyektiv hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından təmin edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh X1 30 000 ABŞ dolları pul tutularaq İddiaçı xeyrinə ödənilməli, ilkin iddia qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X1 30 000 ABŞ dolları pul ödəniş günü manata məzənnə ilə manatla tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar