Məhkəmə qərarları › İş №2(005)-1312/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1312/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1312/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair (Açar sözlər: pul tələbi; iddia müddəti) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 8700(səkkiz min dörd yüz) manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1.680 (bir min altı yüz səksən) manat məbləğində pulun və dəymiş mənəvi zərərin əvəzi qismindən 2000 (iki min) manat pulun,ümumillikdə 12.080 (on iki min səksən) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bildirdirir ki, fiziki qüsurludur, birinci qrup gözdən əlildir, Cavabdeh1 təxminən 40 ildir ki, tanıyır, Bəybala da onun kimi fiziki qüsurludur, onunla münasibətləri çox yaxşı olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Cavabdeh1 ondan müxtəlif vaxtlarda, müxtəlif yerlərdə özünə iş qurmaq adı ilə 4700 manat borca pul almışdır. xx.xx.2021 -ci il tarixdə Bəybala oğlu Nihadla birlikdə yaşadığı ünvan 1 ünvanına gələrək hazırladığı lahiyənin yekunlaşması, lakin, bəzi əksiklərinin olması səbəbindən ondan əlavə 4000 manat pul istəmişdir. Hətta bildirmişdir ki, gələcəkdə lahiyədən əldə olunacaq gəlirdən ona da pay verəcəkdir. Onların sözünə görə həmin pulu, ümumillikdə 8700 manat pulu xx.xx.2021-ci il tarixdə qaytaracaqdır. Lakin, bu günə kimi qaytarmaqdan imtina etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki qüsurlu, birinci qrup gözdən əlildir. İddiaçı Məmməd qızına borcu yoxdur. Ondan iddia tələbində göstərilən 4000 və 4700 manat məbləğində borc almamışdır. İddia tələbində olan məbləğin alınması və xx.xx.2021ci il tarixində qaytarılacağını göstərməyi ilə bağlı qeyd edir ki, İddiaçı həqiqətən layihə üçün 4000 manat pul istəmişdir. Lakin İddiaçı ona borc verməmişdir. Həmin vaxt İddiaçı borc vermək üçün pulunun olmadığını, lakin bir şərtlə pulu əmisi oğlundan və qardaşından alıb ona verilə biləcəyini demişdir. İddiaçının şərti isə ondan ibarət olmuşdur ki, 2018-ci ildə tanışı Cəlilabad rayon sakini X2 verdiyi 2000 manat pulu hal-hazırki faizi ilə 4700 manat pulu ala bilmədiyindən,həmin pulun ödənilməsini öz üzərinə götürməyini həmin yazılı şəkildə istəmişdir. O isə 4000 manatı verəcəyi halda bu şərtlə razılaşacağını bildirmişdir. Bundan sonra İddiaçı bildirmişdir ki, 4000 manat vəsaiti ona verməsi üçün əmisi oğlu Vüqar Abdullayevdən və onun qardaşı Abdullayev Vüsaldan pulu almaq üçün onlara pulu kimə və nə məqsədlə verəcəyi barədə imzalı təsdiq olunmuş şəkildə kağız göstərməlidir. Ona görə də 4700 və 4000 manat məbləğində pulu guya təhvil aldığını yazmağını istəmişdir ki, o da həmin ərizəni əmisi oğluna və qardaşına göstərərək 4000 manat pulu alıb cavabdehə verə bilsin. Cavabdeh isə iddiaçının sözünə inanaraq,onun istəyi ilə həmin kağızı imzalamışdır. Kağızı imzaladıqdan sonra İddiaçı ona heç bir məbləğdə pul verməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X1 ifadəsi və digər ifadələr onun hər hansı məbləğdə pul almadığını təsdiq edir. Qərardan görünür ki, verilən ifadələri İddiaçı inkar etməmişdir, eyni zamanda səs yazılarında borcun ona aid olmadığı, 4000 manat ona pul vermədiyini və 4700 manat məbləğin isə Barat Cəfərova aid olması və cavabdehin dediklərinin həqiqət olduğu başa düşülür. Hazırda isə iddiaçı əsassız olaraq, cavabdehə heç bir məbləğdə pul vermədiyini halda aldadaraq imzaladığı sənədə əsasən ondan pul tələb etdiyini bildirmişdir. İddiaçı pul tələb etmək üçün müəyyən edilmiş iddia müddətindən üç ildən artıq müddət keçmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının iddia müddətinin bərpası barədə ərizəsi İddiaçı, onun vəkili Vəkil1 tərəfindən iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında cavabdeh bildirdi ki, iddiaçıdan aldığı borc məbləği müqavilədə göstərilən qədər deyildir, vaxt edək məbləğləri razılaşdıraq ödənişləri edim. Bu iddia müddətinin keçmədiyini, cavabdehin borc məbləğini qismən də olsa, qəbul etdiyini göstərir. Mülki Məcəllənin aşağıdakı maddəsinə əsasən: Maddə 382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddiaçı 1-ci qrup gözdən əlildir, tamamilə köməksiz vəziyyətdədir, öz hüquqlarını müdafiə etmək üçün sənədləri toplmaq, iddia ərizəsi hazırlamaq, məhkəməyə təqdim etmək imkanlarından məhrumdur, həmçinin müstəqil şəkildə hərəkət edib vəkil bürosuna belə gedə bilmir. Bu barədə tibbi sənədləri məhkəməyə təqdim etmişdir.Bundan başqa iddiaçı 2021-2022-ci illərdə sağ süd vəzisində yaranmış problemlə bağlı özünü çox pis hiss etmişdir. Vəziyyəti getdikcə pisləşən iddiaçını Azərbaycan Tibb Universitetinin Onkoloji Kilinikasına yerləşdirmişdirlər. xx.xx.2022-ci ildə iddiaçıya xərçəng diaqnozu qoyulmuşdur. İddiaçı 2 ay 18 gün müddətində klinikada stationar müalicəyə qəbul edilərək tibbi prosedurlara cəlb edilmişdir. Belə ki, iddiaçı klinikada diaqnostik və laborator müayinələrdən keçmişdir. xx.xx.2022-ci ildə döş əzələlərinin saxlanılması ilə sağtərəfli mastektomiya əməliyyatı olunmuşdur. Uzun sürən müalicə, prosedur və əməliyyatdan sonra nəhayət evə yazılmışdır. İddiaçı evə yazıldıqdan sonra demək olar ki, indiyədək adyuvant kimyəvi dərman müalicəsi (adyuvant kimyaterapiya) alır. Bu müalicə növü şişin cərrahi yolla çıxarılmasından sonra xəstənin orqanizmində qalmış mikroskopik (gözə görünməyən) xərçəng hüceyrələrini məhv etmək məqsədilə verilən dərman müalicəsidir. İddiaçı əsasən tabletlə və ya iynələrlə bu müalicəni almışdır, almaqda davam edir. İddiaçının keçirdiyi xəstəliyin tarixçəsi məhkəməyə təqdim edilən tibbi sənədlərlə tam təsdiqini tapmışdır. Qeyd edilən hallar iddiaçının iddia müddətini ötürməsinə səbəb olan müstəsna hallardır. Bu qədər ağır xəstəlik və ciddi prosedurlardan sonra iddiaçı öyrənmişdir ki, dövlət hesabına hüquqi yardım alıb məhkəməyə müraciət edə bilər. Ona görə də 16 oktyabr 2024-cü il tarixdə iddiaçı dövlət hesabına hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. “Femida” Vəkil Bürosu isə İddiaçı cavabdehə qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq və məhkəmədə təmsil olunması üçün dövlət hesabına hüquqi yardımın göstərilməsi barədə qərardad qəbul edilməsi məqsədilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 16(005)-404/2024 saylı qərardadı ilə iddiaçıya dövlət hesabına hüquqi yardım göstərilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı büroya xx.xx.2024-cü ildə daxil olmuş, həmin güm büro tərəfindən iddiaçının vəkilinə order verilmişdir.İddiaçının vəkili sənədlər hazırlandıqdan sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. İddia müddəti borc müqaviləsindəki göstərilmiş xx.xx.2021-cü ildən hesablanarsa, iddia müddəti xx.xx.2024-cü ildə bitir. Bundan sonra iddiaçı 3 ay tamam olmamış hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. Cavabdeh 2022-ci ildə iddiaçıya söz verib ki, borcunu ödəyəcək. Lakin sözünün üstündə durmamış, ödəniş etməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin bərpası barədə ərizəyə etirazı Daha sonra cavabdeh iddia müddətinin bərpa edilməsinə dair etiraz ərizəsi məhkəməyə təqdim etmiş, bildirilmişdir ki, Vəkil ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh borc məbləğini məhkəmədə qismən qəbul etmiş, iddiaçı xərçəng xəstəliyi olmuş, məhkəməyə müraciət etmək imkanından məhrum olmuş və göstərilən səbəblər iddia müddətinin son 3 ayında baş verdiyindən iddia müddəti bərpa olunmalıdır. Qeyd edir ki, cavabdeh belə bir ifadə məhkəmədə verməmişdir, iddiaçı məhkəmədə borc götürmədiyini bildirmişdir. İddiaçının cavabdehin ifadəsinin əksini qeyd etdiyi qismən borcun qəbul edilməsinin iddia müddətinin keçməməsi kimi qiymətləndirməsinin də də iddia müddətinin bərpası üçün əsas deyildir. İddiaçının sosial həyat sürməsi, qazanc əldə etməsi ilə bağlı aktiv həyat sürərək müxtəlif şəxslərə borc verməsi ilə tanımır, ən azından iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”la, iddiaçının polis idarasinə şikayət etməsi, hüquqlarını həyata keçirməsi üçün hərəkətlər etməsi, orada izahatlar verməsi iddiaçının tamamilə köməksiz vəziyyətdə olmamasını, öz hüquqlarını müdafiə edə bilməsi imkanında olmasını təsdiq edir. İddiaçın xəstə olması ilə bağlı cavabdeh qeyd edir ki, ərizədən və iş materiallarına əlavə edilən tibbi sənədlərdən götünür ki, iddiaçının xərçəng diaqnozu 2022-ci ilin yanvar ayında qoyulub və xəstəxana şəratində 2 ay 18 gün müalicə olunmuş və xx.xx.2022-ci ildə isə əmliyyat olmuşdur, müəyyən müddətdən sonra evə buraxılmışdır. İddiaçı xəstəliyi ilə bağlı xəstəxanada müalicə alması və əməliyyat olması dövrü 2022-ci ili əhatə edir. 2022-ci ildən sonra iddiaçı hüquqlarını həyata keçirmək imkanında olmuşdur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı polisə şikayət etməsi, orada izahat verməsi 2023-cü ilin mart ayında olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında baş verdikdə üzrlü sayıla bilər. Ərizədə iddia müddətinin ötürülməsi səbəbini göstərən xəstəlik iddia müddətinin son altı ayında deyil, son 24 aydından artıq müddətdə baş vermişdir, həmin müddətdə iddiaçının xəstəliyi davam etsə də, hüquqlarını həyata keçirməl imkanında olmuşdur. Cavabdeh 2022-ci ildə borcunu ödəyəcəyinə söz verməmişdir. İddiaçı heç bir vaxt borcunun olduğunu bildirməmiş və onu ödəyəcəyinə söz veməmişdir. İddiaçı hər dəfə cavabdehin ona pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. A.Xatirə öz izahatında bildirdi ki, cavabdehlər ona çox yalan vədlər veriblər. Cavabdeh1 həmişə onun evinə gedib-gələn adam olub, aralarında etibarlı münasibətlər olub. Lakin onlar iddiaçının xoş niyyətindən, ürəyiaçıqlığından sui-istifadə ediblər. Pulu bugün-sabah qaytarmaları barədə vəd vermiş, lakin vədinə əməl etməmişdir. Özündə əlillikdən başqa, onkoloji xəstəlik də var. Heç vaxt sələmə pul verməyib. Cavabdehin dedikləri yalandır. Barat adlı şəxdi tanımayıb, pulu cavabdehə görə verib. Cavabdehin dələduzluqla bağlı məhkumluğu da var. Əvvəllər bir neçə dəfə onu aldatmaq istəyib, onun adına kredit götürmək istəyib. Cavabdeh guya borcunu qaytarmaq üçün bank kartını iddiaçıya təhvil verib, lakin kartı bloklayaraq onun həmin kartdan pul çıxarmasına mane olub. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia ərizəsinə və buraxılmış müddətin bərpası barədə ərizəsinin məzmununa uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, iddiaçı əlildir. Bundan başqa ciddi onkoloji xəstəlikdən əziyyət çəkir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlər uzun müddət onu əmin etmişdirlər ki, pulu qaytaracaqlar. Bundan başqa iddiaçı polis orqanlarına müraciət etmişdir, dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün ərizə ilə məhkəmyə müraciət etmişdir. Buna görə də müddəti ötürməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinə və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, tələblə razı deyil. Cavabdeh iddiaçını uzun illərdir tanıyır, hər ikisi gözdən əlildir, eni internat məktəbsə təhsil alıblar. Cavabdeh müxtəlif layihələr hazırlayır. Hazırladığı ən son layihə COP-29 tədbirləri ilə əlaqədar olub. Mübahisələndirilən pul məbləğlərinin iddiaçı tərəfindən, guya ki, verildiyi vaxt da bir layihə üzərində işləyirdi. Layihə demək olar ki, hazır idi, yalnız iqtisadi əsaslandırılması barədə hissə işlənməmişdi. Layihənin ərsəyə gəlməsi üçün pula ehtiyac var idi. İddiaçını əvvəldən tanıdığı üçün ona müraciət etdi. İddiaçı isə pulu əmisi oğlu Vüqar Abdullayevdən alacağını və buna görə əl yazısını ona göstərməli olduğunu bildirib. Cavabdehin tanışı Barata iddiaçı bu hadisələrən xeyli əvvəl 2000 manat vermişdi. Daha sonra bu məbləğin üstünə 2700 manat faiz olaraq yığılmışdı. İddiaçı ona şərt kəsdi ki, həm Barata verdiyi pulu, ona hesablanmış faiz borcunu, həm də verəcək olduğu 4000 manat pul iltizamda qeyd edilməlidir. Cavabdeh də razılaşdı. Lakin sonra pul verilmədi. Cavabdeh iddiaçıya əlyazını qaytarmalı olduğunu bildirdikdə, iddiaçı ona əvvəl Barata verdiyi pulu və ona hesalanmış faizi ödəməsini, əks təqdirdə iltizamı qaytarmayacağını bildirdi. Cavabdeh iltizamdan nə 4000, nə də əvvəlki 2000 manat pulu almayıb. Baratı iddiaçı ilə cavabdeh tanış etdiyi üçün, iddiaçıya təklif etdi ki, otursunlar, 2000 manat pulun nə şərtlərlə qaytarılacağını müzakirə etsinlər. Çünki həqiqətən də iddiaçı Baratı tanımamış, cavabdehə görə ona pul vermişdi. Lakin iddiaçı razılaşmamışdır. Ümumilikdə isə iddiaçıdan əvvəl aldığı xırda borclar olub. İddiaçıya ən çoxu təqribən 160 manat borcu var. Bank kartını iddiaçıya verməyib, kart təsadüfən cibindən düşüb, iddiaçı isə kartı qaytarmaqdan imtina etdiyi üçün cavabdeh kartı bloklayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 etiraz ərizəsinə və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, tələblə razı deyil, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən iddia müddəti heç bir üzrlü hal olmadan buraılmışdı. Cinyət işinin rədd edilməsi barədə qərardan da görünür ki, iddiaçının əlində cavadehə tələdə göstərilən pul məbləğinin verilməsi ilə bağlı iltizamdan başqa heç bir sübut yoxdur. O iltizam imzalanarkən cavabdehə hər hansı pul məbləği verilməmişdi. Ondan əvvəl verilən pul da cavabdehə deyil, Barat adlı şəxsə verilmiş pul və ona hesablanmış faizlərdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Şahid Sevtar oğlu izahatında bildirdi ki, tərəfləri tanıyır və “Gözdən Əlillər” Cəmiyyətinin üzvləridirlər. İddiaçı və cavabdeh arasında mübahisə barədə eşitdiyini, hadisələrin bilavasitə şahidi olmadığını bildirdi. Həmçinin qeyd etdi ki, əvvəllər iddiaçının xahişi ilə 2000 manat borcla bağlı Barata zəng edib, Barat isə həmin pulu iddiaçıdan alıb cavabdehə verdiyini, onun hər hansı borcunun olmadığını bildirib. İddiaçını sələmçi kimi tanımır, heç vaxt onun barəsində belə bir şey eşitməib. Sonrakı pul haqq-hesabı barədə ancaq iddiaçının sözlərindən xəbərdardır. Mülki işin materialları - 14 mart 2023-cü il tarixdə AR DİN Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, müxtəlif instansiyalara ünvanlanan ərizələri əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qərarda qeyd edilib ki, Cavabdeh1 təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd DVD diskdə Cavabdeh1 və İddiaçı arasında telefon danışıqlarının səs yazıları vardır. Səs yazılarında Cavabdeh1 İddiaçı imzaladığı borc kağızını istəyir, İddiaçı isə əvvəlki borclarını qaytardıqda həmin kağızı qaytaracağını bildirir. Cavabdeh1 onun deyil Baratın borcunun olmasını bildirdikdə X.Abdulayeva Baratı onun gətirməsini, Baratı tanımadığını, ona görə Barata pul verməsini qeyd edərək, pulu verdiyi Barat olmasını bildirdikdə İddiaçı Baratı tanımadığını, ona görə Barata pul verməsini qeyd edərək, pulu verdiyi təqdirdə həmin kağızı verəcəyini qeyd edir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında”14 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - İddiaçı və Cavabdeh1 arasında razılaşmaya əsasən görünür ki, Cavabdeh1 layihələrin hazırlanması məqsədi ilə əvvəllər İddiaçı 4700(dörd min yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə isə 4000 (dörd min) manat aldığını,vəsaitin isə xx.xx.2021-ci il tarixdə geri ödəniləcəyini qeyd edib. Tərəflər arasında bağlanmış razılaşma Cavabdeh1 və İddiaçı öz imzası ilə təsdiq etmişdir. - AR Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixndən çıxarış(epikriz) görünür ki, İddiaçı C-50.8 Sağ süd vəzinin xərçəngi İİ(A) mər.İİ ki.qr diaqnozu qoyulmuşdur.Əməliyyatdan sonrakı dövrdə xəstəyə antibakterial və infuzion terapiya aparılıb.xx.xx.2022-ci il tarixdə döş əzələlərinin saxlanması ilə sağ tərəfli mastektomiya cərrahi müdaxilə edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 16. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İşə baxan məhkəmənin mövqeyi: İşdən göründüyü kimi, iddiaçı cavabdehlə arasında sadə yazılı formaya riayət edilməklə yazılmıq sənəd əsasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmasını, həmin öhdəliklərə görə iddiaçının öhdəliyi yerinə yetirərək, qəbzdə göstərilən pul məbləğini cavabdehə verməsini, bunun nəticəsində onun cavabdehdən iltizam üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yarandığını, cavabdehin isə iltizam üzrə öhdəlikləri yerinə yetirmədiyini bildirir. Hesab edir ki, öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin onun qarşısında qəbzin məzmunundan irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyin normalarının (385.1, 329.2, 425.1, 442, 448.1, 739.1, 739.2 və 740-cı maddələri) mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, hazırki iş üzrə borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunu və iddiaçının nümayəndəsinin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, əvvəla, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İkincisi də, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsində tələbinin əsaslılığıı təsdiq etmək üçün 3 sübuta istinad edir: 1) sadə yazılı müqavilə; 2) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında polis orqanının qərarı və 3) səs yazıları – məhkəmə iclasında təqdim ediləcəyi bildirilir. İddiaçı tərəfindən məhkəməyə hər hansı səs yazısı, tərəflərin arasında danışıqların əks edildiyi hər hansı başqa maddi sübut təqdim edilməyib. Yazılı iltizamın imzalandığı cavabdehlər tərəfindən etiraf edilsə də, məkəmə hesab edir ki, təkcə bu sənəd borcun faktiki verilməsini təsdiq edən tam və yetərli sübut hesab oluna bilməz. İddiaçı pul məbləğinin faktiki verildiyi sübuta yeriə bilmir. İddiaçının özünün istinad etdiyi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” qərarda istinad edilən izahatlardan görünür ki, cavabdehlər məhkəmə iclasında verdikləri izahatla eyni məzmunda izahat vermiş, Barat Cəfərov isə izahatında 2018-ci ildə Cavabdeh1 vasitəsilə İddiaçı tanıması və sonuncudan 2000 manat məbləğində pul götürməsi; daha sonra borcunu qaytardıqda X.Abdulayevanın ondan 4700 manat məbləğində sələm tələb etdiyini bildirir. Qərarda qeyd edilir:“...bundan başqa təqdim edilmiş DVD diskdə olan danışıqlardan da aydın olur ki, Cavabdeh1 imzaladığı yazılı əl yazmanı pulu vermədiyi üçün İddiaçı geri istəyir, İddiaçı isə borclarını qaytardığı təqdirdə əl yazmanı qaytaracağını bildirir...Göründüyü kimi, İddiaçı Cavabdeh1 8700 manat pul verməsini təqdim etdiyi əl yazma olan sənəddən başqa təsdiq edən heç bir mötəbər sübut yoxdur”. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadəsində də iddiaçının cavabdehə 8700 manat pul verməsi faktı öz təsdiqini tapmamış, şahid ümumi ifadələr işlədərək tərəflərin arasında pul məsələsinin olduğunu, o cümlədən iddiaçı tərəfdən C.Barata 2000 manat pul verildiyini bildirmişdir. Beləliklə, şahid ifadəsi ilə də iddianın əsaslılığı öz təsdiqini tapmır. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçının əvvəllər verilmiş 2000 manat məbləğində pulun cavabdeh tərəfindən qaytarılmalı olduğu qənaətinə gəlinsəydi belə, iddia tələbi təmin edilə bilməzdi, belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iltizama əsasən cavabdeh pul məbləğini xx.xx.2021-ci il tarixdə qaytracağı barədə öhdəlik götürmüşdür. Deməli, iddiaçı ən son xx.xx.2024-cü il tatixdə məhkəməyə müraciət etməli idi. Lakin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim edilsə də, ərizə və on əlavə edilmiş sənədlərlə iddiaçıın müddəti üzrlü səbəbdən ötürdüyü öz təsdiqii tapmər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə cvabdehin ərizəsi əsalıdır və iddia tələbi qismən də olsa, əsaslı hesab edilsəydi belə, təmin edilə bilməzdi və iddia müddətinin tətbiqi ilə rədd edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Həmçinin, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. AR Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar