Məhkəmə qərarları › İş №2(005)-1320/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1320/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1320/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 761,24 (yeddi yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 91,42 (doxsan bir manat qırx iki qəpik) manat məbləğində faiz borcu və 135,51 (bir yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 988,17 (doqquz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx xxxx 2019-cu il tarixdə bağladığı 005A********** nömrəli kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% olmaqla 13 (on üç) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 (üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.238,76 (iki min iki yüz otuz səkkiz manat uetmiş altı qəpik) manat məbləğində ödəniş etmiş, nəticədə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 761,24 (yeddi yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilməlidir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixə 178 (bir yüz yetmiş səkkiz) gün üçün hesablanmış faiz borcu 91,42 (doxsan bir manat qırx iki qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixə 178 (bir yüz yetmiş səkkiz) gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 135,51 (bir yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh1 arasında bağlanmış 005A********** nömrəli xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 iddiaçı bank tərəfindən 13 (on üç) ay müddətinə, aylıq 2,0833% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materillarına əlavə edilmiş Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış 005G**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materillarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixə 761,24 (yeddi yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 91,42 (doxsan bir manat qırx iki qəpik) manat məbləğində faiz borcu və 135,51 (bir yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində cərimə borcu (gecikdirilən günlərin sayı 178 (bir yüz yetmiş səkkiz) gün) olmaqla, ümumilikdə 988,17 (doqquz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən və məzmunlarından görünür ki, müvafiq borc məbləğinin ödənilməsi barədə cavabdeh şəxslər ayrı-ayrılıqda xəbərdar edilmişlər. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh1 arasında bağlanmış 005A********** nömrəli xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı bank tərəfindən 13 (on üç) ay müddətinə, aylıq 2,0833% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış 005G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixə 761,24 (yeddi yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 91,42 (doxsan bir manat qırx iki qəpik) manat məbləğində faiz borcu və 135,51 (bir yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində cərimə borcu (gecikdirilən günlərin sayı 178 (bir yüz yetmiş səkkiz) gün) olmaqla, ümumilikdə 988,17 (doqquz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarınə əsasən müvafiq borc məbləğinin ödənilməsi barədə cavabdeh şəxslər ayrı-ayrılıqda xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 761,24 (yeddi yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 91,42 (doxsan bir manat qırx iki qəpik) manat məbləğində faiz borcu və 135,51 (bir yüz otuz beş manat əlli bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 988,17 (doqquz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar