Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1324/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2004-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 30 iyun 2004-cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Tərəflər birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Uşaqlar iddiaçının himayəsindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(005)4575/2019 saylı qətnaməsi ilə cavabdeh B.Cavabdeh 30 iyun 2004-cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər bir uşağa hər ay sabit pul məbləğində 160 manat olmaqla,cəmi 320 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 160 manat aliment uşağın saxlanılmasına çatmır. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2019-ci il tarixli, 2(005)4575/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artıraraq, Cavabdeh 30 iyun 2004-cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, himayəcində olan uşaqların tələbatı günü-gündən artmaqdadır. 30 iyun 2004-cu il təvəllüdlü X4 bir neçə aydan sonra yetkinlik yaşına çatır. Bu halın nəzərə alınmasını və alimentin artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, hazırda 160 manat alimenti ödəməkdə çətinlik çəkir, alimentin artırılması ilə razı deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVADQ tərəfindən 14.08.2007-ci il tarixdə verilmiş AZ-İV № 979992 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 avqust 2007-ci il tarixdə doğulmuş,bu barədə akt qeydləri kitabında 14.08.2007-ci ildə 1451 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVADQ tərəfindən 22.07.2004-ci il tarixdə verilmiş AZ-İ № 508126 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X4 30 iyun 2004-cü il tarixdə doğulmuş,bu barədə akt qeydləri kitabında 22.07.2004-cü ildə 1038 nömrə ilə qeyd edilmişdir.Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2019-ci il tarixli, 2(005)4575/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02 oktyabr 2019-cu il tarixdən başlayaraq 04.08.2007-ci il təvəllüdlü X1 və 30 iyun 2004-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 160(bir yüz altmış) manat olmaqla cəmi 320(üç yüz iyirmi)manat məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 30 iyun 2004-cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuş, tərəflərin münasibətləri pozulmuş və onlar hazırda ayrı yaşayırlar,azyaşlı uşaqları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2019-ci il tarixli, 2(005)4575/2019 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün sabit pul məbləğində 160(bir yüz altmış) manat olmaqla cəmi 320(üç yüz iyirmi)manat cavabdehdən tutulan məbləğin uşaqları saxlamaq üçün kifayət etmədiyini və yaşayış minimumu qalxdığı üçün alimentin artırılmasını xahiş edir. Hazırda iddiaçı övladı barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafelərini, onların saxlanmaları üçün cavabdehdən hər bir uşaq üçün 160 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay, hər uşağa 193 manat məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 30 iyun 2004cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat hər bir uşaq üçün sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat + 0, 1 faiz (193*12=2316 manat)məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia tələbi qismən təmin edilsin. 30 iyun 2004-cu il təvəllüdlü X4 və 04 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 43,16 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1324/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1324/2022
05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver