Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1343/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində 1026 saylı aktla nikahlarını rəsmiləşdirməklə nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxxxx 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 ilə Cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 1026 № ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin ümumi uşağı olan - xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 X1 yanında qalması və tərəflərin ümumi uşağı X3 yetkinlik yaşına çatanadək xx xxxxxx 2018-cu il tarixdən başlayaraq, onun saxlanılması üçün hər ay Cavabdeh hər ay 154 manat sabit pul məbləğinin cavabdeh X1 xeyrinə alimentin tutulması qət edilmişdir. Qeyd edilən aliment məbləği uşağın saxlanılması üçün kifayət etməyəcək qədər az məbləğdir. Heç yerdə işləmədiyinə görə hal-hazırda uşağın saxlanması üçün çətinliklərlə üzləşir və buna görə hesab edir ki, məhkəmənin qət etdiyi aliment məbləğinə, Cavabdeh qazancının 1/4 hissəsi aliment məbləğinə əlavə olunmalıdır. Bildirmək istəyir ki, Cavabdeh hal-hazırda X6 Məktəbi MMC-də sinifdənxaric fəaliyyətlər üzrə koordinator vəzifəsində çalışır və 1660 AZN əmək haqqı alır. X6 Məktəbinin xx.xx.2020-ci il tarixli No 17 arayışında da Cavabdeh aldığı əmək haqqı göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh qazancının ¼ hissəsinin aliment məbləği kimi tutulması və həmin məbləğin Cavabdeh əmək haqqından tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, alimentin iddia ərizəsində göstərilən formada müəyyən edilməsinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1675/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X2 arasında Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsində xx.xx.2012ci il tarixdə 1026 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağı anası X1 yanında saxlanılmış, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan X6 Məktəbinin xx.xx.2020-ci il tarixli 17 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli № H-101 nömrəli sorğuya cavab olaraq bildirilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “X6 Məktəbi" MMC-də sinifdənxaric fəaliyyətlər üzrə koordinator vəzifəsində çalışır. Əmək haqqı 1660.00 (bir min altı yüz altmış) manat təşkil edir. İş materiallarında olan ASAN 5 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Sayılova Türkandır. İş materiallarına əlavə edilmiş X6 Məktəbinin xx.xx.2020-ci il tarixli 21 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “X6 Məktəbi" MMC-də sinifdənxaric fəaliyyətlər üzrə koordinator vəzifəsində çalışır. Əmək haqqı 660.00 (altı yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh aylıq gəlirinin ¼ hissəsi qədər müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh aylıq gəlirinin ¼ hissəsi qədər müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1343/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1343/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver