Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1343/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Beyləqan Q kiçik müəssisəsi-direktor İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Beyləqan Q kiçik müəssisəsi-direktor İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X3 Massivi ərazisində (Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu) yerləşən sahəsi 1.00 ha olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında 17 iyul 2013-cü il tarixində bağlanılmış 457 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş 15 iyul 2014-cü il tarixli. RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, X3 massivi ərazisində yerləşən sahəsi 1.00 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixindən başlayaraq 99 illik müddətində icarə hüququ ilə Cavabdeh1 xeyrinə yüklii edilmişdir. Həmin torpaq sahəsi üzərinə həm dövlətin mülkiyyət hüququ həm də torpaq üzərində cavabdehin xeyrinə icarə hüququ ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2014-cü il tarixində RX seriyalı, ******* saylı çıxarışla qeydiyyata alınmışdır. Torpaq sahəsi Cavabdeh1 icarə verildikdən uzun müddət ərzində istifadə edilməmişdir. Son zamanlarda cavabdeh tərəfindən qonşuluqda yerləşən yerlərə - onlara və digər şəxslərə qarşı əsassız iddialar irəli sürülərək vaxtilə onun ərazisindən (torpaq sahəsi ona icarəyə verilməzdən əvvəl) çəkilmiş qaz xətlərinin çıxarılması və həmin ərazilərdən istifadə etməklərilə bağlı müxtəlif cür maneələr və tələblər yaradılmağa başlamışdır. Cavabehə torpaq sahəsinin ayrılması haqqında məlumat topladıqdan sonra məlum olmuşdur ki, 17 iyul 2013-cü il tarixində (iddiaçılar qazla təmin edildikdən bir neçə il sonra) cavabdeh həmin torpaq sahəsini icarəyə götürmüş, 15 iyul 2014-cü il tarixində isə həmin yerə dair çıxarış əldə etmişdir. Qoşmaya əlavə edilmiş, X1 tərəfindən tərtib edilmiş 11 oktyabr 2012-ci il tarixli, 12464 nömrəli texniki şərtdən də göründüyü kimi İddiaçı2 istifadəsində və sahibliyində olan, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən Quşçuluq fermasının qazlaşdırılması üçün müsbət rəy verilmiş və zəruri tədbirlər görülərək ərazinin qazlaşdırılması prosesinə başlanılmış və iş qısa zaman ərzində yekunlaşdırılaraq sifarişçiyə tam şəkildə təhvil verilmişdir. Qoşmaya əlavə edilmiş “binadaxili (sexdaxili) qaz kəmərlərinin istismara qəbulu" haqqında aktdan da göründüyü kimi İddiaçı4 istifadə və sahibliyində olan "Beyləqan-Q" kiçik müəssisəsinin qazla təmin edilməsi məsələsinə komissiyanın ümumi yığınacağının iclasında baxılmış və müsbət rəy verildikdən sonra “Qaz kəmərinin istismara qəbul" aktına əsasən 25 senty abr 2011-ci il tarixində başlanılmış qaz kəmərinin tikintisi 18 oktyabr 2011-ci il tarixində yekunlaşaraq sifarişçiyə təhvil verilmişdir. Qoşmaya əlavə edilmiş “Global Services" MMC tərəfindən tərtib edilmiş izahat və cizgidən də göründüyü kimi layihəyə əsasən İddiaçı1 istifadəsində olan istixananın qazlaşdırılması üçün layihələndirilmə işlər aparılmışdır. X1 tərəfindən 26279 saylı, 29 dekabr 2015-ci il tarixli texniki şərt tərtib edilmiş və müsbət rəy alınaraq ərazi qaz təchizatı ilə təmin olunmuşdur. Qoşmaya əlavə edilmiş, X1 tərəfindən tərtib edilmiş 14849 saylı, 03 aprel 2013-cü il tarixli texniki şəridən də göründüyü kimi İddiaçı3 istifadəsində olan Kənd təsərrüfatı məhsulları istehsal müəssisəsinin təbii qazla təmin olunması üçün müsbət rəy verilərək həmin ərazi qazla təmin edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi texniki şərtlər tərtib edilərkən həmin torpaq sahəsi cavabdehə məxsus olmamış, 17 iyul 2013-cü il tarixində onun tərəfindən icarəyə götürülmüşdür. 2020-ci il tarixində Cavabdeh1 tərəfindən həmin qaz xətləri ilə bağlı səlahiyyətli orqanlara şikayətlər edilmişdir. Nəzərə alınması zəruridir ki, onlara məxsus olan ərazilər qazlaşdırılarkən həmin torpaq sahəsi cavabdeh tərəfindən icarəyə götürülməmişdir. Texniki şərtlərdə də qaz xəttinin keçdiyi xətlər “boş” ərazi kimi göstərilmiş və heçbir maneə olmadan qaz xətləri çəkilmişdir. Lakin cavabdeh ona icarəyə verilmiş torpaq sahəsindən uzun illər ərzində istifadə etməyərək həmin əraziləri boş ərazi kimi saxlayıb təyinatına uyğun olmayaraq kiçik ölçülərə bölüb yaşayış evlərinin tikilib yaşayış məqsədilə satması niyyətindədir. Bunun üçün isə o ilkin olaraq həmin torpaq sahəsindən qaz xətlərini çıxarmaq istəyir. Çünki həmin torpaq sahəsini yaşayış təyninatı ilə sata bilmək üçün qaz xətləri oradan çıxarılmalıdır ki, insanlar oranı yaşayış təyinatı ilə alsınlar. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2nə və üçüncü şəxs Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və şəxsin üçüncü nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsi xx.xx.2013cü il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh2 Başçısının xx.xx.2011-ci il tarixli, 2439№-li Sərəncamından görünür: 1. Abşeron rayonunun X2 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun 1 №-li Zeytunçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,5132 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı1 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilsin.
2. Fiziki şəxsə tapşırılsın kı, toıpaq üzərində hüququn qevdo alınmasım Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 1,20 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh2 Başçısının xx.xx.2012-ci il tarixli, 1217 №-li Sərəncamından görünür ki, Vətəndaş İddiaçı3 RİHB-nın 14 noyabr 2011-ci il tarixli 2335 saylı sərəncamı və 14 noyabr 2011-ci il tarixli 2335 saylı icarə müqaviləsi ilə Hövsan südçülük sovxozu ərazisində icarəsinə verilmiş 4,98 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisinə icazə verilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 141 №-li rəyindən görünür ki, Cavabdeh1 kənd təsərrüfatı məqsədilə icarə qaydasında 1,0 hektar torpaq sahəsi ayrılması haqqında ərizəsinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum oldu ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X2 Fonduna aid olmaqla Abşeron rayon 1 N-li Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşməklə, uqodiyasina görə yararsız kimi uçota alınmışdır. Həmin ərazidən Cavabdeh1 99 ( doxsan doqquz) il müddətinə 1,0 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000» cı il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “ Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsadətlərin qaldırılması və baxılması qaydaları" ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın hüququn, tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. 2. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsilə təmin etsin. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 iyul 2013-cü il tarixli, 457 №-li müqavilədən görünür ki, Abşeron rayonunun 1 №-li Zeytunçuluq sovxozunun ərazisindən Cavabdeh1 99 ( doxsan doqquz) il müddətinə 1,0 hektar torpaq sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdi bağlayan şəxsin əqdi bağlamağa məcburetmə əsasında bağanmış əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün əqdin zorakılıq və ya hədələmə şəraitində məcburi şəkildə bağlanılması tələb olunur və belə əqdin bağlanması nəticəsində şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Ümumilikdə məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərildiyi kimi - cavabdehin ona icarəyə verilmiş torpaq sahəsindən uzun illər ərzində istifadə etməyərək həmin əraziləri boş ərazi kimi saxlayıb təyinatına uyğun olmayaraq kiçik ölçülərə bölüb yaşayış evlərinin tikilib yaşayış məqsədilə satması niyyətində olmasını göstərməsi icarə müqaviləsinin ləğv üçün əsas yaradı bilməz, eyni zamanda iddia qeyd olunan hallar iş materialları ilə öz sübutunu tapmamışdır. İcarə müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə tərəfindən aşkar edilməmiş, eyni zamanda belə bir hüquq pozuntusunun olması iddiaçılar tərəfindən sübut edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçıların hazırkı iddiası əsassızdır, onlar iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Beyləqan Q kiçik müəssisəsi-direktor İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Beyləqan Q kiçik müəssisəsi-direktor İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Aytən Novruzova