Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-135/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X5 X4 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 X4 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 X4 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 421/12/PB/YF saylı kredit müqaviləsinə əsasən 695.11 manat əsas borc, 2414.79 manat hesablanmış faiz, 3896.08 manat hesablanmış dəbbə, cəmi 7005.98 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2012-ci il tarixli, 421 /12/PB/YF saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə, 24 faizlə 5300 manat dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2012-ci il tarixli, 421/12/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 695.11 manat əsas borc, 2414.79 manat hesablanmış faiz, 3896.08 manat hesablanmış dəbbə, cəmi 7005.98 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı X5 X4 Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; xx xxx 2012-ci il tarixli “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 421/12/PB/YF nömrəli kredit (borc) müqaviləsinə əsasən, Cavabdeh 12 ay müddətinə, 24 faizlə 5300 (beş min üç yüz) manat məbləğində kredit verilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 00383449 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçı Bokt” Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2012-ci il tarixli kredir (borc) müqaviləsi üzrə əsas borc üzrə 695.11 (altı yüz doxsan beş manat on bir qəpik) manat, faiz borcu üzrə 2 414.79 (iki min dörd yüz on dörd manat yetmiş doqquz qəpik) qalmışdır. xx xxx 2014-cü il tarixli 1251 nömrəli bildiriş məktubundan görünür ki, borcluya 02 (iki) iş günü ərzində ödənilməsi tam yerinə yetirilmədiyi halda borcun tam bağlanması məqsədilə məhkəmə instansiyalarına müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4074 nömrəli rəyi ilə Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli 421/12/PB/YF nömrəli kredit müqaviləsi üzrə borcalanın İddiaçı BOKT ASC-ə ödənilməli olan xx xxx 2013-cü il tarixə əsas borc 863,99 manat, 17,86 manat faiz borcu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ341NABZ**********000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam yerinə yetirilməmişdir. Məhkəmə əsas borc məbləğinə iddianın baxılması hədlərində qiymət verərərək əsas borc məbləğinin 695,11 manat məbləğin cavabdehdən tutulmasını məqbul hesab edir. Ekspert rəyində göstərilən faiz borc məbləği iddiaçının iddia ərizəsində göstərdiyi borc məbləğindən az olduğu üçün ekspertiza rəyi üzrə tələb olunan faiz borcu məbləğinə dair tələb hissəsində iddia əsassızdır. Müvafiq ekspert rəyilə 17,86 manat faiz borcu müəyyən edildiyindən həmin faiz məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə cərimənin tutulmasına münasibətdə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, cərimə məbləği əsas və faiz borcuna mütənasib olmadığından azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 695,11(altı yüz doxsan beş manat on bir qəpik) manat məbləğində əsas kredit borcu, 17,86 (on yeddi manat səksən altı qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 722,97 (yeddi yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan əsas borc üzrə 695,11 AZN (altı yüz doxsan beş manat 11 qəpik), faiz borcu üzrə 17,86 AZN (on yeddi manat 86 qəpik), cərimə borcu üzrə 50 AZN olmaqla, cəmi 762,97 (yeddi yüz altmış iki manat 97 qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə görə ödənilmiş dövlət rüsumundan 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh oğlundan, 100 (bir yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan əsas borca görə 695,11 AZN (altı yüz doxsan beş manat 11 qəpik), faiz borcu üzrə 17,86 AZN (on yeddi manat 86 qəpik), cərimə borcu üzrə 50 AZN olmaqla, cəmi 762,97 (yeddi yüz altmış iki manat 97 qəpik) manat məbləğində pul və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh oğlundan, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-135/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-135/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver