Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1364/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X1 üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi və əlavə olaraq hər uşaq üçün hər ay 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11.08.2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 2(005)-279 nömrəli qətnaməsi ilə nikah pozulmuş, 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X6 onun yanında saxlanılmış, uşaqların hər birinin saxlanılması üçün ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Hazırki məbləğin yaşayış həddinə münasibətdə çox aşağı olması və cavabdehin işləyərək normal məbləğdə daimi əmək haqqı alması səbəbindən uşaqların saxlanılması üçün alimentin cavabdehin əmək haqqına yönəldilməsi və hazırki inflyasiyanı nəzərə alaraq əlavə sabit pul məbləğində təmin edilməsini istəyir. Bu məqsədlə mediasiya şurasına müraciət etmiş, lakin cavabdehlə razılıq əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsinin tutulmasına razıdır, lakin iddianın sabit pul məbləğində alimentin təyin edilməsinə etiraz edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 30.07.2010-cu il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 01.04.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 2(005)-279/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şabanova (Ağakişiyeva) Bikə Mərifət qızının Cavabdeh ilə 11.08.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 625 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 30.07.2010cu il təvəllüdlü X8 və 01.04.2013-cü il təvəllüdlü X6 iddiaçı (anaları) X3 yanında saxlanılması, 27.09.2019-cu il tarixdən başlayaraq, Cavabdeh 30.07.2010-cu il təvəllüdlü X4 və 01.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit məbləğində olmaqla, ümumilikdə 340 manat məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qətnamə edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməmə barədə 13.01.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdilər. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah 13.05.2020-ci ildə ləğv edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan, qətnamə dəyişdirilməli olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə iddianın hər ar ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində qeyd edir ki, məhkəmə iclasında cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsi 2022-ci il üçün uşaqların saxlanılması müəyyən edilmiş minimumdan artıq etdiyini müəyyən edilməsini nəzərə alaraq, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədlərdə göstərilən əsasları, iddiaçı Cavabdeh işləməsini də nəzərə alaraq 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını, alimentin tutulma vaxtının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını məqbul hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 2(005)-279/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh 30.07.2010-cu il təvəllüdlü X8 və 01.04.2013-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1364/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1364/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver