Məhkəmə qərarları › İş №2(005)-1365/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1365/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1365/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı Cavabdeh1 İsrafiloviçin iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən doldurulmuş, Əliyeva Ayşən Əlövsət qızının adına olan xx xxxxxxxx 2017-ci il tarixli ƏİX № 058368 saylı Girov bileti ilə rəsmiləşdirilmiş, Məhkəmədən VÖEN ********** olan Cavabdeh2 adına olan möhürlə təsdiq edilmiş lombard kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin girov bileti əsasında götürülmüş 12465 ABŞ dollarının cavabdehə geri qaytarılmış hesab edilməsi, girov qoyulmuş 583-585 qarışıq əyarlı 503 qram qızılın o artıq ödənilmiş 708 ABŞ dollarını və dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlərdən, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş Cavabdeh1 və xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən lombardlardan birindən qızıl girov qoyaraq pul götürmək istəmişdir. Bunun üçün əvvəllər tanıdığı Bakı şəhər sakini Cavabdeh1 adlı şəxsə müraciət etmişdir. Həmin şəxs iddiaçıya onun lombardı olduğunu və o girov müqabilində pul verə biləcəyini bildirdi. İddiaçı onunla lombardda görüşüb, 503 qram çəkidə olan qızılları ona göstərmiş və həmin qızılı 13465 ABŞ dolları dəyərində qiymətləndirmişlər və aylıq 22 faiz olmaqla 12465 ABŞ dollar kredit götürmüşdür. Aralarında olan razılığa görə o, hər ay həm faizi, həm də əsas məbləğdən müəyyən məbləğ ödəməli idim. İlkin olaraq o, 550 ABŞ dollarını həmin gün ödəmişdir. Onlar həmin borcu Girov bileti ilə rəsmiləşdirmişlər. Həmin girov biletini Cavabdeh1 doldurdu və iddiaçı da imza etmiş, lakin o imzalamadı və möhürlə təsdiq etdi. Həmin borc məbləğinə görə 13.173 ABŞ dolları ödəmişdir. Lakin arada bir müddət imkansızlıqdan həmin pulu ödəyə bilməmiş və Emil onun ödədiyi pulların bir hissəsini faizə tutmuşdur. İddiaçı da ona həmin faizləri ödənişə daxil etməsini, qalan pulu ödəyib qızılları çıxarmağını deməyinə rəğmən onunla razılaşmadı. Onda iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sənədləri nəzərdən keçirərkən ona məlum oldu ki, pulu iddiaçı Cavabdeh1 götürsə də, həmin pulu rəsmiləşdirdiyi xx xxxxxxxx 2017-ci il tarixli girov bileti VÖEN ********** olan Əliyeva Ayşən Əlövsət qızının adına olsa da, girov biletinin üzərində olan möhür VÖEN ********** olan Cavabdeh2 adınadır. Həmin borca görə ödədiyi faizlərə və əsas məbləğə görə verilən qəbzlərə də baxanda qəbzlərin VÖEN ********** Əliyeva Ayşən Əlövsət qızının adına olmasına baxmayaraq, üzərinə VÖEN ********** Cavabdeh2 yazılmış möhür vurulmuşdur. İddiaçı nə Əliyeva Ayşən Əlövsət qızını, nə də Cavabdeh2 tanıyır, onları görməmişdir. Həmin vaxt başa düşdü ki, Cavabdeh1 özünə məxsus pulu faizlə ona verib və girov bileti ilə rəsmiləşdirib. Bildirir ki, girov biletinin üzərində adı qeyd olunan Əliyeva Ayşən Əlövsət qızının adında olan VÖEN ********** aktiv deyil. İş materiallarına əlavə edilmiş Əliyeva Ayşən Əlövsət qızının adına olan xx xxxxxxxx 2017-ci il tarixli ƏİX “ 058368 saylı Girov Bileti ilə 12456 ABŞ dolları borc rəsmiləşdirilmişdir. Həmin lombard bileti imzalanmayıb və başqa sahibkar VÖEN ********** olan Cavabdeh2 adına olan möhürlə rəsmiləşdirilmişdir. Eyni zamanda Cavabdeh1 İsrafiloviçin əməllərində qanunsuz və Cavabdeh2 qızının barəsində vergidən sahibkarlıq yayınma cinayətlərinin əlamətlərinin əlamətlərinin olduğuna görə həmin faktların araşdırılması üçün müvafiq prokurora xəbər veriləlidir. İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, idida tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 İsrafiloviç iddia tələbini qəbul etməyək, izahatında bildirdi ki, o, İddiaçı ilk dəfə xx.xx.2017-ci ildə bir tanışı vasitəsi ilə vəkil kimi tanımış və bu müddət ərzində təxminən 3 dəfə görüşmüşlər. İddiaçı ona zəng edərək, qızıllarını qoyub pul götürmək istədiyini bildirmişdir. Onun da arvadı əvvəllər lombardda işlədiyi üçün Əliyeva Ayşən Əlövsət qızını bu səbəbdən tanımışdır. Arvadı Cavabdeh2 işdən ayrılanda Ayşən adlı xanım həmin lombardı işlədirdi. Pulu alanda da, qızıllları verəndə də Ayşən xanımın özünün iştirakı ilə olub. Sadəcə onu demək istəyir ki, həmin gün bazar günü olduğundan işçilər gəlməmişdi. İddiaçı özü ona qəbzi yazmağı təklif etdi. Ayşən xanım da bildirdi ki, “əlimdə problem var, yaza bilməyəcəm”. Ona görə girov biletini Cavabdeh1 doldurmuş, amma imzanı tərəflər özü atdılar. Orada Cavabdeh1 iştirakı sadəcə iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatların doldurulması olub. İmzanı isə tərəflərin özü çəkib. Sonda onu nəzərə çatdırmaq istəyir ki, pulu götürən özü, imzanı çəkən Ayşən xanımdır, bu mübahisə ilə onun heç bir aidiyyatı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 və vəkili X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X4 iddia tələbini qəbul etməyək, iddianın əsassız olduğunu bildirdi, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Əliyeva Ayşən Əlövsət qızı ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun tanışıdır. Əvvəllər onun həyat yoldaşı da onunla birlikdə lombard işlədib, tanışlığı həmin vaxtdan yaranıb. İddiaçı ondan pul krediti götürməyə gələndə həftəsonu olub, yadındadır ki, iş günü olmayıb. Cavabdeh1lə ikisi birlikdə gəlmiş və cavabdeh ona demişdir ki, Fəxri müəllim onun tanışıdır, pula ehtiyacı var. O da Cavabdeh1 xətrinə kredit verməyə razı olmuşdur. Həmin vaxt onun qolunda problem olduğundan lombard girovu barədə bileti Cavabdeh1 xahiş edib ki, o doldursun. Amma hər halda imzanı güclə də olsa özü atıb. Baxmayaraq ki, iddiaçının qızılları o dəyərdə deyildi, o qızılları yüksək dəyərlə qiymətləndirib, krediti vermişdir. İddiaçı ilə razılığı olub ki, hər ay 500 dollar ödəniş edilməlidir. Həmin kreditin pulunu nağd şəkildə iddiaçıya təqdim edib. Qızılı iddiaçıdan qəbul edib, Cavabdeh1 tərəfindən biletə iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatlar yazılıb, o isə həmin biletə qol çəkmişdir. Onsuzda girov biletini iş günü olsaydı o yazmayacaqdı, onu həmişə işçiləri yazır. Qızılları 13465 ABŞ dolları dəyərində qiymətləndirib, 12465 ABŞ dolları məbləğində isə pul verib. İddiaçı krediti götürəndə bilirdi ki, krediti o, verir. Əslində girov biletinə möhür vurmurlar, iddiaçı məcbur etdiyindən, o da əlinin altında olan möhürü vurmuşdur. Amma o möhür sənəd üçün lazım deyildi, yəni hər halda əhəmiyyətsiz idi. Ona görə hansı möhürün vurulmasının fərqi yox idi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun vəkili olub, onu həmin vaxtdan tanıyır. Bir gün iddiaçızəng edərək işi olduğundan onunla həmin yerə getmək istədiyini bildirib. İddiaçı rayonda yaşadığından ondan xahiş edib ki, onu həmin yerə aparsın. Lombard bir binanın altında yerləşirdi. Lombarda çatdıqdan sonra o, içəri keçməmişdir. Çöl tərəfdə gözləyib. Lombard olan ünvana çatanda Cavabdeh1 orada görmüşdür. O orada dayanıb iddiaçını gözləyirdi. O, həmin vaxt orada qadın görməyib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: ƏİX № 058368 saylı girov biletindən görünür ki, Əliyeva Ayşən Əlövsət qızı (VÖEN **********) xx.xx.2017-ci il tarixdə 12465 ABŞ dolları məbləğində pulu İddiaçı kredit vermiş, əvəzində 503 qram qızılı girov qoymuşdur. Seriya ƏİA/1 № 823000, 823155, 822907, 823016 nömrəli mədaxil qəbzlərindən göünür ki, İddiaçı tərəfindən Əliyeva Ayşən Əlövsət qızına (VÖEN **********) ödənişlər etmişdir. Seriya ƏİA/2 № 162617, 162723nömrəli mədaxil qəbzlərindən göünür ki, İddiaçı tərəfindən X3 (VÖEN **********2) ödənişlər etmişdir. Vergi ödəyicisinin Təsərrüfat subyektinin qeydiyyatı obyekt haqqında məlumatdan görünür ki, xx.xx.2017-ci il tarixli icra müqaviləsinə əsasən Əliyeva Ayşən Əlövsət qızı Lombard fəaliyyəti üçün obyekti icarəyə götürmüşdür. Vergi ödəyicisi barədə arayışdan görünür ki, Əliyeva Ayşən Əlövsət qızı (VÖEN **********) xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəaliyyət və əməliyyatları dayandırmışdır. Fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin dəyəri 0-dır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə girov müqaviləsinin etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi girov bileti imzalanan zaman ehtimal olunan hüquqlarının pozulmasından, yəni xx.xx.2017-ci il tarixdən məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, girov bileti xx.xx.2017-ci il tarixdə tərtib edilmiş mübahisələndirilən girov biletində Əliyeva Ayşən Əlövsət qızının adının yazıldığını həmin vaxtdan gördüyü və məlumatlı olduğu halda məhkəməyə isə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə girov biletinin (lombard krediti müqaviləsinin) etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “həmin girov bileti əsasında götürülmüş 12465 ABŞ dollarının cavabdehə geri qaytarılmış hesab edilməsi, girov qoyulmuş 583-585 qarışıq əyarlı 503 qram qızılın o artıq ödənilmiş 708 ABŞ dollarının iddiaçıya ödənilməsi”nə dair hissədə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə, Cavabdeh1 İsrafiloviçin və Cavabdeh2 qanunsuz əməllərinə görə istintaqa cəlb edilməsi tələbi ilə bağlı qeyd edir ki, bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halların sübuta yetmədiyini nəzərə alaraq, əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də xüsusi qərardadın çıxarılması barədə vəsatətin təmin edilməməsi qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “qızıl və pul” tələbinə dairiddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar