Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1370/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh - Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 (beş yüz) sabit pul məbləğinin, ödənilmiş 50 (əlli) manat mediasiya xərclərini cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-693/2023 nömrəli qətnaməsi ilə İddiaçı, Cavabdeh arasındakı bağlanmış xx.xx.2011-ci il tarixli rəsmi dövlət nikah pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı bildirir ki, məhkəmə tərəfindən qət edilmiş məbləğdə alimentin tutulması hal-hazırda iqtisadı vəziyyətlə və qanunla müəyyənləşdirilmiş uşaqlar üçün yaşayış minimumu ilə uzlaşmır, həmin məbləğdə uşağını saxlanılması üçün iddiaçıya çətinlik törədir və eləcə də, heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, uşaqlarının səhhətlərində çox ciddi problemlər vardır. Müalicə aldıqları üçün məsrəfləri yetərincə artmışdır. İddiaçı bildirir ki, uşaqların məktəb xərcləri və s. hər il artmaqdadır. O qeyd edir ki, Cavabdeh həm özünün, həm də ailəsinin imkanları genişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, uşağı ilə maraqlanmamış, saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa belə, vaxtıvaxtında ödəməmişdir, uşaqlarının bütün qayğılarını, ehtiyaclarını tamamilə məhdud imkanlarla, borc-xərclərlə iddiaçı çəkirəm. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh övladlarına qarşı heç bir diqqət və qayğı göstərmir. İddiaçı qeyd edir ki, uşaqlarının mənəvi təlim-tərbiyələri ilə məşğul olmağımla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də "aliment məbləğinin artırılması” üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh başqa gəlirlərinin olmasını nəzərə alaraq, iddiaçı hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 (beş yüz) tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, hazırda valideynlərinin himayəsində yaşayır və bir uşağa görə 150 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı övladları doğulmuş, tərəflərin ailə münasibətləri baş tutmadığından Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1900/2022 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırda iddiaçı onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/18/2023-01728 nömrəli “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)- 1900/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddianın təmin edilməsi, Cavabdeh ilə X8 arasında xx.xx.2011-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində 257 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası X3 yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE 11851212 seriya №-li vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE 12759203 seriya №-li vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, işin materiallarından məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması, həmçinin cavabdehin rəsmi gəlirləri barədə məhkəməyə sübutlar təqdim edilmədiyindən, digər tərəfdən isə uşaqlar üçün hazırki müddətə minimum yaşayış həddi nəzərə almaqla iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, o cümlədən, cavabdehin hazırda maddi vəziyyətini nəzərə alıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır, bu səbəbdən də qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1900/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat mediasiya xərci İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1370/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1370/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver