Məhkəmə qərarları › İş №2(005)-1375/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1375/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1375/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi, iddia müddəti) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun iştirakı ilə, İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: 29 iyul 2009-cu il tarixli kredit və ipoteka müqavilələri ilə X1-zadə Eyyub İsmayıl oğluna 34500 ABŞ dolları məbləğində pulu kredit vermiş, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X3 xeyrinə ipoteka ilə yüklü etmişdir. ünvan 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Axunda-zadə Eyyub İsmayıl oğlundan 34500 ABŞ doları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X4 ödənilmişdir. X5 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə X5 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. 22 fevral 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilə əsasında Axundazadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X2 70200 manata satmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2-ci qrup müıaribə veteranıdır. Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 savlı notariat kontorunda cavadeh Cavabdeh ilə aramda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya Ml İ ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya 70.000 manata satması razılığına gəlmişdirlər. Həmin müqavilənin 5-ci bəndinə qeyd edilir ki, alıcı qeyri-yaşayış sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli ”000382" nömrəli kassa məxaric orderində 22 saylı dövlət notariat kontorunun "3307 000980 0001" AZN hesabına 70 200 manat vəsait köçürülmüşdür. Lakin bankın qeyd edilən məxaric qəbzində qeyd edilən məbləğin 70.200 manatın satıcı iş üzrə tərəfindən imza edilib alınması sübut edilmir. Halbuki, həmin qəbzdə pulun alınmasını təsdiq edən imza tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Bununla da xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontorunda cavadeh Cavabdeh ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya MH ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə ona satılmış əmlakın dəyəri ödənilməmiş qalmışdır. Uzun illərdir ki, bu mübahisə tərəflər aralarında qarşılıqlı razılıq əsasında aparılmasına baxmayaraq vurulmuş ziyan ödənilmir. Belə ki, qeyd edilən vəsaitin verilmədiyi üçün tərəfindən 2011-ci ildə Nərimanov Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüşdür. Lakin cavabdeh yenə də müxtəlif yollarla məni aldadaraq həmin pulu verəcəyi vədinə inanaraq məhkəmədə qaldırdığı iddia ilə bağlı məhkəməyə getməmiş, iş isə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini, iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materialları - 29 iyul 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, X1-zadə Eyyub İsmayıl oğluna 34500 ABŞ dolları məbləğində pulu kredit vermişdir. - 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsini X4 ipotekaya verir. - ünvan 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Axunda-zadə Eyyub İsmayıl oğlundan 34500 ABŞ doları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X4 ödənilmişdir. X5 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X4 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, ünvan 2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, X5 ilə Axunda-zadə Eyyub İsmayıl oğlu arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Axunda-zadə Eyyub İsmayıl oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Mərkəzinə ünvanlanmış xx.xx.2010-cu il tarixli sifariş məktubundan görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsi üçün qiymətləndirici ekspert göndərilməsi xahiş olunmuşdur. - X3 Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış 18 dekabr 2010-cu il tarixli ərizəsindən görünür ki, o bildirmişdir ki, Axunda-zadə Eyyub İsmayıl oğlu qətnamə üzrə ona olan borcunu 18 dekabr 2010-cu il tarixədək müddətdə ödəməyi söz vermiş və ondan xahiş etmişdir ki, ipoteka olan zirzəminin hərracda satışı dayandırılsın, o onun təklifini qəbul edir və xahiş edir ki, icranın dayandırsınlar. - Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Mərkəzinin 19 oktyabr tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyriyaşayış sahəsinin dəyəri 50000 manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin 22 fevral 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən Axunda-zadə Eyyub İsmayıl oğlunun hesabına 70200 manat ödəniş edilmişdir. - 22 fevral 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X2 70200 manata satmışdır. - X5 tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, ünvan 2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-214/2011 nömrəli, 02 may 2011-ci il tarixli qərardadaından görünür ki, ünvan 2010-cu il tarixli icra vərəqəsi üzrə icraatına xitam verilmişdir. - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsi Axunda-zadə Eyyub İsmayıl oğlunun tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır. - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsi Axunda-zadə Eyyub İsmayıl oğlunun tam payda xüsusi mülkiyyətindədir və əmlak xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi ilə yüklü edilmişdir. Bu barədə xx.xx.2009-cu il tarixdə ********* nömrəli qeyd aparılmışdır. Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşə baxan məhkəmənin mövqeyi: İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə T.Ravil arasında bağlanan kredit və ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus qeyri yaşayış obyektini ipoteka ilə yüklü edərək 34500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliklərini vaxtında icra etmədiyi üçün T.Ravil məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 34500 ABŞ dolları borc, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində pulun tutulması, tutulmanın qeyri-yaşayış obyektinə yönləndirilməsi, əmlakın hərracdan satılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Daha sonra tərəflər arasında razılıq baş tutmuş, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və Axunda-zadə Eyyub İsmayıl oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m, əsas sahəsi 116,7 kv.m olan qeyri-yaşayış sahəsini X2 70200 manata satmışdır. Hazırda iddiaçı heç bir pul məbləğinin ona verilmədiyini, əslində onun cavabdehə borcunun olmadığını iddia edir. İddiaçının izahatı mülki özü-özlüyündə iddianın əsaslı olduğuna dəlalət etmir. Məhkəmə xüsusilə vurulayır ki iddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünkü tərəflər arasında yaranan münasibətlər müqavilədən irəli gəlir və həmin müqavilə 22 fevral 2011-ci il tarixində bağlanmışdır . Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə borcunun olmasına dair hər hansı tələb irəli sürməmiş və heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. AR MM-in 373.1-ci maddəsinə əsaəsn ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia həm də bu əsasla rədd edilməlidir. Belə ki, iddiaçının uzun müddət ərzində iddia etdiyi borcu tələb etməməsi ağlabatan deyildir. İddiaçı bu müddət ərzində cavabdehdən borcun tələb edilməsi ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Bu isə iddia tələbinin öz-özlüyündə əsaslı olmadığını göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Axunda-zadə Eyyub İsmayıl oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar