Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1376/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 264550 manat əsas, 11500 manat xeyir və 10064,79 manat qanuni faizləri olmaqla, cəmi 286114,79 manat pulun cavabdeh şəxslərdən və ya zamindən alınaraq ona verilməsi, xüsusi qərar çıxardıb cinayət tərkibli olduğu təsdiqlənərək işin prokororluğa həvalə edilməsi, ödənilmiş 576,12 manat məbləğində məhkəmə rüsumunun cavabdehlərdən və ya zamindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdılar ki, o, əvvəllər DİO-da xidmət etmiş, 2015-ci ildə təqaüdə çıxmış və bundan sonra biznəslə məşğul olmuşdur. Təxminən 3 il əvvəl işlə əlaqədar tanış olduğu Coşqun adlı şəxs vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 banklara kredit borcları olanlara borclarını bağlayaraq yenidən həmin şəxslərin adına kredit pul götürülməsində köməklik etdiyini və müqabilində yaxşı gəlir əldə etdiyini ona demiş və onu da bu işə cəlb etmişdir. Biznes işləri zəif olduğundan o, təkliflə razılaşmışdır. Razılaşma üzrə Cavabdeh1 ilə 2 il ərzində təxminən 20-30 dəfə olmaqla banklara kredit borcları olanların borclarını bağlamaq və yenidən həmin şəxslərin adına kredit pulları götürmək işi ilə məşğul olmuşlar. 2 il ərzində Cavabdeh1 təxminən 30000 manata yaxın ona xeyir vermişdir. Lakin 2023-cü il fevral ayının əvvəlində Cavabdeh1 ilə görüşlərin birində onu avtomobil işi ilə məşğul olan Cavabdeh2 ilə tanış edərək, sonuncunun 20000 manat pula ehtiyacı olduğunu, alverdən yaranan mənfəətdən 2000 manat xeyir verəcəklərini və ümumilikdə 22000 manat pulu 5 həftə ərzində qaytaracaqlarını demiş, əvəzində “Toyota Corolla” markalı, **-BG-*** və “Nissan Xtrail” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınları girov qoyması barədə sənəd imzalamışdır. Cavabdeh2 maşınları zamin olan Cavabdeh1 təhvil verdiyini demiş və zamin bunu doğrulamışdır. Lakin o, maşınları heç görməmişdir. O, 20000 manat pulu Cavabdeh1 şahidliyi və zaminliyi ilə Cavabdeh2 vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh2 xaricdən aldığı avtomaşının gömrük qeydiyyatından keçirilməsi üçün əlavə 2000 manat pula ehtiyacı olduğunu və pul verməyini xahiş etmişdir. O, Cavabdeh2 zəng edib doğrulamış, lakin sonuncuya imzaladıqları sənədlərin məbləğlərini dəyişdirməli olduqlarını bildirəndə, Cavabdeh1 zamin sənədini 24000 manat olaraq təzədən xx.xx.2023-cu il tarixli iltizam kimi imzalayacağını demişdir. Həmin gün Cavabdeh1 sənəd imzaladaraq pulu vermişdir. Ümumilikdə Cavabdeh2 verilmiş 22000 manat puldan xeyir gəlməmiş və əsas 22000 manat puldan Cavabdeh1 5000 manat pul qaytarmışdır. Cavabdeh2 pulu Cavabdeh1 verdiyini demişdir. Cavabdeh1 ona Sədərək Ticarət Mərkəzində pərdə işi ilə məşğul olan tanışı Cavabdeh4 12000 manat pul verməyini, satışdan 1000 manat xeyir gələcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 və Cavabdeh1 12000 manat pulu verərək Cavabdeh1 öz imzası ilə yazdığı zaminlik sənədini götürmüşdür. Cavabdeh1 Cavad adlı şəxsə 38000 manat kredit borcundan ötrü pul verməyini, əvəzində 2000 manat xeyirin və cəmi 40000 manat pulun kredit götürüləndə ona veriləcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 pulu təhvil vermiş və sənədi götürmüşdür. Cavabdeh1 kimyəvi məhsulların satışı ilə məşğul olan qonşusu Cavabdeh3 20000 manat pul lazım olduğunu, 2000 manat xeyir və ümumilikdə 22000 manat pul qaytaracaqlarını demişdir. O, xx.xx.2023-cü il tarixdə pulu vermiş və sənədi götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh3 2000 manat pulun təcili lazım olduğunu demiş və pulu təhvil verərək sənədi götürmüşdür. xx.xx.2023-cu il tarixdə Cavabdeh1 banka kredit borcu olan bir şəxs üçün ondan 35000 manat pul götürmüşdür. Cavabdeh1 daş biznesi ilə məşğul olan Cavabdeh5 1 günlük 65000 manat pul verməyini, 1000 manat xeyirin və ümumilikdə 66000 manat pulun qaytarılacağını demişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh5 pulu vərərək sənədi götürmüşdür. X3 qonşusu Habil adlı şəxs ilə mal alıb satacaqlarını və ona 1500 manat xeyir vərəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə Habilə 15000 manat pulu ondan alaraq vermişdir. Cavabdeh1 onun xəbəri olmadan Habildən 16500 manat pulu onun adından alaraq meyvə ticarəti ilə məşğul Vasif adlı şəxsə vermişdir. Cavabdeh1 daş biznəsi ilə məşğul olan Anar adlı şəxsə 22000 manat verməyini, 1000 manat xeyir və ümumilikdə 23000 manat pul verəcəklərini demişdir. O, xx.xx.2023-cü il tarixdə 22000 manat pulu verərək sənədi götürmüşdür. Mürsəlov X2 müştəri xidmətlərinin rəhbəri kimi təqdim etdiyi Cavabdeh6 35000 manat pul verməyini, 1000 manat xeyir və 36000 manat pul verəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə 35000 manat pulu verərək sənədi götürmüşdür. Cavabdeh1 kontakt mağazasından kredit yolu ilə götürəcəyi elektrik mallarını satıb pul əldə etmək üçün ondan 3550 manat pul almışdır. Bu günə kimi Cavabdeh1 5000 manat pul qaytarmışdır. 264550 manat əsas və 11500 manat xeyir pulu, ümumilikdə cəmi 276050 manat pul ona çatmamışdır. Borc götürən şəxslərlə danışarkən onlar pulları xeyirləri ilə birlikdə Cavabdeh1 verdiklərini demişdir. Cavabdeh1 isə pulların tezliklə qaytarılacağını demişdir. Bir müdddətdən sonra artıq Cavabdeh1 zəngləri açmamışdır. O, xx.xx.2023-cu il tarixdə Nizami Rayon Polis İdarəsinə müraciət etmiş lakin araşdırma düzgün aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, göstərdiyi pulların hamısını Cavabdeh1 vasitəsi ilə vermişdir. Belə ki, Cavabdeh1 pula ehtiyac olan şəxslərlə onun yanına gəlmiş, veriləcək borc məbləği və üzərində qaytarılacaq xeyir məbləğini danışıldıqdan sonra, o, iltizama imza etdirmiş və həmin məbləği əlbə-əl Cavabdeh1 vermiş, sonuncu isə pulları həmin şəxslərə, yəni cavabdehlərə vermişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirdi ki, iltizamda qeyd olunan məbləğlər Cavabdeh1 tərəfindən artıqlaması ilə iddiaçıya qaytarılmışdır. Göstərilən pullar müxtəlif vaxtlarda verilmiş və qısa vaxtada qaytarılmışdır. Əgər pullar vaxtında qaytarılmış olmasa idi, Cavabdeh1 güvənərək yenidən pul verilməzdi. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı faizə pul verməklə məşğuldur. Pula ehtiyacı olan şəxslər ona müraciət etdikdə, o, İddiaçı müraciət etmiş və ondan pul götürərək, həmin şəxslərə faizə vermişdir. İddiaçı pulu 1 həftəlik 10 faiz gəlirlə verirdi. Qeyd olunan pulları iltizama imza ataraq Rasimdən götürmüş, həmin şəxslərə vermiş və üzərində xeyiri ilə birlikdə vaxtında Rasimə qaytarmışdır. Rasim pulların verilməsinə dair ona iltizama imza atdırsa da, lakin pulları qaytaran zaman Rasimə inandığı üçün iltizamı geri almamış və ya iltizamda pulun qaytarılmasına dair qeyd etdirməmişdir. Həmçinin bildirmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyaları üçün verilən 3550 manat pulu almamış və buna dair iltizama imza atmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. Sənan onun qapı qonşusudur. Bank ilə əlaqədar pul ehtiyacı olmuş və o, Sənana müraciət etmişdir. Sənandan 20000 manat pul götürmüş və götürdüyü pula görə həftəlik 1000 manat artıq ödəniş etmişdir. Pulu 11 həftəlik götürmüş və 11 həftə 4 gün sonra əsas məbləği Sənana qaytarmışdır. İddiaçıdan hər hansı pul götürməmişdir. Sonda iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını ümumiyyətlə heç vaxt görməmiş və tanımır. Hesab edir ki, iddiaçı onu səhvən cavabdehlər siyahısına əlavə etmişdir. O, Cavabdeh1 tanıyır, Sənan “Azərcell”-də mühafizəçi işləyirdi. Ona heç kim pul verməmiş və heç kimdən pul götürməmişdir. Sonda iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı 20000 manat məbləğində borc pul götürmüş, həmin məbləğin müqabilində “Toyota Corolla” markalı, **-BG-*** və “Nissan Xtrail” markalı, **-FC- *** dövlət qeydiyyat nişanlı maşınları girov qoymuşdur. Bu iltizam X4, Cavabdeh1, İddiaçı tərəfindən imzalanmışdır; xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 24000 manat məbləğində borc pul götürərək qonşusu Cavabdeh2 vermiş və həmin məbləğin 1 ay ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 36000 manat məbləğində borc pul götürərək Azercellin müdiri olan X1 vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində şəxsi məqsədləri üçün borc pul götürərək Akor adlı qonşusuna vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 16500 manat məbləğində borc pul götürərək qonşusu (Vasif) Kazım Abilə vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 66000 manat məbləğində borc pul götürərək daş işi ilə məşğul olan qonşusu Ruslana vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 35000 manat məbləğində bank borclarını bağlamaq üçün borc pul götürmüş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində üçün borc pul götürərək Emil adlı şəxsə vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 40000 manat məbləğində borc pul götürərək qonşusu Cavada vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 12000 manat məbləğində borc pul götürərək qonşusu Abbasa vermiş və həmin məbləğin qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. Verilən pullar və faiz cədvəlindən görünür ki, borc verilmiş əsas pul 269550 manat, qaytarılan məbləğ 5000 manat, xeyir 11500 manat, faiz 10064,79 manat olmaqla, cəmi 28611479 manat təşkil edir. Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ərizə əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh1 fayda əldə etmək üçün banklara kredit borcu olanların borclarını bağlayaraq yenidən onların adına kredit pul götürməklə apardığı biznesinə iddiaçını da sövq etmişdir. Müxtəlif tarixlərdə pula ehtiyacı olan ayrı-ayrı şəxsləri iddiaçıya təqdim etmiş, həm özü, həm də təqdim etdiyi şəxslər üçün yekunda verilmiş borc məbləğinin, o cümlədən xeyirlərin əlavə olunaraq ona qaytarılması şərtilə borcun verilməsini təmin etmişdir. İddiaçı borcalan şəxslər tərəfindən gələcəkdə borcun qaytarılmaması riskini və bu biznesə başlamağında Cavabdeh1 təşəbbüskar qismində çıxış etməsini nəzərə alaraq, hər borcun məbləğinin təhvil verilməsi zamanı Cavabdeh1 ilə aralarında iltizam imzalamaq barədə şərtləşmişlər. Bu razılığa uyğun olaraq da, müxtəlif şəxslərə verilmiş borc məbləğinin qeyd olunmuş tarixlərdə tam həcmdə qaytarılmasını Cavabdeh1 zamin kimi təmin etməklə bağlı iltizamlar imzalamışdır. İddiaçı tərəfindən verilmiş borclar ona şərtləşdirilmiş müddətlərdə təhvil verilmədiyindən, o, borclu şəxslərdən borcların qaytarılmasını tələb etmiş, borclu şəxslər isə ödənilməli məbləğlərin ona qaytarılması üçün Cavabdeh1 verdiklərini bildirmişlər. Vasitəçi cavabdeh isə borcalanlardan borc məbləğlərini alıb iddiaçıya verdiyini qeyd etsə də, bu halı təsdiq edən heç bir yazılı sənəd təqdim etməmişdir. Borc məbləğlərinin Cavabdeh1 tərəfindən qaytarılmasını iddiaçı etiraf etmədiyindən borc məbləğlərinin iddiaçıya qaytarılması halını sübut etmək vəzifəsi vasitəçi cavadeh Cavabdeh1 üzərinə düşür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə Cavabdeh1 iddiaçıdan müvafiq məbləğlərdə pul almağına və müvafiq müddətlərdə qaytaracağına dair yazılı iltizamlar verərək pulu almasını etiraf etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Borcun etirafına dair iltizamlar subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, əqdin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırda iddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, pulun cavabdehlərdən alınıb onlara verilməsini xahiş etsə də, iddia Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 borc məbləğlərini iddiaçıya qaytarılması üçün vasitəçi kimi çıxış etmiş Cavabdeh1 çatdırmışlar. Cavabdeh1 iddiaçı tərəfindən digər cavabdehlərə borc kimi verilmiş pulun almasını etiraf etmiş və həmçinin bildirmişdir ki, cavabdehlərdən pulu alaraq iddiaçıya qaytamışdır. Pulu iddiaçıya qaytararkən bu barədə iltizamda qeydlər aparılmamış və ya pulun qaytarılmasına dair qəbz alınmamışdır. Cavabdeh1 tərəfindən iddiaçıya pulu qaytarılması sübutetmə yükü Cavabdeh1 üzərinə düşür, lakin o, pulun qaytarılmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə iddia tələbinin cehiz əşyaları üçün Cavabdeh1 verilmiş 3550 manat hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd edilən məbləğin verilməsinə dair hər hansı sübut təqdim edilməmiş, cavabdeh isə həmin məbləğin almasını etiraf etməmişdir. Məhkəmə iddia tələbinin digər verilmiş pulların alınması hissəsində qeyd edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlərə borc verərkən gəlir əldə etmək niyyətində olmuş və iş materiallarında olan iltizamlardan görünür ki, gəlir məbləğləri əsas borcun üzərinə toplanaraq hesablanmış və iltizamlarda ümumi məbləğ qeyd edilmişdir. Lakin iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən Cavabdeh2 münasibətdə 20000 manat, Cavabdeh4 münasibətdə 12000 manat, Cavad adlı şəxsə münasibətdə 38000 manat, Cavabdeh3 münasibətdə 22000 manat, Cavabdeh5 münasibətdə 65000 manat, Vasif adlı şəxsə münasibətdə 15000 manat, Anar adlı şəxsə münasibətdə 22000 manat və Nicat adlı şəxsə münasibətdə 35000 manat məbləğində pul Cavabdeh1 verilmiş, həmçinin Cavabdeh1 özünə 35000 manat məbləğində pul verilmişdir. Ümumilikdə iddiaçı tərəfindən Cavabdeh1 264000 manat pul verilmişdir. Həmin məbləğdən Cavabdeh2 münasibətdə 5000 manat və 2000 manat, həmçinin Cavabdeh3 münasibətdə 1000 manat pul qaytarılmışdır. Göründüyü kimi, əsas məbləğ kimi verilmiş puldan cəmi 256000 manat ödənilməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 11500 manat və faiz qismində 10064,79 manat pulun cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın və faizin nədən ibarət olmasını iddia ərizəsində və məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçının borc verdiyi puldan faiz olaraq gəlir kimi tələb etdiyi 11500 manat pula məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçı bank və ya kredit təşkilatı olmadığı üçün müqavilə üzrə faiz tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, cavabdehə verilmiş müvafiq pul məbləğləri iddiaçıya təhvil verilmədiyindən Cavabdeh1 üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının hüququnu pozmuş və iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh1 iddiaçıya qaytarmaq üçün təhvil aldığı pulları sonuncuya qaytarmaqla bağlı iltizama imza atmadığından borc məbləğlərinin qaytarılması faktı öz təsdiqini tapmır. Bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 256000 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 576,12 manatın 515,5 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 256000 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 576,12 manatın 515,5 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1376/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1376/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver