Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1377/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən 492 (dörd yüz doxsan iki) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin fevral ayında X2 İstanbul şəhərinə tur paket əldə etmişdir "Cavabdeh" agentliyi (*** *** ** **) vasitəsilə 1292 AZN məbləğində (qəbz və vauçerlər qoşmada əlavə edilmişdir). Məlum pandemiyaya görə uçuşlar təxirə salınmış və uçuşlar həyata keçirilməmişdir. Onun vəsaiti bütün müddət ərzində geri qaytanlmamışdır. 1292 AZN-in təxminən 1100 AZN yaxın 2 nəfərin X4 ilə uçuş və geri qayıdış bileti təşkil etmişdir. 200 AZN yaxında oteldə gecələmək (3 ulduz otel). Həmin turizm şirkətinin əməkdaşı ona xx.xx.2020 tarixində bildirmişdir ki, X4 bilet ödənişlərin geri qaytarıb və ona cəmi 800 AZN qaytarılacaq. İddiaçı haqlı iradını bildirmişdir ki, bilet ödənişi axı 1100 manata yaxın məbləğ təşkil etmişdir, həmin şəxs bildirmişdir ki, komisyon tutulmalar həyata keçirilib turizm şirkəti tərəfindən. O, komisiya məbləğinin nəyin əsasında və necə hesablandığını tələb etdikdə, Mədinə xanım bildirmişdir ki, bu məlumatı ona vermək fikrində deyil. Halbuki, hər hansı kommisiya tutulacağı və ya digər şərt barədə heç bir müqavilə zamanında bağlanmamışdır. Ona 1292 AZN qalan hissəsi 492 AZN geri qaytarılmalıdır. Bununla əlaqədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və X3 Dövlət xidmətinə, Daxili İşlər Nazirliyinə müraciət etsə də, müraciətdə haqlı olduğu qeyd edilsə də, müsbət həllini tapmamışdır (qeyd edilən qurumların cavabları qoşmada əlavə edilmişdir). Hazırda ipoteka ilə mənzil əldə etmiş, müəyyən maliyyə sıxıntıları olması səbəbindən həmin vəsaitə (492 AZN) ehtiyacı yaranmışdır, şirkət isə geri qaytarmır. Həmin vəsait və əlavə məhkəmə və digər məsrəflərində ödənilməsini tələb edir. Hesab edir ki, cavabdeh "Cavabdeh" MMC-dən 492 (dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh MMC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, 2020ci ilin fevral ayında X2 İstanbul şəhərinə onun turizm şirkəti vasitəsilə tur paket əldə və nağd şəkildə şirkətin rəhbərinə 1292 AZN məbləğində vəsait ödəmişdir. Həmin uçuş tarixində uçuşla təmin edilməmişdir bu səbəbdən onun ödədiyi vəsaitin 800 AZN qaytarılmışdır. 492 AZN vəsaiti ona geri qaytarılmamışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 1292 manat məbləğində ödəniş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətindən xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh” turizm agentliyinə iddiaçının ödədiyi vəsaitin geri qaytarılmaması haqqında iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma zamanı "Cavabdeh” MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda ödənilmiş məbləğin bir hissəsinin geri qaytarıldığı, digər hissəsinin isə rezerv edilmiş otel tərəfindən şirkətə geri ödənildikdə müştəriyə təqdim edəcəkləri bildirilmişdir. Bununla əlaqədar bildirilmışdır ki, Cavabdeh" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, ona ödənilən məbləği iddiaçıya ödəməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 492 (dörd yüz doxsan iki) manat və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 492 (dörd yüz doxsan iki) manat və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1377/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1377/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver