Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1384/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçılar X26, X7, İddiaçılar X26, X7, Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X11 cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları 12 oktyabr 2023-cü il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2 ilə Cavabdeh MMC arasında ayrı-ayrılıqda “Viza xidmətlərinin göstərilməsi haqqında” müqavilələr bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Golden Turizm MMC” Polşa Respublikasına iş vizası üçün viza dəstəyi xidmətini göstərməyi, Çakmak Erdal və İddiaçı1 viza xidmətlərinin göstərilməsinə görə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdürlər. İddiaçıların hər ikisi tərəfindən müqavilənin 3.2.2-ci bəndində razılaşdırılmış xidmət haqqı - 1200 avro məbləğində pulu cavabdeh şirkətin xəzinədarı vəzifəsində işləyən X8 ödəmişdirlər. İddiaçıların adına dəvət məktubu təqdim edilsə də, onlar səfirlikdə viza əldə etmək üçün qəbul yazıla bilməmiş, nəticədə iş vizası verilməmiş, bir müddət sonra isə dəvət məktubunun müddəti bitdiyi üçün adları siyahıdan çıxarılmışdır. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 15 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, Türkiyə Respublikası vətənadşı İddiaçı1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçılar cavabdehin öz öhdəliklərini icra etmədiyini, onlara ziyan vurulduğunu bildirir və tərəflərindən ödənilmiş pul məbləğinin qaytarılmasını xahiş edir. Üçüncü şəxs X12 öhdəliklərini icra etdiyini, viza verilməsi qaydası dəyişdirildiyi üçün iddiaçılara səfirlik tərəfindən imtina edildiyini bildirir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçılar X26, X7, Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Cəmiyyətindən iddiaçı X19 xeyrinə 2.095 manat manat manat əsas borcun , 64(altmış dörd) manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun, X7 xeyrinə 2.095 manat manat əsas borcun , 64(altmış dörd) manat iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilən dövlət rüsumunun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikası vətəndaşı X5 2023-cü ilin noyabr ayının 24-də keçmiş dostu Mehmetin tanışı Afaq Sadıqovanın ona, Erdal ve Mehmet adlı şəxslərə Poşla Respublikasına viza düzəldə biləcəyini demişdir.Həmin şəxsin vizanı 4 ay müddətində təşkil edəcəyini qeyt etdiyini, həmçinin bu zaman Afaq adlı şəxsin bir neçə şəxs üçün belə bir işi həyata keçirməsini qeyd etmişdir. Afaqı tanıdığı üçün sonucundan ona viza almasını xahiş etmiş, bundan sonra dostları Ayhan və Erdal ilə birlikdə Afaq Sadıqova ilə görüşərək danışıq zamanı Afaqın onlara iki ay ərzində dəvətnamə gələcəyi bildirilmişdir.Bundan bir ay sonra vizanın təmin olunacağı demiş, bununla razılaşaraq və xx.xx.2023-cü il tarixdə Erdal ilə birlikdə , ünvan 1 ünvanında yerləşən "Ankara gözəllik salonunda Afaq adlı şəxslə görüşərək va "Viza xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalalayıblar. xx.xx.2024-cü il tarixdə qeyd olunan gözəllik salonunda Afaq adlı şəxsə 600 Euro pul vermiş, xx.xx.2024-cü il tarixdə təkrarən Erdal ilə birlikdə qeyd olunan ünvanda Afaq ilə görüşərək və X16 getmək üçün püşkatmanın olduğunu bildiklərini, lakin Afaqın püşkatma məsələsinin onlara aidiyyatının olmamasını bildiyini və onlardan geri qalan 600 Euro pulu ödəməsini xahiş etmişdir.Lakin yerdə qalan 600 Euro Afaqa verdiklərini, lakin 3 ay keçməsinə baxmayaraq viza məsələsini düzəltməmişdir.Bundan sonra redd cavabı gəlmişdir.Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı polis orqanına şikayət ərizəsi ünvanlamış və 15 iyun 2024-cü il tarixdə Bakı şəhəri Yasamal 26-cı RPİ-niıı təlıqiqatçısı polis mayoru X9 müraciəti əsasında HK-l/1205nömrəli topanmış material üzrə 15 iyun 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material üzrə izahatı alman X12 izahatında Türkiyə Respublikası vətəndaşı X3 barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Türkiyə Respublikası vətəndaşları Erdal, Ayhan və X4 Polşa Respublikasına 1200 Euroya viza xidməti və iş vizasının düzəldilməsində köməklik göstərəcəyini bildirdiyini, Erdal və Mehmet adlı şəxslərdən qeyd olunan məbləği tam şəkildə aldığınl etiraf edir.Bildirilir ki, bundan onun görəcəyi işin sonucu olaraq iddiaçıya rədd cavabı gəlmişdir. Sonucu olaraq cavabdeh tərəfindən aldadılmış və ümumilikdə ona 1200 Euro 2.095 manat manat maddi ziyan dəymişdir.Türkiyə Respublikasının vətəndaşı X13 2023-cü il noyabr ayının 24 də dostu Mehmedin tanışı Afaq Sadıqovanın ona, Ayhan adlı şəxslərə Polşa Respublikasında viza düzəldəcəyini bildiyini dedikdən sonra yuxarıda qeyd olunan ünvanda xx.xx.2024-cü il tarixdə Afaq adlı şəxsə 600 Euro, xx.xx.2024-cü il tarixdə 600 olmaqla ümumilkdə 1200 Euro Afaq adlı şəxsə vermiş və öhdəliyi icra etmədiyi üçün Polisə şikayət etmiş və cavabdeh pulun alınmasını etiraf etmişdir.Cavabdeh tərəfindən iddiaçıaya 1200 Euro ziyan dəymişdir. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı X26 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, 2400 euro əlbəəl verilib. Müqavilə bağlananda yarı hissə (200 euro) ödənilib, geri qalanı da dəvətnamə gələndə ödəmişlər. Viza 1 il ərzində püşk atmaya düşəndən sonra verilir, anketlər səfirliyin saytında doldurulub. Məhkəmə iclasında iştirak edən X13 bildirmişdir ki, cavabdeh dəvət məktubunun 2023-cü ilin noyabr ayında gələcəyini desə də, 2024-cü ilin yanvar ayında gəlib. Püşk atmanı barədə qayda dəyişikliyini üçüncü şəxs X8 bildirsələr də, dəfələrlə üçüncü şəxs püşk atmanın olmayacağını bildirib, sonda püşk atmanın olduğunu deyib. Həmçinin iddiaçı qeyd edir ki, 27 yanvar tarixində mail halında ona bu barədə məlumat, daha sonra dəvətnamənin müddətinin bitdiyi barədə məlumat gəlib. İddiaçı bildirir ki, müqaviləni oxuyub imzalayıb. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X12 bildirmişdir ki, 1200 euro hər birindən alıb, vizanın alınmasına qədər proses aparılıb. Viza verilməməsinin səbəbi şirkət deyil, imtinanın səbəbi barəsində məlumatsızdır. Dəvət məktubu 2023-cü ilin noyabr ayında, 2024-cü ilin yanvar ayında verilib, fevral ayında Polşaya iş üçün getmə ilə bağlı dəyişiklik olub. Bundan əlavə o qeyd etmişdir ki, bir il ərzində olmasa, sonrakı il yenidən müraciət edə bilərdi, səfirlik viza vermirsə onlar məsuliyyət daşımır, səfirliyə kimi bütün işləri apararaq öhdəliklərini yerinə yetiriblər və imtina yalnız 3 türk vətəndaşına gəlib. Həmçinin üçüncü şəxs bildirmişdir ki, iddiaçılardan başqa bir türk vətəndaşı daha olub – X5. Onun tərəfindən məbləğ tam ödənilmədiyindən prosedur ümumiyyətlə başladılmayıb, buna görə də onunla aralarında barışıq sazişi bağlanıb və cavabdeh aldığı pulu geri qaytarmağı öhdəsinə götürüb. 2024-cü ilin fevral ayında səfirliyin qaydaları dəyişib və onda olan məlumata əsasən iddiaçılar yenidən müraciət edə bilərlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - Bakı şəhəri, Yasamal RPİ-nin təhqiqatçısı polis mayoru X17 tərəfindən verilən xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. - Viza xidmətlərinin göstərilməsi haqqında 23 nömrəli, 12 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən "xxxx"-Golden Turizm MMC”in direktoru X24 Respublikasına iş vizası üçün viza dəstəyi xidmətini göstərməyi, ”Sifarişçi”-Çakmak Erdal viza xidmətlərinin göstərilməsinə görə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 2.2 bəndinə əsasən, ”İcraçı”- “Sifarişçinin” sifariş etdiyi Polşa Respublikasına iş vizası üçün viza dəstəyi xidmətini həyata keçirir(işi icra edir). Müqavilənin 3.1.6 bəndinə əsasən "xxxx" yalnız və yalnız dəvət ııəkıubıına görə səfirlikdən viza müraciətinə imtina olunduğu halda xidmət haqqını “Sifarişçryə tam şəkildə geri qaytarır. Müqavilənin 3.2.2-ci bəndinə əsasən xidmət haqqını ilkin ödəniş olaraq 600 Avro və dəvət məktubu hazır olduqdan sonra növbəti 600 Avro olaraq 2 dəfəyə ümumi xidmət haqqının 800 Avro dəyərini "xxxx"ya ödəməlidir.Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmət 4 ay müddətinə həyata keçirilməlidir. - Polşa Respublikasının X1 tərəfindən İddiaçı1-ə göndərilən xx.xx.2024-cü il tarixli e-mailə əsasən işə başlamaq hüququ verən sənədin etibarlılıq müddəti başa çatdığı üçün viza ilə bağlı müraciət rədd edilmişdir. - CavabdehMəhdud Cəmiyyəti tərəfindən X26 və X10 ünvanlanan pretenziya məktubundan görünür ki, CavabdehMəhdud Cəmiyyəti ilə aralarında bağlanmış 24 noyabr 2023-cü il tarixdə viza xidmətlərinin göstərilməsi haqqında cəmiyyətin direktoru Afaq Sadıqova ilə müqavilə bağlanmış və 2400 evro pul ödənilmişdir. Həmin 2400 evro pul məbləğinin görülən işlər nəticə vermədiyi üçün qaytarılması tələb edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - AR İqtisadiyyat Nazirliyi yanında vergi xidmətinin reyestrdən son dəfə verdiyi çıxarışa əsasən, xx.xx.2017-ci ildə Cavabdeh MMC –nin qanuni təmsilçisi Afaq Sadıqovadır. CavabdehMəhdud Cəmiyyəti xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. -Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 64 manat iddia ərizəsinin verilməsi üçün ödəmişdir. Mülki işə tətbiq edilən hüquq 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsin əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.6-ci maddəsinə əsasən, əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşə baxan məhkəmənin mövqeyi Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətlər öhdəlik münasibətləridir. Cavabdeh MMC ilə iddiaçılar arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh şirkət iddiaçılara müəyyən xidmətlər göstərməyi, iddiaçılar isə bu xidmətlər müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçılar öz vəzifəsini yerinə yetirərək, ödənişləri həyata keçirmişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh şirkətin xəzinədarı olan üçüncü şəxs X2 RPİ-ni 26-cı Polis Bölməsində verdiyi izahatında X3 600 avro ödədiyini, geri qalan məbləği ödəmədiyini, həmin şəxslərlə (iddiaçılar və Erçorumlu Ayhan ilə) müqavilə bağlandığını, müqavilənin 5-ci bəndinə əsasən işlərin görülməsinin 4 ay vaxt aparmasının göstərildiyini, buna baxmayaraq, Mehmetin 8 ay keçməsinə görə ona narazılığını bildirdiyini, bundan əlavə Polşa Respublikasında viza almaq üçün şərtlərin dəyişildiyini həmin prosesin püşkatma yolu ilə həyata keçirildiyini, Yəni səfirlik tərəfindən təyin olunduğunu, Mehmet ve Erdal adlı şəxslərə dəvətnamələri vaxtında təqdim etdiyini bildirmişdir. Mülki işin materiallarından görünür ki, tərəflərin arasında 12 oktyabr 2023-cü il tarixdə “Viza xidmətlərinin göstərilməsi haqqında” müqavilələr imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi (İddiaçı1 və Çakmak Erdal) viza dəstəyi xidmtlərinin göstərilməsini sifariş verib "xxxx"ya (Golden Turizm MMC) razılaşdırılmış xidmət haqqı ödəməyi, "xxxx" isə müəyyən etdiyi qaydada Polşa Respublikasında iş vizası üçün viza dəstəyi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən xismətin göstərilməsi müqavilənin 5.2-ci bəndində göstərilən müddət – 4 ay ərzində həyata keçirilir. İcraçının vəzifələrinə Sifarişçiyə viza poseduru, tələb olunan sənədlər haqqında ətraflı məlumat vermək (3.1.1-ci bənd); Sifarişçini bu müqavilənin bağlandığı gündən etibarən 3 ay müddətinə xidmət üçün tələb olunan dəvət məktubu ilə təmin etmək (3.1.2-ci bənd); sifarişçini xidmət üçün tələb olunan aviabilet bronu ilə təmin etmək (3.1.3-cü bənd); “Sifarişçini xidmət üçün tələb olunan müraciət anketini tam və düzgün şəkildə doldurmaq (3.1.4-cü bənd); sənədləri təqdim etmək üçün Polşanın Azərbaycan Respublikasındakı səfirliyində görüş təyin edilməsi ilə əlaqədar sifarişçinin adına qeydiyyat aparmaq (3.1.5-ci bənd) daxildir. Müqavilənin 3.1.6-cı bəndinə əsasən icraşı yalnız və yalnıx=z dəvət məktubuna görə səfirlikdən viza müraciətinə imtina olunduğu halda xidmət haqqını sifarişçiyə tm şəkildə geri qaytarır. Sifarişçinin vəzifələrinə xidmət haqqını ilkin ödəniş olaraq 600 avro və dəvət məktubu hazır olduqdan sonra növbəri 600 avro olaraq 2 dəfəyə xidmət haqqının dəyətini icraçıya ödəmək daxildir (müqavilənin 3.2.2-ci bənd). Məhkəmə bildirir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Beləliklə, müəyyən edilir ki, tərəflərin arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Xidmət müqaviləsindən irəli gələn münasibətlər qüvvədə olan Mülki Məcəllədə birbaşa tənzimlənməsə də, tərəflərin mülki qanunvericiliklə qadağan edilməyən müqavilələri bağlamaq hüququ var. O cümlədən mübahisəyə ümumi öhdəlik münasibətlərini tənzimləyən normalar tətbiq edilə bilər. İşin hallarından görünür ki, iddiaçılar tərəfindən müqavilə üzrə xidmət haqqı tam ödənilmişdir. İcraçı tərəfindən isə öhdəliklər tam, vaxtında və dürüst şəkildə icra edilməmişdir. Belə ki, iddiaçılara 04 dekabr 2023-cü il tarixdə Polşa Respublikasının Kujawsko- Pomorskie Voyevodluğu tərəfindən iş icazəsi (dəvət məktubu) təqdim edilmişdir. Həmin sənəddə göstərilmişdir ki, dəvət məktubunun qüvvəsi 01 mart 2024-cü il tarixdən 31 mart 2025-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra Polşa Respublikasında fəaliyyət göstərən işəgötürən – “Kontra S.C” şirkətindən Polşa Respublikasının Ankara şəhərində yerləşən səfirliyinə məktub ünvanlanmış və məktubda işçi qüvvəsinə ehtiyac olduğunu və şəxslərə işçi əmək vizası (milli vizanın) verilməsi üçün dəstək göstərilməsi xahiş edilmişdir. Polşa Respublikasının Kujawsko-Pomorskie Voyevodluğunun əcnəbilərin işləri üzrə bölməsinin rəhbəri Kinga Sciarekk tərəindən imzalanmış sənədddən görünür ki, əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə əcnəbinin yalnız yaşamaq üçün icazəsi olduğu halda etibarlı olduğu, əgər icazənin qüvvəyə mindiyi tarixdən (01 mart 2024-cü il tarixdən) 3 ay ərzində işçi əmək fəaliyyətinə başlamadığı təqdirdə 7 gün ərzində yazılı qaydada voyevodanı məlumatlandırmalı olduğu, əks təqdirdə cərimələnəcəyi barədə məlumat əks olunmuşdur. Məhkəmə tərəflərin arasında bağlanmış müqavilə şərtlərini və işin digər materiallarını araşdırıb, bu qənaətə gəlir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, iddiaçılara lazımi keyfiyyətdə xidmət göstərilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, müqavilədə müqavilə şərtlərinin icra olunmalı olduğu müddət – 4 ay konkret şərtləndirilsə də, bu müddətə riayət edilməmişdir. Tərəfləri ətraflı məlumatlandırmaq vəzifəsi daşıyan cavabdeh viza alınması ilə bağlı şərtlərin dəyişdiyi barədə məlumatlandırmamış, müqavilə bağlanan zaman bu ehtimal nəzərdə keçirilməmişdir. Tərəfə dəvət məktubu göndərilsə də, iddiaçıların viza müraciətləri baş tutmamışdır. Üçüncü şəxs şərtlərin sonradan dəyişdiyini, bu barədə məlumatının olmadığını bildirsə də, internet resurslardan, o cümlədən Polşa Respublikasının Bakıda yerləşən səfirliyinin Facebook sosial şəbəkəsində olan səhifəsindən, o cümlədən, viza müraciətləri üçün yaradılmış e-konsulat.gov.pl saytlarından çıxarışlardan da açıq görünür ki, viza şərtlərinin dəyişdirilməsi və püşkatma yolu ilə keçirilməsi barədə 2024-cü ilin may ayında elan yerləşdirilmişdir. May ayına qədər olan müddət ərzində iddiaçıların hansı səbəbdən viza müraciətlərinin qeydiyyata alınmadığı aydın deyil. Eyni zamanda müqavilədə də, icraçı viza verilməsi şərtlərinin dəyişə biləcəyi ehtimalını, bu halda risqlərin necə bölüşdürəcəyini də müəyyənləşdirməmişdir Beləliklə, qaydaların yalnız 2024-cü ilin may ayından etibarən dəyişdirilməsinə baxmayaraq, 2023-cü ilin oktyabr ayından bağlanan müqavilə 4 ay ərzində icra olunmalı olduğu halda icra edilməmişdir. İddiaçılar tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iş icazəsi 2023-cü ilin mart ayının 1-dən qüvvəyə minmişdir və iddiaçılar 3 ay ərzində əmək fəaliyyətinə başlamayacaqları təqdirdə onların viza üçün müraciətlərinin uğurlu olması ehtimalı xeyli azalır və hətta qeyri-mümkün olmsı üçün əsasdır. Lakin bütün bu hallar barədə iddiaçılar əvvəldən lazımi qaydada məlumatlandırılmamış, o cцmlədən həmin müddət ərzində də keyfiyyətli xidmət ala bilməmişdirlər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh şirkət öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçılar viza müraciətlərini həyata keçirə bilməmiş, lakin müqavilə üzrə razılaşdırılmış məbləği ödədiklərindən, onlara maddi ziyan dəymişdir. Müqavilədə açıq şəkildə razılaşdırılmışdır ki, yalnız dəvət məktubuna görə imtina edildiyi halda məbləğ iddiaçılara qaytarılır. İddiaçılara imtina olunmasının səbəbi isə onların ümumiyyətlə səfirlikdən görüş üçün qeydiyyata düşə bilməmələri, və bunun nəticəsində dəvət məktubunun etibarlılıq müddətinin ötməsi olmuşdur. Məhkəmə hesab edir ki, icraçı tərəfindən göstərilmiş hərəkətsizlik iddiaçıların viza müraciətlərinin baş tutumaması ilə nəticələnib və onlara dəyən ziyan ödənilməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumunun hh manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş maddi ziyana görə 2.095 manat iddiaçı X19 və 2095 manat tutularaq İddiaçı2 Alirza oğlunun xeyrinə tutulmalı, mülki iş üzrə ödənilən dövlət rüsumum cavabdehdən iddiaçıların xeyirnə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Golden Turizm“ MMC-dən X19 xeyrinə 2095 manat, İddiaçı2 Alirza oğlunun xeyrinə 2095 manat pul tutularaq ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu olaraq cavabdeh “Golden Turizm“ MMC-dən 64 manat X20, 64 manat İddiaçı2 Alirza oğluna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1384/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1384/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver