Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1387/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 1365 manat və digər xərclərlə bağlı 400 manat, cəmi 1765 manat məbləğində maddi ziyanın və ödənilmiş 38 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2023-cü ildə saat 17:25 radələrində özünə məxsus idarə etdiyi “Hyundai Sonata" markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əsgərova küçəsi ilə hərəkətdə olarkən Səməd Vurğun küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığında hərəkət etmək istəyərkən Səməd Vurğun küçəsində işıqfor qırmızı işığında hərəkət edən Cavabdeh1 MMC-yə məxsus olan Cavabdeh2 idarə etdiyi “Kia Ceed" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomaşınının sol ön hissəsindən vurdu. Onun avtomobilini vurduqdan sonra Səməd Vurğun küçəsində əks istiqamətə dayanmış vəziyyətdə olan “Toyota Prius" markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilə dəydi. Həmin hadisə zamanı hər üç avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhər X11 idarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbəh vermə haqqında" Qərarla həmin yol-nəqliyyat hadisəsində “Kia Ceed" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 svetoforun və ya nizamlayıcın qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh “Aypara Lizinq" MMCyə məxsus olan etibarnamə əsasında idarə edən Cavabdeh2 (hadisə zamanı “Kia Ceed" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) həmin hadisənin baş verməsində təqsirli olması barədə tətbiq edilmiş inzibati xəta haqqında qərarı və inzibati tənbehi mübahisələndirməmişdir. Hadisə nəticəsində ona 1365 manat ziyan dəymişdir. Belə ki, müstəqil ekspert X4 tərəfindən maşına baxış keçirilmiş və bununla bağlı rəy vermişdir. Həmin rəy iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə o, 10 günə yaxın avtomobilsiz olduğu üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır, işlərinin yubanmasına səbəb olmuş ondan əlavə olaraq 400 manat xərc çıxmışdır. Bundan əlavə bildirmək istəyir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixə kimi qüvvədə olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan müstəqil sığorta eksperti “F.ş X7” oğlunun xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "Hyundai Elantra" minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avto yol nəqliyyat qəzası nəticəsində ümumilikdə 1365 manat maddi zərər dəymişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin direktoru X.U.Hüseynov tərəfindən imzalanmış etibarnamənin surətindən görünür ki, Cavabdeh1 MMC-yə məxsus olan “Kia Ceed" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli, ban № U5YHB816AAL125147 olan avtomobili idarə etmək hüququ Cavabdeh2 etibar edilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixdə verilmişdir və etibarnamənin müddəti xx.xx.2023-cü il tarixə kimi qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokoldan görünür ki, Cavabdeh2 AR İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata" markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X11i İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «HYUNDAİ SONATA» markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdə gömrük bəyannaməsi 188346 nömrəli hesab-arayış əsasında X3 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X1 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 adından qeydiyyatdan çıxarılmış və yeni **-VE- *** dövlət qeydiyyat nişanı təhkim olunaraq İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 müxtəlif vaxtlarda "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC və "xxxx" MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X11i İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «KİA CEED» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə 012000-148050 nömrəli gömrük vəsiqəsi (BGİ) əsasında X2 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **- PJ-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı özünə məxsus “Hyundai Sonata" markalı **-VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus olan Cavabdeh2 idarə etdiyi “Kia Ceed" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. DYPŞ-də araşdırma aparılmış və Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh2 60 manat məbləğində İnzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, "Hyundai Elantra" minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avto yol nəqliyyat qəzası nəticəsində ümumilikdə 1365 manat maddi zərər dəymişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, 26 yanvar 2023-cü il tarixli qüsur aktına əsasən müəyyən edilmiş nəqliyyat vasitəsinin təmir-bərpa xərci üçün 1365 manat vəsait əsas götürülməklə, Cavabdeh2 1365 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbində irəli sürdüyü digər xərclərlə bağlı 400 manat ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçının 400 manat xərc çəkməsi ilə bağlı fakt məhkəmənin gedişatında sübuta yetirilməmiş və iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə digər Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 “Kia Ceed” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında istifadəyə verilmişdir. Həmin etibarnamə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Cavabdeh1 “Kia Ceed” minik markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni əsaslarla Cavabdeh2 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 1365 manat pul və 38 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1387/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1387/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver