Məhkəmə qərarları › İş №2(005)-1399/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1399/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1399/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X7 qarşı “pul tələbi, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X7 qarşı “pul tələbi, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 17.000 (on yeddi min) manat əsas, əlavə 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat pul, 2.000 (iki min) manat əldən çıxmış fayda, 5.000 (beş min) manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 (iyirmi beş min on) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X5 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 (on min) ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 14.04.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh1 10.000 (on min) ABŞ dolları (indiki məzənnə ilə 17.000 (on yeddi min) manat) məbləğində vəsaitin ödəniləcək günün məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, əlavə 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat pul, 2.000 (iki min) manat əldən çıxmış fayda, 5.000 (beş min) manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 (iyirmi beş min on) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X5 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 (on min) ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriməsinə dair qərar qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 10 noyabr 2021-ci il tarixdə ondan “Range Rover sport” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada alqı-satqı yolu ilə almışdır. Avtomobilə BB 162798 nömrəli şəhadətnamə, **-UL-*** qeydiyyat nişanlı nömrə verilmişdir. Cavabdeh avtomobili alıb istifadə etdikdən bir müddət sonra zəng edib bəyənmədiyini və geri qaytarmaq istədiyini bildirərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 “Range Roveri’in başqa bir modelini seçib özü üçün almışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh1 onu polislə hədələyərək 59.500 ABŞ dolları məbləğində pulunu qaytarmağı tələb etməyə başlamışdır. Həmin an yeni avtomobil aldığından və digər obyektiv səbəblərə görə pulu qaytara bilməmişdir. Cavabdeh1 qanunsuz və əsassız tələbindən imtina etmişdir. Ona görə ki, avtomobili ondan alanda yoxlatdıraraq almış, heç bir narazılığı olmadığını bildirmişdir. Cavabdeh1 düzgün hərəkət etmədiyini bildirsə də, onu həbslə və digər qanunsuz hərəkətlərlə qorxuzub təzyiq göstərməyə çalışmışdır. Tanınmış tibb müəssisəsinin rəhbəri olduğunu və vəzifəli şəxslərlə əlaqələrinin olduğunu önə çəkmişdir. Səhəri gün, yəni 11 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən zəng edilərək polis bölməsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, Cavabdeh1 onu cinayətkar kimi qələmə vermiş, guya ki, maşın barədə dolğun məlumat verməmişdir. Cavabdeh1 polis bölməsinə gələrək hay-küy salmağa başlamış və onun həbsini tələb etmişdir. Edilən təzyiq nəticəsində onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-də qanunsuz olaraq axşam saatlarınadək saxlamışlar. Əlacsız qalıb polis bölməsindən yaxınları ilə əlaqə saxlamış və 10.000 (on min) ABŞ dolları məbləğində pul qohumları tərəfindən Polis idarəsinə gətirilmişdir. Cavabdeh Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı polis leytenantı X11 öz əlyazması ilə 2 ədəd akt tərtib edərək 10.000 (on min) ABŞ dollarını ondan almışdır. “Range Rover” markalı avtomobilin geri qaytarılması və düzgün hesablaşmaq barədə qanuni tələbləri isə rədd edilmişdir. Durduğu yerdə 10.000 ABŞ dolları məbləğində ziyana düşmüş və qanunsuzluqla qarşılaşmışdır. Məhkəmənin diqqətinə çaldırmışdır ki, mübahisənin əsl səbəbi Cavabdeh1 ondan aldığı “Range Rover sport” markalı avtomobili bəyənməməsi və “Range Rover”in başqa modelini alması olmuşdur. Polisə etdiyi şikayət ərizəsində tamam başqa xüsusatları qeyd etmişdir. Nə deməyindən asılı olmayaraq cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. Pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Hesab edir ki, Cavabdeh1 10.000 (on min) ABŞ dolları, Milli valyuta ilə 17.000 (on yeddi min) manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 850 (səkkiz yüz əlli) manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da Cavabdeh1 ödəməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişəm. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamışam, hər dəfə onun yalanlarını dinləmişdir. Polis bölməsi tərəfindən azadlığımın məhdudlaşdırılması, təzyiqə məruz qalmağım, cavabdehin oradakı qanunsuz hərəkətləri, uzun müddətə həbs ediləcəyi barədə hədə-qorxular nəticəsində xəstəliyə düçar olmuşdur. Bu səbəbdən hesab edir ki, ona 5.000 manat mənəvi zərər də dəymişdir və Cavabdeh1 bu zərəri qarşılamalıdır. Cavabdeh1 xeyli müddət əsəbləri ilə oynamağı, narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmaması, onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, qeyd etdi ki, İddiaçı əməlində dələduzluq cinayətinin əlamətləri vardır. Buna görə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərardan şikayət vermək niyyətindədir, bu əsasla da işin icraatı dayandırılmalıdır. Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, İddiaçı aldığı “Range Rover sport” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonradan texniki nasazlıqlar aşkar etmiş, buna görə də həmin avtomobili qaytarmaq istəmişdir. Emin Nizami RPİ-nin 23-cü Polis Bölməsində könüllü olaraq 10000 ABŞ dolları pulu ona qaytarmışdır. Avtomobil onun tərəfindən başqa şəxsə satılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2021ci il tarixli qərardan ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 pul borcunun qaytarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, “...Təhqiqat araşdırması zamanı İddiaçı Cavabdeh1 10000 ABŞ dollar pulu qaytarması müəyyən olunmuşdur...”. İş materiallarında olan Məmmədov Ömər tərəfindən tərtib edilmiş Aktdan görünür ki, o, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis leytenantı Ömər Məmmədov icraatında olan Cavabdeh1 müraciəti ilə əlaqədar İddiaçı 10000 ABŞ dolları pulu onun iştirakı ilə Cavabdeh1 verilmişdir. Qalan 49.500 ABŞ dollar pulu 01.01.2022-ci il tarixdə ödəyini bildirmişdir. İş materiallarında olan Məmmədov Ömər tərəfindən tərtib edilmiş Aktdan görünür ki, o, Cavabdeh1 avtomobil almağı ilə bağlı şikayəti ilə əlaqədar 10000 ABŞ dolları almışdır. İş materiallarında olan “Satıcı” İddiaçı ilə “Alıcİ” Cavabdeh1 arasında 10.11.2021-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə keçmişdir. Müqavilə üzrə avtomobilin alqı-satqı qiyməti 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan “Satıcı” Cavabdeh1 ilə “Alıcİ” "xxxx" QSC arasında 29.03.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsindən görünür ki, “Range Rover sport” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə keçmişdir. Müqavilə üzrə avtomobilin alqı-satqı qiyməti 200000 manat müəyyən edilmişdir. İş materiallarında olan “lizinqverən” "xxxx" QSC ilə “Lizinqalan” Qurbanova Venera 29.03.2022-ci il tarixli, MK 0137923-2022 №li X4 görünür ki, lizinq verən Lizinq alan tərəfindən seçilmiş, etibarnamə əsasında X8 istifadəsində olan RANGE ROVER SPORT MİNİK markalı avtomobili (mühərrik; 2995 sm3, ban: SALW2PF0GA115510, buraxılış ili; 2016, rəngi: Qara metallik; bundan sonra “lizinq obyekti” adlandırılacaq) mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür (1.1-ci b). Lizinq obyektinin dəyəri 124000 manat qiymətləndirilmişdir (2.1-ci b). İş materiallarında olan “Alıcı” "xxxx" QSC ilə “Satıcı” X14 arasında bağlanmış Lizinq obyektinin 29.03.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş avtomaşının alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 2.1ci bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.03.2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, aktı imza edənlər, ’’Satıcı” X14, Lizinq verən Kredit Evi QSC adından, Kredit Evi QSC-nin X1 və “Lizinq alan” X3 MK0137923-2022 saylı 29.03.2022 tarixli “Maliyyə Lizinqi” Müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar bu aktı tərtib etmişlər ki, “Satıcı”ya məxsus Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan Lizinq obyekti olan avtonəqliyyat vasitəsi (RANGE ROVER SPORT MİNİK markalı minik, mühərrik; 2995 sm3, ban: SALW2PF0GA115510, buraxılış ili; 2016, rəngi: Qara metallik) lizinq obyekti, sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, ’’Lizinq alan” isə onu təhvil almışdır. Təhvil verilən Lizinq obyekti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifari edilmiş xüsusiyyətlərə uyğundur. ƏN-Vİİ seriyalı 111597 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh1 tərəfindən X12, “Range Rover sport” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətnə, yəni 11.01.2023-cü il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Mülki işin hər iki tərəf üçün mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 10.11.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun mülkiyyətinə vermişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış müqavilə üzrə mübahisə yarandığını, bu səbəbdən Cavabdeh1 avtomobilə görə ödənilmiş pulun geri qaytarılmasını təmin etmək üçün Nizami RPİ-nin 23-cü PB-nə şikayət etməklə ondan 10000 ABŞ dolları məbləğində pulun əsassız olaraq alınmasına nail olduğunu iddia edir. Göstərilənlərə əsasən Cavabdeh1 10.000 (on min) ABŞ dolları (indiki məzənnə ilə 17.000 (on yeddi min) manat) məbləğində vəsaitin ödəniləcək günün məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, əlavə 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat pul, 2.000 (iki min) manat əldən çıxmış fayda, 5.000 (beş min) manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 (iyirmi beş min on) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X5 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 (on min) ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə 10000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 tutulmasına dair mübahisəyə münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan və iş materiallarında olan Aktlardan görünür ki, İddiaçı tərəfindən “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 50000 ABŞ dollarının bir hissəsi kimi 10000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 10000 ABŞ dolları məbləğində pulu İddiaçı avtomobildə texniki nasazlıqlar olduğu üçün aldığını bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, 10.11.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlandığı zaman “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil AR DİN Baş Dövlət Yol Polisi İdarəsində texniki baxışdan keçirilmiş, DYP-nin xidməti qeydlərində bu barədə hər hansı bir hal göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586- 587-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə İddiaçı qarşı hər hansı iddia tələbi irəli sürməmişdir. Bu baxımdan, məhkəmə qeyd edilən məbləğin əsaslı olaraq qaytarılıbqaytarılmamasını müəyyən etmək üçün mülki hüquq münasibətlərindən irəli gələn aşağıdakı qanunvericilik normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilməklə mübahisəli avtomobilin mülkiyyətçiləri və ona dair alqı-satqı müqavilələri əldə edilmişdir. Həmin sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil 10.11.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətindən çıxaraq Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bundan sonra avtomobilin nömrə nişanı ** UL ***-a dəyişdirilmiş və ona BB162798 №li yeni şəhadətnamə verilmişdir. Qeyd edilən “Range Rover sport” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə 11.01.2022-ci il tarixdə X2 və istifadəsinə verilmiş, sonuncu tərəfindən 29.03.2022-ci il tarixdə "xxxx" QSC-yə satılmışdır. Bu halda yuxarıda qeyd edilən sənədlərlə sübuta yetirilmişdir ki, tərəflər arasında İddiaçı ilə Cavabdeh1 arasında yaranmış alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə əsasən avtomobilin ilkin mülkiyyətçisi olan İddiaçı tərəfindən 10000 ABŞ dolları məbləğində pul vəsaiti hər hansı hüquqi əsas olmadan Cavabdeh1 geri qaytarılmış və Cavabdeh1 əsassız olaraq varlanmasına şərait yaratmışdır. Belə ki, aralarında mübahisə yarandıqdan sonra avtomobil İddiaçı geri qaytarılmadan, ondan avtomobilə görə ödənilmiş pulun qaytarılması tələb edilmişdir. Məhkəmə iddia tələbini hesablanmış 850 manat faiz pulunun və 2000 manat əldən çıxmış faydanın tutulmasını hissəsində əsassız hesab edir: belə ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona maddi zərərdən əlavə olaraq göstərilən məbləğlərdə zərər vurulduğunu, 10000 ABŞ dolları məbləğində pulun cavabdehdə saxlanmasının iddiaçını əldə edə biləcəyi hansı gəlirlərdən məhrum etdiyini əsaslandırmamış və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının dəymiş maddi zərər tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X15 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd edir ki, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X5 əməlində cinayətin əlamətlərinin olması aşkar olunmadığından həmin vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə hesab edir ki, 160 (bir yüz altmış) manat məbləğində dövlət rüsumunun ödənilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən 10000 (on min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar